Məhkəmə qərarları › İş №2(080)-201/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-201/2023

08.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-201/2023 08.12.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı nümayəndəsi -vəkili Vəkil1 Cavabdeh və vəkili Vəkil2 iştirakı ilə iddiaçı X6, Cavabdeh qarşı “Torpaq sahəsinin və tikilinin boşaldılması” tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı nümayəndəsi -vəkili Vəkil1 Cavabdeh qarşı İddiaçı Ordubad rayonu Dəstə kəndində yerləşən mülkiyyətində olan 0.1196 ha ölçüdə torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş tikilidən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi -vəkili iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Ordubad rayonu Dəstə kəndində yerləşən mülkiyyətində olan 0.1 196 ha torpaq sahəsinə və üzərində inşa edilmiş tikiliyə cavabdeh zorla içəri daxil olaraq evi zəbt etmişdir. Hazırda cavabdeh, İddiaçı dövlət qeydiyyatına alınmış 0.1196 ha torpaq sahəsində və orada inşa etdiyi tikilidən istifadə etməyinə imkan vermir, mülkiyyət hüquqları kobud şəkildə pozulur. İddiaçı mülkiyyətində olan və dövlət qeydiyyatına alınmış 0.1196 ha torpaq sahəsində və orada inşa etdiyi tikilidən Cavabdeh çıxmır. Bununla bağlı Cavabdeh Ordubad Rayon Məhkəməsində iddia qaldırmış, Ordubad Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(080)-29/2022-ci nömrəli qətnaməsi əsasında iddiası rədd edilmişdir. Bundan narazı qalan Cavabdeh vəkili-nümayəndəsi vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermiş, Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyası Ordubad Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(080)-29/2022-ci nömrəli qətnaməsini qüvvədə saxlamışdır. Bundan sonra Cavabdeh vəkili vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Kasasiya şikayəti verilmiş, kassasiya şikayəti təmin olunmamışdır. Cavabdeh, İddiaçı Ordubad rayonu Dəstə kəndində yerləşən mülkiyyətində olan 0.1196 hektar ölçüdə torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş tikilidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclaslarında iştirak etmiş İddiaçı nümayəndəsi-vəkili Vəkil1 iddianı müdafiə edərək, göstərdi ki, İddiaçı Ordubad rayonu Dəstə kəndində yerləşən mülkiyyətində olan 0.1 196 ha torpaq sahəsinə və üzərində inşa edilmiş tikiliyə Cavabdeh zorla içəri daxil olaraq evi zəbt etmişdir. Hazırda cavabdeh, İddiaçı dövlət qeydiyyatına alınmış 0.1196 ha torpaq sahəsində və orada inşa etdiyi tikilidən istifadə etməyinə imkan vermir, mülkiyyət hüquqları kobud şəkildə pozulur. İddiaçı mülkiyyətində olan və dövlət qeydiyyatına alınmış 0.1196 ha torpaq sahəsində və orada inşa etdiyi tikilidən Cavabdeh çıxmır. Bununla bağlı Cavabdeh Ordubad Rayon Məhkəməsində iddia qaldırmış, Ordubad rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(080)-29/2022-ci nömrəli qətnaməsi əsasında iddiası rədd edildi. Bundan narazı qalan Cavabdeh vəkii və nümayəndəsi vastosi ilə Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasına apeiasiva şikayəti verildi, Naxçıvan MR. Ali Məhkəməsinin. Mülki Kollegiyası. Ordubad rayon Məhkəməsinin 2022-ci i) tarixli qətnaməsini qüvvədə saxladı. Cavabdeh vəkili vaistəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kasasiya şikayəti verilmiş lakin Cavabdeh apellyasiya və kassasiya şikayəti təmin olunmamışdır. Cavabdeh İddiaçı Ordubad rayonu Dəstə kəndində yerləşən mülkiyyətində olan 0.1196 hektar ölçüdə torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş tikilidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının oğlu L.Hüseynovla birgə nikahda olduqları müddətdə evi tikiblər. Onun həmin evdə yaşayış hüququ var. İş materiallarında olan daşınmaz əmlaka dair torpağın çıxarışından görünür ki, torpağın çıxarışı sonradan alınıb. Cavabdeh iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının oğlu L.Hüseynovla Cavabdeh birgə nikahda olduqları müddətdə evi tikiblər. Onun həmin evdə yaşayış hüququ var.İş materiallarında olan daşınmaz əmlaka dair torpağın çıxarışından görünür ki, ev tam hazır olduqdan sonra torpağın çıxarışı sonradan alınıb. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsi və vəkilini, cavabdehi və onun vəkilini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və X9 Dövlət Xidməti tərəfindən verilmiş ******* nömrəli çıxarışın surətindən görünür ki, Ordubad Rayonunun Dəstə kəndində 0.1196 hektar torpaq sahəsinin mülkiyyətcisi İddiaçıdır, daşınmaz əmlakın dövlət reyestrində 17/10 nömrəli reyestr kitabının 1958 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Ordubad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(080)-29/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdehlər X5 ilə İddiaçı arasında Ordubad rayon Dəstə kəndində yerləşən 0.1196 ha torpaq sahəsinin alqı-satqısına dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə dair İddiaçı adına verilmiş 0074203-nömrəli xx.xx.2020-ci il qeydiyyatlı çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinə X5 ilə aralarında müqavilənin bağlanmış hesab olunması, torpaq sahəsinə və onun üzərində yerləşən yaşayış evinə X4 ilə onun birgə mükiyyət hüququnun tanınması tələbinə dair iddiası rədd edilmişdir. Naxçıvan MR Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(108)-124/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdehlər X5 ilə İddiaçı arasında Ordubad rayon Dəstə kəndində yerləşən 0.1196 ha torpaq sahəsinin alqı-satqısına dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə dair İddiaçı adına verilmiş 0074203-nömrəli xx.xx.2020-ci il qeydiyyatlı çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinə X5 ilə aralarında müqavilənin bağlanmış hesab olunması, torpaq sahəsinə və onun üzərində yerləşən yaşayış evinə X4 ilə onun birgə mükiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(080)- 29/2022 saylı qətnaməsindən İddiaçı Cavabdeh vəkili-nümayəndəsi X3 tərəfindən verilmiş Apellyasiya şikayəti təmin edilməmiş və Ordubad rayon Məhkəməsinin 10.05. 2022-ci il tarixli, 2(080)-29/2022 saylı qətnaməsi Apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-1597/2023 saylı Qərarından görünür ki, Kasasiya şikayəti təmin edilməmiş, Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2022-ci il tarixli 2(108)- 124/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və X9 Dövlət Xidməti tərəfindən verilmiş ******* nömrəli çıxarışına əsasən Ordubad Rayonunun Dəstə kəndində 0.1196 ha torpaq sahəsinin mülkiyyətcisi İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İV bəndinin tələbinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə görə Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli qərarında “Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının və onun protokollarının təfsir və tətbiq məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıdığına görə Azərbaycan Respublikasının yurisdiksiyası altında olan insanların “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqların təmin edilməsi” məhkəmələrə tövsiyə olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Marcks Belçikaya qarşı” işi üzrə 13 iyun 1979cu il tarixli qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1.1.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və X9 Dövlət Xidməti tərəfindən verilmiş ******* nömrəli çıxarışına əsasən Ordubad Rayonunun Dəstə kəndində 0.1196 hektar torpaq sahəsinin mülkiyyətcisi İddiaçı mülkiyyətidir və mübahisə predmeti olan torpaq sahəsinə xüsusi mülkiyyət hüququnu şəksiz təsdiq edir. Mülki işin məhkəmə iclasında tədqiq edilmiş hallarından görünür ki, hazırki mülki iş üzrə Cavabdeh və vəkili Vəkil2 məhkəmə iclasında öz izahatlarında hazırki mülki iş üzrə mübahisə predmeti olan evin cavabdeh ilə iddiaçının oğlu L.Hüseynovun birgə nikahda olduqları müddətdə tikildiyini bildirirlər.Cavabdeh həmin evdə yaşayış hüququnun olduğunu, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və X9 Dövlət Xidməti tərəfindən verilmiş ******* nömrəli çıxarışın isə sonradan alınmasını əsas tutaraq, mübahisəli torpaqdan və həmin torpağı üzərində inşa edilmiş evdən çıxmaqdan imtina edir. Lakin işdə olan sübutlara müəyyən edilir ki, iddiaçının mübahisəli torpaq sahəsinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və X9 Dövlət Xidməti tərəfindən ******* nömrəli çıxarış İddiaçı adına verilmiş, onun xüsusi mülkiyyəti olan həmin torpaq sahəsinin üzərində tikilmiş ev qeydiyyata alınmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı”işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı mübahisə predmeti olan və hazırda cavabdehin yaşadığı ev daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınmasa da, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və X9 Dövlət Xidməti tərəfindən verilmiş ******* nömrəli çıxarışına əsasən Ordubad Rayonunun Dəstə kəndində 0.1196 hektar torpaq sahəsinin mülkiyyətcisi İddiaçıdır, ******* saylı çıxarış üzrə mübahisəli evin faktiki sahibi olduğuna görə qeyd edilən əmlak üzərində mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. İşdə olan sübutlarla müəyyən edilir ki, Cavabdeh iddiaçının oğlunun keçmiş arvadı olsa da, İddiaçı ailə üzvü hesab edilmir və həmin şəxsin mübahisə predmeti olan evdən istifadə hüququnu təsdiq edən mülkiyyətçi hüquqlarına malik şəxslə bağlanan yazılı razılaşması mövcud deyil. Bununla əlaqədar məhkəmə hesab edir ki, cavabdehin bir müddət mübahisəli evdə yaşaması, orada təsərrüfat aparması, habelə müvafiq enerji paylayıcısı olan müəssisələrlə abunə müqavilələri bağlaması həmin şəxsin mübahisə predmeti olan yaşayış evindən istifadə hüququnun yaranmasına səbəb olmur və buna görə də cavabdehin mübahisəli yaşayış evindən istifadə hüququ yoxdur. Bundan başqa, iş materiallarından olan Ordubad rayon Məhkəməsinin 10.05. 2022ci il tarixli, 2(080)-29/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh Ordubad rayon Məhkəməsinə iddiaçının oğlu X4 ilə aralarında olan nikahın pozulduqdan sonra tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlaklarında onun payının müəyyən edilməsi üçün iddia ərizəsi ilə müraciət etsə də həmin şəxs hazırki iş üzrə mübahisə predmeti olan evdə özünün payının müəyyən edilməsi və ya mübahisəli evə istifadə hüquqlarının tanınması barədə məhkəmədə iddia qaldırsa da Ordubad rayon Məhkəməsinin 10.05. 2022-ci il tarixli, 2(080)-29/2022 saylı qətnaməsi ilə iddia əsasız olduğundan rədd edilmiş, Naxçıvan MR Ali Məhkəməsinin 2(108)-124/2023 saylı qətnaməsi üzrə Ordubad rayon Məhkəməsinin 10.05. 2022-ci il tarixli, 2(080)-29/2022 saylı qətnaməsi qanuni qüvvəsində saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023cü il tarixli 2(102)-1597/2023 saylı Qərarına əsasən Cavabdeh Kasasiya şikayəti təmin edilməmiş, Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2022-ci il tarixli 2(108)-124/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin hazırkı Cavabdeh və vəkili Vəkil2 mübahisəli evin Cavabdeh keçmiş əri L.Hüseynov ilə, birgə nikah dövründə L.Hüseynovun vəsaiti hesabına inşa ediklərini iddia etsələr də, cavabdeh və vəkili bu barədə məhkəməyə heç bir sübut təqdim etməməklə yanaşı, hazırki mülki iş üzrə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla iddiaçının oğlu olan L.Hüseynovun mübahisəli evə hüquqlarının və ya hər hansı iddiasının olduğu müəyyən edilmir. Halbu ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsin görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-152.3-cü maddələrinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.1 və 157.4-cü maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəktələrə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərkətlərindən çəkinməlidir. Bundan başqa, «R.Ağalarovun şikayəti üzrə» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələbinə görə torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və plana alma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququna əsasən əldə edə bilərlər. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ digər əmlaklar üzərində olduğu kimi, onların mütləq və müstəsna xarakter daşıyan sahiblik, istifadə və sərəncam səlahiyyətlərini nəzərdə tutur. Torpaq sahəsi üzərində istifadə hüququ dedikdə müvafiq qərar (müqavilə) əsasında yalnız torpaq vergisi ödəmək şərti ilə ondan daimi və ya müvəqqəti olaraq əvəzsiz istifadə etmək başa düşülür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1 və 2-ci hissələrinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək və iş üzrə müəyyən edilmiş halları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh, Ordubad rayonu, Dəstə kəndində yerləşən, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və X9 Dövlət Xidməti tərəfindən verilmiş ******* nömrəli çıxarışına əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.1196 ha ölçüdə torpaq sahəsindən və həmin torpaqda inşa edilmiş fərdi yaşayış evindən çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddiaçı iddiası təmin edilsin. X6 Naxçıvan MR Ordubad rayon Dəstə kəndində yeləşən Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və X9 Dövlət Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixili,**********81 reyestr nömrə ilə xüsusi mülkiyyətində olan 0.1196 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış sahəsi olan tikiliyə qanunsuz sahiblik edən Cavabdeh məcburi qaydada çıxarılsın, həmin torpaq sahəsindən və torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış sahəsi olan tikilidən istifadə olunmasına Cavabdeh qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar