Məhkəmə qərarları › İş №2(079)-79/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-79/2023

13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-79/2023 13.02.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı “12” yanvar 2023-cü ildə Babək Rayon Məhkəməsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə zamin qismində ödədiyi 2155.29 (iki min bir yüz əlli beş manat, iyirmi doqquz qəpik) manat pulun və 42 (qırx iki) manat miqdarında dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, 04 noyabr 2020-ci ildə cavabdeh (borclu) Cavabdeh və "xxxx" Açıq Səhmdar Cəmiyyəti (kreditor) arasında ******* nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh şəxsi (istehlak) məqsədləri üçün 24 (iyirmi dörd) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 3000 (üç min) manat məbləğində kredit verilmişdi. Bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə mənimlə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 04 noyabr 2020-ci il tarixli, 1033923/21085 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh ilk vaxtlar kredit üzrə aylıq ödənişlərini vaxtı-vaxtında ödəsə də sonralar ödənişlərini ödəməyi dayandırmışdı. Bundan sonra bank cavabdehin öhdəliyinin yerinə yetirməsini ondan və məndən tələb etməyə başladı. "xxxx" Açıq Səhmdar Cəmiyyəti 1885.58 manat əsas, 240.44 manat faiz, cəmi 2126.02 manat borcun, həmçinin 41.67 manat dövlət rüsumunun tutulması tələbi ilə məni və Cavabdeh məhkəməyə vermişdi. Babək Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, e-2(079)-296/2022 nömrəli qətnaməsi ilə Cavabdeh və məndən 1885.58 manat əsas, 240.44 manat faiz, cəmi 2126.02 manat borcun, həmçinin 41.67 manat dövlət rüsumunun müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdi. Məhkəmənin qətnaməsindən öncə Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olduğu puldan 13 iyul 2021-ci il tarixində 303 manatını bankın tələbi ilə özüm ödəniş etmişdim. Babək Rayon Məhkəməsinin qətnaməsindən sonra isə 1639 manat pulu başqa bir şəxsdən borc alaraq əlimdə banka ödəmişəm. 213.29 manatı isə icra faizi ilə birlikdə xidməti yerimdə maaşımdan tutularaq ödəniş edərək krediti tam bağladım. Eyni zamanda həmin vaxt qətnamə ilə banka ödəniləcək puldan 214.45 manatı cavabdehin maaşından tutulmuşdu. Tərəfimdən ödənilən 2155.29 manat pulu cavabdehdən dəfələrlə istəsəm də o, hər dəfəsində bir bəhanə gətirərək mənə olan borcunu ödəmir. Bu barədə cavabdehə yazılı məlumat göndərsəm də o, yenə də borcunu mənə ödəməkdən yayınır. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat qaydasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İddianın təmin edilməsi ilə bağlı məhkəmənin istinad etdiyi sübutlar iddiaçı tərəfindən ərizəyə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. Ərizəyə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki “Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış məlumatdan cavabdehin ünvan 1 ünvanında rəsmi qeydiyyatda olması aydın olur. Cavabdeh iddiaçının ərizəsinin surəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq məhkəmənin 13 yanvar 2023-cü il tarixli, 2(079)- 79/2023 nömrəli məktubu ilə onun ünvanına rəsmi qaydada göndərilmişdi. Mülki iş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən məhkəmə sənədlərinin Cavabdeh “16” yanvar 2023-cü ildə təqdim edilməsi müəyyən edilir. Qeyd olunan məhkəmə sənədində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi və prosessual hüquq normalarına gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddiaçının tələbində bildirir ki, o, Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin müqavilədən irəli gələn öhdəliyinin icrasının təminatı olaraq bank qarşısında Cavabdeh zamin durmuş, nəticədə isə cavabdeh qeyd edilən öhdəliyini lazımınca icra etmədiyindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti onlara qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdi. İddiaçının qeyd edilən faktlar ərizəyə əlavə edilmiş 04 noyabr 2020-ci il tarixli ******* nömrəli krеdit, eyni tarixli, 1033923/21085 saylı zaminlik müqavilələri və Babək Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, e-2(079)-296/2022 nömrəli qətnaməsinin təsdiq edilmiş surəti ilə öz təsdiqini tapır. Belə ki, 04 noyabr 2020-ci il tarixli ******* nömrəli krеdit müqaviləsindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 24 (iyirmi dörd) ay müddətinə, illik 19% (FİFD- 20.75%) dərəcəsi ilə, hər gecikdirilən gün üçün kreditin ödənilməmiş hissəsinə görə illik 5 gfaiz dəbbə pulu hesablanmaqla, 3000 (üç min) manat məbləğində kreditin Cavabdeh verilməsi barədə razılaşma əldə olunması, 04 noyabr 2020-ci il tarixli, 1033923/21085 nömrəli zaminlik müqaviləsindən isə Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında qeyd edilən kredit müqaviləsindən irəli gələn öhdəliklərini təmin etmək üçün İddiaçı ona zamin durması müəyyən edilir. Babək Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, e-2(079)-296/2022 nömrəli qətnaməsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh və İddiaçı onun xeyrinə 1885.58 (bir min səkkiz yüz səksən beş manat, əlli səkkiz qəpik) manat əsas, 240.44 (iki yüz qırx manat, qırx dörd qəpik) manat faiz, cəmi 2126.02 (iki min yüz iyirmi altı manat, iki qəpik) manat borcun, həmçinin ödənilmiş 41.67 (qırx bir manat, altmış yeddi qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, onun iddiası təmin edilmişdi. Ərizəyə əlavə edilmiş Babək Rayon Məhkəməsinin icra vərəqəsindən görünür ki, yuxarıda qeyd edilən qətnamə 15 avqust 2022-ci il tarixdə icra yönəlmişdi. İddiaçı isə Cavabdeh bank qarşısında öhdəliyinin icranın təminatçısı kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 2155.29 (iki min bir yüz əlli beş manat, iyirmi doqquz qəpik) manat ödəniş etdiyini bildirərək həmin məbləği cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Həmin normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının öz tələbinin əsaslandırdığı faktların təsdiqi üçün məhkəməyə təqdim etdiyi sübutlarla gəldikdə isə ərizəyə əlavə edilmiş 13 iyul 2021-ci il tarixli, FJB**********354 nömrəli və 01 noyabr 2022-ci il tarixli, FJB**********008 nömrəli qəbzlərdən İddiaçı Cavabdeh adına "xxxx" Açıq Səhmdar Cəmiyyətinın Naxçıvan filialına müvafiq olaraq 303 (üç yüz üç) manat və 1639 (bir min altı yüz otuz doqquz) manat ödəniş etməsi, həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və probasiya şöbəsinə ünvanlandığı 06 noyabr 2022-ci il tarixli, 7538 nömrəli məktubdan Babək Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, e-2(079)-296/2022 nömrəli icra sənədinin icrası ilə bağlı olaraq İddiaçı maaşından 2022-ci ilin sentyabr ayında 151,71 (bir yüz əlli bir manat, yetmiş bir qəpik) manat miqdarında 7 faiz icra ödənişinin tutularaq icra şöbəsinin xüsusi fonduna, oktyabr ayında isə 213,29 (iki yüz on üç manat, iyirmi doqquz qəpik) manat kredit borcu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının xeyrinə köçürülmüşdü. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər; -500.1-ci və 500.2-ci maddələri ilə müəyyən edilir ki, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir; -503-cü maddəsinə görə borclulardan birinin öhdəliyi tam icra etməsi qalan borcluları icradan azad edir. Borclunun kreditor qarşısında həyata keçirdiyi əvəzləşdirmə barəsində də eyni qayda qüvvədə olur; -509.1-ci maddəsində qeyd edilir ki, birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir; -509.2.-ci maddəsinə əsasən əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar; - 509.3-cü maddəsinə görə kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. İşin araşdırılmış hallarından görünür ki, tərəflər "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında birgə borclu olmuş, onlar öhdəliklərini icra etmədiyindən kreditorun tələbi hər ikisinə yönəlmiş, borclulardan zamin olan İddiaçı əsas borclu Cavabdeh bank qarşısında olan öhdəliyi icra etmişdi. Hazırda o, qanunvericiliyin ona verdiyi hüquqdan istifadə edərək reqres qaydasında Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödədiyi pulu tələb edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan borcun tutulması barədə tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə edilmiş və yuxarıda qeyd edilən sübutlardan aydın olur ki, İddiaçı Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 04 noyabr 2020-ci il tarixli, ******* nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası üçün kreditora 2155.29 (iki min bir yüz əlli beş manat, iyirmi doqquz qəpik) manat ödəmişdi. Məhkəmə tərəfindən iddiaçının tələbi əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsində məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun 41,55 (qırx bir manat, əlli beş qəpik) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - Cavabdeh 2155.29 (iki min bir yüz əlli beş manat, iyirmi doqquz qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilməli; -həmçinin Cavabdeh 41,55 (qırx bir manat, əlli beş qəpik) manat miqdarında dövlət rüsumu alınaraq iddiaçı “İddiaçı ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2155.29 (iki min bir yüz əlli beş manat, iyirmi doqquz qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Həmçinin Cavabdeh 41,55 (qırx bir manat, əlli beş qəpik) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar