Məhkəmə qərarları › İş №2(080)-152/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-152/2023

15.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-152/2023 15.08.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ərizəçi qızının, maraqlı şəxslər X7, X2, şahidlər Şahid1, Şahid2 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli olan doğum və atalığın müəyyən olunması barədə ərizəsinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 12.03,2005-ci il tarixdə Ordubad rayonunda anadan olmuş X2 doğum faktının və atasının Maraqlı şəxs2 olması faktının müəyyən edilməsi,doğum tarixinin xx xxxx 2005-ci il,doğum haqqında şəhadətnamədə ana qrafasında Ərizəçi,ata qrafasında Maraqlı şəxs2 kimi qeyd olunması barədə qətnamə qəbul qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Ərizəçi Məhkəmədə ərizəni müdafiə edərək ərizəsinin məzmununa uyğun izahatında bildirmişdir ki, o, 1995-ci ilin noyabr ayının 24-də tarixdə Maraqlı şəxs2 ilə ailə həyatı qurmuşlar. Lakin rəsmi olaraq nikaha daxil olmamışlar. Birgə yaşadıqları müddətdə xx.xx.2005-ci il tarixdə X8 anadan olmuşdur. Fərid doğulduğu gündən bu günədək Ordubad rayon Parağa kəndində onlarla birgə yaşamışdır. Oğlu Fəridə doğum haqqında şəhadətnamə almaq üçün Ordubad rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğum akt qeydi aşkar olunmadığından doğum haqqında şəhadətnamə almadığından mümkün olmamışdır. Uşağın doğum haqqında şəhadətnaməsi əldə etmək üçün atalığın məhkəmə qaydasında tanınma faktının müəyyən olunmasına zərurət var. 12.03,2005-ci il tarixdə Ordubad rayonunda anadan olmuş X2 doğum faktının və atasının Maraqlı şəxs2 olması faktının müəyyən edilməsi, doğum tarixinin xx xxxx 2005-ci il,doğum haqqında şəhadətnamədə ana qrafasında Ərizəçi, ata qrafasında Maraqlı şəxs2 kimi qeyd olunması barədə qətnamə qəbul edilməsinin xahiş edir. Maraqlı şəxs X10 məhkəmə iclasında verdiyi ifadəsində Ərizəçi ilə 1995-ci ilin noyabr ayının 24-də faktiki qaydada ailə həyatı qurduqlarını, xx.xx.2005-ci il tarixdə X8 anadan olduğunu, Fəridə doğum haqqında şəhadətnamə almadıqlarını, oğlu Fəridə doğum haqqında şəhadətnamə almaq üçün Ordubad rayon qeydiyyat şöbəsinə müraciət etdikdə doğum akt qeydi aşkar olunmadığından doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmadığını, oğlu Fəridə doğum haqqında şəhadətnamə almaq üçün atalığın və doğumun məhkəmə qaydasında verilməsini, bu barədə onlara köməklik edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahidlər Şahid1 və Şahid2 məhkəməyə verdikləri ifadələrində X10 ilə Ərizəçin;n 1995-ci ildə evləndiklərini, Fərid onların övladı olduğunu, Fəridin ev şəraitində Ordubad Rayonu Parağa kəndində anadan olduğunu, onlar nikaha düşmədiklərindən Fəridə doğum haqqında şəhadətnamə ala bilmədiklərini bildirərək ifadələrini bitirmişlər. Ordubad Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin Ordubad Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Bunu nəzərə alan məhkəmə Ordubad Rayon Qeydiyyat Şöbəsinin iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, ərizəçinin, maraqlı şəxsin və şahid ifadələrini dinləyərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Ordubad Rayon Qeydiyyat Şöbəsinin Ərizəçi ünvanlanmış 05 iyun 2023-cü il tarixli, 05/09İ/118259-23 saylı məktubdan görünür ki, ona nikahın bağlanması haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Ordubad Rayon Qeydiyyat Şöbəsinin Ərizəçi ünvanlanmış 05 iyun 2023-cü il tarixli, 05/Q-249/69 saylı məktubdan görünür ki, ona uşağın üçün doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1975-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx xxxxxx 1973-cü il tarixdə doğulmuşdur İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Ordubad Rayon Parağa kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05 iyun 2023-cü il tarixli, 47 saylı arayışından görünür ki, X8 xx.xx.2005-ci il Parağa kəndində doğulub və qeyd edilən ünvanda yaşayır. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Ordubad Rayon Mərkəzi X6 Şəxsin 01 fevral 2023-cü il tarixli, 02 iyun 2023-cü il tarixli 415 saylı arayışından görünür ki, Ərizəçi X4 xx.xx.2005-ci il tarixdə doğması barədə heç bir sənət tapılmamışdır. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını və şahid ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, həqiqətən də doğum faktı müəyyən olunması tələb edilən Fərid adlı uşaq xx xxxx 2005-cü il tarixdə Ordubad rayonunun Parağa kəndində, ev şəraitində doğulmuşdur. Övladı Fəridin doğum faktının müəyyən edilməsi ərizəçiyə onların doğumunun qeydiyyata alınması üçün lazımdır. Digər tərəfdən onların nikah qeydiyyatı yoxdur.Aralarında nikah aktı bağlanmadığından, faktiki qaydada evləndiklərindən övladının doğumu barədə qeydi başqa qaydada əldə edə bilmədiyindən ərizəçi göstərilən faktın müəyyən olunmasından ötrü məhkəməyə müraciət etmişdir. İşin göstərilən halları ərizəçinin izahatı, bunu tamamlayan maraqlı şəxsin, şahid ifadələri və iş materiallarında olan məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci maddəsinə görə doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nigah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; 2.5.7. valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd. Həmin Qaydanın 2.6-cı bəndində isə təsbit edilmişdir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 43-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-cü maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.5-ci maddəsinə əsasən atalığın müəyyən olunması haqqında birgə ərizə verməyin uşağın doğulmasından sonra qeyrimümkünlüyü və ya çətinliyi güman olunduğu hallarda gələcək uşağın öz aralarında nikahda olmayan valideynləri bu ərizəni müvafiq icra hakimiyyəti orqanına ananın hamiləliyi dövründə vermək hüququna malikdirlər. Uşağın valideynləri haqqında qeyd uşaq doğulduqdan sonra aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.4-cü maddəsinə əsasən öz aralarında nikahda olan və süni mayalanma və ya embrionun implantasiyasının tətbiqi barədə yazılı razılığı olan valideynlərin həmin metodlar nəticəsində uşağı olduqda, uşağı doğan qadının (surroqat ananın) razılığı ilə doğum haqqında şəhadətnamədə onlar uşağın valideynləri kimi qeydə alınırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.5-ci maddəsinə əsasən öz aralarında nikaha daxil olan və başqa qadına embrionun implantasiyasına yazılı şəkildə razılıq verən şəxslər yalnız uşağı doğan qadının razılığı ilə uşağın valideynləri kimi yazıla bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 47.2-ci maddəsinə əsasən bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 47.3-cü maddəsinə əsasən qanunvericiliklə müəyyən olunmuş qaydada süni mayalanma və embrionun implantasiyasına yazılı razılığı olan ərin atalığa dair mübahisə açma zamanı bu vəziyyətə əsaslanmaq hüququ yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 47.4-cü maddəsinə əsasən embrionun başqa qadına köçürülməsinə razılıq vermiş ər-arvad, habelə uşağı doğan qadın (surroqat ana) atalığa (analığa) dair mübahisə açma zamanı doğum haqqında şəhadətnaməyə valideynlər haqqında qeyd yazıldıqdan sonra həmin vəziyyətə əsaslana bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 48-ci maddəsinə əsasən bu Məcəllənin 44—45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, X2 xx xxxx 2005-ci il tarixdə Ordubad rayonunun Parağa kəndində doğulması faktının və atasının Maraqlı şəxs2 olması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş qəbzdən görünür ki, Ərizəçi Ordubad Rayon Məhkəməsində iddia qaldırmaqdan ötrü 100 manat dövlət rüsumu ödəmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdim: Ərizə təmin edilsin. X2 xx xxxx 2005-ci il tarixdə Ordubad rayonunun Parağa kəndində doğulması faktının və atasının Maraqlı şəxs2 olması müəyyən edilsin. X8 barəsində doğum akt qeydi aparılarkən X2 doğum tarixinin xx xxxx 2005-ci il, doğulduğu yer Ordubad rayonunun Parağa kəndi, milliyyəti «azərbaycanlı», ana qrafasında «anası Ərizəçi, milliyyəti «azərbaycanlı», ata qrafasında Maraqlı şəxs2, milliyyəti «azərbaycanlı» kimi göstərilsin. X5 doğum haqqında şəhadətnamə verilsin və məlumatlar doğum haqqında akt qeydləri kitabına yazılsın. Qətnamənin icrası Ordubad rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamə doğumun və atalığın qeydə alınması üçün əsasdır. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar