Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-56/2024 22.04.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X6 iclas katibliyi, İddiaçı və Cavabdeh və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən məcburi çıxarılma” tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh Ordubad rayon Azadkənd kəndində yerləşən mülkiyyət hüququ ilə ona məxsus olan yaşayış evindən məcburi çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri; Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə edərək ifadəsində bildirmişdir ki, Ordubad rayon Azadkənd kəndində yerləşən 147,90 m2 sahəsi olan yaşayış evinə və 0,1117 ha torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Həmin əmlak mərhum atası anası ilə birgə nikah dövründə qazanılıb.Atasının vəfatından sonra əmlak anası X1 adna sənədləşdirilib. Anası isə qeyd olunan ölçüdə mənzil və torpaq sahəsini notarial qaydada ona hədiyyə edib. Sözü gedən mənzildə onlarla birlikdə qardaşı arvadı Cavabdeh da yaşayır. Cavabdeh qardaşı ilə ailə qurduqdan sonra həmin evə gəlin köçmüşdür. Yaşadığı müddətdə daim dava-dalaş salmış, anası təhqir edərək hətta hədələmiş və evə benzin tökərək yandıracağını bildirmişdir. Bir sözlə ailəliklə onlar cavabdehin hərəkətlərinə görə rahat yaşaya bilmirlər. Onun adına olan mənzil iki otaqdan ibarətdir. Ailə tərkibi isə 4 nəfərdən ibarətdir. İddiaçı öz mülkiyyətindən sərbəst şəkildə istifadə edə bilmir. Cavabdehin ona aid mənzildə yaşaması və mütəmadi olaraq münaqişə yaratması onun hüquqlarını pozur. Ona görə cavabdehin onunla birgə yaşamasının qeyrimümkün olduğundan evdən çıxarılmasını istəyir. Cavabdeh Ordubad rayon Azadkənd kəndində yerləşən mülkiyyət hüququ ilə ona məxsus olan yaşayış evindən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. İddiaçının qardaşı Şahid ilə 2000-ci ildə ailə quraraq Ordubad rayon Azadkənd kəndində yerləşən evə gəlin köçmüş, artıq 24 ildir ki o evdə yaşayır, o evdə üç övladı doğulub, ikisi qız biri oğlan, qızlar yetkinlik yaşına çataraq ailə qurublar, oğlu 16 yaşındadır və onlarla birlikdə həmin evdə yaşayır. O, 23 ildir o evə xərclər çəkib təmir edib orda yaşamışdır. İddiaçı ona o evdən çıxartmaq istəyir, halbuki hazırda o evdə onun qardaşı Şahid ilə 2000-ci ildə ailə quraraq yaşayır. İddiaçı onu evdən çıxarmaqla ailəsindən də ayrı salmaq istəyir. Cavabdeh o evdə zəhmət çəkmiş, o evdən çıxmaq istəmir. İddiaçının özünə məxsus evi var, 2006-cı ildən Bakıda yaşayır, orada ailə qurub və şəxsi evi var. Onun evdən çıxarılası təqdirdə yaşamağa evi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında, iddiaçının onun qardaşı olduğunu, cavabdehin isə onun həyat yoldaşı olduğunu, cavabdeh ilə 2000-ci ildə ailə həyatı quraraq, tələbində göstərilən Ordubad rayon Azadkədinə yerləşən evdə yaşamağa başladıqlarını, həmin evdə üç övladlarının doğulduğunu cavabdeh ilə evə xərclər çəkdiklərini, halbuki, iddiaçının isə 2006-cı ildə ailə quraraq Bakı şəhərində yaşadığını və şəxsi evi olduğunun bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh vəkili Vəkil izahatında bildirmişdir ki, müvəkkili 2000-ci ildən ailə quraraq o evdə yaşayır və 24 ildir ki o evdə məişət xərcləri çəkərək o evin bərpasında təmirlər həyata keçirib və maddi və mənəvi olaraq mülkiyyətə sahiblik edib. İdiaçı isə uzun illər o evdə olmayıb, Bakıda evi olduğu üçün Bakı şəhərində yaşayıb. Müvəkkilinin evdən çıxarılması ilə bağlı iddianın rədd edilməsin məhkəmədən xahiş edir. İşin halları; İş materiallarında olan- Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik Hüquqi şəxsin 19/8 nömrəli kitabının 1371 qeydiyyat nömrəli çıxarışından görünür ki, Ordubad rayon Azadkənd kəndində yerləşən 147,90 m2 sahəsi olan yaşayış evinə və 0,1117 ha torpaq sahəsinin mülkiyyətçisi X4r. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik Hüquqi şəxsin 19/8 nömrəli kitabının 1372 qeydiyyat nömrəli çıxarışından görünür ki, Ordubad rayon Azadkənd kəndində yerləşən 147,90 m2 sahəsi olan yaşayış evi və 0,1117 ha torpaq sahəsi bağışlama müqaviləsi əsasında mülkiyyətçi X5 tərəfindən, İddiaçı mülkiyyətinə vermişdir. 221 saylı xx.xx.2023-cü il tarixli arayıdan görünür ki, Rzayev X7 Rayonu Azadkənd kəndində yaşayır və qeydiyyatdadır. 178 saylı xx.xx.2023-cü il tarixli arayıdan görünür ki, Cavabdeh Ordubad Raynu Baş Dizə kəndində qeydiyyatdadır. 514430 nömrəli nikah haqqında şəhadətnamənin çıxarışından görünür ki, Şahid və Cavabdeh arasında nikah Ordubad Rayonu Qeydiyyat şöbəsində 13 dekabr 2001-ci il tarixdə bağlanmış, həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 248 nömrə ilə qeyd edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşma çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsaslanaraq qeyd olunmalıdır ki, Cavabdeh mübahisəli fərdi yaşayış evində yaşamaq və istifadə hüququ həmin fərdi yaşayış evinə ailə üzvü kimi köçdüyü gündən yaranmışdır. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilə ilə deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Həmçinin vurğulanaraq qeyd olunmalıdır ki, Cavabdeh mübahisəli fərdi yaşayış evinə ailə üzvü kimi köçməsinə əsas verən iddiaçının qardaşı ilə aralarında nikah münasibəti davam edir ki, bu hal iddiaçının hazırkı tələbini əsassız etməkdədir. Belə ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və Mülki Məcəllənin 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəalarında digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalınmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşma çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3.-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4.-cü maddəsinə əsasən Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 5.3-cıi maddəsinə əsasən „Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz.." Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə əsasən „Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir" Həmin məcəllənin 12.1-ci maddəsinə əsasən „Yaşayış sahələri mənzil hüququnun obyektidir". Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 5.3-cıi maddəsinə əsasən „Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz.." Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə əsasən „Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir" Həmin məcəllənin 12.1-ci maddəsinə əsasən „Yaşayış sahələri mənzil hüququnun obyektidir" Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd olunmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı “evdən məcburi çıxarılma” tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Cavabdeh mübahisəli fərdi yaşayış evinə ailə üzvü kimi köçməsinə əsas verən iddiaçının qardaşı ilə aralarında olan nikah münasibəti davam edir, əri və oğlu həmin fərdi yaşayış evində yaşayır, Həmin fərdi yaşayış evində yaşadıqları 24 il müddət ərzində qazancları hesabına fərdi yaşayış evində özlərinin daimi yaşaması üçün mənzil məişət şəraiti qurmuşlar. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı orderlə onun faktiki mülkiyyətinə verilmiş evdən cavabdehin mənzildən çıxarılması tələbini irəli sürmək üçün subyektiv hüquqa malikdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, cavabdehin evdən çıxarılması məsələsi həll edilərkən, ilk öncə onların həmin evdən istifadə hüquqlarının yaranıb-yaranmaması müəyyən edilməlidir. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, Cavabdeh 2000-ci ildə iddiaçının qardaşı(keçmiş mülkiyyətçi X2 isə oğlu) ilə evlənmiş və mübahisəli evə gəlin kimi köçmüş, onların birgə nikahından 3 övladları doğulmuşlar. Həmin dövrdə isə ev iddiaçının xüsusi mülkiyyətində olmamış, mülkiyyətçi X2 mülkiyyətində olmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamə, Validə Rzayevanın ərizəsində və tərəflərin verdikləri ifadələrlə Cavabdeh 2000-ci ildə həmin evə gəlin köçməsi və Cavabdeh indiyə qədər Ordubad rayon Azadkənd kəndində yerləşən evdə yaşaması öz təstiqini tapır. Məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli mənzilin iddiaçının mülkiyyətində deyil, X2 mülkiyyətində olduğu dövrdə onun razılığı ilə gəlin kimi həmin mənzildə yaşamağa başladığından, uşaqlar isə X2 və onun həyat yoldaşının nəvələri olmaqla, doğulduqları andan valideynləri ilə birlikdə həmin evdə yaşadıqlarından, və Cavabdeh da faktiki olaraq həmin evdə mənzildən istifadə hüququ əldə etmişdir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddiaçının cavabdehə qarşı evdən məcburi çıxarılma tələbi təmin edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia rədd edilsin. İddiaçı Ordubad Rayon Azadkənd kəndində yerləşən, **********58-10301 reyestr nömrəsi ilə mülkiyyətində olan fərdi yaşayış evi olan mülkiyyətindən Cavabdeh evdən məcburi çıxarılması barədə iddiası rədd edilsin. İddiaçı iddia ərizəsi verilərkən ödədiyi 100 manat dövlət rüsumu iddia rədd edildiyindən özünə aid edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-56/2024
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-56/2024
22.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver