Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 2(080)-184/2021 23.12.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin sədri Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi qızının və Maraqlı şəxs2 iştirakı ilə, ərizəçi Ərizəçi qızının mirasın qəbul faktının müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Ərizəçi qızı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəsi ilə Odubad Rayon Məhkəməsinə müraciət etmiş, mərhum atası X1 qalmış ünvan 1 ünvanda yerləşən miras əmlakın onun tərəfindən qəbul olunması faktının müəyyən olunması dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin dəlillərinə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Maraqlı şəxslər qismində Maraqlı şəxs2 gəlmiş Maraqlı şəxs1, Maraqlı şəxs3 və Maraqlı şəxs4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmişlər.Maraqlı şəxs3 və Maraqlı şəxs4 teleqramla müraciət edərək panidemya ilə əlaqədar gələ bilmədiklərini, ərizənin baxılmasını təxirə salınmasını xahiş etmişlər. Məhkəmə iclasında maraqlı şəxs qismində iştirak edən Maraqlı şəxs2 ərizəni qəbul etməmiş, ərizədə göstərilən faktların heç birinin düzgün olmadığını, mərhum X1 qalmış ünvan 1 ünvanda yerləşən miras əmlakın onun həyat yoldaşı mərhum X3 tərəfindən qəbul edilmiş, mərhum həyat yoldaşı X2 vəfatından sonra isə onun həmin əmlakdan istifadə etdiyini və əmlaka faktiki sahiblik etdiyini bildirərək ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə Ərizəçi və Maraqlı şəxs2 izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 259.0.10-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə ərizə baxılmamış saxlanılır; 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır; 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Göründüyü kimi, qanunvericilik birmənalı şəkildə xüsusi icraat qaydasında baxılan işlərdə hüquq haqqında mübahisənin yarandığı zaman ərizənin baxılmamış saxlanmalı olmasını müəyyən etmişdir. Belə ki X1 qalmış ünvan 1 ünvanda yerləşən miras əmlakın mərhum X3 tərəfindən qəbul edilmiş, mərhum X2 vəfatından sonra isə maraqlı şəxs mərhumun həyat yoldaşı Maraqlı şəxs2 həmin əmlakdan istifadə etdiyini və əmlaka faktiki sahiblik etdiyini bildirərək ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ərizə verilərkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, 16 avqust 2021-ci il tarixdə Ərizəçi tərəfindən Kapital Bank ASC-yə (Ordubad rayon Maliyyə Şöbəsinə) 10(on) manat məbləğində ödənilmiş dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Ərizəçi qızının hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi haqqında ərizəsi üzrə mülki işə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edildiyindən ərizə baxılmamış saxlanılmalı, ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququnun olması izah olunmalı və ödənilmiş 10(on) manat dövlət rüsumu ona qaytarılmalıdır.. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260-cı, 263,264-cü, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi qızının hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi qızına ümumi əsaslarla iddia vermək hüququnun olması izah olunsun. 16 avqust 2021-ci il tarixdə Ərizəçi tərəfindən Kapital Bank ASC-yə (Ordubad rayon Maliyyə Şöbəsinə) 10(on) manat məbləğində ödənilmiş dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ordubad Rayon Məhkəməsinə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-184/2021
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №2(080)-184/2021
23.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver