Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-138/2020 18.08.2020 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Haqverdiyev Tural Ziyad oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçı X10 və Cavabdeh iştirakları ilə, iddiaçı X5 Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X10 xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh 2013-cü ilin dekabr ayından bir baş iribuynuzlu heyvanın dəyəri olan 1500 manat məbləğində pulun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1530 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı X11 iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, 2013-cü ilin dekabr ayında Culfa Rayon Bənəniyar kənd sakini Cavabdeh 1500 manat dəyərində bir inək satmışdır.Lakin Cavabdeh bu günədək 1500 manatın bir qəpiyini belə verməmişdir.Cavabdeh T Əliyev hər dəfə müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır.İddiaçı dəfələrlə Cavabdehlə əlaqə saxlamağa çalışmış, cavabdeh Türkiyyə Respublikasında və Bakı şəhərində yaşamışdır.Cavabdehlə şifahi alqısatqıda Şahbuz rayonunun Keçili kənd sakinləri X4, X7 və X2 iştirak etmişlər.Cavabdeh borcunu ödəmədiyindən Ş.Cəfərov əlavə ziyana düşmüşdür.Cavabdeh üzərinə götürdüyü öhdəliyi bugünədək icra etməmişdir. İddiaçı X10 Cavabdeh 2013-cü ilin dekabr ayından bir baş iribuynuzlu heyvanın dəyəri olan 1500 manat məbləğində pulun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1530 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddianı qəbul edərək izahatında bildirmişdir ki, 2013-cü ilin dekabr ayında Şahbuz rayonu Keçili kənd sakini İddiaçı 1500 manat dəyərində bir iribuynuzlu mal almışdır, pulunu verə bilməmişdir.Özü ikinci qrup əlildir, həyat yoldaşı ankoloji xəstədir, iki azyaşlı övladı var.Əlavə olaraq 2500 manat kredit borcu var, əlavə iki nəfərə borcu var, birinin borcunu ödəyir, o birinin isə borcunu ödəyə bilmir.Gələn ilin mart ayına qədər 900 manatı ödəməyi öhdəsinə götürür.Bu səbəbdən də İddiaçıla razılaşdığı 1500 manatı ona verə bilməmişdir. Məhkəmə iclasında Sədrlik edənin tərəflərə razılığa gəlmələri təklifinə tərəflər 900 manata məbləğində razılaşmışlar, bu barədə iddiaçı razılaşaraq cavabdehin maddi vəziyəti ilə bağlı iddianın həcminin azaldılaraq cavabdehin ona 900 manat ödəməsi barədə qətnamə çıxarılması barədə Məhkəməyə ərizə təqdim etmişdir.. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tərəflərinin izahatlarını, dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 900 manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı 2013-ci ilin dekabr ayında bir baş iribuynuzlu heyvanı 1500 manata Cavabdehlə şifahi razılaşaraq ona satmışdır.Cavabdeh isə üzərinə düşən öhtəliyi yerinə yetirməmiş, Türkiyyə Respublikasında və ya Bakı şəhərində yaşamış, öhdəsinə götürdüyü 1500 manatı iddiaçıya ödəməmişdir.İddiaçı isə cavabdehin maddi vəziyyətini nəzərə alaraq cavabdehin ona 900 manat ödəməsini qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 329.2-329.3-cü maddələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 397.1-ci maddəsinə əsasən müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Azərbaycan Respublikası MM-in 21.1 və 21.2-ci maddələrinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (Mad. 442). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (Mad. 443.2). Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə müvafiq olaraq şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə müvafiq olaraq pul vəsaitinin alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia ərizələrinin verilməsinə görə iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənildiyindən, məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cımaddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 900 (doqquz yüz) manat məbləğində pul alınıb X6 verilsin. Cavabdeh 30 manat məbləğində pul alınıb Dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə X3 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(089)-138/2020
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-138/2020
18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver