Məhkəmə qərarları › İş №2(089)-101/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-101/2023

07.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-101/2023 07.04.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X6 iclas katibliyi ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət etmiş, X4nın 27 noyabr 1997-ci il tarixdə Culfa rayonunun Dizə kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 1960-cı il tarixdə doğulmuşdur. X3, X4dır. X4 27 noyabr 1997-ci il tarixdə Culfa rayonunun Dizə kəndində ölmüş və Culfa rayonunun Dizə kənd qəbristanlığında dəfn edilmişdir. Anası Mədinənin ölümündən sonra Qeydiyyat şöbəsinə müraciət olunmamış və ölüm haqqında şəhadətnamə alınmamışdır. Culfa rayonunun Dizə kəndində X1 qardaşı X11 torpaq sahəsi və ünvan 1 ünvanında 8 nömrəli mənzil miras qalmışdır. X19 ailə qurmamış, birinci növbə vərəsələri yoxdur. Dayısının yeganə vərəsəsidir. V.Vəliyevdən qalan mirası əldə etməsi üçün vərəsəlik şəhadətnaməsi almalıdır. Bunun üçün X1 ölüm haqqında şəhadətnaməsinin notariat kontoruna təqdim edilməsi tələb edilir. X1 ölümü barədə Culfa Rayon Mərkəzi Xəstəxanasının arxivində, qeydiyyat-məlumat kitablarında hər hansı qeydiyyat tapılmamışdır. X8 ölümünün qeydiyyata alınması üçün Culfa Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, ölümün qeydə alınmasından və ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. X5 27 noyabr 1997-cı ildə ölmüş, Culfa rayonunun Dizə kəndində dəfin edilmiş, yas mərasimi Culfa rayonunun Dizə kəndində keçirilmişdir. X8 27 noyabr 1997-cı ildə Dizə kəndində ölməsi, Culfa rayon Dizə kəndində dəfin olunması qəbir daşının üzərindəki yazılarla da öz təsdiqini tapır. Məhkəmə iclasının vaxtı və yeri barədə Ərizəçi məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət etmiş, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş, ərizədə qeyd edilmiş şahidlərin dindirilməsini və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə, ərizəçinin iştirakı olmadan baxmışdır. Ərizəçi nümayəndəsi Nümayəndə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət etmiş, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş, ərizədə qeyd edilmiş şahidlərin dindirilməsini və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən ərizəçinin nümayəndənin iştirakı olmadan baxmışdır. Maraqlı şəxs Culfa rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbədən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Məhkəmə mülki işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin, əriəzçinin nümayəndəsinin ərizəsini nəzərə alıb, şahidlərin ifadəsini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan- Doğum akt qeydindən çıxarışdan müəyyən olunur ki, X2 X3, X4dır. Culfa rayon Mərkəzi Xəstəxanasından verilmiş 79 nömrəli, 16 yanvar 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, Culfa rayonunun Dizə kənd sakini 1926-cı il təvəllüdlü X7 27 noyabr 1997-ci il tarixdə vəfat etməsi barədə Culfa rayon Mərkəzi Xəstəxanasının qeydiyyat şöbəsində, arxiv şöbəsində qeydə rast gəlinməmişdir. Culfa rayon qeydiyyat şöbəsinin 05/Q-04/15 nömrəli, 13 yanvar 2023-cü il tarixli məhktubunda Nümayəndə əərizəsinə cavab olaraq qeyd edilmişdir ki, “vətəndaşın ölümünün qeydiyyatını aparmaq üçün tibb müəssisəsindən tibbi şəhadətnamə və ya ölüm faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi təqdim edilməlidr. Siz göstərilən sənədlərdən hər hansı birini Culfa rayon qeydiyyat şöbəsinə təqdim etmədiyinizdən, X7 ölməsinə dair ölüm haqqında şəhadətnamə verilə bilməz” İş materiallarına əlavə edilmiş iki ədəd fotoşəkildə olan qəbir daşı üzərində “Vəliyeva Mədinə, 1926-1997, qızından xatirə” qeyd edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, ölüm faktını təsdiq edən, tibb müəssisəsi tərəfindən verilməli olan müvafiq sənəd yoxdur, ümumiyyətlə ölüm haqqında həkim şəhadətnaməsinin alınması üçün müraciət edilməmiş, ölümün qeydə alınmasından, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki işin materiallarına əlavə edilmiş sübutlarla X7 27 noyabr 1997-ci il tarixdə Culfa rayonunun Dizə kəndində ölməsi, Dizə kənd qəbristanlığında dəfn edilməsi təsdiq edilir. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə görə şahidlərin ifadələri mülki prosessual icraatda sübutların ayrıca növü kimi təsbit olunmuşdur. Belə ki, şahid ifadələri tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunun və ya olmadığının məhkəmə tərəfindən müəyyən edilərkən əldə edilən məlumatların növü olaraq xüsusi prosessual normalarla tənzimlənir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X15 və X17 ifadələrində X7 27 noyabr 1997-ci il tarixdə Culfa rayonunun Dizə kəndində ölməsini, Culfa rayonunun Dizə kənd qəbristanlığında dəfn edilməsini təsdiq etmişlər. Mülki iş materiallarına əlavə edilmiş Culfa rayon Dizə kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 14 nömrəli, 12 yanvar 2023-cü il tarixli arayışda da qeyd edilmişdir ki, mərhum X13 həqiqətən Culfa rayonunun Dizə kəndində yaşamış, 27 noyabr 1997-ci il tarixdə vəfat etmiş, Dizə kənd qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə görə Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. AR MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçi hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişdir. Ona görə də Məhkəmə Azərbaycan Respublikası Mülk-Prosessual Məcəlləsinin 307-ci maddəsinin göstərişinə əsasən hesab edir ki, X7 Culfa rayonunun Dizə kəndində 27 noyabr 1997-ci il il tarixində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-cü maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş 10 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1926-cı ildə doğulmuş X7 27 noyabr 1997-ci il tarixdə Culfa rayonunun Dizə kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə X10 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan apellyasiya şikayət verilmədiyi halda, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar