Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 2(080)-38/2023 06.02.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, Ərizəçi Tikililərə ( eni 8 m,uzunluğu 9 m,hündürlüyü 3 m,olan tikili və ona bitişik tikililərin) mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəci Sadıqov X1 ( eni 8 m,uzunluğu 9 m,hündürlüyü 3 m,olan tikili və ona bitişik tikililərin) mülkiyyət hüququnun tanınması tələbi ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmişdir. 06 fevral 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Ərizəçi məhkəmə iclasında iştirak etməmiş lakin ərizə ilə məhkəməyə müraciət etmiş, id ərizənin geri qaytarılmasını, ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Maraqlı şəxs Naxçıvan Muxtar Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsi iclasında iştirak etməmiş işin mahiyyəti üzrə həll edilməsini tələb etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı Ərizəçi ərizəsi nəzərə alınmalı, ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə ərizənin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə görə iərizənin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, 30 noyabr 2022-ci il tarixdə, 22679 nömrəli qəbzlə Ərizəçi tərəfindən X4 filialına 100 manat məbləğində ödənilmiş dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər turaraq, Məhkəmə qərara aldı: Ərizəçi Tikililərə ( eni 8 m,uzunluğu 9 m,hündürlüyü 3 m,olan tikili və ona bitişik tikililərin) mülkiyyət hüququnun tanınması tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə olunmuş sənədlər Ərizəçi qaytarılsın. 30 noyabr 2022-ci il tarixdə, 22679 nömrəli qəbzlə Ərizəçi tərəfindən X4 filialına 100 manat məbləğində ödənilmiş dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ordubad Rayon Məhkəməsinə verilə bilər. X2
Məhkəmə qərarları › İş №2(080)-38/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №2(080)-38/2023
06.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver