Məhkəmə qərarları › İş №2(080)-148/2024

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-148/2024

06.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-148/2024 06.06.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X10 məhkəmə iclas katibliyi, ərizəçi İbrahimova (İsaqzadə ) Tamella Məsum qızının iştirakı ilə ərizəçi İbrahimova (İsaqzadə ) Tamella Məsum qızının hüquqi əhəmiyyətli olan doğum faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Ərizəçi İbrahimova (İsaqzadə ) Tamella Məsum qızı ərizə ilə məhkəməyə müraciət edərək onun, İbrahimova (İsaqzadə ) Tamella Məsum qızının xx.xx.1959-cu ildə, Ordubad rayon Biləv kəndində doğulmağı faktının müəyyən olunaraq ona yeni doğum haqqında şəhadətnamə verilməsi öhdəliyinin Ordubad rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi İbrahimova (İsaqzadə ) Tamella Məsum qızı ərizəni müdafiə edərək ərizəsinin məzmununa uyğun izahatında bildirmişdir ki, xx.xx.1959-cu ildə Ordubad rayon Biləv kəndində doğulmuşam. Lakin valideyinlərim mənə doğum haqqında şəhadətnamə almamışlar. Mən müvafiq təşkilatlara müraciət etdikdə doğum haqqında şəhadətnamə olmadığı bildirildi. Sonradan mən X4 ilə 1978 - ci ildə rəsmi nigaha girərək İbrahimova soyadını götürmüşəm. Əvvəlki soyadım isə İsaqzadə olmuşdur. Əvəllər SSRİ pasportu ilə yaşamışam, sonradan isə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi verilib. Sonradan məlum olmuşdur ki, mənə doğum haqqında şəhadətnamə verilməmişdir. Bunula bağlı Ordubad rayon Qeydiyyat şöbəsinə müraciət etsəm də, şəhadətnamənin alınması mümkün olmamış, məhkəməyə müraciət etməyim tövsiyə olunmuşdur. Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət etməyimə baxmayaraq 26 oktyabr 2023-cü il tarixli 2-1(122)-1303/2023 nömrəli qərardada əsasən iş üzrə icraata xitam verildi və bildirildi ki, Ordubad rayon Məhkəməsinə müraciət etməliyəm. Ona görə də məhkəməyə müracət edərək doğum faktının müəyyən olunmasını xahiş edirəm. Qeyd edirəm ki, doğum faktının müəyyən olunması mənə atamdan qalan miras paydan imtina üçün lazımdır. Ordubad Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin Ordubad Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Bunu nəzərə alan məhkəmə Ordubad Rayon Qeydiyyat Şöbəsinin iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını və ərizənin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Ərizəçi doğum akt qeydinin bərpa edilməsi haqqında ərizə ilə Ordubad Rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Maraqlı şəxs xx.xx.2023-ci tarixli, 209 nömrəli məktubunda bildirmişdir ki, doğumun qeydiyyatını aparmaq üçün doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilə bilər. Ordubad Rayon Dövlət Arxivinin 04 sentyabr 2023-cü il tarixli Arayışında göstərilmişdir ki, 1977-1979- cu illərə aid təsərüfatbaşı kitablarda, X2 1934-cü ildə anadan olması və X1 isə 1940-cı ildə anadan olması Ərizəçi X3 isə xx xxxx 1959-cu il tarixdə anadan olması göstərilmişdir. Ordubad rayon Qeydiyyat şöbəsinin çıxarışından görünür ki, Kazımova(İsaqzadə ) Təyubə Musa qızı 26 mart 1940-cı ildə anadan olmuşdur. Ordubad rayon Qeydiyyat şöbəsinin çıxarışından görünür ki, X11 30 fevral 1934cü ildə anadan olmuşdur. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İbrahimova (İsaqzadə ) X7 şəhəri, Səməd Vurğun küçəsi, ev 1 ünvanında yaşayır. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki X11 ilə X8 arasında nikah bağlanmış, X8 nikaha düşdükdən sonra, İsaqzadə soyadını qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.3.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). İşdən göründüyü kimi ərizəçi onun doğum faktının müəyyən edilməsini xahiş edir. O, həmin faktı təsdiq edən sənədi almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etmiş, lakin qeydiyyat orqanı ona məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Məhkəmə hesab edir ki, işdə olan sənədlər əsasında ərizəçi X3 xx.xx.1959-cu ildə, Ordubad Rayon Biləv kəndində anadan olması, atasının X11, anasının X9 olması sübuta yetirilir. Həmin faktları təkzib edən hər hansı sübut iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən ərizə təmin edilməli və ərizəçinin doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (Hakim) öz qətnaməsini məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdim: Ərizə təmin edilsin. Ərizəçi X3 xx.xx.1959-cu ildə, Ordubad Rayon Biləv kəndində anadan olması, atasının X11, anasının X9 olması faktı müəyyən edilsin. Hazırkı qətnamə həmin fakt üzrə müvafiq qeydiyyatın aparılması üçün əsasdır Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar