Məhkəmə qərarları › İş №2(079)-88/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-88/2023

31.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-88/2023 31.03.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X16 məhkəmə iclas katibliyi, İddiaçı, onun vəkil-nümayəndəsi Vəkil, şahidlər Şahid2 və Şahid1 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X11 və Cavabdeh4 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “16” yanvar 2023-cü il tarixdə X7 qarşı iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək mərhum atası X8 mülkiyyətində olan Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.2607 ha həyətyanı torpaq sahəsinin miras əmlak olaraq tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, atam X14 01 yanvar 2009-cu il, anam X15 isə 08 aprel 2000-ci il tarixlərdə ölmüşlər. Onların mən də daxil olmaqla 8 nəfər uşağı (vərəsələri) olmuşdur. X12, Məmmədova (Abdullayeva) Ceyran Ələsgər qızı, Cavabdeh1, Cavabdeh2, Nəbiyeva (Abdullayeva) Səmayə Ələsgər qızı, X11, Cavabdeh4, İddiaçı. Mərhum atam X14 01 yanvar 2009-cu il tarixdə öləndən sonra onun mülkiyyətinə olan Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.2607 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Mən atamın ölümündən sonra onun mülkiyyətində olan Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.2607 ha həyətyanı torpaq sahəsini 12 dekabr 2022-ci il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində **********67 nömrəli reyestr və ********** qeydiyyat nömrə ilə rəsmiləşdirib, adıma çıxarış almışam. Mən hələ atamın sağlığında həmin torpaq sahəsi üzərində 2 otaq və 1 salondan ibarət ev tikib, orada yaşamışam. Atam öləndən sonra da elə birinci növbəli vərəsə kimi həmin evdə yaşamaqla, torpaq sahəsini əkib-becərərək meyvə ağaclarına qulluq göstərməklə miras əmlakı faktiki olaraq qəbul edib, həyətyanı sahə və əmlaka görə bələdiyyə vergisini ödəmişəm və bu günə borcu yoxdur. Hal-hazırda qardaş və bacılarım Əli, Ceyran, Vaqif, Məhbubə, Səmayə miras əmlakın qəbulundan imtina barədə notarial qaydada ərizə veriblər. X2 1986-cı il tarixdəndir ki, Azərbaycan Respublikası ərazisində qeydiyyatdan çıxıb, Ukrayna Respublikası Xarkov şəhərində yaşayır, halhazırda onunla hər-hansı bir əlaqəmiz yoxdur, heç ata-anamın yas mərasiminə belə gəlməmişdir. Hal-hazırda onunla bağlı hər hansı bir məlumatımız yoxdur. Qardaşım X1 miras əmlakla bağlı digər vərəsələr kimi fikrini bildirmədiyindən mən məhkəmə qarşısında iddia qaldırmaq məcburiyyətində qaldım və istəyirəm ki, məhkəmə qaydasında öz həllini tapsın. Mən miras əmlakı faktiki olaraq qəbul etdiyim üçün adıma rəsmiləşdirmək istədim. Buna görə də mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün Babək rayon Notariat Ofisinə müraciət etdim. Babək rayon Notariat Ofisinin 23 dekabr 2022-ci il tarixli, 113 və 114 nömrəli məktublarında mirasın faktiki qəbulunun məhkəmə tərəfindən müəyyən olunduğu üçün məhkəməyə müraciət etməyim tövsiyə olunmuşdur. İddiaçının vəkil-nümayəndəsinin yazılı razılığını nəzərə alan məhkəmə xx.xx.2023-cü il tarixli qərardadı ilə əsl olmayan cavabdeh X9 əsl cavabdehlərlə - Cavabdeh1, Cavabdeh2, Nəbiyeva (Abdullayeva) Səmayə Ələsgər qızı, X11 və Cavabdeh4 ilə əvəz etmiş, mülki işə əvvəldən baxılmağa başlanılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı izahatında anası Abdullayeva Nərgizin 2000-ci ildə, atası Abdullayev Ələsgərin isə 2009-cu ildə vəfat etdiyini, atası vəfat etdikdən sonra onun mülkiyyətində olan Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0,2607 hektar torpaq sahəsinin miras qaldığını, ailəsi ilə birlikdə atasının vəfatından əvvəl və sonra həmin torpaqda yerləşən evdə yaşadığını, onun vəfatından sonra həyətdə və evdə əsaslı təmir işi apardığını, belə ki, atasının sağlığında ev köhnə olduğundan torpağın bir hissəsində köhnə evin yanında ev tikməyə başladığını, atasının vəfatından sonra da həmin evin tikintisini davam etdirdiyini, anası və atasının yas mərasiminin də həmin evdə baş tutduğuğunu, atasının vəfatına qədər digər bacıqardaşlarının ailə qurub ayrıldıqlarını, son zamanlara qədər köhnə evdə yaşadığını, 2013-cü ildə həmin torpaqda tikdiyi yeni evə köçdüyünü, torpaq sahəsində atasının vəfatından sonra həyətdə yeni ağaclar əkib meyvə-tərəvəz tədarük etdiyini, atasının vəfatından sonra miras torpaqda özü və ailəsindən başqa heç bir kəsin daimi yaşamadığını, bacı-qardaşlarının qonaq kimi gəlib-getdiyini, qardaşı X13 yaşadığını, valideynlərinin yas mərasimi ilə əlaqədar olaraq belə vətənə qayıtmadığını, müharibə ilə əlaqədar olaraq da notarial qaydada miras əmlakdan imtina ilə bağlı razılıq ərizəsini verə bilmədiyini, amma iddiaya qarşı etirazının da olmadığını, atasının Bahar adlı qadından Bayram və Ceyran adlı övladları olduğunu, onlarla münasibətləri olduğunu, Ceyranın mirasdan imtina ilə bağlı notarial qaydada ərizə verməsinə baxmayaraq Bayramın mirasın onun tərəfindən qəbuluna etiraz etməsə də, heç bir addım atmadığını, Hüseyn və Bayramdan başqa digər bacı-qardaşlarının mirasdan imtina ilə bağlı razılıq ərizəsi verdiyini, 1 oğlu olduğunu, rəsmi qeydiyyat ünvanının Naxçıvan şəhəri olmasına baxmayaraq hazırda arvadı və oğlu ilə birgə miras əmlakda yerləşən evdə yaşadıqlarını, Naxçıvan şəhərində taksi fəaliyyəti göstərə bilməsi üçün şəhərdə bacısı Məhbubəyə məxsus evdə qeydiyyata alındığını bildirmiş, mirası atasının ölümündən sonra faktiki olaraq qəbul etməsi nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçının vəkil-nümayəndəsi Vəkil oğlu izahatında bildirmişdir ki, iddiaçı mirasın faktiki qəbulu üçün qanunla nəzərdə tutulmuş vaxt ərzində, atasının ölümündən sonra 3 ay müddətində atasından miras qalmış torpağa faktiki olaraq yiyələnməklə, torpaq sahəsini əkib-becərməklə və onun üzərində yerləşən evdə yaşamaqla miras əmlakı faktiki olaraq qəbul etmişdir. Bunu şahid ifadələri, yazılı sübutlar tam olaraq təsdiq edir. Cavabdehlər tərəfindən icraat gedişində məhkəməyə hər hansı etiraz və etirazı təsdiq edən sübut təqdim olunmamış, əksinə məhkəmə iclasında iştirak edən cavabdehlər iddianı qəbul etmişlər. Bütün bunlar nəzərə alınmaqla iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Cavabdeh1 doğulduğu gündən ata evi olaraq miras torpaqda yerləşən evdə yaşayıb boya-başa çatdığını, 1971-1976-cı illərdə Bakı Dövlət Universitetində əyani təhsil aldığını, həmin evdən o vaxtdan çıxıb qayıtdıqdan sonra isə Şıxmahmud kəndində ev tikib oraya köçdüyünü, atasının vəfatı zamanı orada qardaşı Yusif və ailəsinin yaşadığını, atasına son zamanlarında onların qulluq edib baxdığını, həmin vaxtdan indiyə qədər də iddiaçının öz ailəsi ilə birlikdə orada yaşamağa davam etdiyini, digər vərəsələrdən miras əmlakda atasının vəfatından sonra və hazırda yaşayan olmadığını, miras əmlakdan imtina ilə bağlı notarial qaydada razılıq ərizəsi verdiyini, hazırda isə iddianı qəbul etdiyini bildirmiş, iddianın təmini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Cavabdeh4 izahatında 1987-ci ildə ailə qurduğunu, həmin vaxtdan Şıxmahmudda aldığı yeni torpaqda tikdiyi evdə yaşadığını, atasının vəfatından sonra da qardaşı Yusifin o evdə yaşamaqda davam etdiyini, mirası qəbul etdiyini, atasına da Yusifin asiləsinin qulluq etdiyini, miras əmlakdan imtina ilə bağlı notarial qaydada razılıq ərizəsi verdiyini, iddianı qəbul etdiyini bildirmişdir. Məhkəmənin hazırlıq iclasında Cavabdeh2 1982-ci ildə ailə qurub miras əmlakdan ayrıldığını, həmin vaxtdan daimi olaraq Naxçıvan şəhərində yaşadığını, atasının vəfatından əvvəl Yusiflə həmin evdə yaşaığını, onun vəfatından sonra da Yusifin ailəsi ilə birlikdə orada yaşamağa davam etdiyini, miras əmlakdan imtina ilə bağlı notarial qaydada razılıq ərizəsi verdiyini, iddianı qəbul etdiyini bildirmişdir. Məhkəmənin hazırlıq iclasında Cavabdeh3 1978-ci ildə ailə həyatı qurub Zeynəddin kəndinə gəlin köçdüyünü, həmin vaxtdan orada yaşadığını, atasının vəfatından sonra miras əmlakın təsərrüfatını Yusifin idarə etdiyini, atasının bütün müalicə, dəfn və yas xərclərini Yusifin qarşıladığını, miras əmlakı atasının ölümündən sonra balaca qardaşı Yusifin faktiki olaraq qəbul edib ailəsi ilə birlikdə orada yaşadığını, Bayram və Ceyranın atasının digər nikahından olan uşaqları olduğunu, onların heç vaxt miras əmlakda yaşamadığını, miras əmlakdan imtina ilə bağlı notarial qaydada razılıq ərizəsi verdiyini, iddianı qəbul etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində İddiaçılə uşaqlıq yaşlarından ata ocağında ikən qonşu olduğunu, hazırda isə yaxına köçərək daha yaxın qonşu olduqlarını, Ələsgər Abdullayevin 2009-cu ildə vəfat etdiyini, yas mərasiminin həmin həyətdə baş tutduğunu, həmin vaxt orada evin balaca oğlu kimi İddiaçı ailəsi ilə birlikdə yaşadığını, atasının vəfatından sonra da orada yaşamağa davam etdiyini, hazırda da miras əmlakda İddiaçı və ailəsinin yaşadığını, miras torpaqda İddiaçı tərəfindən bağ salındığını və təsərrüfat aparıldığını, həmçinin miras açıldıqdan sonra əsaslı təmir-bərpa işlərinin aparıldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 iddiaçı ilə qonşu olduğunu, Ələsgər Abdullayev rəhmətə gedəndə 16 yaşı olduğunu, yas mərasimində iştirak etdiyi üçün mərasimin elə həmin evdə təşkil olunduğunu və həmin vaxtlar da iddiaçı və ailəsinin orada yaşadığını xatırladığını, həmin vaxtdan indiyə qədər və hazırda da İddiaçı ailəsi ilə birlikdə miras torpaqda yerləşən evdə yaşadığını, iddiaçı tərəfindən torpaqda həyətyanı təsərrüfat aparıldığını və bağ salındığını, təmir-tikinti işinin aparıldığını bildirmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında belə nəticəyə gəlmişdir ki, X5 Babək rayonu Şıxmahmud kəndində yerləşən 0.2607 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin miras qalması, X8 xx.xx.2009-cu il tarixdə vəfat etməsi, onun hazırda sağ olan vərəsələrinə İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X11 və Cavabdeh4 daxil olması, miras qoyan tərəfindən vəsiyyətnamə qoyulmadığı mülki işin mübahisəsiz hallarıdır. Belə ki; - “Nikahın bağlanması haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X14 ilə X17 17 dekabr 1965-ci ildə nikaha daxil olmuşlar; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm akt qeydləri kitabından çıxarışdan X10 08 aprel 2000-ci il tarixdə Babək rayonu Şıxmahmud kəndində vəfat etməsi; - Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X8 01 yanvar 2009-cu il tarixində Babək rayonunda vəfat etməsi; - Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən İddiaçı xx xxx 1971-cü ildə doğulduğu, atasının X14, anasının isə X15 olması; - Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X6 18 iyun 1958-ci ildə doğulduğu, atasının X14, anasının isə X15 olması; - Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Cavabdeh1 xx xxxxxx 1954-cü ildə doğulduğu, atasının X14, anasının isə X17 olması; - Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Cavabdeh2 xx xxxxxx 1955-ci ildə doğulduğu, atasının X14, anasının isə X17 olması; - Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X4 xx xxxxxx 1957-ci ildə doğulduğu, atasının X14, anasının isə X15 olması; - Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən Cavabdeh4 xx xxxx 1960-cı ildə doğulduğu, atasının X14, anasının isə X15 olması; - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan Babək rayonu Şıxmahmud kəndində yerləşən 0.2607 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin X8 mülkiyyətində olması müəyyən olunur. Mülki iş materiallarından aydın olur ki, İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair xx.xx.2022-ci il tarixli müraciətinə cavab olaraq Babək rayon Notariat ofisinin notariusu tərəfindən şəhadətnamənin verilməsindən qanunla nəzərdə tutulmuş müddət keçdiyindən və Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata uyğun olaraq tələb olunan sənədllərin təqdim olunmadığından imtina olunmuş, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Mülki işin mübahisə doğuran halı İddiaçı X5 miras qalan əmlakı faktiki olaraq qəbul edib-etməməsidir. Mülki işin mübahisəli halının həlli ilə bağlı iddiaçının və cavabdehlərin izahatlarını, şahid ifadələrini mülki iş materiallarını bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə qeyd edir ki, tərəflər arasında vərəsəlik münasibətlərindən irəli gələn hüquq münasibətləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Mülki Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki işin araşdırılması zamanı miras qoyanın vəsiyyətnamə qoymadığı müəyyən olunmuşdur. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-ci maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Babək rayon İcra Hakimiyyətinin Şıxmahmud kənd inzibati ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 30 dekabr 2022-ci il tarixli, 246 nömrəli arayışda qeyd olunmuşdur ki, İddiaçı Babək rayonu, Şıxmahmud kəndində yaşayır. Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti tərəfindən verilmiş 29 dekabr 2022-ci il tarixli, 320 nömrəli arayışda bildirilmişdir ki, Babək rayon Şıxmahmud kənd sakini İddiaçı ********* nömrəli abonent kodu ilə Babək rayonu Qaz İstismar İdarəsində qeydiyyata alınmışdır, qaz sərfiyyatı daimi olaraq İddiaçı tərəfindən ödənilmiş, onun qaz sərfiyyatına borcu yoxdur. Babək rayon Elektrik Şəbəkəsi tərəfindən verilmiş 29 dekabr 2022-ci il tarixli arayışda qeyd olunmuşdur ki, Babək rayon Şıxmahmud kənd sakini İddiaçı ********* abonent kodu ilə Babək rayonu Elektrik Şəbəkəsində qeydiyyata alınmışdır, enerji sərfiyyatı daimi olaraq İddiaçı tərəfindən ödənilmiş, onun enerji sərfiyyatına görə borcu yoxdur. Babək rayon Meliorasiya və Su təsərrüfatı İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda qeyd olunmuşdur ki, Babək rayon Şıxmahmud kənd sakini İddiaçı ********* abonent kodu ilə Babək rayon Meliorasiya və Su təsərrüfatı İdarəsində qeydiyyata alınmışdır, su-kanalizasiya sərfiyyatını daimi olaraq İddiaçı ödəyir və borcu yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunmuş “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir” və 77.1-ci maddəsində əks olunmuş “hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir” normalarını tərəflərin nəzərinə çatdıran məhkəmə bildirir ki, yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları, cavabdeh isə etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması gedişində cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 iddianı qəbul etmiş, məhkəmə iclasında iştirak etməyən X11 isə iddiaya qarşı etirazını bildirməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 2012-ci il 5 oktyabr tarixli Qərarında göstərilmişdir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə) qəbul etdikdə, o, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, hamısını və ya ona çatası payın qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Beləliklə mülki iş üzrə məhkəmə araşdırmasının nəticəsi olaraq məhkəmə iclasında hərtərəfli tədqiq olunmuş sübutlar (işdə iştirak edən şəxslərin izahatları, şahid ifadələri və yazılı sübutlar) əsasında müəyyən olunmuşdur ki, İddiaçı X5 miras qalmış əmlakı onun ölümündən sonra mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddət ərzində faktiki cəhətdən ələ keçirməklə ona sahib durmuş, bununla da faktiki sahiblik etmək üsulu ilə mirası qəbul etmişdir. Yuxarıda qeyd olunanları rəhbər tutaraq yekunda məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X5 miras qalmış Babək rayonu Şıxmahmud kəndində yerləşən 0.2607 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin İddiaçı tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin olunsun. xx.xx.2009-cu il tarixdə vəfat etmiş X5 miras qalmış Babək rayonu Şıxmahmud kəndində yerləşən 0.2607 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin İddiaçı tərəfindən faktiki qəbul olunması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar