Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-318/2025 03.03.2026 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X17 məhkəmə iclas katibliyi, Ərizəçi, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi mirasın faktiki qəbul edilməsi tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddia tələbi : Ərizəçi Maraqlı şəxs1, Maraqlı şəxs2 və Ordubad Rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi mirasın faktiki qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə Ordubad rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən mərhum nənəsi X10 məxsus olan, ünvan 7ində yerləşən, Ordubad Rayon Aqrar İslahat Komissiyasının 10 yanvar 2000-ci il tarixli 180 nömrəli qərarı ilə mülkiyyət hüququ tanınmış, sahəsi 0,14 hektar olan həyətyanı torpaq sahəsinin mərhumdan Ərizəçi adına keçməsi faktının məhkəmə qaydasında təsdiq olunması barədə qətnamə. İddia tələbinin əsaslandırıldığı hallar : Ərizə onunla əsaslandırılmışdır ki, X8 onun nənəsi olmuş və ərizəçi onun adını daşıyır. X8 30 aprel 2008-ci il tarixdə vəfat etmişdir. Ərizəçinin atası X32 isə 11 iyun 2017ci il tarixdə vəfat etmişdir. X3 miras olaraq ünvan 7ində yerləşən 0,14 hektar torpaq sahəsi qalmışdır. X1 birinci növbə vərəsəsi onun oğlu X32 olmuşdur, mərhum atası X28 vərəsələri həyat yoldaşı Maraqlı şəxs2, qızı Ərizəçi və Maraqlı şəxs1dur, miras qoyanın yəni nənəsinin sağlığında onun birinci növbə vərəsəsi olan atası qeyd olunan miras əmlak rəsmiləşdirilməmişdən əvvəl vəfat etmişdir. Digər vərəsələr olan anası və qardaşı ünvan 1 ünvanında yaşayırlar. Ərizəçi isə mərhum nənəsinin vəfatından sonra ünvan 7ində yerləşən miras əmlakı faktiki olaraq idarə etdiyini göstərir, istər mərhum nənəsi X5 və mərhum atası X4, istərsə də onların vəfatından sonra qeyd olunan miras əmlaka sahiblik etmiş, onu idarə etmiş və beləliklə mirası faktiki qəbul etmişdir. Hazırda da miras qoyanın vəfatından sonra həmin əmlaka dair kommunal ödənişləri və vergi rüsumlarını ödədiyini, əmlaka faktiki sahiblik etdiyini və əmlaka dair sənədlərin onda olduğunu göstərir,mərhum nənəsindən qalan miras əmlaka dair vərəsə kimi notariat orqanında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəsə də, notariat orqanı tərəfindən şəhadətnamənin verilməsindən imtina edilmişdir. O bildirir ki, miras əmlakı faktiki idarə etməklə həmin əmlakı qəbul etmiş və miras əmlakın həqiqi vərəsəsi olduğunu əyani şəkildə nümayiş etdirmişdir, həmçinin qeyd olunan miras əmlakı ondan başqa digər vərəsələr tərəfindən faktiki olaraq qəbul edilməmişdir. Tərəflərin izahatları : Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs1 ərizəyə etiraz etməmiş və ərizənin təmin edilməsin xahiş edərək bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 ərizəyə etiraz etməmiş və ərizənin təmin edilməsin xahiş edərək bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Ordubad Rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə maraqlı şəxs Ordubad Rayon Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. İş materialları : Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Ordubad Rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 55 nömrəli məktubdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Ərizəçi 25 noyabr 2025-ci il tarixli ərizə ilə Ordubad Rayon Notariat Ofisinə müraciət edərək nənəsi X5 30 aprel 2008-ci il tarixdə vəfat etdiyini, mərhumdan miras olaraq ünvan 7ində yerləşən torpaq sahəsinin qaldığını bildirmiş və həmin miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir.Məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət keçdiyindən, həmçinin “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimata uyğun olaraq tələb olunan sənədlər notariat ofisinə təqdim edilmədiyindən və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinə əsasən notariat hərəkətinin aparılması qanuna zidd hesab edildiyindən qeyd olunan miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi barədə qərar qəbul edilmişdir və müraciət edən şəxsə müvafiq qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan JN seriyalı,196A nömərli, 107 08028 nömrəsi ilə kodlaşdırılan Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, X9 mülkiyyətinə ünvan 7ində yerləşən 0,14 hektar həyətyanı torpaq sahəsi verilmişdir.Belə ki, qeyd olunan torpaq sahəsi Ordubad Rayon Aqrar İslahat Komissiyasının 10 yanvar 2000ci il tarixli, 180 nömrəli qərarı əsasında X9 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi həyətyanı sahə kimi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi olmaqla onun xüsusi mülkiyyətinə verilmişdir. Sənəddə göstərilmişdir ki, bu barədə şəhadətnamə iki nüsxədən ibarət tərtib edilmiş, bir nüsxəsi X10 verilmiş, digər nüsxəsi isə aidiyyəti üzrə rayon (şəhər) şöbəsində saxlanılmışdır. "xxxx" ASC-nin Naxçıvan filialının xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Ərizəçi tərəfindən Ordubad Rayon Məhkəməsinə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu ödənilmişdir, ödəniş nağd qaydada həyata keçirilmiş, ümumilikdə 101 manat məbləğində vəsait ödənilmiş, bunun 100 manatı dövlət büdcəsinə köçürülmüş, 0,40 manat isə bank komissiyası kimi tutulmuşdur. Həmin ödəniş Ordubad Rayon Məhkəməsinin xəzinə hesabına köçürülməsi üçün qəbul edilmişdir. Ordubad Rayon İcra Hakimiyyəti başçısının Dırnıs kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, mərhum X15 rayonu, Dırnıs kəndində yaşamış və 11 iyun 2017-ci il tarixdə vəfat etmişdir. Arayışda göstərilmişdir ki, mərhumun vərəsələri Həyat yoldaşı Maraqlı şəxs2 (1955-ci il təvəllüdlü), Qızı Ərizəçi (1985-ci il təvəllüdlü),və oğlu Maraqlı şəxs1dur (1987-ci il təvəllüdlü), arayış Ordubad Rayon Məhkəməsinə təqdim edilməsi üçün verilmişdir. Ordubad Rayon İcra Hakimiyyəti başçısının Ordubad şəhər nümayəndəsi R. Xəlilov tərəfindən imzalanmış və möhürlənmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, mərhum X15 şəhərində yaşamış və 11 iyun 2017-ci il tarixdə vəfat etmişdir. Arayışda qeyd olunur ki, mərhumun vərəsələri aşağıdakılardır: həyat yoldaşı X16 (təvəllüd: xx.xx.1955), qızı Ərizəçi (təvəllüd: xx.xx.1985) və oğlu Maraqlı şəxs1 (təvəllüd: xx.xx.1987). Ordubad Rayon İcra Hakimiyyəti Başçısının Ordubad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05.12.205-ci il tarixli arayışdan görünür ki, sənəd Ərizəçi həqiqətən ünvan 3 ünvanında qeydiyyatda olduğunu və orada yaşadığını təsdiq edir. İş materiallarında olan X-ЖГ N 393733 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqli surətindən görünür ki, Əliyeva Ərizəçi xx xxxxxx 1985-ci il tarixdə Naxçıvan MSSR, Ordubad rayonu, Ordubad şəhərində doğulmuşdur. Doğum aktı 26 fevral 1985-ci il tarixində 46 nömrəsi ilə aparılmışdır, X7 və X11r. İş materiallarından olan, AZ-İ № 330529 seriya və nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, mərhumə X8 30 aprel 2008-ci il tarixdə vəfat etmiş,ölüm haqqında akt 12 may 2008-ci il tarixində, 37 nömrəli akt qeydi ilə Ordubad rayon Qeydiyyat şöbəsində aparılmış,, mərhumənin ölüm səbəbi infarktmiokard və işemiyamiokard olmuşdur və mərhumə Ordubad rayonu, Dırnıs kəndində vəfat etmişdir. İş materiallarından olan, AZ-İ № 702741 seriya və nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, mərhum X32 11 iyun 2017-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt 20 iyun 2017-ci il tarixində Ordubad rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmişdir, mərhumun ölüm səbəbi beyindaxili qansızma olmuş və mərhum Ordubad şəhərində vəfat etmişdir. İş materiallarından olan, AZ-İ № 380641 nömrəli çıxarışdan görünür ki, Maraqlı şəxs1 xx xxx 1987-ci il tarixdə Naxçıvan MR, Ordubad şəhərində doğulmuşdur. Onun X7 və X16 olmuş, hər ikisi azərbaycanlı milliyyətindədirlər. Doğum aktı 20 iyun 1987-ci il tarixində, 153 nömrəli akt qeydi ilə aparılmışdır. Sənəd Ordubad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş və Qeydiyyat şöbəsinin rəisi S. Hüseynova tərəfindən imzalanmışdır. İş materiallarından olan, 03 mart 2026-cı il tarixli, Ordubad rayon Məhkəməsinə Maraqlı şəxs1 tərəfindən ünvanlanmış ərizədən görünür ki, sənəd Ordubad rayon Məhkəməsinin sədri Haqverdiyev Tural Ziyat oğluna təqdim edilmişdir, ərizəçi (maraqlı şəxs) Maraqlı şəxs1 ərizədə qeyd edir ki, digər tərəf olan Ərizəçi "mirasın faktiki qəbul edilməsi" tələbinə dair qaldırdığı iddia ilə tanış olduğunu və həmin iddianın məhkəmə tərəfindən təmin edilməsini xahiş edir. İş materiallarından olan, 03 mart 2026-cı il tarixli, Ordubad rayon Məhkəməsinə Şərəfbanu Əliyeva tərəfindən ünvanlanmış ərizədən görünür ki, sənəd Ordubad rayon Məhkəməsinin sədri Haqverdiyev Tural Ziyat oğluna təqdim edilmişdir,ərizəçi (maraqlı şəxs) X16 ərizədə bildirir ki, iddiaçı Ərizəçi "mirasın faktiki qəbul edilməsi" tələbinə dair qaldırdığı iddia ilə tanış olduğunu və həmin iddianın məhkəmə tərəfindən təmin edilməsini xahiş edir. İş materiallarından olan, Ordubad rayonu, Dırnıs Bələdiyyəsi tərəfindən verilmiş 12 fevral 2026-cı il tarixli rəsmi arayışdan görünür ki, mərhum Mirzəyevaya məxsus ünvan 7i ünvanında yerləşən fərdi yaşayış evinə görə torpaq və əmlak vergisi Ərizəçi tərəfindən ödənilmişdir,arayışa əsasən, həmin əmlak üzrə Dırnıs Bələdiyyəsinə hər hansı bir daşınmaz əmlak və torpaq vergisi borcu yoxdur. Sənəd Ordubad rayon Notariat Ofisinə təqdim edilmək məqsədilə verilmiş, verən qurum Dırnıs Bələdiyyəsi (Sədr: İ.T. Qənbərli) olmuşdur. İş materiallarından olan, AZ-İ № 515938 nömrəli çıxarışdan görünür ki, X32 01 dekabr 1941-ci il tarixdə Naxçıvan MR, Ordubad rayonu, Dırnıs kəndində doğulmuşdur. Onun valideynləri Maraqlı şəxs1 İldırım oğlu və X12 olmuş, hər ikisi azərbaycanlı milliyyətindədirlər. Doğum aktı 25 dekabr 1952-ci il tarixində, 156 nömrəli akt qeydi ilə aparılmışdır. Sənəd Ordubad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş və Qeydiyyat şöbəsinin rəisi S. Hüseynova tərəfindən imzalanmışdır. İş materiallarından olan AZ-İ № 177058 seriya və nömrəli Nikah haqqında şəhadətnamənin təstiqli surətindən görünür ki, Nikah 02 avqust 2006-cı il tarixində, 05 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır və şəhadətnamə həmin tarixdə tərtib edilmişdir. Sənədi Naxçıvan MR, Ordubad rayonu, Üstüpü kənd nümayəndəliyi vermişdir. nikah tərəfləri : ər X21 və arvad X22r. Nikah bağlandıqdan sonra hər iki şəxs Qurbanlı soyadını qəbul etmişdir. Nikah Naxçıvan MR, Ordubad şəhərində bağlanmışdır. Ordubad Rayon İcra Hakimiyyəti başçısının Dırnıs kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05.12.205-ci il tarixli arayışdan görünür ki, mərhumə X2 rayonu, Dırnıs kəndində yaşamış və 30 aprel 2008-ci il tarixdə vəfat etmişdir, mərhumənin vərəsələri əri X13 (vəfat etmişdir) və oğlu X32 (2017-ci ildə vəfat etmişdir) olmuşdur. xx.xx.2025-ci il tarixli, "xxxx" ASC Naxçıvan filialı tərəfindən verilmiş 11322 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı Ərizəçi Ordubad Rayon Məhkəməsinə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 101,00 AZN məbləğində dövlət rüsumu ödəmişdir. Ödəniş nağd qaydada həyata keçirilmiş, onun 100,00 AZN-i dövlət büdcəsinə köçürülmüş, 0,40 AZN isə bank komissiyası kimi tutulmuşdur. İşin faktiki halı : Ərizəçi xx.xx.2025-ci il tarixdə Ordubad rayon Məhkəməsinə mirasın faktiki qəbul edilməsi tələbi ilə ərizə təqdim etmişdir. Ərizədə bildirilir ki, mərhum nənəsi X5 ünvan 7ində yerləşən, Ordubad Rayon Aqrar İslahat Komissiyasının 10 yanvar 2000-ci il tarixli 180 nömrəli qərarı ilə mülkiyyət hüququ tanınmış, sahəsi 0,14 hektar olan həyətyanı torpaq sahəsinin mərhumadan Ərizəçi adına keçməsi faktının məhkəmə qaydasında təsdiq olunması tələb olunur.Ərizənin əsaslandırıldığı hallar ondan ibarətdir ki, X8 ərizəçinin nənəsi olmuşdur və 30 aprel 2008-ci il tarixdə vəfat etmişdir. Ərizəçinin atası X32 11 iyun 2017-ci il tarixdə vəfat etmiş, mərhum nənədən qalan 0,14 hektar torpaq sahəsinin birinci növbə vərəsəsi olan atası rəsmiləşdirilməmişdən əvvəl vəfat etmişdir. Digər vərəsələr, anası və qardaşı ünvan 1 ünvanında yaşayırlar. Ərizəçi isə mərhum nənəsinin vəfatından sonra miras əmlakı faktiki olaraq idarə etmiş, kommunal ödənişləri və vergiləri ödəyərək, əmlaka faktiki sahiblik göstərmişdir. Notariat orqanı qanunla müəyyən edilmiş müddətin keçməsi səbəbindən vərəsəlik şəhadətnaməsi verilməsindən imtina etmişdir.Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununu təsdiq etmiş, tərəf olan maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 ərizəyə etiraz etməyərək onun təmin edilməsini xahiş etmişlər. Ordubad Rayon Notariat Ofisinin nümayəndəsi iclasa gəlməmişdir və məhkəmə onların iştirakını nəzərə almadan ərizəyə baxmışdır.İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixli 55 nömrəli məktubla Ordubad Rayon Notariat Ofisi Ərizəçi ərizəsini rəsmiləşdirmiş, qanunla müəyyən edilmiş müddətin keçməsi və tələb olunan sənədlərin təqdim edilməməsi səbəbindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. JN seriyalı, 196A nömrəli, 10708028 kodlu şəhadətnamədən görünür ki, X6 0,14 hektar həyətyanı torpaq sahəsi mülkiyyətinə verilmişdir. Sənəd iki nüsxədə tərtib edilmiş, bir nüsxəsi mərhuməyə, digər nüsxəsi isə aidiyyəti üzrə rayon şöbəsində saxlanılmışdır.Ordubad Rayon İcra Hakimiyyəti başçısının Dırnıs kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, mərhum X15 rayonu, Dırnıs kəndində yaşamış, 11 iyun 2017ci il tarixdə vəfat etmişdir. Vərəsələri həyat yoldaşı Maraqlı şəxs2 (1955), qızı Ərizəçi (1985) və oğlu Maraqlı şəxs1dur (1987).xx.xx.2025-ci il tarixli digər arayışdan görünür ki, Ərizəçi ünvan 3 ünvanında qeydiyyatda olmuşdur.X-ЖГ N 393733 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxxxx 1985-ci il tarixdə Naxçıvan MSSR, Ordubad şəhərində doğulmuş, X7 və X16 olmuşdur. Doğum aktı 26 fevral 1985-ci il tarixində 46 nömrəli akt qeydi ilə aparılmışdır.AZ-İ № 330529 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X8 30 aprel 2008-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt 12 may 2008-ci il tarixində 37 nömrəli akt qeydi ilə Ordubad rayon Qeydiyyat şöbəsində aparılmışdır. Ölüm səbəbi infarktmiokard və işemiyamiokard olmuş, mərhumə Ordubad rayonu, Dırnıs kəndində vəfat etmişdir.AZ-İ № 702741 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X32 11 iyun 2017-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt 20 iyun 2017-ci il tarixində Ordubad rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmişdir. Ölüm səbəbi beyindaxili qansızma olmuş və mərhum Ordubad şəhərində vəfat etmişdir.AZ-İ № 380641 nömrəli çıxarışdan görünür ki, Maraqlı şəxs1 xx xxx 1987-ci il tarixdə Naxçıvan MR, Ordubad şəhərində doğulmuşdur. X7 və X16 olmuş, hər ikisi azərbaycanlıdır. Doğum aktı 20 iyun 1987-ci il tarixində 153 nömrəli akt qeydi ilə aparılmışdır.03 mart 2026-cı il tarixli ərizələrdən görünür ki, Maraqlı şəxs1 və Maraqlı şəxs2 iddiaçı Ərizəçi ərizəsinə etiraz etməmiş, onun təmin edilməsini xahiş etmişlər.12 fevral 2026-cı il tarixli Dirnıs Bələdiyyəsi arayışından görünür ki, mərhum X6 məxsus ünvan 7ində yerləşən fərdi yaşayış evinə görə torpaq və əmlak vergisi Ərizəçi tərəfindən ödənilmişdir, hər hansı bir vergi borcu yoxdur.AZ-İ № 515938 nömrəli çıxarışdan görünür ki, X32 01 dekabr 1941-ci il tarixdə Naxçıvan MR, Ordubad rayonu, Dırnıs kəndində doğulmuş, valideynləri Maraqlı şəxs1 İldırım oğlu və X12 olmuşdur.AZ-İ № 177058 seriyalı Nikah haqqında şəhadətnamədən görünür ki, X21 ilə X29 02 avqust 2006-cı il tarixdə Naxçıvan MR, Ordubad şəhərində nikah bağlamış və nikah bağlandıqdan sonra hər iki şəxs Qurbanlı soyadını qəbul etmişdir.AZ-İ № 515938 seriyalı arayışdan görünür ki, X2 rayonu, Dırnıs kəndində yaşamış və 30 aprel 2008-ci il tarixdə vəfat etmişdir. Mərhumənin vərəsələri əri X13 (vəfat etmişdir) və oğlu X32 (2017-ci ildə vəfat etmişdir). Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin : 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin.
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının:
10. Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. 10.1. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olubolmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. 10.2. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndi:
Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər.
Məhkəmənin mövqeyi :
Məhkəmə ərizəçinin və maraqlı şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qərara gəlmişdir ki, ərizə əsaslıdır və təmin edilməlidir.Ərizəçi, mərhum nənəsi X5 vərəsəsi olduğunu və nənəsindən qalan torpaq sahəsini faktiki olaraq qəbul etdiyini təsdiq etmək məqsədilə 18 dekabr 2025-ci il tarixdə Ordubad rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəməyə təqdim edilmiş sənədlər əsasında müəyyən olunmuşdur ki, X8 30 aprel 2008ci il tarixdə vəfat etmiş və mərhumadan qalan miras əmlakının birinci növbə vərəsəsi onun oğlu, ərizəçinin atası X32 olmuşdur (AZ-İ № 330529 və AZ-İ № 702741 seriyalı ölüm haqqında şəhadətnamələrə istinadən). Lakin mərhum atası, X32, miras rəsmiləşdirilməmişdən əvvəl, 11 iyun 2017-ci il tarixdə vəfat etmişdir (AZ-İ № 702741 seriyalı ölüm haqqında şəhadətnaməyə istinad). Məhkəmə vurğulayır ki, Ərizəçi mərhum nənəsindən qanuni olaraq vərəsəlik hüququna malikdir, çünki mərhum nənənin nəvəsi kimi onun hüquqi vərəsəlik zənciri vərəsəlik hüququnun təsdiqi üçün məhkəmə qaydasında müəyyən edilməlidir. Bu fakt, həmçinin Ərizəçi doğum haqqında şəhadətnaməsi ilə (X-ЖГ N 393733) təsdiq olunur ki, o, mərhum nənənin qanuni nəvəsi və mərhum atası X28 qızı kimi qeydiyyata alınmışdır.İş materiallarından görünür ki, Ərizəçi mərhum nənəsindən qalan torpaq sahəsini faktiki olaraq qəbul etmişdir. Əmlaka faktiki sahiblik onun tərəfindən mərhum nənənin və mərhum atanın vəfatından sonra həyata keçirilmiş, kommunal ödənişlər və torpaq üzrə vergilər ödənilmişdir (Ordubad rayonu, Dırnıs Bələdiyyəsi tərəfindən verilmiş 12 fevral 2026-cı il tarixli arayışa istinad). Əmlaka faktiki sahiblik göstərilməsi, qanunla müəyyən edilmiş müddət keçdiyi üçün notariat orqanı tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməməsi səbəbindən hüquqi təsdiqi tələb olunan mirasın faktiki qəbul edilməsinin hüquqi əsasını təşkil edir.Məhkəmə qeyd edir ki, digər vərəsələr mərhum atanın həyat yoldaşı Maraqlı şəxs2 və oğlu Maraqlı şəxs1 ərizəyə etiraz etməmiş, əksinə Ərizəçi iddiasının təmin edilməsini xahiş etmişlər (03 mart 2026-cı il tarixli ərizələrə istinad). Bu isə Ərizəçi miras əmlaka faktiki sahibliyini və hüquqi tələbinin təmin edilməsini dəstəkləyir.İş materiallarına əlavə olaraq, X5 mülkiyyətinə verilmiş torpaq sahəsi (JN seriyalı, 196A nömrəli, 10708028 kodlu mülkiyyət şəhadətnaməsi) göstərir ki, əmlak 0,14 hektar həyətyanı torpaq sahəsi olmaqla mərhum nənənin şəxsi mülkiyyətinə verilmişdir. Ərizəçi tərəfindən həmin əmlaka dair bütün faktiki idarəetmə hüququ həyata keçirilmiş, mirasın qəbul edilməsi əyani şəkildə nümayiş etdirilmişdir.Məhkəmə hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsinin şərtlərinə diqqət çəkir: müəyyən edilməsi xahiş olunan faktın hüquqi əhəmiyyətli olması və bu faktı təsdiq edən sənədlərin başqa qaydada əldə edilməsinin mümkün olmaması. Ərizəçinin faktiki sahiblik nümayiş etdirməsi və digər vərəsələrin razılığı bu faktların hüquqi əhəmiyyətini təsdiqləyir.Buna görə də, Ərizəçi mərhum nənəsi X3 qalan torpaq sahəsini faktiki qəbul etməsi, onun hüquqi vərəsəlik hüququna əsaslanan əmlaka sahiblik hüququ təsdiq olunmalıdır. . Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, qərarının 10-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. İşin faktiki hallarından görünür ki, X8 30 aprel 2008-ci il tarixində vəfat etmişdir. Mülki qanunvericiliyə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə qaydasında ölmüş elan edilməsi ilə açılır. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Beləliklə, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Belə olan halda məhkəmə qeyd edir ki, mübahisəli hüquq münasibəti 30 aprel 2008-ci ildə X5 ölümü ilə yarandığından, hazırkı iddia tələbinə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən qüvvədə olan Mülki Məcəllənin həmin dövr üçün qüvvədə olmuş normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 7-ci hissəsinə hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Mülki qanunvericiliyə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mirasın qəbul edilməsi dedikdə- vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Konstitusiya Məhkəməsi Plenumunun mirasın formal və qeyri-formal qəbulu üsulları ilə əlaqədar artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. Belə ki, vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli Qərarları). Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, hüquqi nəticəyə gəlmək üçün konkret hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir, mirası lazımi vəziyyətdə saxlayır, sığorta və miras əmlak üçün vergini ödəyir və s. Mülki qanunvericiliyin miras açılan vaxt qüvvədə olan normalarına əsasən mirasın qəbulu ilə bağlı hərəkətlər vərəsəlik açılan gündən 6 ay ərzində edilməlidr. Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin mirasın qəbulu müddəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunu qərarlarında qeyd etmişdir ki, vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəlləsi 1255m). İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi mərhum nənəsi X5 30 aprel 2008-ci il tarixdə vəfatından sonra ünvan 7ində yerləşən, Ordubad Rayon Aqrar İslahat Komissiyasının 10 yanvar 2000-ci il tarixli, 180 nömrəli qərarı ilə mülkiyyət hüququ tanınmış, sahəsi 0,14 hektar olan həyətyanı torpaq sahəsi övladlarına miras əmlak kimi qalmışdır. Miras qalmış əmlak isə Ərizəçi tərəfindən faktiki olaraq qəbul edilmişdir. İşin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, X5 ərizəçidən başqa digər vərəsələri də mövcuddur. Lakin həmin vərəsələrdən dünyasını dəyişənlərin övladları onlara vərəsəliklə keçən payın Ərizəçi adına keçirilməsinə etiraz etmirlər, sağ vərəsələr də qeyd olunan əmlakın ərizəçinin adına keçirilməsinə razılıq göstərmişlər.Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş iş materialları, o cümlədən ifadələrə əsasən müəyyən etmişdir ki, Ərizəçi mərhum nənəsindən daşınmaz əmlaka faktiki sahiblik göstərmişdir.Bu hallara əsasən məhkəmə ərizəçinin X3 qalan miras əmlaka faktiki sahib olduğunu və digər vərəsələrin razılığını təsdiqləyir. Məhkəmə qeyd edir ki, miras əmlak iddiaçı tərəfindən bu günədək rəsmiləşdirilməsə də, həmin əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi, həmin əmlaka faktiki olaraq yiyələnməsi kimi qiymətləndirilməlidir. Belə ki, mirasın qəbulu dedikdə elə bir hərəkət başa düşülür ki, bu hərəkətin vasitəsi ilə vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) sübyektiv vərəsəlik hüquqlarını həyata keçirir və miras əmlakı əldə etmək imkanı qazanır. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miran qoyanın hüquq və vəzifələrinin daşıyıcısıdır. Mirasın qəbul etmək vərəsənin vəzifəsi yox, yalnız onun hüququdur. Bu o deməkdir ki, o mirası qəbul edə də bilər, etməyə də bilər. Mirası qəbul etmək hüququ subyektiv mülki hüquqdur. Bu hüquq həyata keçiriləndə mirasın qəbulu əqdə çevrilir. Öz hüquqi təbiətinə görə mirasın qəbul birtərəfli əqddir. Ona görə ki, mirasın qəbulu, birincisi, xüsusi olaraq miras əmlakın əldə edilməsi məqsədilə həyata keçirilir, ikincisi, o yalnız bir tərəfin-vərəsəliyə çağrılan şəxsin ifadəsini ifadə edir. Mirasın qəbulu vərəsəliyə çağrılan digər vərəsələrin iradə ifadəsindən asılı deyil. Mirasın qəbulu iradəvi aktdır. Ona görə ki, o vərəsənin iradəsi ilə bağlıdır. Bu aktda vərəsənin mirası qəbul etmək arzusu, istəyi və niyyəti ifadə olunur. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Oxşar hüquqi mövqe Türkiyə Anayasa Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında əks olunmuşdur. Həmin Qərarda qeyd edilmişdir ki, mülkiyyəti təsdiq edən sənəddə adı qeyd olunmuş daşınmaz əşyanın mülkiyyətçisi vəfat edərsə, bu daşınmaz əmlakın sahibi onun vərəsələridir. Vərəsələr bu daşınmaz əşya üzərində mülkiyyət hüququnu miras qoyanın ölümündən sonra qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan əldə edirlər. Hüququn əsas prinsiplərindən biri də mülkiyyət hüququnun “zamansız” olması, başqa sözlə desək, mülkiyyət hüququnun müddətə bağlı olmamasıdır. Vərəsələrin davam edən mülkiyyət hüququ daşınmaz əşyadan faktiki istifadə etmək hüququnu nəzərdə tutduğu kimi, ondan istifadə etməmək hüququnu da ehtiva edir. Mülkiyyət hüququnun mütləqliyi və reyestr qeydiyyatının aşkarlığı (həqiqiliyi) şəraitində vərəsələrin mülkiyyət hüquqlarını tanımamaqla birtərəfli qaydada aradan qaldırılmasına icazə verilməsi mülkiyyət hüququnu ləğv etməklə yanaşı, həm də əldə edilmiş hüquq və hüquqi təminat prinsiplərini pozur Məhkəmə işin faktiki hallarına əsasən qeyd edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur. Belə olan halda məhkəmə ərizəçinin mərhum nənəsi X5 mülkiyyətində olan və adına qeydə alınmış ünvan 7ində yerləşən, Ordubad Rayon Aqrar İslahat Komissiyasının 10 yanvar 2000-ci il tarixli, 180 nömrəli qərarı ilə mülkiyyət hüququ tanınmış, sahəsi 0,14 hektar olan həyətyanı torpaq sahəsi Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı tanınmaqla, həmin əmlaklarda tam pay hüququ müəyyən edilməli, Ordubad Rayon Aqrar İslahat Komissiyasının 10 yanvar 2000-ci il tarixli, 180 nömrəli qərarı ilə mülkiyyət hüququ tanınmış, sahəsi 0,14 hektar olan həyətyanı torpaq sahəsinə Ərizəçi tam paya vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi Ordubad rayon Notariat Ofisinin üzərinə qoyulmalıdır.
Məhkəmə Xərcləri :
Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Nəticə :
Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizə təmin edilməli, Ərizəçi tərəfindən ünvan 7ində yerləşən, Ordubad Rayon Aqrar İslahat Komissiyasının 10 yanvar 2000-ci il tarixli, 180 nömrəli qərarı ilə mülkiyyət hüququ tanınmış, sahəsi 0,14 hektar olan həyətyanı torpaq sahəsi faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
Ərizə təmin edilsin. Miras qoyan X5 mülkiyyətində olan və adına qeydə alınmış ünvan 7ində yerləşən, Ordubad Rayon Aqrar İslahat Komissiyasının 10 yanvar 2000-ci il tarixli, 180 nömrəli qərarı ilə mülkiyyət hüququ tanınmış, sahəsi 0,14 hektar həyətyanı torpaq sahəsi olan mirasın (JN seriyalı,196A nömərli, 10708028 nömrəsi ilə kodlaşdırılan Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə) Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı tanınmaqla, həmin daşınmaz əmlakda tam pay hüququ müəyyən edilsin. ünvan 7ində yerləşən, Ordubad Rayon Aqrar İslahat Komissiyasının 10 yanvar 2000-ci il tarixli, 180 nömrəli qərarı ilə mülkiyyət hüququ tanınmış, sahəsi 0,14 hektar həyətyanı torpaq sahəsinə Ərizəçi tam paya vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi Ordubad rayon Notariat Ofisinin üzərinə qoyulsun. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edişin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən:Tural Haqverdiyev