Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-71/2021 16.04.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin X10 Haqverdiyevin sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs rəisi X1 iştirakı ilə, Ərizəçi “akt qeydinin düzgün olmamasının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmiş, xx xxx 1996-cı il tarixdə Ordubad rayonu Gənzə kəndində doğulmasının xx xxx 1996-cı il tarixdə 56 nömrə ilə qeydə alınması barədə akt qeydləri kitabında “Məşuqə” qeydinin düzgün olmamasının müəyyən edilməsi, “Məşuqə” qeydinin “Məşruqə” kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə etmiş, izahatında bildirmişdir ki, xx xxx 1996-cı il tarixdə Ordubad rayonunun Gənzə kəndində doğulmuşdur. Bu barədə 1996-cı ildə Ordubad rayon VVAQ şöbəsində vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında qeydiyyat aparılmış və doğum haqqında şəhadətnamə verilmişdir. Doğum haqqında şəhadətnamədə adı səhvən "Məşuqə” olaraq qeyd edilmişdir. Belə ki, Maraqlı şəxsndə doğum akt qeydləri kitabında adı "Məşuqə” olaraq qeyd olunsa da doğum haqqında şəhadətnaməsində adı "Məşruqə” araq olaraq vazılmışdır. Həmçinin həyat yoldaşı X9 ilə nikahları bağlanarkən nikah haqqında şəhadətnaməsində adı "Məşruqə” kimi qeyd olunmuş və birgə nikahdan övladı doğulmuşdur ki, onun da doğum haqqında şəhadətnaməsinin ana qrafasında ana adı “Məşruqə” kimi yazılmışdır. Ona məxsus sənədlərində-attestatında, şəxsiyyət vəsiqəsində və ümumvətəndaş pasportunda da adı "Məşruqə” kimi qeyd olunmuşdur. Ərizəçi təqdim olunmuş sənədlərdə doğum haqqında şəhadətnaməsində ad qeydinin düzgün olaraq "Məşruqə” kimi yazılsa da müvafiq olaraq doğum akt qeydiyyatı kitabında ad qeydi səhvən "Məşuqə” kimi yazılmışdır. Akt qevdindəki uygunsuzluğun düzəldilməsi üçün ərizəçi Maraqlı şəxsnə ərizə ilə müraciəti olmuş, ərizəsinə cavab olaraq Maraqlı şəxs xx xxxxxx 2020-ci il tarixli, 130 saylı məktubunda müvafiq düzəlişin edilməsindən imtina edilmiş, akt qevdindəki uyğunsuzluğun aradan qaldırılması üçün ərizəçinin Məhkəməyə müraciət etməyi göstərilmişdir. Ərizəçi 1996-cı il tarixdə Maraqlı şəxsndə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabının 56 №-li doğum akt qeydində "Məşuqə, ad qeydinin düzgün olmamasının müəyyən edilməsi və həmin akt qeydində adının "Məşruqə,, kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi qismində iştirak etmiş Maraqlı şəxs rəisi X2 izahatında bildirmişdir ki, Qeydiyyat Şöbəsi tərəfindən vətəndaşlara akt qeydlərindən çıxarışlar, təkrar şəhadətnamələr verilərkən tərtib edilmiş akt qeydlərindəki məlumatlar əsas götürülür. Lakin Ərizəçi xx xxx 1996-cı il tarixdə doğulmasının xx xxx 1996-cı il tarixdə 56 nömrə ilə qeydə alınması barədə akt qeydləri kitabında adı “Məşuqə” kimi qeyd edildiyindən, ona doğum akt qeydiyyatı kitabında düzəlişin edilməsi və adının Məşruqə kimi qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materialarında olanxx xxxxx 2021-ci il tarixdə verilmiş doğum akt qeydindən çıxarışdan görünür ki, X5 xx xxx 1996-cı il tarixdə doğulmuş, bu barədə doğum akt qeydiyyatı kitabında xx xxx 1996cı il tarixdə 56 nömrə ailə qeyd edilmişdir. 368403 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Hüseynova Məşruqə İbrahim qızı xx xxx 1996-cı il tarixdə doğulmuş, bu barədə doğum akt qeydiyyatı kitabında xx xxx 1996-cı il tarixdə 56 nömrə ilə qeyd edilmiş, doğum haqqında şəhadətnamənin sol, yuxarı küncündə “Məşruqə sözü düzgündür” yazılmaqla təsdiq edilmişdir. 945033 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 və Ərizəçi arasında nikah xx xxxx 2019-cu il tarixdə bağlanmış, bu barədə akt qeydləri kitabında xx xxxx 2019-cu il tarixdə 36 nömrə ilə qeyd edilmişdir. C00261625 nömrəli pasportun surətindən görünür ki, pasport xx xxx 1996-cı il tarixdə doğulmuş Ərizəçi məxsusdur. AA seriyalı, ******* nömrəli nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, şəxsiyyət vəsiqəsi xx xxx 1996-cı il tarixdə doğulmuş Ərizəçi məxsusdur. Maraqlı şəxs xx.xx.2020-ci il tarixli, 130 nömrəli məktubundan görünür ki, xx xxx 1996-cı il tarixdə Ordubad rayonunun Qeydiyyat Şöbəsində tərtib edilmiş 56 nömrəli doğum akt qeydində şəxsin adı Məşuqə kimi qeyd edildiyindən, ona adı Məşruqə kimi qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməsi bildirilmiuşdir. Azərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin, ərizəçinin vəkilinin, maraqlı şəxsin izahatlarını dinləyib, belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş sübutların tədqiqi zamanı Ərizəçi doğumunun qeydə alınması barədə doğum akt qeydləri kitabında adının düzgün qeyd olunmaması, Məşuqə adının Məşruqə kimi qeyd edilməsi müəyyən edilmişdir . Belə ki, məhkəməyə sübut kimi təqdim olunmuş doğum haqqında şəhadətnamənin, nikah haqqında şəhadətnamənin, şəxsiyyət vəsiqəsinin, pasportun surətindən görünür ki, Ərizəçi adı Məşuqə deyil Məşruqədir. Məhkəmə qeyd olunanlardan belə nəticəyə gəlir ki, Ərizəçi xx xxx 1996-cı il tarixdə doğulmasının xx xxx 1996-cı il tarixdə 56 nömrə ilə qeydə alınması barədə doğum akt qeydləri kitabında “Məşuqə” qeydinin düzgün olmaması müəyyən edilməli, “Məşuqə” qeydi “Məşruqə” kimi qeyd edilməlidir. Məhkəmə iş üzrə ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatlarını və iş materiallarında olan digər sənədləri sübut kimi qəbul edir, həmin sübutlara Mülki Prosessual Məcəllənin sübutların qiymətləndirilməsi ilə bağlı tələblərinə uyğun qiymət verərək belə qənaətə gəlir ki, ərizəçinin ərizəsinin əsası kimi göstərdiyi hallar sübuta yetir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları, hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360 və 341-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxx 1996-cı il tarixdə Ordubad şəhərində doğulması, xx xxx 1996-cı ildə 56 nömrə ilə qeydə alınması barədə doğum akt qeydləri kitabında Məşuqə qeydinin düzgün olmaması müəyyən edilsin. Ərizəçi xx xxx 1996-cı 56 il tarixdə Ordubad şəhərində doğulması, xx xxx 1996-cı ildə 56 nömrə ilə qeydə alınması barədə doğum akt qeydləri kitabında “Məşuqə” qeydi “Məşruqə” kimi qeyd edilsin. Ərizəçi tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə olunsun. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-71/2021
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-71/2021
16.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver