Azərbaycan Respublikası adından QƏRARDAD Heydərabad qəsəbəsi İş № 2(088)-32/2025 12.03.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Sədərək Rayon Dəmirçi kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh verdiyi 30 baş yanıbalalı xırda buynuzlu heyvanın dəyəri 9000 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 110 manat pul olmaqla ümumilikdə 9110 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, məhkəmə hazırlıq iclasının keçirilməsi xx.xx.2025-ci il tarixə təyin edilmiş, həmin tarixdə cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə hazırlıq iclası təxirə salınaraq xx.xx.2025-ci il tarixə təyin edilmiş, həmin tarixdə məhkəmə hazırlıq iclası keçirilərək baxılması üçün xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Naxçıvan şəhər Vəkil bürosunun vəkili Vəkil xx.xx.2025-ci il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə mülki işə əlavə edilmə barədə ərizə göndərərək 2(088)-32/2025 saylı mülki işə Cavabdeh vəkili və nümayəndəsi kimi elektron məhkəmə informasiya sisteminə əlavə edilməsini və qeyd olunan mülki işə cavabdehin vəkili və nümayəndəsi kimi buraxılmağına şərait yaradılmasını xahiş etmişdir. Əlavə olaraq cavabdehin vəkil və nümayəndəsi Vəkil xx.xx.2025-ci il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə məlumat göndərərək İddiaçı, Cavabdeh qarşı pul tələbi barədə iddia qaldırdığını, qeyd olunan pul tələbinə Şərur rayon məhkəməsində baxılıb qiymət verildiyini, iddianı qəbul etmədiklərini, xx.xx.2024-cü il tarixli, 2(110)-204/2024 nömrəli Şərur rayon məhkəməsinin qətnaməsinin elektron formada yüklənildiyini, qeyd olunanları nəzərə alaraq iddianın rədd olunması barədə qərar qəbul edilməsinini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, həqiqətən 26 aprel 2024-cü ildə Şərur rayon məhkəməsində Cavabdeh ona qarşı xırda buynuzlu heyvanların pulunun alınıb verilməsi ilə bağlı iddia qaldırdığını, Şərur rayon məhkəməsində həmin işə baxıldığını və iddianın qismən qəbul edildiyini, həmin qətnamədən razı olmadığından Sədərək rayon məhkəməsində iddia qaldırmışdır. Məhkəmə Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə rəsmi olaraq məlumat versədə cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ünvanladığı Şərur rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(110)-204/2024 nömrəli qətnaməsindən müəyyən olunur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Belə ki, İş üzrə iddiaçı Şərur rayon məhkəməsində cavbdeh kimi iştirak etmiş onlar arasında eyni predmet barəsində və eyni əsaslar üzrə işə baxılmış və qərar qəbul edilmişdir ki, həmin qərarda (məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi) qüvvədədir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğunundan iş üzrə icraata xitam verilməlidir. Həmçinin Azərbaycan Respublikasının MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 263.1-ci maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. Həmin məcəllənin 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumu məbləğinin qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə iddiaçı X2 tərəfindən Kapital Bank ASC-nin Şərur Branch vasitəsi ilə xx.xx.2024-cü il tarixli ********* əməliyat nömrəli 28244 saylı qəbzə əsasən ödədiyi 110 (bir yüz on) manat dövlət rüsumu geri qaytarılmalıdır Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinin tələbinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardadda büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 261.0.2, 262, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı X2 tərəfindən Kapital Bank ASC-nin Şərur Branch vasitəsi ilə xx.xx.2024-cü il tarixli ********* əməliyat nömrəli 28244 saylı qəbzə əsasən ödədiyi 110 (bir yüz on) manat dövlət rüsumu özünə geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə informasiya sistemində” yaradılan elektron kabinetdən Sədərək rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №2(088)-32/2025
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərardad — İş №2(088)-32/2025
12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver