Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-101/2025 10.07.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Ərizəçi, Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi, maraqlı şəxs Sədərək rayon Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdı̇ : Ərizəçi nümayəndəsi və vəkili Vəkil 14 may 2025-ci il tarixdə ərizə ilə Sədərək Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2002-ci il tarixdə vəfat etmiş ərizəçinin atası X5 miras qalmış əmlakın ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə əsasında məhkəmədə mülki iş başlanmışdır. Ərizəçi xahişini onunla əsaslandırmışdır ki, mərhum valideynləri atası X16 ilə anası X1 ötən əsrin 40-ci illərində el adətinə uyğun olaraq ailə qurduqlarını onların birgə nikahlarından yeddi övladlarının X8, X12, X6, X7, X4, X9, Ərizəçi doğulduğunu və valideynlərinin ömürlərinin sonuna kimi Sədərək (o vaxiki Şərur) rayonu Dəmirçi kəndində yerləşən evlərində yaşadıqlarını, anası Allahverdiyeva (Qasımova) Məhbubə Məcid qızı 1995-ci il tarixdə, atası X16 isə xx.xx.2002-ci il tarixdə vəfat etdiyini, onlardan Sədərək rayonu Dəmirçi kəndində olan 0.1389 ha torpaq sahəsinin və onun üzərində yerləşən bir mərtəbəli, 3 otaq bir aynabanddən ibarət köhnə tikili olan fərdi yaşayış evi miras qaldığını, qeyd etdiyim tikili rəsmi reyestrdə qeydə alınmamış və uzun müddət yaşayış olmadığından, uçub dağıldığını, onların el adəti üzrə ailə qurduqdan sonra ailə təsərrüfatından ayrılmış və ondan başqa digər bacı qardaşalrının sonradan ailəliklə Bakı şəhərində məskunlaşdıqlarını, ailə qurduqdan sonra keçmiş həyat yoldaşı ilə münasibətlərinin yolunda getmədiyini, nəticədə ondan ayrılmaqla ata evinə qayıtmağa məcbur olduğunu və 2006-cı ilədək övladları ilə birlikdə valideyndən qalmış evdə yaşadığını və mirası faktiki olaraq qəbul etdiyini, sonradan uşaqlarının da böyüyüb ailə qurduqlarından tək qalmamaq üçün Bakı şəhərinə getdiyini və bir müddət orada yaşadıqdan sonra səhhəti ilə əlaqədar yenidən Dəmirçi kəndinə qayıtdığını, atasından miras qalmış evi yenidən qurmaqla hal hazırda da həmin evdə yaşadığını, eyni zamanda bu müddət ərzində miras əmlaka baxım və quluğun onun tərəfimdən aparıldığını, vergi və digər kommunal xidmətlərin haqqının tərəfindən ödənildiyini, bu faktın müvafiq orqanlar tərəfindən verilmiş arayışlar və həmkənlilərinin izahatları ilə təsdiq edilə biləcəyini, ötən müddət ərzində miras əmlakı faktiki qəbul etdiyindən həmin əmlakın ona məxsus olduğunu bildiyini, lakin müxtəlif səbəblərdən bu hüquqlarını rəsmiləşdirmədiyini, 2025-ci ilin may ayında vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Sədərək rayon Notariat Ofisinə müraciət etdiyinin, bu zaman Notariat Ofisinin mirasın qəbul edilməsi müddəti buraxıldığından vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etdiyini, atasından qalmış miras əmlak uzun zamandır ki faktiki olaraq tərəfindən qəbul edildiyini, hazırki vəziyyətdə isə vərəsəlik hüquqlarının başqa yolla bərpasının mümkün olmadığından müvafiq ərizə ilə məhkəməyə müraciət etdiyini məhkəmə ərizədə göstərilənləri nəzərə alıb, xx.xx.2002-ci il tarixdə vəfat etmiş atasının X5 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkili) Vəkil ərizəsində göstərilənlərə və ərizəçinin izahatına uyğun izahat verərək, ərizəsində göstərilənləri bir daha söyləyərək təsdiq etdiyini və miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı müddəti buraxıldığını bu baxımdan ərizəsinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında bildirdi ki, 1964-cü ildə Şərur rayon Dəmirçi kəndində doğulduğunu və bu günə kimi həmin kənddə yaşadığını, Dəmirçi kəndində yerləşən mərhum X16 ilə qonşu yaşadıqlarını, Abdulla müəllim rəhmətə getməzdən öncə qızı Ərizəçi onunla birlikdə yaşadığını, Abdulla müəllim vəfat edənə kimi qızı Arifənin ona qulluq etdiyini, Abdulla müəllim öləndən sonra onun evində qızı Arifə boşandığından uşaqları ilə birlikdə yaşadığını, 2002-ci ildən bu günə kimi Abdulla müəllimin evində Arifənin və onun uşaqlarının yaşadığını və evəhəyətə onlar baxmaqla abadlaşdırdıqlarını, Abdulla müəllimin digər övladlarının həmin evə gəlmədiklərini və bir gün olsun həmin evdə yaşamadıqlarını bildirdi. Məhkəmə iclasında şahid qismində ifadəsi alınan Şahid2 bidirdi ki, 1959-cu ildə Şərur rayon Dəmirçi kəndində anadan olduğunu və həmin ildən bu günə kimi həmin kənddə mərhum X16 ilə qonşu yaşadıqlarını, Abdulla müəllimin yeddi övladının olduğunu, onlar böyüdükdən sonra hamısı ailə quraraq Bakı şəhərinə köçdüklərini və orada yaşamağa davam etdiklərini, bir qızı Arifə boşandıqdan sonra Abdulla müəllimlə birlikdə Abdulla müəllimin evində yaşadığını, 2002-ci ildə Abdulla müəllim vəfat etdikdən sonra Arifə uşaqları ilə birlikdə həmin evdə yaşamağa davam etdiyini, Arifə bir müddət Bakı şəhərində yaşasada sonradan yenidən Dəmirçi kəndinə qayıdaraq atası Abdulla müəllimə məxsus evi abadlaşdıraraq orada yaşamağa davam etdiyini, haliyyədə həmin evdə Arifənin və oğlunun yaşadığını, 2002-ci ildən sonra Abdulla müəllimin digər övladları bir dəfə də olsun atası evnə gəlməmiş və yaşamamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclaslarına gəlməmişdir. Lakin xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq Ərizəçi 02 may 2025-ci il tarixli ərizəsinin təmin olunmaması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməməsi barədə 02 may 2025-ci il tarixdə qərar qəbul edildiyini, ərizəçi tərəfindən həmin qərarın ərizəsinə əlavə edildiyini, qərardan notariat hərəkətlərinin aparılmasından imtina edilməsi səbəblərinin göstərildiyini və notariat ofisi tərəfindən məhkəməyə təqdim ediləcək əlavə sübutların olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin materiallarında olan Sədərək rayon İcra Hakimiyyəti Dəmirçi kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi haliyyədə Sədərək rayon Dəmirçi kəndində yaşayır. İşin materiallarında olan Naxçıvan Muxtar Respublikası Sədərək rayon Dəmirçi kənd Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 181 nömrəli arayışdan görünür ki, Ərizəçi Sədərək Bələdiyyəsinə əmlak və torpaq vergi borcu yoxdur. İşin materiallarında olan Sədərək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 may 2025-ci il tarixli, 431250 nömrəli ölüm haqqında şəhadətnamə haqqında çıxarışdan görünür ki, X3 xx.xx.1996-cı il tarixdə ürək damar çatmamazlığı səbəbindən ölmüşdür. İşin materiallarında olan Dəmirçi kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 09 noyabr 2002-ci il tarixli, AZ-İ № 012346 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2006-cı il tarixdə miokard infraktr səbəbindən ölmüşdür. İşin materiallarında olan Azərbaycan Respublikası Naxçıvan MR Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X10 vərəsələri X17, X20, X14, X15, X13, X18 və Ərizəçidır İşin materiallarında olan Azərbaycan Respublikası Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesrti” X28 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlər reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,1389 ha torpaq sahəsi mərhum X10 mülkiyyətinə yaşayış məntəqələrinin torpağı kimi verilmişdir. İşin materiallarında olan notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında qərardan görünür ki, Sədərək rayonu Dəmirçi kəndində yaşayan Ərizəçi müddət keçdiyindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə ərizəçinin və ərizəçinin nümayəndəsinin (vəkili), şahidlərin izahatını və işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında aşağıdakılar müəyyən olundu: * Ərizəçinin atası X10 adına miras əmlak olaraq ünvan 1 ünvanında yerləşən 0,1389 ha torpaq sahəsi qeydə alınmışdır. * xx.xx.2002-ci il tarixdə ərizəçinin atası X16 ölmüşdür. * Bundan sonra ərizəçi Sədərək rayon notariat ofisinə müraciət edərək mərhum atasından ünvan 1 ünvanında yerləşən 0,1389 ha torpaq sahəsinin miras qaldığını bildirmiş və həmin miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etsə də, (müddət keçdiyindən) imtina cavabı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Adı çəkilən məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Eyni Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsə sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göstərilən Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Eyni Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarına istinad edərək, bununla bağlı məhkəmə qeyd edir ki, həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Hazırkı halda isə hüquq münasibətləri (vərəsəlik) X10 xx.xx.2002-ci ildə Sədərək rayon Dəmirçi kəndində vəfat etməsi ilə yaranmış və mirasın faktiki qəbulu həmin vaxtda başa çatmışdır. Həmin vaxt da Ərizəçi faktiki olaraq hərəkətləri ilə mirası qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin xahişi təmin edilməli, ünvan 1 ünvanında yerləşən 0,1389 ha torpaq sahəsinə X10 adına qeydə alınmış miras əmlaka Ərizəçi tərəfindən faktiki qəbul edilməsi müəyyən edilməlidir. Ona görə ki, işin araşdırılan hallarından da müəyyən olunur ki, ərizəçinin atası X16 2002-ci ilin sentyabr ayında Sədərək rayon Dəmirçi kəndində vəfat etdikdən sonra mülkiyyətində olan miras əmlak olaraq ünvan 1 ünvanında yerləşən 0,1389 ha torpaq sahəsi qeydə alınmışdır. X16 vəfat etdikdən sonra onun vərəsəsi iş üzrə ərizəçi miras əmlaka sahiblik etməyə faktiki olaraq başlasada mübahisə olmadığından həmin əmlakın adına rəsmiləşdirilməsi üçün heç bir addım atmamışdır və həmin əmlakı idarə etməklə faktiki yaşamağa davam etmişdir. İşə əlavə olunan sənədlərdən aydın olur ki, ərizəçi valideynlərindən qalmış miras əmlaka faktiki olaraq sahiblik etməyə başlamış və bu günə kimi həmin torpaq sahəsinin yaxşılaşdırılmasında iştirak etməklə, həmin torpaq sahəsinə aid kommunal və vergi pullarını ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdı̇ : Ərizəçinin xahişi təmin edilsin. xx.xx.2002-ci il tarixdə vəfat etmiş X10 ünvan 1 ünvanında yerləşən xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlər reyestrindən çıxarışa əsasən onun adına olan 0.1389 ha torpaq sahəsinin- miras əmlakın Ərizəçi tərəfindən (faktiki olaraq) qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə informasiya sistemində” yaradılan elektron kabinetdən Sədərək rayon məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №2(088)-101/2025
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-101/2025
10.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver