Məhkəmə qərarları › İş №2(080)-35/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №2(080)-35/2025

09.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 2(080)-35/2025 09.01.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Naxçıvan MR Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlu, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun tanınması" tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Ordubad Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim : İddiaçı Cavabdeh qarşı Ordubad şəhəri, Kirov (indiki Dədə Qorqud) küçəsindəki bir otaqlı yaşayış evi və 17x5 metr ölçüdə həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun tanınması tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Ordubad şəhəri, Kirov (indiki Dədə Qorqud) küçəsindəki bir otaqlı yaşayış evi və 17x5 metr ölçüdə həyətyani torpaq sahəsinin bir hissəsi mərhum qardaşı Bahadir Hüseynov tərəfindən mülkiyyətçi mərhum anası Fatimə Hüseynovanın müvafiq razılığı olmadan 1000 ABŞ dolları müqabilində Cavabdeh qanunsuz satılmışdır. İndi həmin yaşayış evinə və torpaq sahəsinə Əzizə qanunsuz olaraq sahiblik edir. İddiaçı bu məsələ ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət etmiş, orda da bu məsələ araşdırılaraq onun məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İddiaçı Ordubad şəhəri, Kirov(indiki Dədə Qorqud) küçəsindəki bir otaqlı yaşayış evi və 17x5 metr ölçüdə həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş edir. Ordubad Rayon Məhkəməsinin "Elektron məhkəmə" informasiya sisteminin bazasına baxılarkən İddiaçı 2(080)-120/2023 saylı mülki iş üzrə iddia ərizəsində anası X1 2006-cı il oktyabr ayının 5- də vəfat etdiyini, 2004-cü il yanvar ayının 26-da verdiyi vəsiyyətnaməyə görə özünə məxsus olan əmlakı bacısı X2 vəsiyyət etdiyini, beləliklə, anasına məxsus olan bütün hüquqlar faktiki olaraq bacısı Ş.H. Hüseynovaya keçdiyini, qardaşı X3 hələ anasının sağlığında anasına məxsus olan əmlakı yəni, 9 kv.m sahəsi olan sarayı və 36 kv.m torpaq sahəsini anasının razıbğı olmadan, rəsmi alqı-satqı müqaviləsi bağlanmadan yəni, qanunsuz və özbaşına olaraq qonşusu Cavabdeh satıldığını, vəsiyyətnamə ilə faktiki mülkiyyət hüququ əldə etmiş bacısı X4 və digər vərəsələr qanunsuz satılmış adı çəkilən ərazinin geri qaytarılması məqsədi ilə alqı-satqı müqaviləsinin ləğv edilməsini tələb etdiklərini, bunula bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət etdiyini, müraciətinə cavab olaraq Ordubad şəhəri, Kirov (indiki Dədə Qorqud) küçəsindəki bir otaqlı yaşayış evinin və 17x5 metr ölçüdə həyətyani torpaq sahəsinin bir hissəsinin mərhum qardaşının Bahadir Hüseynov tərəfindən mülkiyyətçi Fatimə Hüseynovanın müvafiq razılığı olmadan 1000 ABŞ dolları müqabilində Cavabdeh qanunsuz satılması ilə əlaqədar müraciətinə Ordubad rayon prokurorluğunda baxıldığını, şikayətin qanunsuz əmlak alqı- satqısının ləğv edilməsi ilə əlaqədar olması və mülki qaydada baxılmalı olması nəzərə alınaraq məhkəməyə müraciət etməsi barədə ona yazılı qaydada izah verildiyini, qanunsuz alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ordubad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(080)-120/2023 saylı qərardadı ilə İddiaçı iddia ərizəsi icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin mahiyyət üzrə İddiaçı Ordubad Rayon Məhkəməsinə yenidən iddia ərizəsi ilə müraciət edərək Ordubad şəhəri, Kirov(indiki Dədə Qorqud) küçəsindəki bir otaqlı yaşayış evi və 17x5 metr ölçüdə həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, iddia ərizəsinin mümkünlüyünü yoxlayan zaman məhkəmənin Elektron bazasından və arxivindən əldə edilmiş məlumatlardan görünür ki, Ordubad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(080)-120/2023 saylı qərardadı ilə qeyd olunan əsaslarla Ordubad Rayon Məhkəməsinin 2-29.2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsinə, Naxçıvan MR Ali Məhkəməsinin mülki işlər üzrə kollegiyasının 3-58-2008 saylı, 05 dekabr 2008-ci il tarixli Qətnaməsinə, Naxçıvan MR Ali Məhkəməsinin mülki işlər üzrə kollegiyasının 3-58-2008 saylı, 22 dekabr 2008-ci il tarixli Kassasiya şikayətinin geri qaytarılması barədə Qərardadına, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə kollegiyasının Qərarına əsasən İddiaçı Cavabdeh qarşı “Alqı-satqı müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddiası rədd edilmişdir. Odur ki, qanunvericiliyə əsasən həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmaq yolverilməzdir. Bu baxımdan hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina etməli, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.5-ci mаddəsinin tələblərinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikası MPM-nin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.2-ci maddələrinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı Ordubad şəhəri, Kirov (indiki Dədə Qorqud) küçəsindəki bir otaqlı yaşayış evi və 17x5 metr ölçüdə həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsinin Ordubad Rayon Məhəməsinin icraatına qəbul edilməsindən imtina edilsin. xx.xx.2024-cü il tarixdə 14087 saylı qəbzlə 100 (bir yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində elektron kabinet vasitəsilə Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar