Məhkəmə qərarları › İş №2(080)-178/2024

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №2(080)-178/2024

09.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 2(080)-178/2024 09.08.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyad oğlu Haqverdiyevin sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı verilmiş pulun qaytarılması mənəvi zərərin və digər əlavə xərclərin ödənilməsi tələbinə dair mülki işə məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi İddiaçı Cavabdeh qarşı pul tələbi ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh 32000 manat pulun və ona ödədiyi 300 manat beh pulun, bu müddət ərzində cavabdehin ona vurduğu mənəvi ziyana görə 5000 manatın “X2” MMC-nin xidmət göstərilməsinə dair müqavilə üzrə cəmiyyətin hesabına ödədiyi 500 manat pul vəsaitini ümumilikdə 37800 manat məbləğində pulun və məhkəməyə dövlət rüsumu kimi ödədiyi 204 manatın cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9.1-ci maddəsində görə ədalət mühakiməsi çəkişmə və tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.3-cü maddəsinin görə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. Mülki iş üzrə məhkəmə iclası 25 iyun 2024-cü il tarixə, saat 14:00-a, 24 iyul 2024-cü il tarixə, saat 12:00-a, 09 avqust 2024-ci il tarixə, saat 14:00-a, təyin olunmuş, məhkəmə iclaslarının vaxtı və yeri barədə tərəflərə qanunvericiliklə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilmiş, iddiaçı, göstərilən tarixlərdə məhkəmə iclaslarına gəlməmiş, iddiaçı teleqramla xx.xx.2024-ci il tarixdə məhkəməyə müraciət edərək bildirmişdir ki, Ordubad Rayon Məhkəməsinin icraatında olan və onun tərəfindən Cavabdeh qarşı pul tələbi ilə bağlı müliki iş üzrə Cavabdeh barəsində hal-hazırda Bakı şəhər Xətai Rayon Məhkəməsində cinayət işi üzrə sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayətdə zərərçəkmiş şəxs qismində cəlb edildiyi üçün yekun məhkəmə hökmü qəbul edilənədək mülki işin icraatının dayandırılmasını məhkəmədən xahiş etmişdir.Lakin iddiaçı, Cavabdeh barəsində Bakı şəhər Xətai Rayon Məhkəməsində olan cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınması barədə məkəməyə heç bir sübut təqdim etməmişdir.Məhkəmə bu səbəbdən də iddiaçının iddia ərizəsini əsasən götürərək mülki işin icraatını dayandırması qanunvericiliyə əsasən mümkün deyil. Mülki işin məhkə proseslərindən görünür ki, məhkəmə 3 dəfə məhkəmə iclaslarını təxirə salmış lakin iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş və ya iddianı müdafiə etməsi ilə bağlı məhkəmə rəsmi qaydada məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin 259.0.6-cı və 259.0.7-ci maddələri tədbiq edilir. Bunu nəzərə alan məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən 13591 saylı qəbzlə Hökumət ödəniş portalına 204 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6, 260, 263-264-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı İddiaçı Cavabdeh qarşı pul tələbi ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh 32000 manat pulun və ona ödədiyi 300 manat beh pulun, bu müddət ərzində cavabdehin ona vurduğu mənəvi ziyana görə 5000 manatın “X2” MMC-nin xidmət göstərilməsinə dair müqavilə üzrə cəmiyyətin hesabına ödədiyi 500 manat pul vəsaitini ümumilikdə 37800 manat məbləğində pulun və məhkəməyə dövlət rüsumu kimi ödədiyi 204 manatın cavabdehdən tutularaq ona qaytarılması barədə pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən 13591 saylı qəbzlə Hökumət ödəniş portalına 204 manat məbləğində ödənilmiş dövlət rüsumu məbləğində ödənilmiş dövlət rüsumu ona qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ordubad Rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar