Məhkəmə qərarları › İş №2(080)-59/2024

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-59/2024

22.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-59/2024 22.02.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X13 məhkəmə iclas katibliyi, ərizəçi X8 iştirakı ilə, ərizəçi X8 hüquqi əhəmiyyəti olan qohumluq faktının müəyyən edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi X15 ərizə ilə məhkəməyə müraciət etmiş, xx.xx.2005-ci il tarixdə Ordubad rayon Sabirkənd kəndində ölmüş X5 08 noyabr 1977-ci ildə Ordubad Rayon Sabirkənd kəndində ölmüş X11 bacısı olması faktı müəyyən olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi X15 izahatında bildirmişdir ki, X17 onun atasıdır. Atası Ordubad rayonunun Sabirkənd kəndində yaşamış və 1977-ci ildə vəfat etmişdir. X3 ilə mərhum atası bacı-qardaşdır. X14 rayon Sabirkənd kəndinə yaşamış, 1932-ci ildə anadan olmuş, 11,06,2005-ci il tarixdə isə vəfat etmişdir. X25 X16nın ikinci növbədən vərəsəsidir. F.Hüseynovanın birinci növbədən vərəsləri yoxdur.M.X2 vərəsəsi kimi mərhumdan qalan mirası qəbul edib adına sənədləşdirmək üçün müraciət etdikdə X17 ilə X5 qohumluq münasibətlərinin yəni onların bacı-qardaş olmalarının təsdiqi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməli olduğunu bildirdilər. X1 mərhum X11 bacısı olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Ordubad Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin Ordubad Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Bunu nəzərə alan məhkəmə Ordubad Rayon Qeydiyyat Şöbəsinin iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan- 405779 nömrəli nikah haqqında şəhaədtnamənin çıxarışından müəyyən olunur ki, X17 və X9 arasında nikah Ordubad Rayonu Qeydiyyat şöbəsində 09 sentyabr 1935-ci il tarixdə bağlanmış, həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 nömrə ilə qeyd edilmişdir. 394888 nömrəli ölüm haqqında şəhaədtnamənin çıxarışından müəyyən olunur ki, X17 15 noyabr 1977-ci il tarixdə ölmüşdür. Mülki işə əlavə olunmuş Ordubad Rayon mərkəzi xəstəxanası PHŞ-in arayışından görünür ki, 1932-ci ildə anadan olmuş Ordubad Rayonu Sabirkənd kəndində yaşamış mərhumə X12 xx.xx.2005-ci ildə “Trombozbeyin” diaqnozu ilə vəfat etmişdir. Sabirkənd kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 80 nömrəli, 05 may 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, X4 rayonunun Sabirkənd kəndində yaşamış, xx.xx.1977-ci il tarixdə ölmüş, vərəsələri X10, Ərizəçidur. 05 may 2023-cü il tarixli doğum haqqında şəhaədtnamənin çıxarışından müəyyən olunur ki, X12 1929-cu il tarixdə Ordubad rayonunun Sabirkənd kəndində anadan olmuşdur. 949756 saylı 14 sentyabr 2023-cü il tarixli doğum haqqında şəhaədtnamənin çıxarışından müəyyən olunur ki, X17 04 aprel1961-ci il tarixdə Ordubad rayonunun Sabirkənd kəndində anadan olmuş, atası Ərizəçi, anası X6r. 029667 saylı 01 iyul 2005-ci il tarixli ölüm haqqında şəhaədtnamənin surətindən müəyyən olunur ki, X12 xx.xx.2005-ci il tarixdə vəfat etmiş, bu barədə akt qeydləri kitabında 08 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə görə şahidlərin ifadələri mülki prosessual icraatda sübutların ayrıca növü kimi təsbit olunmuşdur. Belə ki, şahid ifadələri tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunun və ya olmadığının məhkəmə tərəfindən müəyyən edilərkən əldə edilən məlumatların növü olaraq xüsusi prosessual normalarla tənzimlənir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid1 ifadəsində X3 və mərhum X17 eyni ata və ananın övladları olduqlarını, onların bacı qardaş olduqlarını, X3 və mərhum X4 rayon Sabirkənd kənd qəbirstanlığında dəfn olunduqlarını, X12 11,06,2005-ci il tarixdə isə vəfat etdiyini, el adəti ilə yas mərasimini təşkil edib yas mərasimi adətlərini yerinə yetirdiklərini, yas mərasimində bütün yaxınları iştirak etdiklərini, el adəti ilə üçünü, yeddisini və qırxın keçirdiklərini, onun və ailəsi qonşu olaraq üçündə yeddisində və qırxın da iştirak etdiklərini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, X3 mərhum X17 ilə bacı qardaş olması faktı sübuta yetmişdir. Ona görə də Məhkəmə Azərbaycan Respublikası Mülk-Prosessual Məcəlləsinin 307-ci maddəsinin göstərişinə əsasən hesab edir ki, X3 mərhum X17 ilə bacı qardaş olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-cü maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2005-ci il tarixdə Ordubad rayon Sabirkənd kəndində ölmüş X5 08 noyabr 1977-ci ildə Ordubad Rayon Sabirkənd kəndində ölmüş X11 bacısı olması faktı müəyyən edilsin. Qətnamə qohumluq faktının qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə X7 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan apellyasiya şikayət verilmədiyi halda, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar