Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-13/2022 28.01.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X21 oğlunun məhkəmə iclas katibliyi, iddiaçı X16 oğlunun, cavabdeh X5 iştirakı ilə, İddiaçı oğlunun, cavabdeh Novruzlu Sərvər Novruz oğluna qarşı pul tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X16 oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh X18 oğlundan 2831 (iki min səkkiz yüz otuz bir) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı oğlu iddia ərizəsində bildirmişdir ki, qızı Məmmədov Günay Etibar qızı cavabdeh X5 oğlu Şahid4 ilə 2013-cü ilin noyabr avında Ordubad rayon Çənnəb İƏDÜ-də nikah qeydiyyatından keçməklə ailə həyatı qurub. Haliyədə ailə münasibətləri pisləşmiş, aralarındakı nikah Ordubad Rayon Məhkəməsinin qətnaməsi əsasında pozulmuşdur. 2018-ci ilin təqribən may ayından 2021-ci ilin fevral ayınadək qızı X10 cavabdeh X5 adına olan Culfa şəhəri H.Cavid küçəsi, ev 17 ünvanında yerləşən mənzilində yaşamışdır. Həmin mənzildə qızı yaşadığından 2020-ci ilin yay aylarında cavabdeh X5 adına olan Culfa şəhəri H.Cavid küçəsi, ev 17 ünvanında yerləşən mənzilində onun tərəfindən təmirtikinti, yaxşılaşdırma işləri görülmüşdür. Cavabdeh X5 adına olan Culfa şəhəri H.Cavid küçəsi, ev 17 ünvanında yerləşən mənzildə onun tərəfindən aşağıdakı təmir-tikinti işləri aparılmışdır: Həyətdə evin balkonunun kənarı tikilib otaq vəziyyətinə gətirilib, bu iş üçün 560(beş yüz altmış ) manat , Həyətin hasarı tikilib 75-km: ölçüdə, bu iş üçün 600 (altı yüz) manat, evin onun tərəfimdən yeni tikilmiş otağına içəridən və eşikdən suvaq vurulub 85km: (kv2 8 manat) sahəsinə və 105 km- (km2 -i 5 manat) sahəsinə alçı vurulub(tavan daxil olmaqla), bu iş üçün cəmi 1205 (bir min iki yüz beş) manat , Döşəmə üçün beton verilib pol vurlub 28 km2 sahəyə (km2-i 15 manat), bu iş üçün 420.00(dörd yüz iyirmi) manat , 15-ədəd sement alınmışdır (ədədi 5.5-man) 82.5 manat, və bir ədəd əl arabası alınmışdır 46 (qırx altı) manata. İddiaçı X5 adına olan Culfa şəhəri H.Cavid küçəsi, ev 17 ünvanında yerləşən mənzildə onun tərəfindən görülmüş təmir-tikinti işlərinin dəyərinə ümumilikdə 2831 (iki min səkkiz yüz otuz bir) manat pul xərclənmmişdir.İddiaçı iddia ərizəsində göstərilənlərə əsasən cavabdeh X18 oğlundan 2831 (iki min səkkiz yüz otuz bir) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı X16 oğlu ifadəsində bildirmişdir ki 2018- 2020-ci illərdə X5 adına olan Culfa şəhəri H.Cavid küçəsi, ev 17 ünvanında yerləşən mənzildə onun tərəfindən təmir- tikinti, yaxşılaşdırma işləri görüldüyünü, həmin mənzilin cavabdeh X5 adına olduğunu ancaq qızı X4 həmin mənzildə yaşadığı üçün təmannasız yəni gördüyü işlərin müqabilində, cavabdeh ilə aralarında usta kimi işlədiyinə görə heç bir muzd razılaşmasının olmadığını, ancaq qızının cavabdehin oğlu Şahid4 ilə nikahları pozulduğundan və qızı X4 həmin mənzildə yaşamadığı üçün, gördüyu işlərin muzdunu istəyir. Sədrlik edən mülki işə cavabdeh X6 iştirakı ilə baxmışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdeh X18 oğlu ifadəsində bildirmişdir iddia tamamı ilə əsassızdır və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 2018-ci ildə 1400 (on dörd min) manata aldığını cavabdehin onun evində işlədiyi müddətdə cavabdeh qızının evi olduğu üçün aralarında heç bir razılaşma olmadığını, lakin onun cavabdehin gördüyü işlərə görə cavabdehə pul verdiyini, bu səbəbdəb də iddianın əsassız olduğunu və məhkəmə tərəfindən iddianın rədd olunmasını xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında iddiaçı X16 oğlu iddiasını sübut etmək üşün şahidlər Şahid3 və Şahid2 məhkəmədə onun tərəfindən şahid kimi dindirilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində bildirmişdir iddiaçı X16 oğlunun qızı ilə Culfa şəhərində qonşudur iddiaçının qızı onların qonşuluğuna köçəndə evin təmiri zamanı iddiaçı və onun oğlu həmin evdə davamlı işlədiyini görmüşdür, ancaq iddiaçı ilə cavabdeh arasında görülən işlər ilə əlaqədar hər hansı razılaşma olduğu haqda məlumatı yoxdur. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində bildirmişdir iddiaçı X16 oğlunun qızı ilə Culfa şəhərində qonşudur iddiaçının qızı 2018-ci ildə Culfa şəhəri H.Cavid küçəsi, ev 17 ünvanında yerləşən mənzilə köçüb yaşamağa başlayandan sonra iddiaçının oğlu ilə həmin mənzildə işlədiyini ,lakin iddiaçının gördüyü işlər ilə bağlı cavabdeh ilə aralarında gördüyü işlərin muzd ilə razılaşdırıldığı barədə məlumatı olmadığını bildirdi. Məhkəmə şahid ifadələrinin qiymətləndirilməsi əsasında belə nəticəyə gəlir ki iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki Şahid3 və Şahid2 ifadələrində iddiaçı və cavabdeh arasında, iddiaçının cavabdehin mənzilində gördüyü işlər müqabilinə muzd alaçağı barədə razılaşma olduğunu ifadələrində təsdiq edə bilmədilər. Məhkəmə baxışında ifadə verən cavabdeh, iddiaçının onun Culfa şəhəri H.Cavid küçəsi, ev 17 ünvanında yerləşən mənzilində, cavabeh tərəfindən görülmüş işlər müqabilində cavabdehə muzd verəcəyi barəsində hər hansı razılaşma olmadığını bildirmiş və etirazını əsaslandırmaq üçün, bildirmişdir ki H.Cavid küçəsi, ev 17 ünvanında yerləşən mənzildə onun oğlu Şahid4 və cavabdehin qızı X10 yaşadığından iddiaçının da bu barədə heç bir tələbi olmamışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin 25.06. 2018-ci il tarixli çıxarışından görünür ki ünvan 3 ünvanında olan fərdi yaşayış evi cavabdeh Novruzlu Sərvər Novruz oğlunun mülkiyyətindədir. 30 sentyabr 2021-ci il tarixli 2206 saylı arayışdan görünür ki, İddiaçı Culfa şəhəri, M. Əsgərov ev 16 mənzil 3 ünvanında qeydiyyatdadır. 28 sentyabr 2021-ci il tarixli 142 saylı arayışdan görünür ki, X18 oğlu Ordubad rayon Çənnəb kəndində qeydiyyatdadır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnun digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinin tələbinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulmuş işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzdu ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 753.4-cü maddəsinin tələbinə görə müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-cu maddəsinin tələbinə əsasən iddiaçının cavabdehdən Culfa şəhəri H.Cavid küçəsi, ev 17 ünvanında yerləşən mənzilinin təmir tikintisinə çəkilmiş xərclər üçün muzd barəsində razılaşma olmalı idi.İddiaçı isə məhkəmə baxışı zamanı etiraf edib ki, gördüyü işlər ilə bağlı cavabdeh ilə onun arasında heç bir razılaşma olmayıb, çünki mənzildə onun qızı X9 yaşayırdı. Bu səbəbdən işin faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəlmir. Çünki tərəflər arasında iddiaçının muzd müqabilində bəzi təmir işləri aparacağını razılaşdırmayıblar. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu o deməkdir ki iddiaçı onun onun xeyrinə olan lakin cavabdehin qəbul etmədiyi halları sübut etməlidir. İddiaçı X8 cavabdehin mənzilinin təmi-tikintisinə çəkilmiş 2831 (iki min səkkiz yüz otuz bir ) manat pulun ona verilməsi üçün məhkəmədə şahid kimi Şahid3 və Şahid2 dindirilməsini istəyib. Məhkəmədə dindirilən şahidlər iddiaçı ilə cavabdeh arasında Culfa şəhəri H.Cavid küçəsi, ev 17 ünvanında yerləşən mənzilin təmir-tikintisi üçün muzd müqabilində razılaşma olduğunu təsdiq edə bilmədilər. Bu səbəbdən iddiaçı daha çox inandırıcı əsaslar gətirməli və sübut etməli idi ki həqiqətən cavabdeh ilə onun arasında cavabdehə məxsus Culfa şəhəri H.Cavid küçəsi, ev 17 ünvanında yerləşən mənzilinin təmir tikintisinə çəkilmiş xərclər üçün muzd barəsində razılaşma olub və 2831 (iki min səkkiz yüz otuz bir ) manat pulu cavabdeh iddiaçıya verməlidir. Məhkəmə araşdırılan sübutlara istinadən belə nəticəyə gəlir ki, İddiaçı X2 cavabdeh X18 oğlundan 2831 (iki min səkkiz yüz otuz bir) manatın alınaraq ona verilməsi barədə iddiası rədd edilməlidir. İddiaçı X2 tərəfindən 30 manat məbləğində dövlət rüsumu iddia rədd edildiyindən iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq qət etdi: İddia rədd edilsin. İddiaçı cavabdeh X7 qarşı 2831 (iki min səkkiz yüz otuz bir) manat pul tələbi barədə iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-13/2022
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-13/2022
28.01.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver