Məhkəmə qərarları › İş №2(080)-149/2024

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №2(080)-149/2024

23.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 2(080)-149/2024 23.07.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad rayon Məhkəməsinin Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X2 iclas katibliyi, Ərizəçi, nümayəndəsi-vəkili Vəkil, Maraqlı şəxs1, Maraqlı şəxs2 Şəfi qızının iştirakı ilə, Ərizəçi miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsitələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Ərizəçi vəkili Vəkil ərizə ilə Məhkəməyə müraciət etmiş, Ordubad Rayonu Üstüpü kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən ibarət miras əmlakın Ərizəçi tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak etmiş Ərizəçi, nümayəndəsi-vəkili Bağırov X4 Rayonu Üstüpü kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən ibarət miras əmlakın Ərizəçi tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən barədə qətnamə qəbul edilməsinin xahiş etmişlər. Məhkəmə iclaslarında iştirak etmiş maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 Şəfi qızı ərizəyə etirazları olduğunu, miras-əmlakın onlar tərəfindən də qəbul edildiyini, miras-əmlakın 3 hissəyə bölünməsini istədiklərini, bu səbəbdən də ərizənin baxılmamış saxlanılmasını xahiş etmişlər. Məhkəmə Ərizəçi, nümayəndəsi-vəkili Vəkil, Maraqlı şəxs1, Maraqlı şəxs2 Şəfi qızının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 259.0.10-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə ərizə baxılmamış saxlanılır; 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır; 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Göründüyü kimi, qanunvericilik birmənalı şəkildə xüsusi icraat qaydasında baxılan işlərdə hüquq haqqında mübahisənin yarandığı zaman ərizənin baxılmamış saxlanmalı olmasını müəyyən etmişdir. X1 qalmış Ordubad Rayonu Üstüpü kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən ibarət miras əmlakın tək Ərizəçi tərəfindən deyil maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 Şəfi qızı tərəfindən də qəbul edilmiş, həmin əmlakdan istifadə etdiklərini və əmlaka faktiki sahiblik etdiklərini, əmlakın 3 hissəyə bölünməsini istədiklərini bildirərək ərizənin baxılmamış saxlanılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ərizə verilərkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, 04 oktyabr 2023-cü il tarixdə Ərizəçi tərəfindən Kapital Bank ASC-yə 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Ərizəçi hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi haqqında ərizəsi üzrə mülki işə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edildiyindən ərizə baxılmamış saxlanılmalı, ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququnun olması izah olunmalı və ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260-cı, 263,264-cü, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi ümumi əsaslarla iddia vermək hüququnun olması izah olunur. 04 oktyabr 2023-cü il tarixdə Ərizəçi tərəfindən Kapital Bank ASC-yə 100(yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ordubad Rayon Məhkəməsinə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar