Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-82/2025 22.04.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pul tələbinə” dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 5780 (beş min yeddi yüz, səksən ) manat məbləğində pulun, 77.80 (yetmiş yeddi manat, səksən qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o X2 komandanlığında zabit kimi xidmət edir. Hal-hazırda ünvan 1 ünvanında kirayə yaşayır. Cavabdeh 22 may 2020-ci il tarixli İK 2205/02 saylı, kredit müqaviləsinə "xxxx" ASC-dən 14 000 (on dörd min) manat kreditə pul götürmüşdür. 22 may 2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən o həmin kredit müqaviləsi üzrə Cavabdeh zamin durmuşdur. Cavabdeh kredit pulunu gecişdirməsi nəticəsində Ordubad rayon Məhkəməsinin 2(080)-143/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli icra sənədinə əsasən Cavabdeh və zamin qismində ondan 13.617.96 manat pul tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi qət olunmuşdur. İcra sənədi əsasında kredit pulu Cavabdeh xidmət etdiyi X2 Komandanlığından aylıq əmək haqqından tutulurdu. Lakin 2024-cü il tarixdə "xxxx" ləğv edildiyindən bankın rəsmiləşmiş aktivləri "xxxx" ASC-yə miqrasiya olunduğundan, həmin kredit pulu "xxxx" ASC tərəfindən məhkəmə qərarı olmadan 2024-cü ilin mart ayından başlayaraq hər ay əmək haqqı verilən vaxt mənim kart hesabımdan 50% miqdarında tutqu tutulurdu və son tutqu ödənişi 07 oktyabr 2024-cü il tarixdə 905 manat olmaqla kredit borcu bağlanmışdır ki, cəmi 5780 (beş min yeddi yüz səksən) manat pul onun kart hesabından tutularaq "xxxx" ASC-yə köçürülmüşdür. "xxxx" ASC-nin 10 dekabr 2024-cü il tarixli məktubuna əsasən xx.xx.2020-ci il tarixli, NBGT6537614B500 kredit müqaviləsi üzrə borcun bağlandığını və onun zaminlik öhdəliyinin qalmadığı qeyd olunmuşdur. Kredit borcu bağlandıqdan sonra onun kart hesabından tutulan cəmi 5780 (beş min yeddi yüz səksən) manat pulu cavabdehdən geri tələb etsə də, o pulu müxtəlif bəhanələrlə ödəməkdən imtina etmişdir. Bu səbəbdən o zamin qismində reqres qaydasında həmin kredit pulunun onun tərəfindən ödənilən 5780 (beş min yeddi yüz səksən) manat hissəsini almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun pozulmuş hüquqlarımın bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, onun tərəfindən ödənilən pulun cavabdeh tərəfindən ödənilməsi üçün pul tələbi təmin edilməlidir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlmədiyindən Azərbaycan Respublikası MPM-nin 147 və 185.5-ci maddələrinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 2(080)-143/2022 nömrəli icra vərəqəsindən görünür ki, Cavabdeh və İddiaçı 22 may 2020- ci il tarixli, İK2205/02 saylı kredit müqaviləsi üzrə 1961.37 manat gecikdirilmiş faiz borcu, 6565.05 manat gecikdirilmiş əsas kredit borcu, 38.24 manat faiz borcu, 5053.30 manat əsas borc, ümumilikdə 13617.96 manat məbləğində pul və 130.85 manat dövlət rüsumunun əvəzi alınıb "xxxx" ASC-in hesabına ödənilməsi barədə Ordubad Rayon İcra və Probasiya bölməsinə icra vərəqəsi Ordubad Rayon Məhkəməsinin Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə icra ediməsi üçün verilmişdir. 22 may 202—ci il tarixli ZM2205/02 nörəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı borclu Cavabdeh ilə birlikdə eyni həcmdə məsuliyyət daşıyır. "xxxx" ASC tərəfindən 10 dekabr 2024-cü il tarixdə verilmiş 2176 nömrəli arayışda NaxçıvanBank ASC tərəfindən rəsmiləşmiş və Kapital Bank ASC-ə miqrasiya olunmuş xx.xx.2020-ci il tarixli NBGT6537614B500 kontrakt Na-li 14000.00 (on dörd min) manat kredit müqaviləsi üzrə Cavabdeh borc tamamilə bağlanmışdır. Həmin kredit üzrə zamin qismində çıxış edən İddiaçı zaminlik öhdəliyi mövcud deyil. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ki, Cavabdeh 22 may 2020-ci il tarixli İK 2205/02 saylı, kredit müqaviləsinə "xxxx" ASC-dən 14 000 (on dörd min) manat kreditə pul götürmüşdür. 22 may 2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən o həmin kredit müqaviləsi üzrə Cavabdeh zamin durmuşdur.Kredit müqaviləsinin 1-ci maddəsinə əsasən İddiaçı bu iş üzrə cavabdehə verilmiş kreditin müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. Cavabdeh və İddiaçı 22 may 2020- ci il tarixli, İK2205/02 saylı kredit müqaviləsi üzrə 1961.37 manat gecikdirilmiş faiz borcu, 6565.05 manat gecikdirilmiş əsas kredit borcu, 38.24 manat faiz borcu, 5053.30 manat əsas borc, ümumilikdə 13617.96 manat məbləğində pul və 130.85 manat dövlət rüsumunun əvəzi alınıb "xxxx" ASC-in hesabına ödənilməsi barədə Ordubad Rayon İcra və Probasiya bölməsinə icra vərəqəsi Ordubad Rayon Məhkəməsinin Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə icra ediməsi üçün verilmişdir.Zamin İddiaçı əmək haqqından 5780 (beş min yeddi yüz səksən) manat pul onun kart hesabından tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli, 5780 (beş min yeddi yüz, səksən ) manat məbləğində pul Cavabdeh alınmalı və İddiaçı verilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş maddi hüquq normaları baxımından da qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 509-cu maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Şərh olunan hüquq normalarına, iş materiallarına əlavə edilmiş və tədqiq olunan sübutlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 5780 (beş min yeddi yüz, səksən) manat alınıb İddiaçı verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, iddia təmin edildiyindən, ödənilmiş 77.80 (yetmiş yeddi manat, səksən qəpik) manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5780 (beş min yeddi yüz, səksən) manat məbləğində pulun, və iddia ərizəsinin verilməsinə görə 77.80 (yetmiş yeddi manat, səksən qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(080)-82/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-82/2025
22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver