Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-153/2023 29.09.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X9 məhkəmə iclas katibliyi, iddiaçı X7 iştirakı ilə, iddiaçı X7 cavabdeh Ordubad Şəhər Uşaq Musiqi məktəbinin direktoru Cavabdeh qarşı “əmək haqqından qanunsuz tutulma ilə bağlı vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X15 iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh ona vurduğu 1000 (min) manat dəyərində maddi və mediyasiya təşkilatına ödədiyi 50 manat dövlət rüsumunu ona qaytarılması, həmçinin ona vurduğu 3000 manat dəyərində mənəvi zərərin və banka ödədiyi 50 manat dövlət rüsumunun, Ordubad-Naxçıvan, Naxçıvan-Ordubad marşurutuna, Naxçıvan şəhər daxili nəqliyyata da xərclədiyi 50 manatı da ona qaytarılması,məhkəmə və notarius xərclərinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin direktoru Cavabdeh tərəfindən ona qarşı qeyri-qanuni hərəkətlər edilmiş və bununla da ona - İddiaçı maddi və mənəvi zərər vurulmuşdur. Məlumat üçün bildirirəm ki, xx.xx.2023cü il tarixdə Ordubad şəhər Uşaq Musiqi Məktəbinin müəllimlərinə aylıq əmək haqqı yüklənmişdir. Bu zaman mənim əmək haqqımdan qanunsuz tutulma olmuşdur. Həmin tutlma ilə bağlı aktda səbəb kimi qeyd olunmuşdur ki, “qeyri-müəyyən səbəbdən işdə olmadığından əmək haqqından bir günlük əmək haqqı saxlanılsın” (xx.xx.2022). Halbuki mənim işdə olmamağımla bağlı məndən izahat alınmalı və bu izahata görə akt tərtib edilməli idi. xx.xx.2023-cü il tarixdə məktəbin direktoru Cavabdeh əmək haqqından tutulma ilə bağlı əmrin mənə göstərilməsini istədim. Direktor bundan boyun qaçırdı və əmri və ya onun surətini mənə təqdim etmək istəmədi. Halbuki mən işçi kimi bu hüquqa sahibəm. Son olaraq Cavabdeh mənə əmri müsahibatlıqdan götürə biləcəyim barədə absurd fikir dedi. Mən təkid etdikdən sonra direktor kargüzarlıq otağından mənə əmrin surətinin təqdim edilməsini tapşırdı və mən əmrin surətini əldə etdim. Əmrlə tanış olduqdan sonra Cavabdeh əmrin qanunsuz olduğunu bildirdim. Belə ki, mənim işə gəlməmə səbəbim araşdırılmadan əmək haqqından tutulma olmuşdur. Həmçinin əmək haqqından tutulma mənim işə gəlmədiyim müddətdə dərs keçmiş müəllimin hesabına ödənilməlidir. Lakin Ordubad Şəhər Uşaq Musiqi Məktəbində əsas cədvəldən başqa əvəzləyici cədvəl tərtib edilməmişdir. Beləliklə, müəllim işə gəlməyəndə digər müəllimin onu əvəz etməsi məktəb rəhbərliyi tərəfindən tənzimlənmir. Mən bunu X10 qəbulda olduğum zaman da bildirdim və səlahiyyətli şəxs əvə/loyici cədvəlin mütləq olmalı olduğunu təsdiqlədi. Ordubad şəhər uşaq Musiqi Məktəbinin direktoru X1 qeyri-qanuni əməllərinə gorə mənə maddi və mənəvi zərər vurulmuşdur. Sədrlik edən mülki işə iddiaçı X7 iştirakı ilə baxmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı X15 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Ordubad şəhər Uşaq Musiqi Məktəbinin müəllimlərinə aylıq əmək haqqı yüklənmişdir. Bu zaman onun əmək haqqından qanunsuz tutulma olmuşdur. Həmin tutlma ilə bağlı aktda səbəb kimi qeyd olunmuşdur ki, 30. 12.2022-ci il tarixdə “qeyri-müəyyən səbəbdən işdə olmadığından əmək haqqından bir günlük əmək haqqı saxlanılmışdır Halbuki onun işdə olmamağı ilə bağlı ondan izahat alınmalı və bu izahata görə akt tərtib edilməli idi. xx.xx.2023-cü il tarixdə məktəbin direktoru Cavabdeh əmək haqqından tutulma ilə bağlı əmrin ona göstərilməsini istəmişdir, Direktor bundan boyun qaçırdı və əmri və ya onun surətini ona təqdim etmək istəməmişdir. Halbuki o işçi kimi bu hüquqa sahib olmuşdur. Son olaraq Cavabdeh ona əmri müsahibatlıqdan götürə biləcəyini barədə bildirmişdir. O təkid etdikdən sonra direktor kargüzarlıq otağından ona əmrin surətinin təqdim edilməsini tapşırmış və ona əmrin surətini əldə edilmişdir. Əmrlə tanış olduqdan sonra Cavabdeh əmrin qanunsuz olduğunu bildirmişdir. Belə ki, onun işə gəlməmə səbəbinin araşdırılmadan əmək haqqından tutulma olmuşdur. Ordubad şəhər Uşaq Musiqi Məktəbinin direktoru Cavabdeh tərəfindən ona qarşı qeyri-qanuni hərəkətlər edilmiş və bununla da ona - İddiaçı maddi və mənəvi zərər vurulmuşdur. Bu səbəbdən də Cavabdeh X2 ona vurduğu 1000 (min) manat dəyərində maddi və mediyasiya təşkilatına ödədiyi 50 manat dövlət rüsumunu ona qaytarılması, həmçinin ona vurduğu 3000 manat dəyərində mənəvi zərərin və banka ödədiyi 50 manat dövlət rüsumunun, Ordubad-Naxçıvan, Naxçıvan-Ordubad marşurutuna, Naxçıvan şəhər daxili nəqliyyata da xərclədiyi 50 manatı da ona qaytarılması, həmçinin məhkəmə və notarius xərclərinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Ordubad şəhər Uşaq Musiqi Məktəbinin direktoru X3 məlumat verilmiş, o, teleqram vaistəsi ilə məhkəməyə müraciət edərək vacib işləri olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini və bunun nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Sədrlik edən mülki işə cavabdehin iştirakı olmadan baxmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Ordubad rayon mədəniyyət İdarəsinin Ordubad Şəhər uşaq Musiqi Məktəbinin 30 dekabr 2022-ci il il tarixli 71 nömrəli əmri ilə iddiaçı X15 qeyri müəyyən səbəbdən işə gəlmədiyindən 1 (bir) günlük 30 dekabr 2022-ci il tarixinə əmək haqqı hesablanması dayandırılmışdır. İş materiallarında olan 30 dekabr 2022-ci il il tarixli akt ilə X7 30 dekabr 2022-ci il tarixdə qeyri müəyyən səbəbdən işdə iştirak etməməsi barədə akt tərtib edilmişdir. İş materiallarında olan 06 sentyabr 2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı X15 ilə Ordubad Şəhər uşaq Musiqi Məktəbinin Direktor əvəzi X4 arasında müddətsiz əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-ci il tarixli arayışdan görünür ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl Naxçıvan Mediasiya təşkilatına müraciət etmiş, lakin mediasiya sessiyasının davam etdirilməsi mümkün olmamışdır. İş materiallarından görünür ki Ordubad Şəhər uşaq Musiqi Məktəbinin müəllimi X6 30 dekabr 2022-ci il il tarixli akt ilə bağlı izahat alınmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 14-cü maddəsində yazılmışdır ki, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınması, işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını, əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin d) bəndinə əsasən işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-maddəsinin “a” bəndinə əsasən işçi tərəfindən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrini kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 203-cü maddəsinə əsasən İşəgötürən ona vurulan ziyanın ödənilməsinin təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasında səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 205-ci maddəsinə əsasən işəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürən işəgötürənin (sərancamı, qərarı) əmri ilə həyata keçirilir. Məhkəmə qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, Ordubad Şəhər uşaq Musiqi Məktəbinin 30 dekabr 2022-ci il il tarixli 71 nömrəli əmri əsassız olmuşdur. Belə ki iddiaçı X7 30 dekabr 2022-ci il tarixdə qeyri müəyyən səbəbdən işdə olmaması ilə bağlı yazılı izahatı alınmamış və onun əməlinin qanunauyğunluğu araşdırılmadan, yəni 30 dekabr 2022-ci il il tarixdə 1 (bir) günlük əmək haqqı hesablanması dayandırılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki Ordubad Şəhər Uşaq Musiqi məkətəbinin 30 dekabr 202-ci il tarixli 71 nömrəli əmri ləğv edilməli və Ordubad Şəhər Uşaq Musiqi məktəbinin Tar ixtisası üzrə müəllimi X8 30 dekabr 2022-ci il üçün 1 (bir) günlük işburaxma müddəti üçün orta əmək haqqı ödənilmlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən medasiya sessiyası zamanı ödənilmiş 50 manat cavabdehdən alınaraq ona ödənilməlidir. Məhkəmə iddia tələbinin1000 (min) manat dəyərində maddi, həmçinin ona vurduğu 3000 manat dəyərində mənəvi zərərin və banka ödədiyi 50 manat dövlət rüsumunun, Ordubad-Naxçıvan, Naxçıvan-Ordubad marşurutuna, Naxçıvan şəhər daxili nəqliyyatına xərclədiyi 50 manatın və məhkəmə və notarius xərclərinin təmin edilməməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008- ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri- əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin qanunazidd hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyanın vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki iddiaçının mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı ödədiyi 50 manat dövlət rüsumu,Ordubad-Naxçıvan, Naxçıvan-Ordubad marşurutuna, Naxçıvan şəhər daxili nəqliyyatına xərclədiyi 50 manatın və məhkəmə və notarius xərclərinin iddia tələbi həmin hissədə rədd edildiyindən iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı X7 cavabdeh X2 ona vurduğu 1000 (min) manat dəyərində maddi və mediyasiya təşkilatına ödədiyi 50 manat dövlət rüsumunu ona qaytarılması, həmçinin ona vurduğu 3000 manat dəyərində mənəvi zərərin və banka ödədiyi 50 manat dövlət rüsumunun, Ordubad-Naxçıvan, Naxçıvan-Ordubad marşurutuna, Naxçıvan şəhər daxili nəqliyyata xərclədiyi 50 manatı da ona qaytarılması, məhkəmə və notarius xərclərinin ona qaytarılması tələbinə dair iddiası qismən təmin edilməli, Ordubad Rayon Mədəniyyət İdarəsinin Ordubad Şəhər uşaq Musiqi Məktəbinin 30 dekabr 2022-ci il il tarixli 71 nömrəli əmri ləğv edilməli, X8 30 dekabr 2022-ci il üçün 1 (bir) günlük işburaxma müddəti üçün orta əmək haqqı ödənilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 30 dekabr 2022-ci il tarixli 71 nömrəli əmri ləğv edilsin. X8 30 dekabr 2022-ci il üçün 1 (bir) günlük işburaxma müddəti üçün orta əmək haqqı ödənilsin. X7 ilkin Mediasiya təşkilatında iştirak edilməsi ilə bağlı ödədiyi 50 manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçı X8 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. X7 mənəvi zərərlə bağlı iddia tələbi üzrə ödədiyi dövlət rüsumu olan 50 manatın və nəqliyyat və notarus xərcləri iddia rədd edildiyindən özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-153/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-153/2023
29.09.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver