Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-137/2020 16.10.2020 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-in direktoru İlyas Şahverdiyev iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx xxxx 2020-ci il tarixədək hesablanmış 1153.15 manat məbləğində kommunal xidmətlərə görə yaranmış borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin direktoru İlyas Şahverdiyev iddiasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2945-ci məhəllə, ev 68 ünvanında yerləşən 141 nömrəli mənzilin alqı-satqısına dair Cavabdehla binanın inşasını həyata keçirən “xxx” MTK arasında xx xxxx 2010-cu il tarixdə müqavilə imzalanmışdır. Mənzil əldə etmək üçün ödəniş etdiyinə görə cavabdehin də payçısı (üzvü) olduğu “xxx” MTK ilə İddiaçı MMC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli müqaviləyə əsasən binaların həyətinin, bloklarının təmiz saxlanılması, yük və sərnişin liftlərinin fasiləsiz işləməsi, sakinlərin 24 saat soyuq su ilə təmin edilməsi, binanın həyətində abadlıq, yaşıllaşdırma işlərinin aparılması, mərtəbələrin və həyətin işıqlandırılması, lazım gəldikdə təmir bərpa işlərinin aparılması, lift mexanizminə texniki xidmətin göstərilməsi, binaların mühafizəsinin təmin olunması, kommunal xidmət haqqının yığılması, xərclərin ödənilməsi və sair xidmətlərin göstərilməsi icraçı İddiaçı MMC-yə həvalə edilmişdir. Müqavilə bağlanan tarixdən etibarən İddiaçı MMC tərəfindən yüksək keyfiyyət və peşəkarlıqla bütün sakinlərə, o cümlədən Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2945-ci məhəllə, ev 68 ünvanında yerləşən 141 nömrəli mənzilə kommunal xidmətlər göstərilmiş, lakin bəzi az saylı sakinlərin, o cümlədən cavabdehin MMC-yə qalıq borcu yaranmışdır. xx xxxx 2017-ci il tarixdən etibarən yığılmış borcun ödənilməsi cavabdehdən dəfələrlə tələb olunmuş, bunun müsbət nəticəsi olmamış, məhkəməyə müraciət olunması zərurəti yaranmışdır. Cavabdehin iddiaçıya vaxtında ödəmələri həyata keçirməməsi iddiaçının məhz kommunal xidmətlərlə bağlı üçüncü şəxslər qarşısında əlavə xərclər yaranması və bununla da MMCyə zərər vurulması ilə nəticələnmişdir. İddiaçı MMC-nin direktoru İlyas Şahverdiyev Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1153.15 manat məbləğində kommunal xidmətlərə görə yaranmış borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı MMC-yə məlumat verilmiş, İddiaçı MMC-nin direktoru İlyas Şahverdiyev ərizə ilə məhkəməyə müraciət etmiş, iddianı müdafiə etdiklərini bildirmiş, iştirakları olmadan mülki işə baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddianı qəbul etmədiyini, karantin rejimi ilə əlaqədar olaraq məhkəmədə iştirakının mümkün olmamasını bildirmiş, onun iştirakı olmadan mülki işə baxılmasını, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxmışdır. İş materiallarında olanxx xxxx 2010-cu il tarixli “addan ada keçmə” haqqında müqavilədən görünür ki, “xxx” MTK adından direktor X2 və fiziki şəxs Cavabdeh arasında müqavilə imzalanmış, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2945-ci məhəllə ünvanında tikintisini həyata keçirdiyi 16 mərtəbəli, çoxmənzilli yaşayış binasının 4-cü blok, 10-cu mərtəbəsində yerləşən 3 otaqdan ibarət olan 52 nömrəli mənzil Cavabdeh satılmışdır. xx xxxxxx 2015-ci il tarixli, 01 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC adından direktor X3 və xxx MTK adından nümayəndə X4 arasında müqavilə imzalanmış, xxx MTK inşası onun tərəfindən həyata keçirilən, ünvan 2 məhəllə ünvanında yerləşən yaşayış binalarına tam həcmdə kommunal xidmət göstərməyi və nəzarət etməyi İddiaçı MMC-yə həvalə etmiş, İddiaçı MMC xidmət göstərmək üçün bu sahədə kifayət qədər məlumat, təcrübə və digər üstün keyfiyyətlərə malik mütəxəssislərdən ibarət işçi heyətə və xidməti müvəffəqiyyətlə davam etdirmək üçün zəruri olan bütün imkanlara malik olduğundan “xxx” MTK-ın təklifini qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəməiş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin oluna bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx xxxx 2010-cu il tarixdə “xxx” MTK adından direktor X2 və fiziki şəxs Cavabdeh arasında “addan ada keçmə” haqda müqavilə imzalanmış, ünvan 2 məhəllə ünvanında tikintisi həyata keçirilən 16 mərtəbəli, çoxmənzilli yaşayış binasının 4-cü blok, 10-cu mərtəbəsində yerləşən 3 otaqdan ibarət olan 52 nömrəli mənzil Cavabdeh satılmışdır. Həmçinin xx xxxxxx 2015-ci il tarixdə İddiaçı MMC adından direktor X3 və xxx MTK adından nümayəndə X4 arasında 01 nömrəli müqavilə imzalanmış, xxx MTK inşası onun tərəfindən həyata keçirilən, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2945-ci məhəllə ünvanında yerləşən yaşayış binalarına tam həcmdə kommunal xidmət göstərməyi və nəzarət etməyi İddiaçı MMC-yə həva etmiş, Kommunal MMC xidmət göstərmək üçün bu sahədə kifayət qədər məlumat, təcrübə və digər üstün keyfiyyətlərə malik mütəxəssislərdən ibarət işçi heyətə və xidməti müvəffəqiyyətlə davam etdirmək üçün zəruri olan bütün imkanlara malik olduğundan “xxx” MTK-nın təklifini qəbul etmişdir. İddiaçı təşkilat xx xxxx 2010-cu il tarixdə “xxx” MTK adından direktor X2 və fiziki şəxs Cavabdeh arasında bağlanmış “addan ada keçmə” haqda müqavilə və xx xxxxxx 2015-ci il tarixdə İddiaçı MMC adından direktor X3 və “xxx” MTK adından nümayəndə X4 arasında bağlanmış 01 nömrəli müqaviləyə əsasən Cavabdeh xx xxxx 2020-ci il tarixədək hesablanmış 1153.15 manat məbləğində kommunal xidmətlərə görə yaranmış borcu tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli və s. kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçılarıarasında müqavilə olmalıdır. Mülki işin materiallarını araşdırarkən cavabdehin iddiaçı təşkilat qarşısında kommunal xidmətlərin göstərilməsinə görə xidmət haqqını ödəməsi ilə bağlı müqavilənin bağlanması müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı təşkilat qarşısında hər hansı bir öhdəliyin icraçısı olmamışdır. Belə ki, iddiaçı təşkilatın direktoru, məhkəməyə ünvanlandığı ərizəsində bildirmişdir ki, cavabdehin əldə etdiyi mənzilin yerləşdiyi bina (həmin mənzil müqavilədə 52 nömrəli mənzil kimi qeyd edilsə də, iddiaçı təşkilat tərəfindən cavabdehdən 114 nömrəli mənzillə bağlı kommunal xidmətlərin göstərilməsinə görə xidmət haqqı tələb edilir) “xxx” MTK tərəfindən inşa edilmişdir. Mülki və Mənzil qanunvericiliyinin tələblərinə əsasən pay haqqını ödəməklə MTK-ın payçısı, üzvü statusunu əldə etmişdir. Kommunal xidmətlərin göstərilməsi barədə “xxx” MTK və İddiaçı MMC arasında xx xxxxxx 2015-ci il tarixdə müqavilə bağlanmış, müqavilə rəsmləşdirilən zaman bina dövlət komissiyası tərəfindən təhvil alınmadığı üçün təbii olaraq, göstərilən müqavilə ayrı-ayrılıqda 1000 nəfərdən artıq olan payçılarla yox, onları təmsil edən “xxx” MTK ilə bağlanmışdır. Eyni zamanda qeyd olunan müqaviləni bağlamaq üçün “xxx” MTK üzvlərinin (bina sakinlərinin) ümumi yığıncağı keçirilmiş və kooperativ üzvlərinin (bina sakinlərinin) 50 faizindən artıq olan üzvlərinin iştirakı ilə müqavilənin bağlanması qərara alınmış, həmin qərar əsasında da kommunal xidmətlərin göstərilməsi barədə müqavilə bağlanmışdır. İş materiallarından “xxx” MTK və İddiaçı MMC arasında xx xxxxxx 2015-ci il tarixdə xidmətlərin göstərilməsi ilə bağlı müqavilə imzalanması öz təsdiqini tapır. Lakin həmin müqavilənin 2.2.3-cü maddəsindən müəyyən olunur ki, müqavilə tələblərindən irəli gələn xidmətlərin qanunamüvafiq qaydada göstərilməsi üçün yaşayış binalarında mənzil sahibləri ilə ayrı-ayrılıqda müqavilə bağlamaq, xidmət göstərmək üçün işçiləri işə cəlb etmək İddiaçı MMC-in səlahiyyətli nümayəndəsinin vəzifəsi olmuşdur. Məhkəmə cavabdehin məhkəməyə ünvanlandığı etiraz ərizəsində göstərdikləri ilə bağlı belə qənaətə gəlir ki, etiraz əsaslıdır, onun iddiaçı qarşısında hansısa bir öhdəliyi olmamışdır. Məhkəmə iddianı rədd edərkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları baxımından da gəldiyi nəticəni əsaslı hesab edir . Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Cavabdehin məhkəməyə ünvanlandığı iddiaya etiraz ərizəsindən müəyyən edilmişdir ki, iddiaçı təşkilatın cavabdehdən tələb etdiyi məbləğ ödənilmədiyindən, zəruri olan sənədlər ona təqdim edilmir, bu səbəbdən də mənzilə mülkiyyət hüququnun qeydiyyata alınması üçün lazımi sənədlər cavabdeh tərəfindən aidiyyəti dövlət orqanına təqdim edilə bilmir. Buna baxmayaraq, cavabdeh alı-satqı müqaviləsi əsasında çoxmənzilli binanın ümumi əmlakının istifadəçisidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 38-ci maddəsinə görə çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün mənziltikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranır. Məhkəmə hesab edir ki, cavabdehə münasibətdə də yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi xx xxxx 2010-cu il tarixdən başlanmışdır. Həmçinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 136.3-cü maddəsində qeyd edilmuşdur ki, yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. Həmin Məcəllənin 137.9-cu maddəsində qeyd edilmişdir ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Lakin yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsinin icrası üçün idarəedici təşkilat tərəfindən cavabdehlə xx xxxxxx 2015-ci il tarixli müqavilənin şərtlərinə, Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq müqavilə bağlanmamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Həmin Məcəllənin 142.1-ci maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə və bu Məcəllənin 141-1.2-ci maddəsi nəzərə alınmaqla idarəetmə müqaviləsi bağlanılır. İddiaçı təşkilatın direktoru məhkəməyə göndərdiyi ərizəsində Kommunal xidmətlərin göstərilməsi barədə “xxx” MTK və İddiaçı MMC arasında xx xxxxxx 2015-ci il tarixdə müqavilənin bağlanmasını, müqaviləni bağlamaq üçün “xxx” MTK üzvlərinin (bina sakinlərinin) ümumi yığıncağının keçirilməsini və kooperativ üzvlərinin (bina sakinlərinin) 50 faizindən artıq olan üzvlərinin iştirakı ilə müqavilənin bağlanmasının qərara alınmasını qeyd etsə də, göstərilənlərə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı təşkilat öz tələbinin əsası kimi istinad etdiyihallarısübutedəbilməmiş, cavabdeh iddiaçı təşkilat qarşısında kommunal xidmətlərə görə haqqın ödənilməsi barədə öhdəliklərin daşıyıcısı olmamışdır. Buna görə də iddiaçının tələbi əsassızdır. Şərh olunan hüquq normalarına, iş materiallarına əlavə edilmiş və tədqiq olunan sübutlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası rədd edilsin. İddiaçı MMC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-137/2020
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-137/2020
16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver