Məhkəmə qərarları › İş №2(080)-186/2022

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-186/2022

14.12.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-186/2022 14.12.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı işdən qanunsuz çıxarılma və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh ona vurduğu ziyanın- 2000(iki min) manat pul vəsaitinin və mediasiya prosesinə ödədiyi 50(əlli) manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X3 iddia ərizəsində bildirmişdir ki, iddiaçı 1990 -cı ildə Naxçıvan MR Ü.Hacıbəyov adına Musiqi Texnikomuna qəbul olub, 1999- cu ildə bitirmişdir. Onun iki diplomu ola-ola Ordubad rayon Mədəniyyət şöbəsinin müdiri Cavabdeh onu işdən çıxardıb yerinə bir orta təhsil diplomu olan ”ixtisaslı kadr” yerləşdirir. İddiaçı ali təhsilli kadrdır və ixtisası da tar alətidir. İddiaçı həm də müharibə veteranıdır(1993-1997-ci illərdə hərbi xidmətdə olmuşam). Bunlar onun işdə üstünlükləridir, həm ali təhsillidir, müsabiqədən də keçmişdir (2020-ci ildə). Vətən uğrunda gedən müharibədə olduğuna görə müharibə veteranıdır (vəsiqə: M/V No:056889). Birinci nikahından olan iki övladına aliment ödəyir. Yəqin ki, burda da ona güzəşt olunmalıdır ki, onun lazım olan əmək haqqını alaraq iki övladına aliment ödəyə bilsin. Cavabdeh 2021-ci ilin yay aylarında Bakı şəhərində əməliyyat olunurdu. Hüsenqulu Abbasov məktəbdə Cavabdeh adına 50 manat pul yığırdı, o isə verməmişdir. Çünki o da (5 oktyabr 2019-cu ildə) əməliyyat olmuşdur. Belə qeyri rəsmi catışmamazlıqlara görə Cavabdeh onunla prinsip aparır və onun dərs saatını kəsir. Elə bir qanunvericilik yoxdu ki, vakant yerə göndəriləcək müəllimin əsas iş yerində dərs saatı kəsilsin, və ya vakant yerə kadr gələndən sonra işçinin və ya müəllimin dərs saatı bərpa olunmasın. Onu deyim ki, Vənənd kənd musiqi məktəbində altı saat saz dərsi ola ola ona vermədi ki, onun dərs saatı düzəlsin. Ancaq məktəbə yeni gələn müəllimə (tar müəlliminə) verir. 2022-ci il 29 mart tarixindən 42 nömrəli əmr ilə aprel ayının birindən işdən azad edilmişdir. 228 nömrəli əmrin 3-cü bəndinə nəzər yetirilsə, İlkin Hətəmovu bu vəzifəyə qoyanda əmək kitabçasına baxanda görməli idi ki, bu adamın 3 il pedaqoji staji hələ düzəlmir. Əgər sentyabr ayından ona 24 dərs saatı versəydilər məzuniyyət pulunu, avqustun 3 günlük (29,30,31),sentyabr ayının 13 günlük pulunu 24 dərs saatına görə hesablanıb veriləcəkdi. Onun ziyanı budur ki,onun 18 saatının pullarını verəcəklər. 2021-ci ilin sentyabrından 2022-ci ilin sentyab ayına qədər 24 dərs saatla, 18 dərs saat arasında olan fərqi ona dəyən maddi ziyandır. Ən son sözü budur ki, qanunsuz işdən çıxarılmışdır. 2000 manat maddi və mənəvi ziyan çəkmişdir. Xahiş edir ki, onun ali təhsilli kadr olmağını, müharibə veteranı olmağını və aliment ödəyicisi olmağını nəzərə alıb ona dəyən maddi ziyan olaraq 2000 (iki min) manatın Ordubad Rayon Mədəniyyət şöbəsinin müdiri Cavabdeh alıb ona verilməsi qanuniləşdirilsin və yeni 2022-2023-cü tədris ilində onu 24 dərs saatı ilə təmin etsinlər Mülki işə İddiaçı və Cavabdehnın iştirakı ilə baxmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı ifadəsində bildirmişdir ki Ordubad Şəhər Musiqi məktəbində tar ixtisası üzrə müəllimdir. 2021-c il sentyabr ayında məktəbin direktor əvəzi Hüsenqulu Abbasov onun iki saatını kəsib başqa müəllimə verərək 20 dərs saatından 18 dərs saatına endirmişdir. İddiaçı buna görə etiraz etmişdir. Bir ay sonra Mədəniyyət Nazirliyi 2021-ci il 12 oktyabrda məktubuna əsasən 20 oktyabrda Vənənd kənd uşaq musiqi məktəbinin direktor əvəzi İ.Hətəmov 12 nömrəli əmr verərək onu Ordubad rayon Vənənd kənd Uşaq Musiqi məktəbində dərs saatı 6 saat olmaqla müəllim vəzifəsinə qəbul etdi. Bir ay sonra Mədəniyyət Nazirliyi 2021-ci il 12 oktyabr tarixli məktubuna əsasən 20 oktyabrda Vənənd kənd uşaq musiqi məktəbinin direktor əvəzi İ.Hətəmov 12 nömrəli əmr verərək onu Ordubad rayon Vənənd kənd Uşaq Musiqi məktəbində dərs saatı 6 saat olmaqla müəllim vəzifəsinə qəbul etdi. Ordubad rayon Mədəniyyət şöbəsinin müdiri Cavabdeh 29 mart 2022-ci il “52” nömrəli əmrinə əsasən, Ordubad rayon Vənənd kənd Uşaq Musiqi məktəbinin direktor əvəzi İ.Hətəmov 29 mart 2022-ci il tarixlı “42” nömrəli əmrlə onun işinə xitam vermişdir. Onun işdən çıxarılması aylıq qazancının azalmasına gətirib çıxardı. İddiaçı ifadəsində onun birinci nikahından olan iki övladına aliment ödədiyini və lazım olan aylıq gəliri əldə edə bilmədiyin, alimenti də ödəməkdə çətinlik çəkir. ikinci ailəsini də dolandırmağa maddi imkanım azalıb. Ordubad Rayon Uşaq Musiqi məktəbində dərs saatlarının azaldılması və Ordubad rayon Vənənd kənd Uşaq Musiqi məktəbindən işdən çıxarılması onun maddı zərər etməyinə səbəb oldu. Onun dərs saatlarını və işini itirməyinə səbəbkar Cavabdehdur. İşimə xitam verilərək işdən çıxarılmağına səbəbkar Cavabdeh görür. Buna görə də Cavabdeh ona vurduğu ziyanın- 2000 manat pul vəsaitinin və mediasiya prosesinə ödədiyi 50 manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh, ifadəsində bildirmişdir ki, iddiaçının dedikləri ilə razı deyil. Onun Ordubad Rayon Mədəniyyət Şöbəsinin müdiri olaraq uzun illərdi göstərdiyi fəaliyyətində, tabeçiliyində olan işçilərə verdiyi göstərişlərdə, tapşırıqlarda və daxili əmrlərdə qanuna zidd olan heç bir hal olmayıb. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Ordubad Rayon Mədəniyyət Şöbəsinə ünvanlandığı 18 mart 2022ci il tarixli 48 saylı məktuba və məktuba əlavə edilmiş nəticələrdən çıxarışa, ünvan 2 ünvanlandığı 28 mart 2022-ci il tarixli 27 saylı məktuba, Ordubad Rayon Mədəniyyət Şöbəsinin müdiri olaraq onun 29 mart 2022-ci il tarixli 52 saylı əmrinə və Vənənd kənd Uşaq Musiqi məktəbinin direktor əvəzi İ.Hətəmovun 29 mart 2022-ci il tarixli 42 saylı əmrinə nəzər yetirənə görmək olur ki, iddiaçının Vənənd kənd Uşaq Musiqi məktəbindən işdən çıxarılması qanuna uyğun həyata keçirilib.İddia tələbi ilə bağlı özünü cavabdeh qismində görmür. Məhkəmədən ifadəsini nəzərə alaraq qanuni qərar qəbul edilməsinin xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinin 1-ci maddəsinə görə mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri əmlak-əmlak münasibətlərini tənzimləmək mülki məcəllənin vəzifəsidir. Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinin 2.3-cü maddəsinə görə ailə, əmək münasibətəri təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Аzərbаycаn Rеspublikаsının Əmək Məcəlləsinin 42-ci maddəsinə görə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə edilə bilməz. Аzərbаycаn Rеspublikаsının Əmək Məcəlləsinin 42-ci maddəsinə görə əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Аzərbаycаn Rеspublikаsının Əmək Məcəlləsinin 44-cü maddəsinə görə əmək müqaviləsi yazılı formada bağlanır. Аzərbаycаn Rеspublikаsının Əmək Məcəlləsinin 44-cü maddəsinə görə əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanır Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunur. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 13 oktyabr 2022-ci il tarixdə keçirilən mülki iş üzrə məhkəmə baxışında məhkəmə iddiaçıya iddia tələbi ilə bağlı onunun işdən azad edilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin İ. Hətəmov tərəfindən verildiyini bildirmiş və iddiaçıya cavabdehin əsl cavabdeh ilə əvəz edilməsini təklif etmiş, lakin iddiaçı məhkəmə iclasında ərizə verərək ona dəyən zərərin Cavabdeh tərəfindən vurulduğunu bildirərək, cavabdehin əsl cavabdehlə, İlkin Hətəmovla əvəz edilməsinə etiraz etmişdir. Ordubad Rayon Mədəniyyət şöbəsinin Vənənd kənd Uşaq Musiqi Məktəbinin direktor əvəzi İlkin Hətəmovun 20 oktyabr 2021-ci il tarixli imzaladığı əmrdən görünür ki, İddiaçı 20 oktyabr 2021-ci il tarixdən, 2021-2022- ci tədris ili üçün müvəqqəti olaraq Vənənd kənd uşaq musiqi məktəbində tar ixtisası üzrə müəllim vəzifəsinə qəbul olunmuşlar. İş materiallarında olan 20 oktyabr 2021-ci il tarixli Əmək müqaviləsindən görünür ki, Vənənd kənd Uşaq Musiqi Məktəbinin direktor əvəzi X2 ilə İddiaçı arasında , müsahibə yolu ilə ixtisaslı kadr gələnədək Vənənd kənd uşaq musiqi məktəbində İddiaçı tar ixtisası üzrə müəllim işləməsi üçün əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan Vənənd kənd Uşaq Musiqi Məktəbinin direktor əvəzi İlkin Hətəmovun imzaladığı 29 mart 2022-ci il tarixli əmrdən görünür ki Naxçıvan Muxtar Respublikası X4 tərəfindən dövlət musiqi təhsili müəssisələrində 17 mart 2022-ci il tarixdə keçirilmiş müsahibə mərhələsinin nəticələrinə uyğun olaraq Vənənd kənd Uşaq Musiqi Məktəbində müvəqqəti əmək müqaviləsi üzrə işləyən İddiaçı əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə belə qənatə gəlir ki, iddiaçının iddia ərizəsində cavabdeh kimi göstərdiyi, iddia tələbinin yönəldiyi Cavabdeh mülki iş üzrə cavabdeh deyildir. Belə ki İlkin Hətəmovun imzaladığı 29 mart 2022-ci il tarixli əmrdən görünür ki Vənənd kənd Uşaq Musiqi Məktəbinin direktor əvəzi İlkin Hətəmovun imzaladığı əmr əsasında İddiaçı işdən azad olunmuşdur. Beləliklə məhkəmə sənədləri,sübutları araşdırıb və məhkəmə baxışında tərəfləri dinləyib İddiaçı iddia tələbi ilə bağlı cavabdeh kimi göstərdiyi Ordubad Rayon Mədəniyyət şöbəsinin müdiri Cavabdeh mülki iş üzrə cavabdeh şəxs deyildir. Belə ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin 18 mart 2022-ci il tarixli məktubu əsasında Ordubad Rayon Mədəniyyət şöbəsinin Vənənd kənd Uşaq Musiqi Məktəbinin direktor əvəzi İlkin Hətəmovun 29 mart 2022-ci il tarixli əmri əsasında İddiaçı tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə tərəflərin ifadələrinin qiymətləndirilməsi əsasında və sübutların araşdırılması nəticəsində belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunur. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə tərəflərin ifadələrinin qiymətləndirilməsi əsasında və sübutların araşdırılması nəticəsində belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. . Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəfindən mediasiya prosesinə ödədiyi 50 manat mediasiya xərci iddia rədd edildiyindən özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı, Cavabdeh ona vurduğu ziyanın, 2000 (iki min) manat pul vəsaitinin alınıb ona verilməsi barədə iddiası rədd edilsin. İddiaçı mediasiya prosesinə ödədiyi 50 manat mediasiya xərci iddia rədd edildiyindən özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar