Məhkəmə qərarları › İş №2(089)-171/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-171/2024

21.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-171/2024 21.06.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi əvəzi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 iclas katibliyi, Ərizəçi Bayraməli oğlunun vəkili Vəkil, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Bayraməli oğlunın ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Ərizəçi Bayraməli oğlu ərizə ilə məhkəməyə müraciət edərək Culfa Rayonu Bənəniyar kəndində yaşamış X6 20 yanvar 1985-ci ildə Culfa Rayonu Bənəniyar kəndində vəfat etməsi faktının müəyyən edilməsinə barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə ərizəçiyə məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında nümayəndəsi Nümayəndə iştirak etmişdir. Məhkəmə mülki işə Ərizəçi Bayraməli oğlunun iştirakı olmadan baxmışdır. Ərizəçinin nümayəndəsi Nümayəndə məhkəmədə ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahatında bildirmişdir ki, X4 ilə Hüseynova (Əsədova) Xavər Murad qızı 14 iyul 1957-ci ildə Culfa rayon Bənəniyar kənd sovetliyində rəsmi olaraq nikahlarını 8 nömrə ilə qeydiyyatdan keçirməklə evləniblər. X8 1984-cü ilin axırlarında xəstələnmiş, onun kürəyində şiş əmələ gəlmişdir. 2-3 ay xəstə yatmış və 1985-ci ilin yanvar ayının 20də vəfat etmişdir. X2 Culfa rayon Bənəniyar kənd qəbristanlığında dəfn edilmiş, yas mərasimini evdə saxlamışlar. O vaxtı Ərizəçi gənc olmuş, atası isə ailənin necə saxlayacağı barədə düşünmüşdür. Ailədə heç kim Hüseynova (Əsədova) Xavər Murad qızının ölüm haqqında şəhadətnamə almaq lazım olduğunu fikirləşmədiklərini, bu barədə uzun illər düşünməmişlər. 2023-cü ilin əvvələrində onlar Culfa rayon Bənəniyar kəndində yerləşən ata evini sənədləşdirməyə başlamış, evi sənədləşdirib qurtarandan sonra evi valideyinlərinin övladlardan birinin adına keçirməyi düşündükdə həmin vaxtı da onlardan Hüseynova (Əsədova) Xavər Murad qızının ölüm haqqında şəhadətnaməsini tələb etdikdə, müxtəlif dövlət orqanlarına müraciət etmişlər. Lakin ölüm haqqında şəhadətnamənin yalnız məhkəmə qaydasında alınmasını mümkün olduğu onlara izah edilmişdir. Culfa rayon Bənəniyar kəndində yaşamış X6 20 yanvar 1985-ci il tarixdə Culfa rayon Bənəniyar kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir. Ərizəçi Bayraməli oğlunun vəkili Vəkil, ərizənin təmin olunması Culfa rayon Bənəniyar kəndində yaşamış X6 20 yanvar 1985-ci il tarixdə Culfa rayon Bənəniyar kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir. Məhkəmə iclasında şahidlər X12 və X7 oğlu məhkəməyə verdikləri ifadələrində Hüseynova (Əsədova) Xavər Murad qızını qohum kimi tanıdıqlarını, Culfa rayon Bənəniyar kəndində yaşadığını, Culfa rayon Bənəniyar kəndində 20 yanvar 1985-ci il tarixdə vəfat edərək Culfa rayon Bənəniyar kənd qəbiristanlığında dəfn olunduğunu, el adəti ilə yas mərasimi təşkil edildiyini, mərhumun yas mərasimində onlar və bütün yaxınları və tanışları iştirak etdiyini bildirərək ifadələrini bitirmişlər. Culfa Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin Culfa Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasına gəlməmiş, şğbənin rəisi Səma Ağayeva məhkəməyə ünvanlandığı ərizəsində işlərinin çoxluğundan iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə Culfa Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, ərizəçinin nümayəndəsinin və şahid ifadələrini dinləyərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Culfa Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş imtina məktubundan görünür ki, Hüseynova (Əsədova) Xavər Murad qızının ölümü barədə Qeydiyyat şöbəsinin arxivində ölüm akt qeydiyyatı tapılmamış və mərhumun ölüm haqqında akt qeydiyyatı aparılmamışdır. Mülki işə əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Culfa Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin arayışından görünür ki, xəstəananın arxivindən Hüseynova (Əsədova) Xavər Murad qızının ölümünü təsdiq edən heç bir sənəd tapılmamışdır. Mülki işə əlavə olunmuş 29 oktyabr 1965-ci il tarixdə verilmiş Doğum Haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Bayraməli oğlu xx.xx.1965-ci ildə Culfa Rayonu Bənəniyar kəndində anadan olmuşdur. Mülki işə əlavə edilmiş bir ədəd qəbirüstü baş daşının fotoşəklində Hüseynova (Əsədova) Xavər Murad qızı 1934-1985-ci illər yazılmışdır. Mülki işə əlavə olunmuş Culfa Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 163367 saylı ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X4 15 sentyabr 2007-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Qeyd olunan Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə məhkəmə zamanı müəyyən olundu ki, həqiqətən də mərhum Hüseynova (Əsədova) Xavər Murad qızı 20 yanvar 1985-ci il tarixdə vəfat etmiş, lakin həmin vaxt səhlənkarlıq üzündən ölüm haqqında şəhadətnamələr alınması üçün müraciət olunmamışdır. Həmçinin Culfa Rayon Qeydiyyat Şöbəsinin arxivində mərhumların ölümünün qeyd edilməsi barədə heç bir sənəd tapılmamışdır. Qeydiyyat Şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsi qeyri-mümkün olmuş və bunun üçün ərizəçiyə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (Hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə aparılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Hüseynova (Əsədova) Xavər Murad qızı 20 yanvar 1985-ci ildə Culfa rayonunun Bənəniyar kəndində vəfat etməsi faktı müəyyən edilməli və bu barədə Ordubad Rayon Qeydiyyat şöbəsində müvafiq qeydiyyat aparılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdim: Ərizə təmin edilsin. 1935-ci il tarixdə Culfa rayonunun Bənəniyar kəndində doğulmuş X6 20 yanvar 1985-ci il tarixdə Culfa rayonunun Bənəniyar kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə X5 Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə ondan apelyasiya şikayət verilmədiyi halda, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar