Məhkəmə qərarları › İş №2(080)-86/2021

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-86/2021

06.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-86/2021 06.05.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin X7 Haqverdiyevin sədrliyi, X3 məhkəmə iclas katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə və Maraqlı şəxs rəisi X1 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli olan akt qeydiyyat kitabında olan qeydin düzgün olmamasının müəyyən edilməsi tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmiş, xx xxxxxxxx 1991-cı il tarixdə Ordubad Rayonu Nüsnüs kəndində doğulması, 18 sentyabr 1991-cı ildə 69 nömrə ilə qeydə alınması barədə akt qeydləri kitabında “Əkbərov” qeydinin düzgün olmamasının müəyyən edilməsi, “Əkbərov” qeydinin “Əliyev” kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddiasını onunla əsaslandırmışdır ki,o, xx.xx.1991-ci il tarixdə Ordubad Rayonu Nüsnüs kəndində anadan olmuşdur. Maraqlı şəxsndə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında soyadının Əkbərov, adı Atatürk, ata adı Məhəmməd oğlu kimi qeyd olunub. Amma ailədə hamının soyadı Əliyevdir. Hətta onun şəxsiyyət vəsiqəsin, pasportunda və hərbi biletində soyadı Əliyev kimi qeyd edilmişdir. Qeyd olunan akt qevdindəki uygunsuzluğun düzəldilməsi üçün Ordubad rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciəti olmuşdur. Ərizəçinin ərizəsinə cavab olaraq Maraqlı şəxs 12 aprel 2021-ci il tarixli, 55 saylı məktubunda müvafiq düzəlişin edilməsindən imtina edilmiş, akt qevdindəki uygunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməyi göstərilmişdir. 1991-ci il tarixdə Maraqlı şəxsndə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabının 69 nömrəli doğum akt qeydində "Əkbərov”, soyad qeydinin düzgün olmamasının müəyyən edilməsi və həmin akt qeydində soyadının "Əliyev” kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında nümayəndəsi Nümayəndə iştirak etmişdir. Məhkəmə mülki işə ərizəçinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi Nümayəndə ərizəsini müdafiə etmiş, izahatında bildirmişdir ki, övladı Ərizəçi xx.xx.1991-ci il tarixdə Ordubad Rayonu Nüsnüs kəndində anadan olmuşdur. Maraqlı şəxsndə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında övladının soyadının Əkbərov, adı Atatürk, ata adı Məhəmməd oğlu kimi qeyd olunub. Amma ailədə hamının soyadı Əliyevdir. Hətta Ərizəçi şəxsiyyət vəsiqəsində, pasportunda və hərbi biletində soyadı Əliyev kimi qeyd edilmişdir. Ərizəçi akt qevdindəki uygunsuzluğun düzəldilməsi üçün Ordubad rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciəti etmiş, ərizəçinin ərizəsinə cavab olaraq müvafiq düzəlişin edilməsindən imtina edilmiş, akt qevdindəki uygunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməyi göstərilmişdir. Ərizəçi nümayəndəsi Nümayəndə 1991-ci il tarixdə Maraqlı şəxsndə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabının 69 nömrəli doğum akt qeydində övladının "Əkbərov”, soyad qeydinin düzgün olmamasının müəyyən edilməsi və həmin akt qeydində soyadının "Əliyev” kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi qismində iştirak etmiş Maraqlı şəxs rəisi X2 izahatında bildirmişdir ki, Qeydiyyat Şöbəsi tərəfindən vətəndaşlara akt qeydlərindən çıxarışlar, təkrar şəhadətnamələr verilərkən tərtib edilmiş akt qeydlərindəki məlumatlar əsas götürülür. Lakin Ərizəçi xx xxxxxxxx 1991-ci il tarixdə Ordubad Rayonu Nüsnüs kəndində doğulması, 18 sentyabr 1991-ci ildə 69 nömrə ilə qeydə alınması barədə akt qeydləri kitabında soyadı “Əkbərov” kimi qeyd edildiyindən, ona doğum akt qeydiyyatı kitabında düzəlişin edilməsi və soyadının Əliyev kimi qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materialarında olan- 14 aprel 2021-ci il tarixdə verilmiş doğum akt qeydindən çıxarışdan görünür ki, X4 xx xxxxxxxx 1991-ci il tarixdə doğulmuş, bu barədə doğum akt qeydiyyatı kitabında 18 sentyabr 1991-ci il tarixdə 69 nömrə ailə qeyd edilmişdir. XVİ-JQ 867232 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxxxxxx 1991-ci il tarixdə doğulmuş, bu barədə doğum akt qeydiyyatı kitabında 18 sentyabr 1991-ci il tarixdə 69 nömrə ilə qeyd edilmiş, doğum haqqında şəhadətnamənin sol, yuxarı birinci sətirdə “Əkbərov” soyadı silinərək Əliyev soyadı yazılmaqla təsdiq edilmişdir. C01343763 nömrəli pasportun surətindən görünür ki, pasport xx xxxxxxxx 1991-ci il tarixdə doğulmuş Ərizəçi məxsusdur. A01052998 nömrəli hərbi biletin surətindən görünür ki, hərbi bilet xx xxxxxxxx 1991ci il tarixdə doğulmuş Ərizəçi məxsusdur. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, şəxsiyyət vəsiqəsi xx xxxxxxxx 1991-ci il tarixdə doğulmuş Ərizəçi məxsusdur. Maraqlı şəxs 12.04.2021-ci il tarixli, 55 nömrəli məktubundan görünür ki, 18 sentyabr 1991-ci il tarixdə Ordubad rayonunun Qeydiyyat Şöbəsində tərtib edilmiş 69 nömrəli doğum akt qeydində şəxsin soyadı Əkbərov kimi qeyd edildiyindən, ona soyadı Əkbərov kimi qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməsi bildirilmiuşdir. Azərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin, ərizəçinin vəkilinin, maraqlı şəxsin izahatlarını dinləyib, belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş sübutların tədqiqi zamanı Ərizəçi doğumunun qeydə alınması barədə doğum akt qeydləri kitabında soyadının düzgün qeyd olunmaması, Əkbərov soyadının Əliyev kimi qeyd edilməsi müəyyən edilmişdir . Belə ki, məhkəməyə sübut kimi təqdim olunmuş doğum haqqında şəhadətnamənin, şəxsiyyət vəsiqəsinin, pasportun və hərbi biletin surətindən görünür ki, Ərizəçi soyadı Əkbərov deyil Əliyevdir. Məhkəmə qeyd olunanlardan belə nəticəyə gəlir ki, Ərizəçi xx xxxxxxxx 1991-ci il tarixdə doğulmasının 18 sentyabr 1991-ci il tarixdə 69 nömrə ilə qeydə alınması barədə doğum akt qeydləri kitabında “Əkbərov” qeydinin düzgün olmaması müəyyən edilməli, “Əkbərov” qeydi “Əliyev” kimi qeyd edilməlidir. Məhkəmə iş üzrə ərizəçinin nümayəndəsinin, maraqlı şəxsin nümayəndəsinin izahatlarını və iş materiallarında olan digər sənədləri sübut kimi qəbul edir, həmin sübutlara Mülki Prosessual Məcəllənin sübutların qiymətləndirilməsi ilə bağlı tələblərinə uyğun qiymət verərək belə qənaətə gəlir ki, ərizəçinin ərizəsinin əsası kimi göstərdiyi hallar sübuta yetir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları, hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360 və 341-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxxxx 1991-cı il tarixdə Ordubad Rayonu Nüsnüs kəndində doğulması, 18 sentyabr 1991-cı ildə 69 nömrə ilə qeydə alınması barədə doğum akt qeydləri kitabında Əkbərov qeydinin düzgün olmaması müəyyən edilsin. Ərizəçi xx xxxxxxxx 1991-cı il tarixdə Ordubad Rayonu Nüsnüs kəndində doğulması, 18 sentyabr 1991-cı ildə 69 nömrə ilə qeydə alınması barədə doğum akt qeydləri kitabında “Əkbərov” qeydi “Əliyev” kimi qeyd edilsin. Ərizəçi tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə olunsun. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar