Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 2(089)-175/2022 29.08.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin Hakim əvəzi X2, ərizəçi X3 hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: Ərizəçi X5 ərizə ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, 1991-ci ilin dekabr ayından, 1995-ci ilin noyabr ayınadək X6 MTZ markalı traktor sürücüsü vəzifəsində işləməyi barədə hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə qəbul edilməsinin məhkəmədən xahiş etmişdir. Ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, Ərizəçi X3 ərizəsinə əlavə edilmiş əmək kitabçasında X3 1991-ci ilin dekabr ayından X6 MTZ markalı traktor sürücüsü vəzifəsinə təyin edilməsi və 22 noyabr 1995-ci il tarixdə isə islahatla əlaqədar həmin vəzifədən azad edilməsi barədə 145 nömrəli əmr verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar Qərarında qeyd edilir ki, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası əmək stajını təsdiq edən arxiv arayışları müəssisənin verdiyi arayış və s.) mövcuddursa bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 153.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxlmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 153.1-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər, Qərardad ləğv edildikdə iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Məhəmə ərizəçi X1 araşdıraraq belə nəticəyə gəlir ki, ərizə Culfa Rayon Məhkəməsinin icraatı qaydasında baxılmalı deyil. Çünki ərizəçinin əmək kitabçasında 1991-ci ilin dekabr ayından X6 MTZ markalı traktor sürücüsü vəzifəsinə təyin edilməsi və 22 noyabr 1995-ci il tarixdə isə islahatla əlaqədar həmin vəzifədən azad edilməsi əmək kitabçasında qeyd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019cu il tarixli 03 saylı Qərarında qeyd edilir ki, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası əmək stajını təsdiq edən arxiv arayışları müəssisənin verdiyi arayış və s.) mövcuddursa bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Məhkəmə sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, X3 hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi Culfa Rayon Məhkəməsində baxılmalı deyil və məhkəmə ərizəni iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina edir. Ərizəçi X5 inzibati icraat qaydasında DSMF qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbi üzrə iddia qaldıra bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.3.-cü maddəsinin tələbinə əsasən ərizə geri qaytarılarsa dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 153.2, 264, 267-268-ci maddələrini rəhbər tutar qərara aldım: Ərizəçi X3 1991-ci ilin dekabr ayından, 1995-ci ilin noyabr ayınadək X6 MTZ markalı traktor sürücüsü vəzifəsində işləməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi , və ona əlavə olunmuş sənədlər Culfa Rayon Məhkəməsinin icraatına qəbul edilməsindən imtina olunsun. Ərizə və ərizəyə əlavə edilmiş sənədlər ərizəçi X4 qaytarılsın. 02 avqust 2022-ci il tarixdə ərizəçi X5 tərəfindən X8 rayon filialına (Naxçıvan MR Culfa rayon Maliyyə şöbəsinin hesabına) 100 manat məbləğində ödənilmiş dövlət rüsumu ərizəçi X4 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(089)-175/2022
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №2(089)-175/2022
29.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver