Məhkəmə qərarları › İş №2(088)-19/2024

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-19/2024

08.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-19/2024 08.01.2024 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Hakim Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, mülki iş üzrə iddiaçı X2 və Cavabdeh iştirakı ilə, İddiaçı X2, Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sədərək rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X6 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh, 3000 manat borcu və iddia qaldırılması üçün ödənilmiş 50 manat dövlət rüsumu ilə birlikdə cəmi 3050 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında məhkəmədə mülki iş başlanmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Sədərək rayon Sədərək kəndində yaşdığını, heç bir dövlət idarə və müəssisədə işləmədiyini, fərdi təsərrüfatla əkinçiliklə məşqul olduğunu, ordan əldə etdiyi gəlirlə ailəsini dolandırdığını, Sədərək rayon Qaraağac kənd sakini Cavabdeh uzun müddətdir tanıdığını, onunla heç bir düşmənçiliyi və ədavətinin olmamasını, özünün çadır mağarı olduğunu və kənddə xeyirşər məclislərinə kirayə verdiyini, kənd təsarüfatı təyinatlı sahələrdə arpa əkdiyini, arpa biçimindən sonar Cavabdeh ilə çadır mağarını və içərisində 10 ədəd stol və 20 ədəd stulu 3000 manata satın almaq barədə razılaşdıqalarını, 2023-cü ilin avqust ayının əvvəlində Sədərək rayon Qaraağac kənd sakini X3 və Sədərək rayon Sədərək kənd sakini X5 yanında “Sədərək” marketin qarşısında 1600 manat bir “Çinarın altı” adlanan ərazidə körpünün yanında maşının içərisində Sədərək rayon Sədərək kənd sakini X5 yanında təkrar 1400 manat cəmi 3000 manat pulu Cavabdeh verdiyini, Sədərək rayonunda notariat ofisi olmadığından aralarında alqı-satqı müqaviləsi bağlaya bilmədiklərindən Sədərək rayon Qaraağac kənd İƏD-si üzrə Nümayəndəliyinə müraciət edərək Cavabdeh qeyd olunan toy mağarını (çadırını) ona 3000 manata satması barədə ərizə verdiyini və Qaraağac kənd İƏD-si üzrə Nümayəndəliyinin cavabdehin ərizəsini notarial qaydada təsdiqlədiyini, sonradan Cavabdeh ona 4 ədəd stol 8 ədəd stulu gətirib verdiyini və mağarla (çadırla) stol-stulun qalanını gətirəcəyini bildirsədə gətirmədiyini, danışıqlarından uzun müddət keçməsinə baxmayaraq Cavabdeh satın aldığı toy mağarını (çadırı) və stol-stulları bu günə kimi vermədiyini, Cavabdeh bu müddət ərzində dəfələrlə toy mağarını (çadırı) və stol-stulların qalanını verməsini bildirsədə Kənanın hər dəfə şəriyinin mağarı satmaq istəmədiyini bildirdiyini, cavabdehə mağarı satmaq istəmirlərsə pulunu qaytarmağı bildirsədə hərdən bir bəhanə ilə pulunu ona qaytarmaqdan yayındığını, həmin pula ehtiyacı olduğunu bildirərək cavabdehin ondan aldığı 3050 manat məbləğində pulun ona qaytarılmasını əsaslı hesab etmişdir. Məhkəmə iclasında mülki iş üzrə iddiaçı X6 izahatında bildirmişdir ki, cavabdehi uzun müddətdir tanıdığını, kənd təsarüfatı təyinatlı sahələrdə arpa əkdiyini, arpa biçimindən sonar Cavabdeh ilə çadır mağarını və içərisində 10 ədəd stol və 20 ədəd stulu 3000 manata satın almaq barədə razılaşdıqalarını, 2023-cü ilin avqust ayının əvvəlində Sədərək rayon Qaraağac kənd sakini X3 və Sədərək rayon Sədərək kənd sakini X5 yanında “Sədərək” marketin qarşısında 1600 manat bir “Çinarın altı” adlanan ərazidə körpünün yanında maşının içərisində Sədərək rayon Sədərək kənd sakini X5 yanında isə təkrar 1400 manat cəmi 3000 manat pulu Cavabdeh verdiyini, Sədərək rayonunda notariat ofisi olmadığından aralarında alqı-satqı müqaviləsi bağlaya bilmədiklərindən Sədərək rayon Qaraağac kənd İƏD-si üzrə Nümayəndəliyinə müraciət edərək Cavabdeh qeyd olunan toy mağarını (çadırını) ona 3000 manata satması barədə ərizə verdiyini və Qaraağac kənd İƏD-si üzrə Nümayəndəliyinin cavabdehin ərizəsini notarial qaydada təsdiqlədiyini, sonradan Cavabdeh ona 4 ədəd stol 8 ədəd stulu gətirib verdiyini və mağarla (çadırla) stol-stulun qalanını gətirəcəyini bildirsədə gətirmədiyini, danışıqlarından uzun müddət keçməsinə baxmayaraq Cavabdeh satın aldığı toy mağarını (çadırı) və stol-stulları bu günə kimi vermədiyini, Cavabdeh bu müddət ərzində dəfələrlə toy mağarını (çadırı) və stol-stulların qalanını verməsini bildirsədə Kənanın hər dəfə şəriyinin mağarı satmaq istəmədiyini bildirdiyini, cavabdehə mağarı satmaq istəmirlərsə pulunu qaytarmağı bildirsədə hərdən bir bəhanə ilə pulunu ona qaytarmaqdan yayındığını, həmin pula ehtiyacı olduğunu, cavabdehin ondan aldığı 3000 manatın və dövlət rüsumu olaraq ödədiyi 50 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsini bildirdi. Məhkəmə iclasında iştirak edən mülki iş üzrə Cavabdeh izahatında iddianı tam qəbul etdiyini, həqiqətən də 2023-cü ilin avqust ayında iddiaçı X9 oglu ilə çadır mağarını, içərisində 10 ədəd stol və 20 ədəd stulu 3000 manata satması barədə razılaşdıqalarını, sonradan 4 ədəd stol və 8 ədəd stulu gətirib versədə mağarla (çadırla) stol-stulun qalanını verəcəyini bildirsədə şəriyi ilə razılığa gələ bilmədiyi üçün gətirmədiyini, Oktaydan aldığı 3000 manat pulu öz şəxsi ehtiyacları üçün xərclədiyini, haliyyədə heç bir yerdə işləmədiyini ona görədə borcu qaytara bilmədiyini lakin, 2-3 ay vaxt verilərsə həmin pulu qaytarıb iddiaçıya ödəyəcəyini bildirdi. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sitemindən çıxarışdan müəyyən olunur ki, Cavabdeh Sədərək royon Sədərək kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Sədərək rayon İcra Hakimiyyəti Sədərək kəndi İƏD üzrə Nümayəndəliyinin 16 oktyabr 2023-cü il tarixli, 742 nömrəli arayışından görünür ki, iş üzrə iddiaçı X1 rayon Sədərək kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Sədərək Rayon Qaraağac kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş 07 iyul 2023-cü il tarixli ərizədən məlum olur ki, iddiaçı X4 çadır mağarını və içərisində 10 ədəd stol və 20 ədəd stulu satması razılığına gələrək Cavabdeh 3000 manat pul verilmişdir. Məhkəmə tərəflərin izahatlarına və iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı X2, Cavabdeh qarşı pul tələbi barədə iddiası sübuta yetirildiyindən tam təmin edilməlidir. Belə ki, işdə iştirak edən şəxslərin izahatları, pulun verilməsi barədə ərizə və tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, iş üzrə iddiaçı X6 ilə iş üzrə cavabdeh olan Cavabdeh arasında yazılı formada razılığa əsasən, iddiaçı tərəfindən cavabdehə çadır mağarını və içərisində 10 ədəd stol və 20 ədəd stulu olmaq şərti ilə 2023-cü ilin avqust ayında 1600 manat, sonradan isə 1400 manat pul verilmiş cavabdeh də həmin şərtlər əsasında həmin pulları qəbul etmişdir. Cavabdeh sonradan iddiaçıya 4 ədəd stol 8 ədəd stulu gətirib versədə mağarla (çadırla) stol-stulun qalanını gətirəcəyini bildirsədə bu günə kimi gətirməmişdir. Mülki işin araşdırılan hallarından da məlum olur ki, tərəflər öz aralarında hər hansı sonrakı mübahisənin olmayacağı düşüncəsi ilə pulun verilib–əşyaların alınması qaydalarını şifahi və qarşılıqlı razılıq əsasında həll etmiş, yəni, öz aralarında şifahi müqavilə bağlamış, və əlavə olaraq cavabdehin yazılı ərizəsi əsasında 3000 manat pulun müqabilində çadır mağarını və içərisində 10 ədəd stol və 20 ədəd stulu satması müqabilində 3000 manatın cavabdeh tərəfindən alınması təsdiqini tapsada, sonradan bir ədəd mağarın (çadırın) və stol-stulun cavabdeh tərəfindən iddiaçıya təhvil verilməməsi təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinin tələbinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır və borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-nin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləçək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-nin 425-ci maddəsi). Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (Azərbaycan Respublikası MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Məhkəmə hesab edir ki, pul tələbi ilə bağlı sübutetmə yükü təkzib edənin, yəni cavabdehin deyil, bilavasitə iddiaçının üzərinə düşür. Bununla bağlı, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edilməli, Cavabdeh 3000 manat məbləğində pul alınaraq iddiaçı X4 verilməlidir. İddia təmin edildiyindən ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı X4 ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində pul alınaraq X4 verilsin. Cavabdeh ödənilmiş 50 (əlli) manat dövlət rüsumu alınaraq iddiaçı X4 verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Sədərək rayon məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar