Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 2(080)-123/2024 03.05.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin sədri Tural Ziyad oğlu Haqverdiyevin sədrliyi, X20 məhkəmə iclas katibliyi, ərizəçi X2, ərizəçinin Vəkil-nümayəndəsi Vəkil, maraqlı şəxslər Əliyeva X11, X1 və Şahid1 iştirakı ilə, ərizəçi X2 miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi X2 vəkil-nümayəndəsi Vəkil hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəsi ilə Odubad Rayon Məhkəməsinə müraciət etmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən ibarət miras əmlakı Ərizəçi Cəfər oğlu tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi və vəkil-nümayəndəsi ərizənin dəlillərinə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Maraqlı şəxs qismində Əliyeva X17 ərizəni qəbul etməmiş, ərizədə göstərilən faktların heç birinin düzgün olmadığını, onun ailə qurub o evdən getdiyini, ailə qurduğu şəxsdən övladı olmadığını, nə əri nə oğlu olmadığını, O evdən bir otaq ona pay düşdüyünü, Ərizəçinin mirası faktiki qəbul etməklə evi öz adına keçirmək istədiyin, buna qarşı olduğunu , ərizənin rədd edilməsini məhkəmədən xahiş etmişdir.. Maraqlı şəxs qismində Abutalıbova X18 ərizəni qəbul etməmiş, onun evdə 40 il yaşadığını, hazırda isə Bakı şəhərində yaşayadığını, onun da o evə xərc çəkdiyini, ərizəçi qədər onlarında o evdə hüququ olduğunu, o evdən bir otaq ona pay düşdüyünü, ərizəçi mirası faktiki qəbul etməklə evi öz adına keçirmək istədiyini, buna qarşı olduğunu və ərizəni rədd edilməsini xahiş edir. Şahid qismində izahatı alınmış Şahid1 Ərizəçi sifarişi ilə qeyd edilən ünvanda 4 ildir ki fərqli işlər görərək təmirlər apardığını, eyni zamanda Ərizəçi o evin qapı pəncərələrin başqa ustalara düzəltdirib və xərcin çəkdiyini, o evdə uçmuş divarı hörüb suvax vurduğunu, həyətdəki hovuzu bərpa etdiyini, onun gördüyü işlərin haqqını Ərizəçi ödədiyini bildirmişdir. Məhkəmə ərizəçini, vəkili-nümayəndəsini və maraqlı şəxslərin və şahidin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 259.0.10-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə ərizə baxılmamış saxlanılır; 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır; 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Göründüyü kimi, qanunvericilik birmənalı şəkildə xüsusi icraat qaydasında baxılan işlərdə hüquq haqqında mübahisənin yarandığı zaman ərizənin baxılmamış saxlanmalı olmasını müəyyən etmişdir. Beləki ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ərizəçiyə mərhum anası X8 miras qalmışdır. X6 23 fevral 1983-cü il tarixdə vəfat etmiş, oğlu Ərizəçi yaşamış, mirası faktiki olaraq o qəbul edərək idarə etmişdir. Evin bütün təmir işləri ərizəçi tərəfindən aparılmışdır. Mirası Ərizəçi qəbul etsə də miras hüquqlarını dövlət qeydiyyatına aldıra bilmir. Ona görə də miras hüquqlarının tanınması ilə bağlı məhkəməyə müraciət edir. Lakin maraqlı şəxslər onlarında həmin mirasda payları olduğundan ərizənin rədd olunmasını xahiş edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə Ərizə verilərkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, 19 fevral 2024-cü il tarixdə Ərizəçi tərəfindən Kapital Bank ASC-yə 100 manat məbləğində ödənilmiş dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ərizəçi X3 hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi haqqında ərizəsi üzrə mülki işə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edildiyindən ərizə baxılmamış saxlanılmalı, ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququnun olması izah olunmalı və ödənilmiş 100(yüz) manat dövlət rüsumu ona qaytarılmalıdır.. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260-cı, 263,264-cü, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi X2 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi X4 ümumi əsaslarla iddia vermək hüququnun olması izah olunur. 19 fevral 2024-cü il tarixdə Ərizəçi tərəfindən Kapital Bank ASC-yə 100 manat manat məbləğində ödənilmiş dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ordubad Rayon Məhkəməsinə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-123/2024
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №2(080)-123/2024
03.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver