Məhkəmə qərarları › İş №2(080)-133/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №2(080)-133/2025

29.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 2(080)-133/2025 29.04.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyev, iddiaçı “Akademik M. Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-in X2 cavabdeh X1 qarşı “Akademik M. Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-nin inzibati ərazisində qanunsuz şəkildə yerləşdiyi binadan çıxarılması və binanın boşaldılması, məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİ: İddiaçı “Akademik M. Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-nin X3 iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmiş və iddia ərizəsində qeyd etmişdir ki, Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-nin balansında olan və qanuni istifadəsində olan torpaq sahəsində (“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏmlaK Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin Reyestr nömrəsi **********75-12101 olan Texniki Pasport)- Xəstəxananın inzibati ərazisində olan cavabdeh şəxs Cavabdeh qanunsuz şəkildə, heç bir razılaşdırılmış hüquqi əsas (icarə, sərəncam, müvafiq icazə sənədi və s. olmadan ölçüsü təxminən 110 m” olan qanuni müəssisəyə məxsus binanı zəbt etmişdir. Hal-hazırda “Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-də aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq həmin binanın təmirbərpa işlərinin aparılmasına ehtiyac yaranmışdır. Qeyd olunan qanunsuz zəbt olunan tikilinin boşaldılması barədə bizim tərəfimizdən dəfələrlə tələbin edilməsinə baxmayaraq, cavabdeh ərazidən çıxmamışdır və ona aid əşyaları binadan çıxarmamışdır. Cavabdehlə dəfələrlə telefon danışıqları və şifahi xəbərdarlıqlar aparılmış, lakin heç bir nəticə əldə olunmamışdır. Bu qanunsuz zəbt Respublika Klinik Xəstəxanasının əraziyə dair istifadə hüququnun pozulması, normal fəaliyyətinin məhdudlaşdırılması və mülki hüquqlarının pozulması ilə nəticələnir. Bu səbəbdən də iddiaçı X1 qarşı “Akademik M. Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-nin inzibati ərazisində qanunsuz şəkildə yerləşdiyi binadan çıxarılması və binanın boşaldılması, məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehin, Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-nin balansında olan və qanuni istifadəsində olan torpaq sahəsində (“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏmlaK Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin Reyestr nömrəsi **********75-12101 olan Texniki Pasport)- Xəstəxananın inzibati ərazisinə 110 m” olan, müəssisəyə məxsus binanı zəbt etməsi nəticəsində M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-də aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq həmin binanın təmir-bərpa işlərinin aparılmasına maneə yaratması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən isə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Göründüyü kimi, Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, hazırki tələb mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialara aid olduğundan, müstəsna aidiyyət qaydaları tətbiq edilməli və iddia ərizəsi daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir (Konstitusiya Məhkəməsi Plenumunun M.A.Muradovun şikayəti üzrə 2004-cü il 28 aprel tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30- cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il 28 mart tarixli Qərarları). Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə görə isə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.3 və 152.4-cü maddələrinə uyğun olaraq iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, işə ərazi aidiyyəti üzrə Ortdubad Rayon Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və ona ərazi aidiyyati üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. İddia ərizəsi geri qaytarıldığından, hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 114, 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Akademik M. Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-nin X2 cavabdeh X1 qarşı Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-nin inzibati ərazisində qanunsuz şəkildə yerləşdiyi binadan çıxarılması və binanın boşaldılması, məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi, ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərazi aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməyə mane olmur. xx.xx.2025-cü il tarixli, **********10 nömrəli qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Tural Haqverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar