Məhkəmə qərarları › İş №2(088)-14/2023

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-14/2023

14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-14/2023 14.03.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Hakim Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, mülki iş üzrə iddiaçı Məmmədova Xədı̇ cə Abdulla qızının və cavabdeh İ̇brahı̇ mov Qəzənfər Müzəffər oğlunun iştirakı ilə, İddiaçı Məmmədova Xədı̇ cə Abdulla qızının, cavabdeh İ̇brahı̇ mov Qəzənfər Müzəffər oğluna qarşı pul tələbinə dair mülki işə Sədərək rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Məmmədova Xədı̇ cə Abdulla qızı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh İ̇brahı̇ mov Qəzənfər Müzəffər oğlundan, 5300 manat borcu və ona görə ödənilmiş 73 manat dövlət rüsumu ilə birlikdə cəmi 5373 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında məhkəmədə mülki iş başlanmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şərur rayon Kürkənd kəndində yaşdığını, heç bir dövlət idarə və müəssisədə işləmədiyini, fərdi təsərrüfatla əkinçiliklə məşqul olduğunu, ordan əldə etdiyi gəlirlə ailəsini dolandırdığını, Sədərək rayon Sədərək kənd sakini İ̇brahı̇ mov Qəzənfər Müzəffər oğlunu uzun müddətdir tanıdığını, mərhum ərinin X1 onlara tez-tez gedib-gəldiyini və həmin zamandan onu tanıdığı, 2021-ci ilin yay aylarında cavabdeh İ̇brahı̇ mov Qəzənfər Müzəffər oğlunun onlara gələrək sürücülük vəsiqəsi almaq üçün oxumaq istədiyini amma pulu olmadığını bildirərək ona biraz borc pul verməsini xahiş etdiyini, cavabdehi çoxdandı tanıdığından rəhmətə getmiş həyat yoldaşı ilə onlara tez-tez gəlib getdiyini nəzərə alaraq ona inandığını və heç bir rəsmi sənəd almadan 2000 manat pul verdiyini, 2022-ci ilin yazında onlara yenə gəldiyini və ondan biraz da pul verməsini xahiş etdiyini, aldığı pulu hələdə qaytarmadığından pulu olmadığını bildirdiyini, cavabdehin pulu olmadığından qaytara bilmədiyini, indi əkin vaxtı olduğunu, pamidor əkmək üçün ona pul lazım olduğunu, məhsulu yığıb satdıqdan sonra borcunu tam olaraq qaytaracağını bildirdiyini, yenə də ona inanmadığını və özündə pul olmadığını qızı X4 borc pul alıb ona verəcəyini bildirdiyini, qızının cavabdehə inanmadığını onları aldatdığını və onlardan aldığı borc pulu gələcəkdə sübut etmək üçün telefonla çəkəcəyini bildirdiyini və razılaşdıqlarını, qızının ona 3300 manat pulu verdiyini və həmin pulu yenə heç bir sənəd olmadan cavabdeh İ̇brahı̇ mov Qəzənfər Müzəffər oğluna verdiklərini qızı isə cavabdehin pulu sayaraq qəbul etməsi anlarını videoya çəkdiyini, 2022-ci ilin sonlarında cavadehə artıq əkinlərin pozulduğunu xatırladaraq onlardan borc olaraq aldığı 5300 manat pulu qaytarmasını xahiş etdiyini, ilk vaxtlar pulunun olmadığı üçün biraz vaxt verməsini xahiş etsədə daha sonra telefon zənglərinə cavab verməməyə başladığını, telefona cavab verdiyində isə nalayiq ifadələr işlədərək onu bir daha narahat etməmələrini bildirdiyini, dəfələrlə qohumlarına cavabdehin ondan aldığı 5300 manat məbləğində borc pulun qaytarılmasında köməklik göstərilməsini xahiş etsə də hər dəfə cavabdeh müxtəlif bəhanələrlə onlardan borc aldığı 5300 manat pulu qaytarmaqdan boyun qaçırdığını, həmin pula ehtiyacı olduğunu bildirərək cavabdehin onlardan borc aldığı 5300 manat məbləğində pulun olara qaytarılmasını əsaslı hesab etmişdir. Mülki iş üzrə iddiaçı Məmmədova Xədı̇ cə Abdulla qızı izahatında bildirmişdir ki, cavabdehi uzun müddətdir tanıdığını, rəhmətə getmiş həyat yoldaşı ilə yaxın olduqlarını, dəfələrlə evlərinə gəldiyini, 2021-ci ilin yay aylarında cavabdeh İ̇brahı̇ mov Qəzənfər Müzəffər oğlunun onlara gələrək sürücülük vəsiqəsi almaq üçün oxumaq istədiyini amma pulu olmadığını bildirərək ona biraz borc pul verməsini xahiş etdiyini, onu tanıdığı üçün onunla şifahi razılaşaraq qaytarmaq şərti ilə 2000 manat borca pul verdiyini, 4-5 ay Qəzənfərin ona hər ay 190 manat pul ödədiyini, sonra yəni 2022-ci ilin mart ayında bir daha onlara gəldiyini, borcunu qaytarmaq üçün boş torpaq sahəsinə pomidor əkib məhsul götürəcəyini və ona olan borcunu artıqlaması ilə qaytaracağını bildirdiyini, həmin işi görmək üçün pul lazım olduğunu və qazanc əldə etdikdən sonra əlavə onlara 1000 manat verəcəyini bildirdiyini, inandığını və özündə olmadığından qızı olan X4 3300 manat pul alaraq ona verdiyini, qızı Arzunun 3300 manat pulu Qəzənfərə verdiyi zaman telefonla videyoya çəkdiyini, digər qızı X6 övladlıqdan rədd etdiyini, onun məhkəməyə göndərdiyi teleqramanı qəbul etmədiyini, Qəzənfərə verdiyi 5300 manat puldan 3300 manat ödənildiyi təqdirdə iddiasından imtina edəcəyəyini bildirdi. Mülki iş üzrə cavabdeh İ̇brahı̇ mov Qəzənfər Müzəffər oğlu izahatında iddianı qəbul etmədiyini, həqiqətən də 2021-ci ilin aprel ayında iddiaçı Məmmədova Xədı̇ cə Abdulla qızından 1900 manat faizə borc pul aldığını, 2022-ci ilin mart ayına kimi hər ay 190 manat İddiaçı ödədiyini, 2022-ci ilin mart ayında əlavə olaraq 1000 manat aldığını, 2022-ci ilin mart ayından sentyabr ayına kimi hər ay 290 manat pulu qızı X5 iştirakı ilə iddiaçı Məmmədova Xədı̇ cə Abdulla qızına ödədiyini, hətda bir dəfədə 870 manat ödədiyini, İddiaçı faizə götürdüyü 2900 manat pulu artıqlaması ilə yəni 3830 manat ödədiyini, haliyyədə heç bir yerdə işləmədiyini ona görədə faiz ödəyə bilmədiyini, Xədicədən faiz ilə pul götürdüyü zaman pulunu təmiz qaytardıqdan sonra əlavə ona 1000 manat pul ödəyəcəyi ilə razılaşdıqlarını, lakin aralarında heç bir yazılı razılaşmaları olmadığını, sadəcə olaraq öz aralarında şifahi razılaşdıqlarını bildirdi. 10 mart 2023-cü il tarixdə X7 tərəfindən Sədərək rayon Məhkəməsinə teleqram üvanlayaraq bildirmişdir ki, onun şahidliyi ilə İ̇brahı̇ mov Qəzənfər Müzəffər oğlu anası Məmmədova Xədı̇ cə Abdulla qızından iki dəfə ayrı ayrılıqda pul götürdüyünü, birinci dəfə 1900 manat, ikinci dəfə 1000 manat, İ̇brahı̇ mov Qəzənfər Müzəffər oğlu 2022-ci ilin aprel ayına qədər hər ay 290 manat pul qaytardığını, anası Məmədova Xədicə 5300 manat pul tələbinin şər olduğunu, anası Məmmədova Xədı̇ cə Abdulla qızının verdiyi 2900 manat pulu İ̇brahı̇ mov Qəzənfər Müzəffər oğlunun artıqlaması ilə qaytardığını şahidliyi ilə təstiq etdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sitemindən çıxarışdan müəyyən olunur ki, cavabdeh İ̇brahı̇ mov X2 royon Sədərək kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Şərur rayon İcra Hakimiyyəti Kürkənd kəndi İƏD üzrə Nümayəndəliyinin 10 yanvar 2023-cü il tarixli, 11 nömrəli arayışından görünür ki, iş üzrə iddiaçı Məmmədova Xədı̇ cə Abdulla qızı Şərur rayon Kürkənd kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 1 ədəd DVD dən də məlum olur ki, cavabdeh 2022-ci il tarixdə iddiaçı Məmmədova Xədı̇ cə Abdulla qızından 1000 manat məbləğində pul almışdır. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə tərəflərin izahatlarına və iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı Məmmədova Xədı̇ cə Abdulla qızının, cavabdeh İ̇brahı̇ mov Qəzənfər Müzəffər oğluna qarşı pul tələbi barədə iddiası tam sübuta yetirilmədiyindən qismən təmin edilməlidir. Belə ki, işdə iştirak edən şəxslərin izahatları, 1 ədəd DVD-də olan video çəkiliş və tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, iş üzrə İddiaçı ilə iş üzrə cavabdeh olan Cavabdeh arasında şifahi formada razılığa əsasən, iddiaçı tərəfindən cavabdehə qaytarmaq şərti ilə 2021-ci ilin aprel ayında 1900 manat, 2022-ci ilin mart ayında isə 1000 manat borc verilmiş cavabdeh də həmin şərtlər əsasında həmin pulları qəbul etmişdir. Cavabdeh 2021-ci ilin aprel ayından 2022-ci ilin mart ayına kimi hər ay 190 manat, 2022ci ilin mart ayından sentyabr ayına kimi isə 290 manat pul iddiaçıya ödəməsi, həm iddiaçının bir neçə ay 190 manat pul alması barədə izahatı, həm də iddiaçının qızı X5 teleqraması cavabdehin iddiaçıdan aldığı pulun çox hissəsini hissə-hissə ödəməsini təsdiqləyir. Əlavə olaraq iddiaçının cavabdehə ikinci dəfə 3300 manat pulu nağd olaraq verərkən video çəkiliş etdiklərini iddia etsədə, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş 1 ədəd DVD-də olan video çəkilişə baxış keçirilərkən müəyyən olundu ki, iddiaçı cavabdehə 3300 manat yox cəmi 1000 manat vermişdir. Mülki işin hazırlıq iclasında cavabdeh tərəfin vəsatəti ilə məhkəməyə özü tərəfindən gətiriləcək şahid X7 məhkəmə iclasına cavabdeh tərəfindən gətirilməmişdir, lakin 10 mart 2023-cü il tarixdə X7 məhkəməyə ünvanladığı teleqramadan müəyyən olunur ki, iş üzrə cavabdeh İ̇brahı̇ mov Qəzənfər Müzəffər oğlunun iddiaçı olan anası Məmmədova Xədı̇ cə Abdulla qızına olan borcunu hissə-hissə olmaqla tam ödədiyinin şahidi olmuşdur. Mülki işin araşdırılan hallarından da məlum olur ki, tərəflər öz aralarında hər hansı sonrakı mübahisənin olmayacağı düşüncəsi ilə pulun verilib–alınması qaydalarını şifahi və qarşılıqlı razılıq əsasında həll etmiş, yəni, öz aralarında şifahi müqavilə bağlamış, razılaşma əsasında pulun alınması və qaytarılması vaxtı və həmin pul qaytarılarkən əlavə olaraq 1000 manat pul ödənilməsini şərtləşdirlmişdir. Baxılan mülki iş üzrə, iddiaçı cavabdehə qarşı irəli sürdüyü tələbə qarşı, eyni zamanda pulun ödənilməsi şərtləri ilə bağlı cavabdehlə onun arasında bağlanmış şifahi razılaşmaya dair məhkəməyə əsaslı sübut təqdim etməmişdir. Buna görə də məhkəmə, iş materiallarında olan bir ədəd DVD-də olan video çəkilişi yeganə mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinin tələbinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır və borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (Azərbaycan Respublikası MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Məhkəmə hesab edir ki, pul tələbi ilə bağlı sübutetmə yükü təkzib edənin, yəni cavabdehin deyil, bilavasitə iddiaçının üzərinə düşür. Bununla bağlı, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh İ̇brahı̇ mov Qəzənfər Müzəffər oğlundan 1000 manat məbləğində pul alınaraq iddiaçı Məmmədova Xədı̇ cə Abdulla qızına verilməli, iddia tələbinin qalan hissəsi rədd edilməlidir. İddia qismən təmin edildiyindən ödənilmiş 73 manat dövlət rüsumunun təmin edilmiş hissəsinə mütənəsib olaraq 13.78 manatın cavabdeh İ̇brahı̇ mov Qəzənfər Müzəffər oğlundan tutularaq iddiaçı Məmmədova Xədı̇ cə Abdulla qızına ödənilməli, dövlət rüsumunun qalan hissəsi olan 59.22 manat iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. İ̇brahı̇ mov Qəzənfər Müzəffər oğlundan 1000 (bir min) manat məbləğində pul alınaraq Məmmədova Xədı̇ cə Abdulla qızına verilsin. İ̇brahı̇ mov Qəzənfər Müzəffər oğlundan ödənilmiş dövlət rüsumunun 13.78 (on üç manat, yetmiş səkkiz qəpik) manatı alınaraq iddiaçı Məmmədova Xədı̇ cə Abdulla qızına verilsin. İddiaçı Məmmədova Xədı̇ cə Abdulla qızının ödəmiş olduğu dövlət rüsumunun 59.22 (əlli doqquz manat, iyirmi iki qəpik) manatı onun özünə aid edilsin. İddia tələbinin qalan hissəsi rədd edilsin. Mülki işə əlavə olunmuş bir ədəd DVD (iddiaçının, cavabdehə 1000 manat pul verməsi ilə bağlı video çəkiliş) qətnamə qanuni qüvvəsini aldıqdan sonra mülki işdə saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Sədərək rayon məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar