Məhkəmə qərarları › İş №2(080)-317/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-317/2025

02.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-317/2025 02.02.2026 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ərizəçi, maraqlı şəxs Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi əmək stajının təsdiq olunması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi Ermənistan SSR-nin Əzizbəyov rayonunun Gömür kəndində tütün məmulatları sexində 1975-ci il tarixdən 1988-ci il tarixədək işləməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsində qeyd etmişdir ki, o, xx xxxxx 1960-cı ildə Ermənistan SSR-nin Əzizbəyov rayonunun Gömür kəndində anadan olduğunu, O, 1975-ci ildən 1988-ci ilədək Ermənistan SSR-nin Əzizbəyov rayonunun Gömür kəndində yerləşən tütün məmulatları sexində işlədiyini, 1988-ci ildə baş vermiş hadisələrlə əlaqədar məcburi köçkün kimi Azərbaycan SSR ərazisinə gəldiyini və Ordubad rayonu, Nəsirvaz kəndində məskunlaşdığını, 27 aprel 2012-ci il tarixdən aylıq 393,32 manat məbləğində əmək pensiyası aldığını, lakin əmək kitabçası Ermənistan SSR-də qaldığından onun iş stajı pensiya təyin edən orqan tərəfindən tam təsdiq olunmadığını, 1 yanvar 2006-cı il tarixinədək olan minimum 13 il sığorta stajı müvafiq aktlar və şahid ifadələri əsasında nəzərə alınaraq ona əmək pensiyası təyin edildiyini, hazırda pensiya təyin edən orqan tərəfindən iş stajının məhkəmə qaydasında təsdiq olunması tələb olunduğunu,1975– 1988-ci illərdə Ermənistan SSR-nin Əzizbəyov rayonu, Gömür kəndində tütün məmulatları sexində onunla birlikdə işlədiyini və bunu təsdiq edə biləcək şəxslərin şahid qismində məhkəməyə təqdim oluna biləcəyini bildirərək 1975-ci ildən-1988-ci il tarixədək Ermənistan SSR-nin Əzizbəyov rayonunun Gömür kəndində tütün məmulatları sexində işlədiyi müddətin onun iş stajıma daxil edilməklə əmək stajının təsdiq olunması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verərək ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 bu faktın müəyyən olunması ilə bağlı araşdırma aparıldığını,, 2012-ci ildən Ərizəçi əlilliyə görə pensiya verildiyini, Məhkəmə qərarından sonra 1975-1988-ci illərdə staj tələbinin təmin edilməsində heç bir maneə görülmədiyini və məqsədə müvafiq hesab edildiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, xx xxxxx 1958-ci ildə Ermənistan SSR-nin Əzizbəyov rayonunun Gömür kəndində anadan olmuş, Ərizəçilə birliktə 1975-ci ildən 1988-ci ilədək Ermənistan SSR-nin Əzizbəyov rayonunun Gömür kəndində tütün məmulatları sexində işləmişlər, 1988-ci ildə məcburi köçkün olaraq Azərbaycan SSR-yə gəlib və Ordubad rayonunda məskunlaşmışlar, 1988-ci ildə köçkün düşdükləri zaman Ərizəçi əmək kitabçası, Ermənistan SSRİ-də qaldığından iş stajı təsdiqlənməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, xx xxxx 1961-ci ildə Ermənistan SSR-nin Əzizbəyov rayonunun Gömür kəndində anadan olmuş, 1988-ci ilə qədər Ermənistanın Əzizbəyov rayonunun Gömür kəndində yaşayıb, 1978-ci ildən 1986-cı iləd dək Ermənistan SSR-nin Əzizbəyov rayonunun Gömür kəndində tütün məmulatları sexində işləmişlər, 1988-ci ildə Ermənilər tərəfindən qaçqın düşmüşlər, Məşğuliyyətləri əkinçilik, tütünçülük və qoyunçuluq olmuşdur. Qaçqın düşərkən heç bir əşyaları, sənədləri götürə bilməmiş, eyni zamanda Ərizəçi da əmək kitabçasını götürə bilməmişlər. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən müddəaların məmunundan da görünür ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün bir qayda olaraq iki əsas tələb olunur: birincisi, belə faktlar şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ilə bağlı olmalı, ikincisi, ərizəçinin bu faktları təsdiq edə bilən sənədləri başqa qaydada ala bilməsi imkanının olmaması (bu imkanın tükənməsi). Ərizəçinin iş satıjının olması faktının müəyyən edilməsi tələbi gələcəkdə pensiya alması məqsədi irəli sürmüşdür. Bu halda məhkəmə hesab edir ki, ərizəçinin müəyyən edilməsini tələb etdiyi fakt onun əmlak hüqunun yaranması ilə bağlıdır və qeyd edilən birinci əsas mövcuddur. Həmçinin, iş materialları və məhkəmə iclasında verilən izahatlardan müəyyən olunur ki, ərizəçinin 27 aprel 2012-ci il tarixdən aylıq 393,32 anat məbləğində əmək pensiyası aldığını, lakin əmək kitabçası Ermənistan SSR-də qaldığından onun iş stajı pensiya təyin edən orqan tərəfindən tam təsdiq olunmadığını, 1 yanvar 2006-cı il tarixinədək olan minimum 13 il sığorta stajı müvafiq aktlar və şahid ifadələri əsasında nəzərə alınaraq ona əmək pensiyası təyin edildiyini, hazırda pensiya təyin edən orqan tərəfindən iş stajının məhkəmə qaydasında təsdiq olunması tələb olunduğunu, məhkəmə iclasında Maraqlı şəxs Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 bu faktın müəyyən olunması ilə bağlı araşdırma aparıldığını, 2012-ci ildən Ərizəçi əlilliyə görə pensiya verildiyini, Məhkəmə qərarından sonra 1975-1988-ci illərdə staj tələbinin təmin edilməsində heç bir maneə görülmədiyini və məqsədə müvafiq hesab edildiyini qeyd etmişdir. Göründüyü kimi, ərizəçinin ərizəsində göstərdiyi iş stajının müəyyən edilməsi onun əmlak hüquqlarının əmələ gəlməsi ilə bağlı olduğundan, həmin dövr üzrə (1975-1988-ci illərdə) iş stajını təsdiq edə biləcək rəsmi sənəd (əmək kitabçası) isə ərizəçinin Ermənistan Respublikasından qaçqın düşməsi səbəbindən orada qaldığından və əriəzçinin həmin sənədi əldə etməsi mümkün olmadığından ərizəçi Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Əmək kitabçası Azərbaycan Respublikası rayonlarının işğalı ilə əlaqədar qaçqın düşdüyündən və qaldığından, ərizəçi ərizədə göstərdiyi müddətdə Ermənistan SSR-nin Əzizbəyov rayonunun Gömür kəndində tütün məmulatları sexində işləməsi ilə bağlı müvafiq sənədləri başqa qaydada əldə edə bilmədiyindən Məhkəmə hesab edir ki, ərizəçinin 1975-1988-ci illərdə Ermənistan SSR-nin Əzizbəyov rayonunun Gömür kəndində tütün məmulatları sexində işləməsi iş materialları ilə öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan ərizəçiyə məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçi xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikası, Əzizbəyov rayonunda anadan olmuşdur. Məhkəmə iclasında dindirilmiş şahidlər Şahid2 və Şahid1 izahatlarında ərizəçinin 1975-ci ildən 1988-ci il tarixədək Ermənistan SSR-nin Əzizbəyov rayonunun Gömür kəndində tütün məmulatları sexində işləməsini, həmçinin, şahidlər ərizəçinin işlədiyi müddətdə onunla birlikdə Ermənistan SSR-nin Əzizbəyov rayonunun Gömür kəndində tütün məmulatları sexində işlədiklərini bildirdilər. İş materialına əlavə edilmiş şahidlərə məxsus əmək kitabçalarının surəti ilə müəyyən edilir ki, Şahid2 xx.xx.1978-ci il tarixdən Allahv 1988-ci il tarixədək Şahid1 isə 1975-ci ildən-1988-ci il tarixədək ərizəçi ilə birlikdə Ermənistan SSR-nin Əzizbəyov rayonunun Gömür kəndində tütün məmulatları sexində işləmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi barədə” Əsasnamənin 16-cı bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Beləliklə, məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdəki sübutları araşdıraraq, istinad olunan hüquq normalarına əsasən belə nəticəyə gəlir ki, ərizə təmin edilərək, Ərizəçi 1975-ci il tarixdən 1988-ci il tarixədək Ermənistan SSR-nin Əzizbəyov rayonunun Gömür kəndində tütün məmulatları sexində işləməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi Ermənistan SSR-nin Əzizbəyov rayonunun Gömür kəndində tütün məmulatları sexində 1975-ci il tarixdən 1988-ci il tarixədək işləməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar