Məhkəmə qərarları › İş №2(088)-1/2025

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-1/2025

29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-1/2025 29.04.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, Cabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı, Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiacıya məxsus olan HONDA-CRV markalı AZ **-LF-*** dövlət nömrə nişanlı avtomaşının təmiri üçün verilmiş 2000 manat pulun və bu öhdəliyi icra etmədiyi üçün iddiacıya vurduğu 2000 manat mənəvi zərərin, habelə 60 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq iddiaçı xx.xx.20024-cü il tarixdə ərizə təqdim edərək hazırki mülki işlə bağlı iddia ərizəsinin xx.xx.2024-cü il tarixdə tərtib edildiyini, həmin tarixdən bugünə qədər 2 dəfə Bakı şəhərindən Naxçıvan MR-a təyyarə ilə gəliş-gediş, ümumi taksi və avtobus xərcləri (servisə gediş-gəliş daxil), itirilmiş iş günləri və s. Maddi xərclərinin çıxdığını, qeyd etdiyi faktların nəzərə alınaraq 700 manat maddi və 500 manat mənəvi ziyanı nəzərə alınmaqla xx.xx.2024-cü il tarixli tələblərlə birlikdə təmin olunmasını xahiş etmiş, iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq hazırkı mülki işlə bağlı 15 avqust 2024 tarixində avtotexniki ekspertin keçirilməsi üçün avtomabilə baxış keçirilərək aktın təmin edib göndərdiyini və itirilmiş iş günü və baxış üçün ayrılan mütəxəssis haqqı pulunu 150 manat məbləğində maddi ziyan qismində nəzərə alnaraq əvvəlki tələblərlə birlikdə təmin olunmasını xahiş etmiş, iddiaçı təkrarən xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq məhkəmənin icraatında olan mülki işlə bağlı iddia ərizəsinin xx.xx.2024-cü il tarixində tərtib edildiyini, həmin tarixdən bugünkü günə qədər saysız hesabsız taksi xidmətlərindən və 2 dəfə kirayə avtomobil xidmətindən istifadə etdiyini bildirərək, qeyd etdiyi faktları nəzərə alaraq 500 manat maddi ziyan və 500 manat mənəvi ziyan nəzərə alınmaqla xx.xx.2024-cü il tarixli tələblərlə birlikdə təmin olunmasını xahiş etmişdir. İddia ərizəsi əsasında məhkəmədə mülki iş başlanmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, LUKOYL yanacaq doldurma məntəqəsi yaxınlığında idarə etdiyi HONDA-CRV markalı AZ **-LF-*** dövlət nömrə nişanlı avtomaşını ilə X6 idarə etdiyi BMW 325 markalı AZ **-LT-*** dövlət nömrə nişanlı avtomaşınla sonuncunun təqsiri üzündən toqquşduğunu, xx.xx.2023-cü il tarixdə həmin YDM-nin yaxınlığında yerləşən “Prius” adlı maşın-təmiri serivisinə müraciət etdiyini və özünü həmin servisin mülkiyyətçisi kimi təqdim edən cavabdeh-Cavabdeh ilə ehtiyat hissələrini tərəfindən almaq şərti ilə avtomobilini 20 (iyirmi) gün ərzində 2 000 (iki min) manata təmir edəcəyi barədə razılığa gəldiklərini, avtomaşınında dəmirçi işləri yekunlaşmasına az qalmış JDM AVTO” mağazasından 1 655 manat məbləğində ehtiyyat hissələri alaraq cavabdehə təhvil verdiyini, cavabdeh bu müddət ərzində ehtibarını qazandığını və onu inandırdı ki, bir həftəyə avtomaşını tam təmir edərək ona təhvil veriləcəyini., buna görə maşının təmiri üçün razılaşdığı 2 000 (iki min) manat pulu Amilə tam ödədiyini bir müddətdən sonra, servisə baş çəkdiyini, maşının təmirində demək olar ki, heç bir irəliləyişin olmadığının şahidi olduğunu, Cavabdeh bunun səbəbini və avtomaşının təmiri nə vaxt yekunlaşacağını soruşanda, o , narahat olmağa heç bir əsas yoxdur deyərək onu yola saldığını, artıq həftələr ayları əvəz edirdi, amma Cavabdeh yalanlarının bitmək bilmədiyini, hər dəfə “Prius” maşın-təmiri serivisinə gedərkən yeni sifarişlərin qəbul edildiyini gördüyünü, həmin maşınlar qısa müddət ərzində təmir edilərək sahiblərinə təhvil verilirdi, amma onun maşını isə məlum olmayan səbəbdən təmir edilmirdi. Sonda Amil maşını təmir edib başa gətirdikdən sonra avtomobilin yararsız təmir edildiyini gördüyünü, ona görə maşını servizdən götürmədiyini, Amilə iradını bildirsədə bu gün sabah düzəldəcəyini dediyini, maşına bir neçə dəfə kraskada vursa yenə də keyfiyyətsiz olduğunu, Cavabdehlə bir neçə dəfə avtomaşının təmiri ilə bağlı mübahisələrinin olduğunu, lakin bunu heç bir nəticəsinin olmadığını və bu səbəbdən AR DİN-nin “102 qaynar xəttinə” müraciət etdiyini, bu şikayətinə görə, Bakı şəhəri Suraxanı RPİ-nin 32 saylı PB-ə dəvət olunduğunu və həmin hüquq-mühafizə orqanının ona təqdim etdiyi xx.xx.2024cü il tarixli 54-3/2-Ə-147/11/24 saylı məktubla hazırki mübahisə ilə bağlı mülki qaydada məhkəməyə müraciət edilməsinin məsləhət görüldüyünü, ondan sonra məcbur olub məhkəməyə müraciət etdiyini və bu baxımdan iddiasının əsaslı olmasını əsas gətirərək onun xeyrinə müvafiq qətnamə qəbul edilməsini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında Cavabdeh atası olduğunu, oğlu Amilin uzun illərdi Bakı şəhərində yaşadığını və orada maşın ustası kimi fəaliyyət göstərdiyini, İddiaçı ilə Amilin arasında olan mübahisəyə gəldikdə isə iş üzrə iddiacının iddasının əsaslı olmadığını, Amil iddiaçının maşınını tam təmir etdiyini və bir neçə dəfə maşını tam təkrar rənglədiyini, Amilin iddiacının maşınının üzərində aldığı iki min manatdan çox iş görüldüyünü, lakin mübahisə uzanmasın deyə iddianı qismən qəbul etdiklərini, iki ay bundan öncə tərəflər 1500 manat pulla razılaşdıqlarını, Amilin nağd pulu olmadığından bir neçə ay vaxt istədiyini, ancaq iddiacı Amillə razılaşmadığını, haliyyədə Amilin pul axtardığını pulu tapan kimi iddiacıya 2000 manat pulu bir neçə dəfəyə verəcəyini və mübahisəyə son qoyulacağını bildirdi. Məhkəmə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq məlumat versədə iddiaçı məhkəmə iclaslarına gəlməmiş lakin, İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə teleqram göndərərək, hərbi toplanışa çağırılmağı ilə əlaqədar təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bu səbəbdən də növbəti tarixə təyin edilməsini xahiş etmiş, xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək mülki işin növbəti məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsi və iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq məlumat versədə cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. Lakin xx.xx.2024-cü il tarixində məhkəməyə teleqram göndərərək Sədərək Rayon məhkəməsinin icraatında olan mülki işlə əlaqədar xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında gözlənilmədən çıxan ailə problemi ilə əlaqədar olaraq iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasında iştirak edə bilməyi və öz hüquqlarını qoruya bilməyi üçün məhkəmə iclasını yaxın müddətlərə təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bu baxımdan məhkəmə belə hesab edir ki, mülki işə tərəflərin iştirakı olmadan baxıla bilər. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq bu qənaətə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı xx.xx.2024-cü il tarixdə vəsatət təqdim edərək xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “LUKOYL” yanacaq doldurma məntəqəsinin qarşısında idarə etdiyi HONDA-CRV markalı 90-LF- 857 dövlət nömrə nişanlı avtomaşını ilə qəza törətdiyini, həmin ərazidə yerləşən özünü avtoservisin sahibi kimi təqdim edən Cavabdeh ona yaxınlaşaraq etibarını qazandığını və ona məxsus maşını yüksək səviyyədə 20 gün müddətinə təmir edəcəklərini və təhvil verəcəyini bildirdiyini, təmir qarşılığı 2000 (iki min) manata razılaşdıqlarını, maşını servisə təhvil verdikdən sonra 2000 (iki min) manat pulu üç-dörd dəfəyə Cavabdeh ödəsədə ona məxsus HONDA-CVR markalı **-LF-*** dövlət nömrə nişanlı avtomaşının üzərində aşağı səviyyədə təmir-bərpa işləri aparıldığını və aldığı detalların bəziləri maşının üzərinə quraşdırılmadığını, Cavabdeh ona söz verdiyi kimi yox aşağı səviyyədə maşının üzərində apardığı təmirlə razılaşmadığını, nəqliyyat vasitəsinin X4 tərəfindən tamamilə istifadəyə yarasız vəziyyətdə təmir olunduğunu, maşına baxış keçirilərək yararlı təmir olunub-olunmaması barədə rəy verilməsini istədiyini, ona görə də, işin Məhkəmə Əmtəəşünaslıq Ekspertizasına göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Həmin vəsatətin təmin edilməsi barədə məhkəmə xx.xx.2024-cü il tarixdə qərardad qəbul edərək ekspertiza keçirilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/6056 nömrəli ekspert rəyindən görünür ki, Nəzəri hesablama yolu ilə, ekspertiza tədqiqatına təqdim edilmiş, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən 2001-ci il buraxılışlı “Honda-CRV" markalı, AZ **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilin hal-hazırda təmir-bərpa xərci təxminən 1720,00 manat müəyyən edilir, o cümlədən: - dəyişilməli hissələrin qiyməti - 570,00 manat; təmir- bərpa işlərinin qiyməti - 1150,00 manat. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422 №-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan 2001-ci il buraxılışlı “Honda-CRV” markalı, AZ **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı, tədqiqata təqdim edilmiş qüsur aktı əsasında hesablanmış, qüsur aktında qeyd edilən ehtiyyat hissələrinin 23 sentyabr 2023-cü il 01 aprel 2024-cü il tarixlərdə qiymətinə dair tədqiqat aparılmış avto ehtiyyat hissələri mağazalarında məlumat olmadığından qiymətləndirmə hazırki dövrə əsasən aparılmışdır. Əlavə olaraq 17 oktyabr 2024-cü il tarixli 9/6056 nömrəli ekspertiza xərclərinə dair bildirişdən müəyyən edilir ki, ekspertizanın aparılması üçün 50 manat məbləğində xərc çəkilmişdir. Mülki iş üzrə 23 dekabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə məhkəməyə vəsatət təqdim edərək İddiaçı Sədərək rayon məhkəməsində Cavabdeh ona məxsus HONDA-CRV markalı AZ **-LF-*** dövlət nömrə nişanlı avtomaşının təmiri üçün verilmiş 2000 manat pulun və bu öhdəliyi icra etmədiyi üçün ona vurulmuş 2000 manat mənəvi zərərin, habelə 60 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə iddia tələbinə etiraz etdiklərini, iş üzrə məhkəmə hazırlıq iclaslarında və baxış iclaslarında iştirak etmədiklərini, iş üzrə məhkəmə materialları ilə yeni tanış olduqlarından ekspert rəyi və qüsur aktı ilə razılaşmadıqlarını, cavabdehin iştirakı olmadan baxılmış məhkəmə baxışı zamanı mülki iş üzrə məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə əmtəəşünaslıq ekspertizası təyin edilməsi haqqında qərardadın qəbul edildiyini, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertizası Mərkəzi 17 oktyabr 2024-cii ıl tarixli, 9/6056 saylı ekspert rəyi (ekspert X1) verdiyini, ekspert rəyində ekspertiza nəzəri və təqdim olunmuş qüsur AKT-ına əsasən aparıldığını, yəni mübahisələndirilən nəqliyyat vasitəsinə baxış keçirilmədən rəy verildiyini, işə əlavə olunmuş "xxxx" Azumi Motors MMC-nin (VÖEN **********) direktoru X8 tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı şəhərində imzalanaraq verildiyini, "xxxx"-ında biz aşağıda imza edənlər Azumi Motors MMC-nin (VÖEN **********) direktoru X8 və servisin ustaları bu aktı tərtib edirik ona görə ki, **-LF-*** dövlət nömrə nişanlı İddiaçı məxsus HONDA-CRV markalı minik avtomobilində aşağıda sadalanan işlər görülməli və təhvil verilməli olduğunun yazıldığını, sonra 1720 manat dəyərində alınacaq və görüləcək işlərin dairəsi müəyyən edilmiş və yalnız direktor E.Bayramov tərəfindən imzalandığını, qüsur aktının saxta olduğunu, sair şəxsi niyyətlə qulluq mövqeyindən sui-istifadə etməklə tərtib olunduğunu, mübahisələndirilən nəqliyyat vasitəsinin 2024-ci ilin mart ayından Suraxanı rayon Qaraçuxur qəsəbəsi, Mədən B ünvanda yerləşən oğlunun işlədiyi “PRİUS” servisin həyətində olduğunu və heç kimin maşına baxmadığını bildirərək, məhkəmə tərəfindən Azumi Motors MMC-nin "xxxx"-na əsasən, nəzəri tərtib olunduğu 17 oktyabr 2024-cı il tarixli, 9/6056 saylı ekspert rəyi sübut kimi qəbul edilməməklə sübutlar siyahısından çıxarılmasını və iş üzrə (iddiaçının təmirin nəyindən narazı olmasını aydınlaşdırmaq şərti ilə) tərəflərin iştirakı ilə təkrar əmtəşünaslıq ekspertizası təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Həmin vəsatətin təmin edilməsi barədə məhkəmə xx.xx.2024-cü il tarixdə qərardad qəbul edərək təkrar ekspertiza keçirilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Vəqif Sadıqovun xx.xx.2025-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, 2(088)- 61/2024 №-li mülki iş üzrə xx.xx.2024-cü il tarixdə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır. Məhkəmə-əmtəəşünaslıq eksperti qarşısında qoyulmuş sualın həll edilməsi üçün “Honda CRV" markalı AZ **-LF-*** dövlət nömrə nişanlı avtomobilin hansı hissələrinin əzilmiş və ya sıradan çıxması, təmir olunması, bərpa edilməsi, təmir-bərpa işlərinin keyfiyyətini müəyyən edilməsi üçün həmin sahə üzrə ixtisaslaşmış (zəruri biliyə malik) mütəxəssisin (mütəxəssislərin) tədqiqata cəlb olunması (19 fevral 2025-ci il tarixdə) barədə məhkəməyə xx.xx.2025-ci il tarixdə 9/378 Na-li vəsatət göndərilmiş, lakin həmin vəsatət təmin edilməmişdir, (mütəxəssis (mütəxəssislər) tədqiqatda iştirak etməmişdir). Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimatın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Əlavə olaraq məlumata qoşma kimi əlavə edilmiş akt səhvən göndərilmiş aktın məzmununda iddiaçı və cavabehin adı düzgün göstərilməmişdir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli aryışdan görünür ki, Cavabdeh Sədərək rayon Heydərabad qəsəbəsində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Azumi Motors MMC-nin xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, ban nömrəsi JHLRD18771C034538 olan İddiaçı məxsus “Honda CRV" markalı **-LF-*** dövlət nömrə nişanlı minik avtomobildə yerinə yetiriləcək texniki işlərin ümumi dəyəri 1720 manat müəyyən edilmişdir. Mülki işə əlavə olunmuş **********753, **********776 və **********777 nömrəli biletlərdən görünür ki, İddiaçı məhkəmə proseslərində iştirak etmək üçün aldığı təyyarə biletlərinə ümumilikdə 240 manat məbləğində pul xərcləmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli "xxxx" MMCnin yol vərəqələrindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdən, xx.xx.2025-ci il tarixədək **-FH-*** nömrə nişanlı Hundai Elentra markalı qızıl boz met rəngli və xx.xx.2025-ci il tarixdən, xx.xx.2025-ci il tarixədək **-LF-*** nömrə nişanlı Hundai Aventa markalı ağ rəngli avtomibilləri kirayə götürmüşdür. Məhkəmə işi hər tərəfli, tam və obyektiv araşdıraraq, işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını və işə əlavə olunan sənədləri tədqiq edərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Ona görə ki, iddiacı avtomobilin aşağı səviyyədə təmir edilməsi və məhkəmə iclaslarına gəlib -getməsi ilə bağlı müəyyən sübutlar təqdim etsədə, itirilmiş iş günləri, avtomaşınların kirayə götürməsi və mənəvi zərər dəyməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “LUKOYL” yanacaq doldurma məntəqəsinin qarşısında idarə etdiyi HONDA-CRV markalı 90-LF- 857 dövlət nömrə nişanlı avtomaşını ilə qəza törətmiş, Cavabdeh iddiacıya yaxınlaşaraq ona məxsus maşını yüksək səviyyədə 20 gün müddətinə təmir edəcəklərini və təhvil verəcəyini bildirmiş, təmir qarşılığı 2000 manata razılaşmışlar, maşını servisə təhvil verdikdən sonra iddiaçı 2000 manat pulu hissə-hissə üç-dörd dəfəyə Cavabdeh ödəmişdir. Cavabdeh isə həmin maşını iddiacıya söz verdiyi vaxtda yox uzun müddətdən sonra təmir edərək iddiacıya təhvil vermək istəmişdir. Lakin iddiaçıya məxsus HONDA-CVR markalı **-LF-*** dövlət nömrə nişanlı avtomaşının üzərində aşağı səviyyədə təmir-bərpa işləri aparıldığından tərəflər arasında mübahisə baş vermiş və bu günə kimi davam etmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü, borcun tutulması barədə tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1096.1 -ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1 -ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Alı Məhkəməsinin xx.xx.2008-ci il tarixli 7 saylı mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında plenumunun qərarın birinci hissəsinə görə mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (Azərbaycan Respublikası MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Məhkəmə hesab edir ki, pul tələbi ilə bağlı sübutetmə yükü təkzib edənin, yəni cavabdehin deyil, bilavasitə iddiaçının üzərinə düşür. Bununla bağlı, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ona görə də İddiaçı iddiası qismən təmin olunmalı, Cavabdeh avtomobilin təmirbərpa xərci üçün 1720 manat məbləğində pul və maddi ziyan üçün 240 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Mülki iş üzrə aparılmış ekspertiza tədqiqatının xərci olan 50 manat pul Cavabdehdan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, adı: X2, kodu: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, VÖEN **********, HESAB: AZ34CTRE******************** olan hesabına köçürülməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, İddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 29.40 (iyirmi doqquz manat, qırx qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3-ci və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh avtomobilin təmir-bərpa xərci üçün 1720(bir min yeddi yüz iyirmi) manat məbləğundə pul və maddi ziyan üçün (məhkəmə iclaslarına gəlib getdiyi biletlərin pulu) 240 (iki yüz qırx) manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 29.40 (iyirmi doqquz manat, qırx qəpik) manat hissəsi Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Mülki iş üzrə aparılmış ekspertiza tədqiqatının xərci olan 50 manat pul Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifat kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, adı: X2, kodu: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, VÖEN **********, HESAB: AZ34CTRE******************** olan hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə informasiya sistemində” yaradılan elektron kabinetdən Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar