Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 2(080)-36/2022 01.03.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyad oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı və Cavabdeh oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 300 manat maddi və mənəvi ziyanı Ordubad rayon Vənənd kənd Musiqi məktəbindən və Ordubad rayon Mədəniyyət şöbəsindən alınıb ona verilməsi, Həm də onun 24 dərs saatının Ordubad şəhər Uşaq Musiqi məktəbində ya da 18 saat X3 məktəbində, 6 saatı da müvəqqəti deyil ikinci iş yeri kimi məzuniyyət pulunu almaq şərti ilə dərslərlə təmin edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 300 manat maddi və mənəvi ziyanı Ordubad rayon Vənənd kənd Musiqi məktəbindən və Ordubad rayon Mədəniyyət şöbəsindən alınıb ona verilməsi, Həm də onun 24 dərs saatının Ordubad şəhər Uşaq Musiqi məktəbində ya da 18 saat X3 məktəbində, 6 saatı da müvəqqəti deyil ikinci iş yeri kimi məzuniyyət pulunu almaq şərti ilə dərslərlə təmin edilməsi tələbi ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı 01 mart 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Cavabdeh 01 mart 2022-ci il tarixdə Cavabdeh oğlu iddia ərizəsinin baxılmamış saxlanmasına etiraz etməmiş, işin mahiyyəti üzrə həll edilməsini tələb etməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ərizəsi nəzərə alınmalı, iddia ərizəsi, ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, 18 noyabr 2021-ci il tarixdə, 10640 nömrəli qəbzlə İddiaçı tərəfindən tərəfindən X2 Rayon Filialına ödənilmiş 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər turaraq, Məhkəmə qərara aldı: İddiaçı Cavabdeh oğluna qarşı 300 manat maddi və mənəvi ziyanı Ordubad rayon Vənənd kənd Musiqi məktəbindən və Ordubad rayon Mədəniyyət şöbəsindən alınıb ona verilməsi, Həm də onun 24 dərs saatının Ordubad şəhər Uşaq Musiqi məktəbində ya da 18 saat X3 məktəbində, 6 saatı da müvəqqəti deyil ikinci iş yeri kimi məzuniyyət pulunu almaq şərti ilə dərslərlə təmin edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə İddiaçı qaytarılsın. 18 noyabr 2021-ci il tarixdə, 10640 nömrəli qəbzlə İddiaçı tərəfindən X2 Rayon Filialına ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ordubad Rayon Məhkəməsinə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədr:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-36/2022
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №2(080)-36/2022
01.03.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver