Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-158/2023 16.10.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı işdən qanunsuz çıxarılma və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı işdən qanunsuz çıxarılma və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Ordubad rayon Məhkəməsinə müraciət etmiş, işə bərpa edilməsini, işə bərpa edildiyi tarixədək Cavabdeh ona vurduğu 7000 manat maddi, 3000 manat mənəvi ziyanın, 50 manat mediasiya xərcinin, 50 manat ödədiyi dövlət rüsumunun əvəzinin, 50 manat nəqliyyat xərclərinin, məhkəmə və notarius xərclərinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Ordubad rayonunun Vənənd kənd Musiqi məktəbinin direktor əvəzi Cavabdeh tərəfindən ona qarşı bir sıra qeyri-qanuni hərəkətlər edilmiş, bununla da ona maddi və mənəvi zərər vurulmuşdur. Belə ki, Naxçıvan MR Mədəniyyət Nazirliyinin 12 oktyabr 2021-ci il tarixli, 4/145 nömrəli məktubuna əsasən, Ordubad Rayon Mədəniyyət Şöbəsi tərəfində Vənənd kənd Musiqi məktəbinə 12 oktyabr 2021-ci il tarixli, 114 nömrəli məktub ünvanlanmış, məktuba əsasən 20 oktyabr 2021-ci il tarixli, 12 nömrəli əmr verilmişdir. Həmin əmrdə onun və başqa şəxslərin 20 oktyabr 2021-ci il tarixdən 2021- 2022-ci tədris ili üçün müvəqqəti olaraq Vənənd kənd uşaq musiqi məktəbində müəllim vəzifəsinə qəbul edilməsi qeyd edilmişdir. Əmrin qanunsuz olması ilə bağlı Cavabdeh etiraz etmişdir. Belə ki, Ordubad rayon Mədəniyyət idarəsinin 114 nömrəli məktubunda onun adı qeyd edilməmişdir. Lakin əmr Vənənd kənd Musiqi məktəbinin 12 oktyabr 2021ci il tarixli, 114 nömrəli məktubu əsasında verilmişdir. Bu isə tamamilə qanunsuzdur. Cavabdeh isə etirazına cavab olaraq əmrin hazır formada ona təqdim edildiyini bildirmişdir. 27 oktyabr 2021-ci il tarixdə Cavabdehla telefon vasitəsilə danışmış, Cavabdeh Ordubad şəhər musiqi məktəbinin direktor əvəzi H.Abbasovla telefon vasitəsilə danışdığını, müəllimlərin nə zaman işə qəbul olunacağını soruşduğunu, H.Abbasovun isə öz növbəsində müəllimlərin hamısının razı olduğunu və əmrlərini verməsini qeyd etdiyini bildirmişdir. Beləliklə H.Abbasovun şifahi şəkildə göstərişi ilə Cavabdeh onu işə qəbul etmişdir. Həmin əmrlə tanış olması üçün mədəniyyət şöbəsinin müdiri Azər Məmmədovla görüşmüş, danışmış, A.Məmmədov onunla kobud danışmış, ona “kimi istəyirsən məhkəməyə ver” demişdir. Nəticə olaraq əmrlə tanış ola bilməmiş, Vənənd kənd Uşaq Musiqi məktəbinə hansı təyinatla qəbul olunduğunu anlaya bilməmişdir. 2021-2022-ci il üçün müvəqqəti olaraq texniki işçi kimi, yaxud ixtisaslı tar müəllimi kimi işə qəbul olunduğunu anlaya bilməmiş, xx.xx.2021-ci il tarixdə Cavabdeh ona əmək müqaviləsini imzalamağı təklif etmişdir. Əmək müqaviləsinin 2.1, 2.2 və 4.26-cı bəndlərinin əmrlə ziddiyət təşkil etdiyini müəyyən etmişdir. Belə ki, əmrdə müddət olaraq 2021-2022 tədris ili göstərilsə də, əmək müqaviləsi müddətsiz bağlandığından direktor əvəzi Cavabdeh müddətin qarşısına “yox” yazmışdır. Bununla bağlı direktor əvəzinə 26 oktyabr 2021-ci ildə yazılı müraciət ünvanlamış, müraciəti cavabsız qalmışdır. 27 oktyabr 2021-ci il tarixdə Naxçıvan MR Maliyyə Nazirliyinə, Mədəniyyət nazirliyinə müraciət etmiş, 27 oktyabr 2021-ci il tarixdə cavabdeh ilə əlaqə saxlamış, o, bildirmişdir ki, əmr əmrlər kitabına yazılmamışdır. Halbuki əmr 3 gün müddətində əmrlər kitabına yazılmalı idi. Beləliklə qanunsuz və əsassız əmrlə onun Ordubad şəhər uşaq musiqi məktəbindəki dərs saatları kəsilmiş, əmri Vənənd kənd uşaq musiqi məktəbinə ixtisaslı kadra ehtiyac olduğundan verilmişdir. Həmin əmr Ordubad rayon Mədəniyyət şöbəsinin müdiri tərəfindən 23 noyabr 2021-ci il tarixli, 228 nömrəli əmrlə etibarsız hesab edilmiş və Cavabdeh təcrübəsizliyi nəzərə alınmaqla şifahi xəbərdarlıq edilmişdir. Əmrin etibarsız hesab edilməsinin səbəbi isə əmrdə 2021-2022-ci tədris ili sözünün yazılması olmuşdur. Bu da o deməkdir ki, onunla bağlanmış əmək müqaviləsi müddətsiz bağlanmalı, yəni bağlanmış müqavilə dəyişdirilməli idi. Həmçinin Cavabdeh onu 28 mart 2022-ci il tarixdə 42 nömrəli əmrlə qanunsuz olaraq işdən azad etmiş, əsas isə 29 mart 2022-ci il tarixli Ordubad rayon Mədəniyyət şöbəsinin 52 nömrəli əmrini göstərmişdir. Qeyd etdiyi qanunsuz əmrlərlə işini itirmiş, ona maddi və mənəvi zərər dəymişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, Vənənd kənd Uşaq musiqi məktəbinin direktoru əvəzi işləyir. 2021-ci ildə musiqi məktəbində 30 saat tar ixtisası üzrə dərs saatları vakant olmuş, müəllimə ehtiyac olmuşdur. Bununla bağlı Ordubad şəhər Uşaq musiqi məktəbinin direktoru ilə danışmış, ixtisaslı müəllimlərlə danışmasını, ixtisaslı kadrlar gələnədək, müvəqqəti olaraq müəllimə ehtiyac olmasını onlara bildirməsini, razılaşacaqları halda Mədəniyyət şöbəsinə müraciət edəcəyini bildirmişdir. Ordubad şəhər Uşaq musiqi məktəbinin direktoru müəllimlərlə danışdığını, beş müəllimin Vənənd kənd Uşaq musiqi məktəbində ixtisaslı kədrlar gələnədək işləməyə razı olduqlarını bildirmiş, həmin müəllimlər barədə məlumatları ona demişdir. Öz növbəsində 05 oktyabr 2021-ci il tarixdə 01 nömrəli məktubla, məktubda Ordubad şəhər musiqi məktəbinin müəllimlərinin adlarını və dərs saatlarını göstərməklə Ordubad şəhər Mədəniyyət şöbəsinə müraciət etmiş, məktubu əsasında Mədəniyyət şöbəsinin müdiri əvəzi S.Quliyeva isə 11 oktyabr 2021-ci il tarixli, 112 nömrəli məktubla Mədəniyyət Nazirliyə müraciət etmişdir. Naxçıvan MR Mədəniyyət nazirliyindən Ordubad Rayon Mədəniyyət şöbəsinə göndərilmiş 4/145 nömrəli, 12 oktyabr 2021-ci il tarixli məktubda isə İddiaçı və 4 nəfər müəllimin müsabiqə yolu ilə ixtisaslı kadr gələnədək müvəqqəti əmək müqaviləsi bağlanmaqla tar ixtisası üzrə işə qəbul edilməsinə və vakant qalmış bir sıra dərs saatlarının hal-hazırda təhsil müəssisələrində çalışan müəllimlərə verilməsinə etiraz edilmədiyi qeyd edilmişdir. ünvan 3 göndərilmiş 12 oktyabr 2021-ci il tarixli, 114 nömrəli məktubda isə qeyd edilmişdir ki, “Ordubad rayon mədəniyyət şöbəsinin tabeliyində fəaliyyət göstərən Uşaq musiqi məktəblərində vakant olan ixtisaslar üzrə məktubun əlavəsində göstərilən şəxslər müsabiqə yolu ilə ixtisaslı kadr gələnədək müvəqqəti əmək müqaviləsi bağlanmaqla işə qəbul edilsin və vakant qalmış bir sıra dərs saatları hal-hazırda məktəbdə çalışan müəllimlərə verilsin”. Məktuba əlavədə isə Vənənd kənd Uşaq Musiqi məktəbində müsabiqə yolu ilə ixtisaslı kadr gələnədək müvəqqəti əmək müqaviləsi bağlanmaqla işə qəbul ediləcək beş nəfər müəllimdən biri isə İddiaçı adı qeyd edilmişdir. Həmin məktub əsasında 20 oktyabr 2021-cü il tarixli, 12 nömrəli əmr imzalamış, əmrdə qeyd etmişdir ki, “məktəbdə ixtisaslı kadrlara olan ehtiyacı nəzərə alaraq Ordubad şəhər uşaq Musiqi məktəbində işləyən adları aşağıda qeyd edilən müəllimlər 20 oktyabr 2021-ci il tarixdən 2021-2022-ci tədris ili üçün müvəqqəti olaraq Vənənd kənd uşaq musiqi məktəbində müəllim vəzifəsinə qəbul edilsinlər”. Əmrdə göstərilən beş nəfər müəllimdən biri də İddiaçıdir. Əmr yazılarkən onun tərəfindən səhvə yol verilmiş, “əmrdə müsabiqə yolu ilə ixtisaslı kadr gələnədək” yazılmalı olduğu halda “2021-2022-ci tədris ili üçün müvəqqəti” olaraq sözləri yazılmış, əmrdə düzəliş edilməsi məqsədilə Ordubad rayon Mədəniyyət şöbəsinin müdiri tərəfindən 23 noyabr 2021-ci il tarixli, 228 nömrəli əmr imzalanmış, əmrdə düzəliş edilmiş, həmçinin ona şifahi xəbərdarlıq edilmişdir. Özünün 23 noyabr 2021-ci il tarixli, 18 nömrəli əmri ilə, 20 oktyabr 2021-cü il tarixli, 12 nömrəli əmrə düzəliş etmişdir. İddiaçı və digər dörd nəfər müəllim 29 mart 2022-ci il tarixədək Ordubad rayon Vənənd kənd Musiqi məktəbində işləmişlər. Ordubad rayon Mədəniyyət şöbəsinin 29 mart 2022-ci il tarixli, 52 nömrəli əmrinə əsasən 29 mart 2022-ci il tarixdə 43 nömrəli əmr imzalamış, əmrlə Naxçıvan MR X3 tərəfindən dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün 17 mart 2022-ci il tarixdə keçirilmiş müsahibə mərhələsini müvəffəqiyyətlə keçmiş adları 52 nömrəli əmrdə qeyd edilmiş şəxlər 01 aprel 2022-ci il tarxdə Ordubad rayon Vənənd kənd Uşaq Musiqi məktəbinə müvafiq ixtisaslar üzrə müəllim vəzifəsinə təyin edilmiş, həmin əmrlə dərs yükü müsabiqəyə çıxarılan, müvəqqəti əmək müqaviləsi ilə işləyən, Ordubad rayon Uşaq Musiqi Məktəbinin tar ixtisası üzrə müəllimlərinin müvəqqəti əmək müqavilələrinə 01 aprel 2022-ci il tarixdə xitam verilmiş, tutduqları vəzifələrdən azad edilmişlər ki, həmin müəllimlərdən də biri H.Qareyevdir. Cavabdeh izahatında onu da bildirmişdir ki, İddiaçı 20 oktyabr 2021-ci il tarixdə müvəqqəti olaraq, yəni ixtisaslı kadr gələn müddətədək işə qəbul edilmiş, 29 mart 2022-ci il tarixdə isə onun vəzifədən azad edilməsi qanuni və əsaslı olmuşdur. Odur ki, iddia əsassız olduğundan rədd edilməsini xahiş edir. İş materiallarına əlavə edilmişünvan 2 ünvanlanmış 05 oktyabr 2021-ci il tarixli, 01 nömrəli məktubda qeyd edilmişdir ki, “məktəbdə ixtisaslı kadrlara olan ehtiyacı nəzərə alaraq məktəbə ixtisaslı kadr gələn müddətədək İddiaçı və qeyrilərinin Ordubad rayon Uşaq Musiqi məktəbinin tar ixtisası üzrə müəllimlərinin Vənənd kənd Uşaq Musiqi məktəbində müvəqqəti olaraq işləmələrinə köməklik göstərəsiniz” Naxçıvan MR Mədəniyyət Nazirliyindən Ordubad Rayon Mədəniyyət şöbəsinə ünvanlanmış 4/145 nömrəli, 12 oktyabr 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, “şöbənin tabeliyində olan musiqi təhsili müəssisələrində vakant olan ixtisaslar üzrə məktubun əlavəsində göstərilən şəxslərin müsabiqə yolu ilə ixtisaslı kadr gələnədək müvəqqəti əmək müqaviləsi bağlanmaqla işə qəbul edilməsinə və vakant qalmış bir sıra dərs saatlarının hal-hazırda təhsil müəssislərində çalışan müəllimlərə verilməsinə etiraz edilmir”. ünvan 3 ünvanlanmış 114 nömrəli, 12 oktyabr 2021-ci il tarixli məktubda qeyd edilmidir ki, “Ordubad rayon Mədəniyyət şöbəsinin tabeliyində fəaliyyət göstərən Uşaq Musiqi Məktəblərində vakant olan ixtisaslar üzrə məktubun əlavəsində göstərilən şəxslərin müsabiqə yolu ilə ixtisaslı kadr gələnədək müvəqqəti əmək müqaviləsi bağlanmaqla işə qəbul edilməsinə və vakant qalmış bir sıra dərs saatlarının hal-hazırda məktəbdə çalışan müəllimlərə verilsin”. Vənənd kənd Uşaq Musiqi Məktəbinin 20 oktyabr 2021-cü il tarixli, 12 nömrəli əmrində qeyd edilmişdir ki, “məktəbdə ixtisaslı kadrlara olan ehtiyacı nəzərə alaraq Ordubad şəhər uşaq Musiqi məktəbində işləyən adları aşağıda qeyd edilən müəllimlər 20 oktyabr 2021-ci il tarixdən 2021-2022-ci tədris ili üçün müvəqqəti olaraq Vənənd kənd uşaq musiqi məktəbində müəllim vəzifəsinə qəbul edilsinlər” (C.Babayev, M.Muxtarov, S.Məmmədov, A.Abbasov, İddiaçı) 20 oktyabr 2021-ci il tarixli əmək müqaviləsinin surətindən müəyyən olunur ki, Ordubad rayon Vənənd kənd Uşaq Musiqi Məktəbinin direktoru əvəzi Cavabdeh və İddiaçı arasında əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinin 2-ci paraqrafında əmək müqaviləsinin müddəti müddətsiz- “yox”, “müsabiqə yolu ilə ixtisaslı kadr gələnədək” müəyyən edilmişdir. Ordubad rayon Mədəniyyət şöbəsinin 23 noyabr 2021-ci il tarixli, 228 nömrəli əmrində qeyd edilmişdir ki, Vənənd kənd Uşaq Musiqi Məktəbinin 20 oktyabr 2021-cü il tarixli, 12 nömrəli əmrində qeyd edilmiş “2021-2022-ci tədris ili üçün müvəqqəti” sözləri yanlış və səhv yazıldığından etibarsız hesab edilsin. Nəzərə alınsın ki, Vənənd kənd Uşaq Musiqi Məktəbində kadr çatışmazlığı ilə əlaqədar X3nə verilmiş vakant saatlar hesabından 30 saat tar ixtisası üzrə ixtisas və muğam dərsləri bir tədris ili müddətinə yox, müsabiqə yolu ilə ixtisaslı kadr gələn müddətədək müvəqqəti və ya müddətli (fikir eynidir) əmək müqaviləsi ilə Ordubad şəhər uşaq musiqi məktəbinin müəllimləri ilə bağlanmalıdır. Əmrin yazılışında Ordubad rayon mədəniyyət şöbəsinin məktubundakı cümlələrdən əlavə cümlə və fikir qeyd etdiyi üçün Vənənd kənd Uşaq musiqi məktəbinin direktorluğu həvalə edilmiş Cavabdeh təcrübəsizliyi nəzərə alınaraq şifahi xəbərdarlıq edilsin. Vənənd kənd Uşaq Musiqi Məktəbinin 29 mart 2022-ci il tarixli, 43 nömrəli əmrində qeyd edilmişdir ki, “Ordubad rayon Mədəniyyət şöbəsinin 29 mart 2022-ci il tarixli, 52 nömrəli əmrini təmin etmək məqsədilə Naxçıvan MR X3 tərəfindən dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün 17 mart 2022-ci il tarixdə keçirilmiş müsahibə mərhələsini müvəffəqiyyətlə keçmiş adları 52 nömrəli əmrdə qeyd edilmiş şəxslər 01 aprel 2022-ci il tarxdə Ordubad rayon Vənənd kənd Uşaq Musiqi məktəbinə müvafiq ixtisaslar üzrə müəllim vəzifəsinə təyin edilsinlər. Dərs yükü müsabiqəyə çıxarılan, müvəqqəti əmək müqaviləsi ilə işləyən, Ordubad rayon Uşaq Musiqi Məktəbinin tar ixtisası üzrə adları aşağıda qeyd olunmuş (C.Babayev, M.Muxtarov, S.Məmmədov, A.Abbasov, İddiaçı) müəllimlərinin müvəqqəti əmək müqavilələrinə 01 aprel 2022-ci il tarixdə xitam verilərək tutduqları vəzifələrindən azad edilsinlər və hər birinə 23 gün müddətində son haqq-hesab ödənilsin. Azərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 47-ci maddəsinin «f» bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər; 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir; 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur; 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Beləliklə Məhkəmə iddiaçının, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddiaçının iddiasının əsası kimi göstərdiyi hallar sübuta yetmir, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iddiaçı Ordubad rayon Vənənd kənd Uşaq Musiqi Məktəbinin 43 nömrəli, 29 mart 2022-ci il tarixli əmrini qanunsuz hesab edir, işə bərpa edilməsini xahiş edir. Məhkəmə toplanmış sübutlara qiymət verib, belə hesab edir ki, həmin hissədə iddia tamamilə əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, məktəbin direktor əvəzi Cavabdeh 2021-ci ildə musiqi məktəbində 30 saat tar ixtisası üzrə dərs saatları vakant olduğundan, həmin vakant dərs saatlarının ixtisaslı müəllimlər tərəfindən icra edilməsinə çalışmış, bu məqsədlə Ordubad şəhər Uşaq musiqi məktəbinin direktoru ilə danışmış, müvəqqəti olaraq müəllimə ehtiyac olmasını, müəllimlərlə danışmasını, razılaşacaqları halda Mədəniyyət şöbəsinə müraciət edəcəyini bildirmişdir. Ordubad şəhər Uşaq musiqi məktəbinin direktoru müəllimlərlə danışdığını, beş müəllimin Vənənd kənd Uşaq musiqi məktəbində ixtisaslı kadrlar gələnədək işləməyə razı olduqlarını bildirmiş, həmin müəllimlər barədə məlumatları ona demişdir. Cavabdeh 05 oktyabr 2021ci il tarixdə 01 nömrəli məktubla, məktubda Ordubad şəhər musiqi məktəbinin müəllimi İddiaçı və dörd müəllimin adını və dərs saatlarını göstəməklə Ordubad şəhər Mədəniyyət şöbəsinə müraciət etmiş, Mədəniyyət şöbəsinin müdiri əvəzi S.Quliyeva isə 11 oktyabr 2021-ci il tarixli, 112 nömrəli məktubla Mədəniyyət Nazirliyə müraciət etmişdir. Naxçıvan MR Mədəniyyət nazirliyindən Ordubad Rayon Mədəniyyət şöbəsinə göndərilmiş 4/145 nömrəli, 12 oktyabr 2021-ci il tarixli məktubda isə İddiaçı və 4 nəfər müəllimin müsabiqə yolu ilə ixtisaslı kadr gələnədək müvəqqəti əmək müqaviləsi bağlanmaqla tar ixtisası üzrə işə qəbul edilməsinə və vakant qalmış bir sıra dərs saatlarının hal-hazırda təhsil müəssisələrində çalışan müəllimlərə verilməsinə etiraz edilmədiyi qeyd edilmiş, ünvan 3 göndərilmiş 12 oktyabr 2021-ci il tarixli, 114 nömrəli məktubda isə qeyd edilmişdir ki, “Ordubad rayon mədəniyyət şöbəsinin tabeliyində fəaliyyət göstərən Uşaq musiqi məktəblərində vakant olan ixtisaslar üzrə məktubun əlavəsində göstərilən şəxslər müsabiqə yolu ilə ixtisaslı kadr gələnədək müvəqqəti əmək müqaviləsi bağlanmaqla işə qəbul edilsin və vakant qalmış bir sıra dərs saatları hal-hazırda məktəbdə çalışan müəllimlərə verilsin”. Məktuba əlavədə isə Vənənd kənd Uşaq Musiqi məktəbində müsabiqə yolu ilə ixtisaslı kadr gələnədək müvəqqəti əmək müqaviləsi bağlanmaqla işə qəbul ediləcək beş nəfər müəllimdən biri isə İddiaçı adı qeyd edilmişdir. Həmin məktub əsasında 20 oktyabr 2021-cü il tarixli, 12 nömrəli əmr imzalanmış, əmrdə qeyd etmişdir ki, “məktəbdə ixtisaslı kadrlara olan ehtiyacı nəzərə alaraq Ordubad şəhər uşaq Musiqi məktəbində işləyən adları aşağıda qeyd edilən müəllimlər 20 oktyabr 2021-ci il tarixdən 2021-2022-ci tədris ili üçün müvəqqəti olaraq Vənənd kənd uşaq musiqi məktəbində müəllim vəzifəsinə qəbul edilsinlər”. Həmin əmrdə göstərilən beş nəfər müəllimdən biri isə İddiaçıdir. Ordubad rayon Mədəniyyət şöbəsinin müdiri tərəfindən imzalanmış 23 noyabr 2021-ci il tarixli, 228 nömrəli əmrlə isə 20 oktyabr 2021-cü il tarixli, 12 nömrəli əmrə düzəliş edilmiş, həmin əmr əsasında Cavabdeh tərəfindən 23 noyabr 2021-ci il tarixli, 18 nömrəli əmr imzalanmış, 20 oktyabr 2021-cü il tarixli, 12 nömrəli əmrə düzəliş edilmiş, İddiaçı və digər dörd nəfər müəllim 29 mart 2022-ci il tarixədək Ordubad rayon Vənənd kənd Musiqi məktəbində işləmişlər. Ordubad rayon Mədəniyyət şöbəsinin 29 mart 2022-ci il tarixli, 52 nömrəli əmrinə əsasən Cavabdeh 29 mart 2022-ci il tarixdə 43 nömrəli əmr imzalamış, əmrlə Naxçıvan MR X3 tərəfindən dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün 17 mart 2022-ci il tarixdə keçirilmiş müsahibə mərhələsini müvəffəqiyyətlə keçmiş adları 52 nömrəli əmrdə qeyd edilmiş şəxslər 01 aprel 2022-ci il tarxdə Ordubad rayon Vənənd kənd Uşaq Musiqi məktəbinə müvafiq ixtisaslar üzrə müəllim vəzifəsinə təyin edilmiş, həmin əmrlə dərs yükü müsabiqəyə çıxarılan, müvəqqəti əmək müqaviləsi ilə işləyən, Ordubad rayon Uşaq Musiqi Məktəbinin tar ixtisası üzrə müəllimləri, o cümlədən İddiaçı müvəqqəti əmək müqavilələrinə 01 aprel 2022-ci il tarixdə xitam verilmiş, tutduqları vəzifələrdən azad edilmişlər. İşin araşdırılan hallarından müəyyən edilmişdir ki, İddiaçı və digər şəxslər 20 oktyabr 2021-cü il tarixli, 12 nömrəli əmrlə müsabiqə yolu ilə ixtisaslı kadr gələn müddətədək, müddətli əmək müqaviləsi ilə Ordubad Rayon Vənənd kənd Uşaq Musiqi məktəbinə müəllim vəzifəsinə qəbul edilmiş, Cavabdeh 29 mart 2022-ci il tarixli, 43 nömrəli əmri il Naxçıvan MR X3 tərəfindən dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün 17 mart 2022-ci il tarixdə keçirilmiş müsahibə mərhələsini müvəffəqiyyətlə keçmiş şəxlər 01 aprel 2022-ci il tarxdə Ordubad rayon Vənənd kənd Uşaq Musiqi məktəbinə müvafiq ixtisaslar üzrə müəllim vəzifəsinə təyin edildiyindən, həmin əmrlə dərs yükü müsabiqəyə çıxarılan, müvəqqəti əmək müqaviləsi ilə işləyən, Ordubad rayon Uşaq Musiqi Məktəbinin tar ixtisası üzrə müəllimlərin, o cümlədən İddiaçı müvəqqəti əmək müqavilələrinə 01 aprel 2022-ci il tarixdə xitam verilmiş, tutduqları vəzifələrdən azad edilmişlər. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsində də qeyd edildiyi kimi, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda əmək müqaviləsinə xitam verilir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti həm əmək müqaviləsində, həmdə ki, 20 oktyabr 2021-ci il tarixli 12 nömrəli və həmin əmrə düzəlişin edilməsi barədə 23 noyabr 2021-ci il tarixli 18 nömrəli əmrlərdə də Vənənd kənd Uşaq Musiqi Məktəbində kadr çatışmazlığı ilə əlaqədar X3nə verilmiş vakant saatlar hesabından 30 saat tar ixtisası üzrə ixtisas və muğam dərslərinin müsabiqə yolu ilə ixtisaslı kadr gələn müddətədək, yəni müddətli əmək müqaviləsi ilə Ordubad şəhər uşaq musiqi məktəbinin müəllimləri, o cümlədən İddiaçılə bağlanmış, Naxçıvan MR X3 tərəfindən dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün 17 mart 2022-ci il tarixdə keçirilmiş müsahibə mərhələsini müvəffəqiyyətlə keçmiş şəxslər 01 aprel 2022-ci il tarxdə Ordubad rayon Vənənd kənd Uşaq Musiqi məktəbinə müvafiq ixtisaslar üzrə müəllim vəzifəsinə təyin edildiyindən, həmin əmrlə dərs yükü müsabiqəyə çıxarılan, müvəqqəti əmək müqaviləsi ilə işləyən, Ordubad rayon Uşaq Musiqi Məktəbinin tar ixtisası üzrə müəllimləri, o cümlədən İddiaçı müvəqqəti əmək müqavilələrinə 01 aprel 2022-ci il tarixdə xitam verilmiş, tutduqları vəzifələrdən azad edilmişlər. Məhkəmə hesab edir ki, İddiaçı Ordubad rayon Vənənd kənd Uşaq Musiqi məktəbinin 29 mart 2023-cü il tarixli, 43 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qanuni və əsaslı olmuşdur. Odur ki, İddiaçı işə bərpa ilə bağlı tələbi əsassızdır. Məhkəmə İddiaçı tutduğu vəzifədən azad edilməsi ilə bağlı işdən azad edildiyi tarixdən ona vurulmuş 7000 manat maddi zərər tələbi ilə bağlı belə nəticəyə gəlir ki, iddiaçının işə bərpa tələbi təmin edilmədiyindən, onun 7000 manat maddi zərər tələbi də əsassızdır, təmin edilə bilməz. İddiaçı Cavabdeh 3000 manat məbləğində mənəvi zərər tələbinə gəldikdə, məhkəmə belə hesab edir ki, həmin hissədə də iddia əsassızdır. Belə ki, iddiaçı cavabdehin ona vurduğu 3000 manat mənəvi zərərin alınıb ona verilməsini xahiş etmiş, tələbini cavabdeh tərəfindən qanunsuz olaraq işdən çıxarılması, işdən çıxarıldığı gündən qazancının azalması, birinci evliliyindən olan iki uşağına alimenti az ödəməsi, səhhətində problemlərin yaranması ilə əsaslandırmışdır. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, iddiaçı qanuna zidd olaraq işdən azad edilməmiş, əmək müqaviləsinə xitam verilməmiş, həmçinin onun işə bərpa edilməsi tələbi təmin edilməmişdir. Məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı nəticəyə gələrkən “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 nömrəli Qərarında qeyd edilənləri də nəzərə almışdır. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 nömrəli Qərarının 8-ci bəndinə görə Azərbaycan Respublikası MM-in 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və ya mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində baş veməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə iddiaçının ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsi tələbi ilə bağlı belə nəticəyə gəlir ki, həmin hissədə də iddia rədd edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən ... ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçının tələbini əsassız olduğundan, cavabdehin mediasiya prosesində iştirak etməməsi üzrsüz səbəbdən iştirak etməmə kimi qiymətləndirilə, iddiaçının ödədiyi mediasiya xərci cavabdehdən tələb edilə bilməz. Məhkəmə iddiaçının 50 manat nəqliyyat, məhkəmə və notarius xərcləri tələbi ilə bağlı bildirir ki, həmin hissədə də iddia rədd edilməlidir. Belə ki, iddiaçı hansı məqsədlərlə, hara getməsi və nəqliyyata hansı məbləğdə pul xərcləməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmiş, həmçinin məhkəmə xərci olaraq ödədiyi dövlət rüsumu özünə aid edilmişdir. Notarius xərcləri ilə bağlı məhkəmə bildirir ki, həmin xərclər cavabdehdən tələb edilə bilməz. Ona görə ki, iddiaçı Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən məhkəməyə yazılı sübutların əslini və ya lazımi qaydada təsdiq olunmuş surətini təqdim etməlidir. Belə olan halda iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edən zaman məhkəməyə yazılı sübutların təsdiq edilmiş surətini təqdim etməsi üçün notariat ofisində təsdiq etməli və bununla bağlı xərc çəkməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən 50 manat dövlət rüsumu ilə bağlı bildirir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq qət etdi: İddiaçı Cavabdeh qarşı “işdən qanunsuz çıxarılma və dəymiş ziyanını ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə X2 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edənMehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(080)-158/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-158/2023
16.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver