Azərbaycan Respublikası adından QƏRARDAD Heydərabad qəsəbəsi İş № 2(088)-18/2022 04.03.2022 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs rəisi X3 iştirakı ilə. Ərizəçi, övladları 07.07.2007-ci il təvəllüdlü X1 və 27.02.2010-cu il təvəllüdlü X2 doğum faktlarının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək övladları 07.07.2007-ci il təvəllüdlü X1 və 27.02.2010-cu il təvəllüdlü X2 həmin tarixlərdə doğum faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə təyin edilmiş məhkəmə iclasında Ərizəçi məhkəməyə ərizə təqdim edərək Maraqlı şəxs ilə öz aralarında razılığa gəldiklərini və övladları 07.07.2007-ci il təvəllüdlü X1 və 27.02.2010-cu il təvəllüdlü X2 doğum faktları müəyyən edilərək doğum haqqında şəhadətnamələr verilmiş və buna görə də xahişindən imtina etdiyini, mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. İş üzrə Maraqlı şəxs rəisi X4 Ərizəçi ərizəsi barədə, ərizəçi ilə öz aralarında razılığa gəldiklərini və 07.07.2007-ci il təvəllüdlü X1 və 27.02.2010-cu il təvəllüdlü X2 23.02.2022-ci il tarixdə doğum haqqında şəhadətnamələri verilmişdir. Buna görə də mülki işin icraatına xitam verilməsinə etirazı olmadığını bildirimişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iddiaçının iddiadan imtina etməsinin qəbul edilməməsi üçün Azərbaycan Respublikasının MPM-nin 52.5-ci maddəsində nəzərdə tutulmuş əsasları müəyyən etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 191.2-ci maddəsinin tələbinə əsasən iddiaçının iddiadan imtina etməsi məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmçinin Azərbaycan Respublikasının MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardadda büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Məhkəmə iş üzrə icraata xitam verərkən Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən Ərizəçi tərəfindən Kapital Bank ASC-nin Sədərək Branch ünvanından ödənilmiş 26592892 əməliyyat nömrəli 27945 saylı ödəniş qəbzi ilə ödənilmiş 100 manat dövlət rüsumu özünə geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 261.0.4, 262, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Ərizəçi, övladları 07.07.2007-ci il təvəllüdlü X1 və 27.02.2010-cu il təvəllüdlü X2 doğum faktlarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Ərizəçi iddiadan imtinası qəbul edilsin və həmin iş üzrə icraata xitam verilsin. Ərizəçi tərəfindən Kapital Bank ASC-nin Sədərək Branch ünvanından ödənilmiş 26592892 əməliyyat nömrəli 27945 saylı ödəniş qəbzi ilə ödənilmiş 100 manat dövlət rüsumu özünə geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sədərək Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №2(088)-18/2022
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərardad — İş №2(088)-18/2022
04.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver