Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-62/2025 03.06.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Hakim Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi Hüseynova (Namazova) Tuba Hacıağa qızının "doğumun qeyd olunması faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Hüseynova (Namazova) Tuba Hacıağa qızı doğumun qeyd edilmə faktının müəyyən olunması tələbinə dair ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, onun xx.xx.1971-ci ildə Ermənistan SSR Yexeqnadzor rayonu, Qavuşuq kəndində doğulmasının qeyd edilməsi faktının müəyyən edilərək atasının “X8”, anasının "X3" olmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi xahişini onunla əsaslandırmışdır ki, atası X8 ilə anası X3 birgə nikahlarından yeddi övladlarının olduğunu, bacısı Erten (Namazova) Şahnaz Hacıağa qızı, bacısı Hacıyeva (Namazova) Nəsibə Hacıağa qızı, bacısı X10, bacısı İsayeva (Namazova) Rəsmiyə Hacıağa qızı, bacısı Tarverdiyeva (Namazova) Sabunə Hacıağa qızı, qardaşı X11, və özü Hüseynova (Namazova) Tuba Hacıağa qızının, Emənsian SSR Yexeqnadzor rayon, Qavuşuq kəndində xx.xx.1971-ci il tarixində anadan olduğunu, 1988-ci il tarixində Azərbaycan Respublikası, Naxçıvan MR Respublikası Sədərək rayon Qaraağac kəndinə ailəsilə birlikdə gəlib həmin kənddə yaşadığını, Sədərək rayon Qaraağac kənd sakini X17 ilə ailə həyatı qurduğunu, ərinin soyadı olaraq Hüseynova soyadını götürdüyün, atası X4 xx.xx.2015-ci il tarixdə vəfat etdiyini, Mərhum atası X4 ölümündən sonra Sədərək rayon Dəmirçi kəndində ev və torpaq sahəsinin miras qaldığını, vərəsəlik şəhadətnaməsini almaq üçün doğum haqqında şəhadətnaməsinin istənildiyini, doğum haqqında şəhadətnaməni itirdiyinə və tapa bilmədiyindən nümayəndə vastəsi ilə Naxçıvan MR Ədliyyə Nazirliyinə müraciət etdiyini, Naxçıvan MR Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyəti aktının avtomatlaşdırılmış elektron informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparıldığını və heç bir doğum akt qeydi müəyyən edilmədiyidən bu barədə arayış verildiyini, bundan sonra yenidən nümayəndə vastəsi ilə Sədərək rayon Qeydiyyat şöbəsinə doğum haqqında şəhadətnamənin verilməsi üçün müraciət etdiyini, doğum haqqında şəhadətnamə qeydiyyata alnımadığını, doğum haqqında şəhadətnamə Ermənstan SSR-da tərtib edildiyi üçün vətəndaşa doğum haqqında şəhadətnamə verilməsi mümkün olmadığını bildirdiklərini, doğum haqqında şəhadətnamənin atasından qalmış mirasın qəbul edilməsi üçün lazım olduğundan bu səbəbdən doğum haqqında şəhadətnaməni başqa yolla ala bilmədiyini, məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirərək xx.xx.1971-ci ildə Ermənistan SSR Yexeqnadzor rayonu, Qavuşuq kəndində doğulmasının qeyd edilməsi faktının müəyyən edilərək atasının “X8”, anasının "X3" olmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Ərizəçi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi və vəkili Vəkil izahatında ərizəçinin ərizəsində göstərdiklərini təsdiq etdiyini, ərizəçinin doğum haqqında şəhadətnaməsini itirdiyini, Qeydiyyat şöbəsində təkrar çıxarıla bilmədiyini, ərizəçinin məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirərək xx.xx.1971-ci ildə Ermənistan SSR Yexeqnadzor rayonu, Qavuşuq kəndində doğulmasının qeyd edilməsi faktının müəyyən edilərək atasının “X12”, anasının "X3" olmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Sədərək Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə mülki iş üzrə şahid kimi dindirilmiş X13 ifadəsində bildirdi ki, 1971-ci ildə Ermənistan Respublikasının Yexeqnadzor rayonu Qovuşuq kəndində anadan olduğunu, ailəsi ilə birlikdə 1988-ci ilə kimi həmin kənddə yaşadıqlarını, orta məktəbi səkkizinci sinifə qədər orada oxuduğunu, Tuba ilə birlikdə ermənistanda səkkiz il bir sinifdə oxuduqlarını, 1988-ci ildə xain qonşuları olan erməni sakinləri bütün kənd sakinlərini incidərək hamısını məcburi olaraq kənddən qovaladıqlarını, kənd camatının içərisində bacısı Nərgizin də ailəsi olduğunu, Nərgizin qızı Ərizəçi da onlarla birlikdə Sədərək kəndinə məcburən köçdüklərini, bir neçə il Sədərək kəndində yaşadıqdan sonra Tuba ailəsi ilə birlikdə Dəmirçi kəndinə köçdüklərini uzun illər həmin kənddə yaşadıqdan sonra Bakı şəhərində məskunlaşdıqlarını, Hüseynova (Namazova)Tuba Hacıağa qızı həqiqətən 1988-ci ildə ailəsi ilə birlikdə Ermənistanın Yexeqnadzor rayonu Qovuşuq kəndindən məcburi köçürüldüyünü bildirdi. Mülki iş üzrə məhkəmədə şahid kimi dindirilmiş X14 ifadəsində bildirdi ki, 1988-ci ildən Namazova (ailə qurduqdan sonra Hüseynova) Tuba Hacıağa qızını və onun ailəsini yaxşı tanıdığını, sonradan Tubanın xalası ilə ailə həyatı qurduğunu, 1988-ci ilə kimi Namazova Tubanın atası Hacıağa kişinin Ermənistanda yəni Yexeqnadzor rayonu Qovuşuq kəndində olan evində dəfələrlə qonaq olduğunu, 1988-ci ildə müharibə başlamazdan əvvəl ermənilərin Hacıağa kişini və onun ailə üzvülərini məcbur edərək kənddən çıxardıqlarını, Hacıağa kişi və ailə üzvüləri 1988-ci ildə məcburən Sədərək kəndində məskunlaşdığını, Ərizəçi da atası Hacıağa kişinin yanında yaşadığını, bir neçə ildən sonra Hacıağa kişi ailəsi ilə birlikdə Dəmiçi kəndinə köçdüyünü, Ərizəçi bir müddətdən sonra ailə quraraq sonra Bakı şəhərinə köçüb orada yaşadığını, 2015-ci ildə Tubanın atası Hacıağa kişi vəfat etdiyini, yas mərasimində şəxsən iştirak etdiyini, anası Nərgiz xanımın isə haliyyədə yaşadığını bildirdi. Ərizəçi İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə çıxarılmış sorğudan görünür ki, Ərizəçi xx.xx.1971-ci ildə Ermənistanda (Keşişkənd rayonu) anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Sədərək rayon İcra Hakimiyyətinin Sədərək kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 30 may 2025-ci il tarixli 5-26-2/2-52/2025 nömrəli araşından belə məlum olur ki, Hüseynova (Namazova) Tuba Hacıağa qızı 1988-ci il tarixdə Ermənistanın Yexeqnadzor rayonundan köçkün düşərək Sədərək rayonunun Birlik deyilən ərazisində məskunlaşmış və orada 7 il yaşamış, sonradan Qaraağac kəndinin qeydiyyatına düşməklə Dəmirçi kəndində yaşayır. İş materiallarında olan Sədərək rayon İcra Hakimiyyətinin Qaraağac kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən X5 verilmiş xx.xx.2025-ci il tarixli 21/543 saylı arayışından müəyyən olunur ki, X3 əri X1 rayon Qaraağac kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində qeydiyyatda olmuş və mərhum X8 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra vərəsələri X9, Erten (Namazova) Şahnaz Hacıağa qızı, X11, Hacıyeva (Namazova) Nəsibə Hacıağa qızı, X10, Hüseynova (Namazova) Tuba Hacıağa qızı, İsayeva (Namazova) Rəsmiyə Hacıağa qızı, Tarverdiyeva (Namazova) Sabunə Hacıağa qızı müəyyən edilmişdir. İş materiallarında olan 6 saylı Bakı Asan Xidmət mərkəzi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2015-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayonunda miokard infarktı səbəbindən vəfat etmişdir. İş materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat şöbəsinin hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, azərbaycan Respublikası vətəndaşı xx.xx.1971-ci il təvəllüdlü Ərizəçi doğumunun müəyyən edilməsi məqsədi ilə Naxçıvan MR Ədliyyə Nazirliyi “Vətəndaşlıq vəziyəti aktının avtomatlaşdırılmış elektron informasiya sistemi”nə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və heç bir doğum akt qeydi müəyyən edilməmişdir. İş materiallarında olan Sədərək rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli 3- 16-5/8-xx-xx/2025 nömrəli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən" Əsas müddəalara əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazi qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. İş materiallarında olan xx.xx.1990-cı il tarixli V- ЖГ № 377212 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, xx.xx.1990-cı il tarixdə X15 ilə X17 arasında 56 nömrəli nikah akt qeydi bağlanmışdır və Tuba ərinin Hüseynova soyadını qəbul etmişdir. İş materiallarında olan xx.xx.1983-cü il tarixli 7 saylı arayışdan görünür ki, ərizəçi xx.xx.1971-ci il təvəllüdlü Hüseynova (Namazova) Tuba Hacıağa qızının anası Ermənistan Respublikası Yexeqnazor rayonu, Qovuşuq kənd sakini X9, atası isə həmin kəndin sakini X6r. Məhkəmə tərəfindən müəyyən edilir ki, ərizəçi xx.xx.1971-ci il ildə Ermənistan SSR Yexeqnadzor rayonu, Qavuşuq kəndində anadan olmuşdur. Hazırda ərizəçi doğum haqqında şəhadətnaməsi olmadığına görə vərəsəlik şəhadətnaməsini ala bilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təstiq edilmiş "Vətəndaşların vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalar"la müəyyən olunur. Əsas müddəaların 13- 14-cü bəndlərinə görə, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını və işə əlavə olunan sənədləri nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizəçi həqiqətən də Ermənistan SSR Yexeqnadzor rayonu, Qavuşuq kəndində doğulmuşdur. Ərizəçi qeyd olunan doğum haqqında şəhadətnaməsini itirdiyinə görə və onun bərpası başqa yolla mümkün olmadığına görə doğumun qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin və şahidlərin məhkəmə iclasında göstərdikləri hallar bir-birini tamamladığından və işin məhkəmə iclasında araşdırılan hallarına əsasən təsdiq olunduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından ərizəçi möcvud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizəçinin xahişi təmin edilsin. Atası " X8 ", anası " X9 " kimi qeyd olunmaqla, Hüseynova (Namazova) Tuba Hacıağa qızının xx.xx.1971-ci il ildə Ermənistan SSR Yexeqnadzor rayonu, Qavuşuq kəndində doğulmağına dair doğumun qeyd olunması faktı müəyyən edilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə informasiya sistemində” yaradılan elektron kabinetdən Sədərək rayon məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Hüseyn Zülfüqarov Hakim Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi "doğumun qeyd olunması faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Qət etdi: Ərizəçinin xahişi təmin edilsin. Atası " X8 ", anası " X9 " kimi qeyd olunmaqla, Ərizəçi xx.xx.1971-ci il ildə Ermənistan SSR Yexeqnadzor rayonu, Qavuşuq kəndində doğulmağına dair doğumun qeyd olunması faktı müəyyən edilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə informasiya sistemində” yaradılan elektron kabinetdən Sədərək rayon məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №2(088)-62/2025
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-62/2025
03.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver