Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-104/2020 29.09.2020 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin sədri Tural Ziyad oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Əsgər oğluna qarşı zəbt edilmiş torpaq üzərində mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmiş, Ordubad rayonunun Dəstə kəndində mülkiyyətində olan 17kv.m torpaq sahəsinin Cavabdeh Əsgər oğlu tərəfindən zəbt edilmiş 17 kv.m hissəsinin cavabdehin qanunsuz sahibliyindən azad edilməsi, torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə baxışında bildirmişdir ki ki,torpağı aldığı zaman cavabdeh ilə onun torpaq sahəsini ayıran daş divar mövcud olmuşdur son zamanlar həmin torpaq sahəsini suvaranda çıxıb onu təhqir edirlər bundan əlavə həmin əraziyə avtomobil ilə gələndə də mane olur cavabdeh daş divar çəkəndə bildirdim hət qapışın 2 metr öz ərazisinə tərəf qoysun ancaq qoymadı bu səbəbdən də ona aid olan lakin cavabdeh tərəfindən zəbt olunmuş JN520A nömrəli torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamədə onun torpağı kimi göstərilmiş 17kv.m torpaq sahəsinin cavabdeh tərəfindən ona qaytarılması barədə məhkəmənin qətnamə çıxartmasını istəmişdir. Cavabdeh Əsgər oğlu məkəmə baxışında bildirmişdir ki 2005-ci ildə atası vəfat edib sonra və o başlayıb orda yaşamağa 2007-ci ildə qaz xəti çəkəndə həmin daş divar var idi cavabdeh həmin daş divarı iddiaçı həmin ərazini almamışdan əvvəl həmin topaq sahəsinin mülkiyyətçisi razılaşaraq həmin öz vəsaiti hesabına çəkmişdir.qapını qoyanda isə iddiaçının özü də orda idi hansı tərəfdən qoymaq istəyirsə ordan qapını qoya biləcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş- JN520A nömrəli torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçıxx xxxxxx 2008-ci il tarixli 4Ə1/11qeydiyyat nömrəli alqı satqı müqaviləsi ilə 1767kv.m torpaq sahəsi alqı satqı müqaviləsi ilə mülkiyyətinə keçmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında **********7 nömrəli torpaq sahəsinin plan və olçüsündən görünr ki Ordubad rayonunun Dəstə kəndində yerləşən 1767kv.m olan torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. xx xxxxxxxx 2020-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı Ordubad rayonunun Dəstə kəndində yerləşən JN520A nömrəli torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamədə onun torpağı 1767kv.m torpaq sahəsinin sərhəd döngə nöqtələri naturada kənd yerquruluşu xəritəsi və mülkiyyət sənədi əsasında yenidən aparılmış ölçü işləri nəticəsində dəqiqləşdirilmiş, ölçmə-dəqiqləşdirmə işləri nəticəsində Ə.Məhərrəmin faktiki olaraq naturada istifadə etdiyi həyətyanı torpaq sahəsinin ölçülərinin mülkiyyət sənədində göstərilən ölçülərə uyğun olmadığı müəyyən edilmiş müəyyən edilmiş və 16.72kv.m toraq sahəsinin Cavabdeh Əsgər oğlunun faktiki istifadəsində, cavabdehə məxsusu 7,03 kv.m torpaq sahəsi isə iddiaçının istifadəsindədir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsəsən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan tərəflərin üzərinə qoyur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Beləliklə məhkəmə iclasında toplanmış sübutlarla müəyyən olur ki, İddiaçı aid Ordubad rayonunun Dəstə kəndində xx xxxxxx 2008-ci il tarixli 4Ə1/11qeydiyyat nömrəli alqı satqı müqaviləsi ilə 1767 kv.m torpaq sahəsi mülkiyyətinə keçmişdir. AzərbaycanRespublikasıTorpaq Məcəlləsinin 84cü maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata həyata keçirilir. Əmlakdan maneəsiz istifadə hüququnun mahiyyətini açıqlayan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 1979-cu il tarixli Marks Belçikaya qarşı qərarında göstərilir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. “Akimovun Azərbaycan qarşı” işi üzrə xx.xx.2007-ci il tarixli qərarında qeyd edilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə hər hansı müdaxilə qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Yuxarıda sadalanan normaların mahiyyəti və hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirdə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir . Yuxarıda qeyd olunan maddi hüquq normalarının məzmunundan göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qət etdi İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh Əsgər oğluna qarşı zəbt edilmiş torpaq üzərində mülkiyyət hüququnun bərpa edilməsi tələbi qismən təmin edilsin. İddiaçı Ordubad rayonunun Dəstə kəndində mülkiyyətində olan **********07 reyester nömrəli torpaq sahəsinin yer qurluşu sxemi üzrə 9 nömrəli döngə nöqtəsindən, 12 nöməli döngə nöqtəsinə qədər olan məsafədə Cavabdeh Əsgər oğlu tərəfindən zəbt edilmiş 16,72 kv.m torpaq sahəsi qanunsuz sahiblikdən azad edilsin, İddiaçı aid **********07 reyester nömrəli torpaq sahəsinin yer qurluşu sxemi üzrə 11 nömrəli döngə nöqtəsindən, 13 nömrəli döngə nöqtəsinə qədər olan 7,03 kv.m torpaq sahəsi isə Cavabdeh Əsgər oğlunun özünə qaytarılsın. Sökülülər onların öz hesabına sökülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-104/2020
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-104/2020
29.09.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver