Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-147/2025 29.09.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Hakim Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Ərizəçi, Maraqlı şəxs rəisi X6 iştirakı ilə Ərizəçi "doğum faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən olunması tələbinə dair ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, onun xx xxxxxxxx 1961-ci il tarixində Şərur Rayon Sədərək kəndində anadan olmasının və atasının X15 anasının X3 olması milliyətinin isə Azərbaycanlı olması ilə bağlı doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İclasında iştirak edən Ərizəçi izahatında xx xxxxxxxx 1961-ci il tarixdə Şərur Rayonu Sədərək kəndində anadan olduğunu, doğulduğu tarixdən Azərbaycan Respublikası vətəndaşı olaraq, Azərbaycan Respublikası ərazisində təhsil aldığını, Azərbaycan Respublikası vətəndaşına məxsus şəxsiyyət vəsiqəsi aldığını, indiydək öz savadsızlığı ucbatından heç vaxt doğum haqqında şəhadətnamə almadığını, şəxsiyyət vəsiqəsini isə əvvəllər kənd sovetliyinin arayışı əsasında aldığını, bu günədək şəxsiyyət vəsiqəsini dəyişdiyində əvvəlki şəxsiyyət vəsiqəsi əsasında yenisinin verildiyini, rəsmi nikah qeydiyyatından keçdiyini, həmin nikahdan övladlarının olduğunu, onların doğum haqqında şəhadətnaməsini aldığını, sadaladığı rəsmi səndələrin heç birində onun doğumunu təsdiq edən sənədin yəni doğum haqqında şəhadətnamənin olmamasını bilmədiyini, lakin oğlunun evliliyi ilə bağlı Azərbaycan Respublikası Ailə Məcəlləsində edilmiş dəyişikliyə əsasən, qohum evliliklərinin qarşısının alınması məqsədilə rəsmi nikah qeydiyyatından keçən şəxslər valideyinlərinin doğum haqqında şəhadətnamələrini Qeydiyyat şöbələrinə təqdim etməlidirlər. Bu səbəbdən oğlu X9 rəsmi nikah qeydiyyatından keçən zaman doğum haqqında şəhadətnaməsini təqdim etmək zərurəti yaranmış və bununla bağlı Qeydiyyat şöbəsinə müraciət etdikdən sonra doğumu barədə nə elektron sistemdə nə də akt qeydlərində məlumat olmadığının məlum olduğunu, həmin məlumatın qeydiyyat şöbəsi tərəfindən təmin edilməsi üçün doğum haqqında tibbi şəhadətnamə verilməli olduğunu, doğum ilinin 1961 olmasını və həmin dövr doğumların xəstəxanada yox ev şəraitində olmasını nəzərə alaraq doğum haqqında tibbi şəhadətnaməni almağının qeyri mümkün olduğunu, buna görə də qeydiyyat şöbəsi tərəfindən imtina edildiyini, doğum faktımın müəyyən olunması və doğum haqqında şəhadətnamənin verilməsinin yalnız məhkəmə qaydasında mükün oduğunu, digər qaydada aidiyyatı orqanlara müraciət etdiyini lakin akt qeydinin tapılmadığının bildirildiyini, doğumunu təsdiq edəcək, qohumlar, qonşular hər kəs şahid olduğunu bildirərək onun xx xxxxxxxx 1961-ci il tarixində Şərur Rayon Sədərək kəndində anadan olmağını və atasının X15 anasının X3 olması milliyətinin isə Azərbaycanlı olması ilə bağlı doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Sədərək Rayon Qeydiyyat Şöbəsinin rəisi X13 məhkəmə iclasında izahat verərkən bildirdi ki, ərizəçi Sədərək rayon sakini Ərizəçi 2025-ci ilin iyul ayında Sədərək rayon Qeydiyyat şöbəsinə yazılı müraciət edərək doğum haqqında şəhadətnamə yazılmasını xahiş etdiyini, tərəflərindən qeydiyyat şöbəsinin arxivini və elektron sistemini yoxlayarkən Ərizəçi doğum aktının qeydinin aparılmadığının müəyyən edildiyini, bu baxımdan Ərizəçi doğum haqqında şəhadətnamə verilməsinin mümkün olmadığını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 saylı qərarına əsasən ərizəçinin doğum akt qeydinin aparılmasının mümükün olmadığnı, ona görə də qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin şifahı vəsatəti əsasında dindirilmiş şahid X1 fadəsində bildirdi ki, Ərizəçi ilə həmyaşıd və həmkəndli olduğunu, 1957-ci ildə Şərur rayon Sədərək kəndində anadan olduğunu və bu günə kimi həmin kənddə yaşamaqla kənd məktəbində müəllimlik etdiyini, Ərizəçi ilə bir orta məktəbdə oxuduqlarını, Mikayılın 4 yaş ondan balaca olduğunu, ancaq məktəb vaxtından onunla yaxın münasibətdə olduğunu və həmin yaxınlığın bu gündə davam etdiyini, həqiqət Mikayılın 1961-ci ildə Şərur rayon Sədərək kəndində doğulması və bu günə kimi həmin kənddə yaşamasının şahidi olduğunu bildirdi. Məhkəmə iclasında ərizəçinin şifahı vəsatəti əsasında dindirilmiş Şahid2 məhkəmə iclasında öz ifadəsində bildirdi ki, 1962-ci ildə Şərur rayonun Sədərək kəndində anadan olduğunu və bu günə kimi həmin kənddə yaşamaqla fəaliyyət göstərdiyini, 1970-ci ildə Şərur rayon Sədərək kənd orta məktəbinin birinci sinfinə getdiyini, həmkəndlisi Ərizəçi da onunla birlikdə birinci sinifə qəbul edildiyini, Mikayılla 8 il bir sinifdə oxuduqlarını, 8 ildən sonra yeni məktəbə köçərkən parallel sinifdə oxuduqlarını, Mikayılın həqiqətən xx xxxxxxxx 1961-ci il təvəllüdlü olduğunun, sadəcə Mikayılın 19 sentyabrda doğulduğuna görə bir il məktəbə gec getdiyinə görə 1962-ci il doğumlularla birlikdə oxuduğunu bildirdi. İş materiallarında olan Sədərək rayon İcra Hakimiyyətinin Qaraağac kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Ərizəçi verilmiş xx.xx.2025-ci il tarixli 21/264 saylı arayışından müəyyən olunur ki, Ərizəçi həqiqətən də Naxçıvan MR Sədərək rayonun Qaraağac kəndində qeydiyyatda durur və onun ailə üzvləri, arvadı X10 və oğlu X7 ibarətdir. İş materiallarında olan Sədərək rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Sədərək rayon Dövlət Arxivində mühafizə olunan Sədərək kəndinin 1983-1985-ci illərə dair 9 №-li Təsərrüfatbaşına kitabının 744-cü səhifəsində X11 ailə tərkibi arvadı X8, qızı X12, oğlu xx.xx.1961-ci il təvəllüdlü Ərizəçi, qızı X4 ibarətdir. İş materiallarında olan Sədərək Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi doğum haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyəti aktı” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.1961-ci ildən xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi Sədərək rayon Qeydiyyat şöbəsinin arxivində aşkar edilməmişdir. İş materiallarında olan Sədərək rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli 3- 16-5/8-xx-xx/2025 nömrəli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən" Əsas müddəalara əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazi qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə tərəfindən müəyyən edilir ki, ərizəçi xx.xx.1961-ci il ildə Şərur rayonu, Sədərək kəndində anadan olmuşdur. Hazırda ərizəçi doğum haqqında şəhadətnaməsini başqa qaydada əldə edə bilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təstiq edilmiş "Vətəndaşların vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalar"la müəyyən olunur. Əsas müddəaların 13-14-cü bəndlərinə görə, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını və işə əlavə olunan sənədləri nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizəçi həqiqətən də xx.xx.1961-ci il tarixdə Şərur rayon Sədərək kəndində doğulmuşdur. Ərizəçinin qeyd olunan doğum haqqında şəhadətnaməsi olmadığına görə və onun bərpası başqa yolla mümkün olmadığına görə doğumun qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, əziçəçinin, maraqlı şəxsin və şahidlərin məhkəmə iclasında göstərdikləri hallar bir-birini tamamladığından və işin məhkəmə iclasında araşdırılan hallarına əsasən təsdiq olunduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından ərizəçi möcvud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizəçinin xahişi təmin edilsin. Atası "X15", anası "X8" kimi qeyd olunmaqla, Ərizəçi xx.xx.1961-ci il ildə Şərur rayonu, Sədərək kəndində doğulmağına dair doğumun qeyd olunması faktı müəyyən edilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə informasiya sistemində” yaradılan elektron kabinetdən Sədərək rayon məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №2(088)-147/2025
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-147/2025
29.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver