Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-175/2024 25.06.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim əvəzi X1 İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə yazılı icraata qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş, 2513.58 manat pulun, qətnamə üzrə borcun 7 %-i 250 manat icra ödənişinin və 48 manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Culfa filialı ilə Cavabdeh arasında 22 sentyabr 2020-ci il tarixli, İK 10011183 nömrəli kredit müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən bank Cavabdeh illik 7 % dərəcəsi ilə, 36 ay müddətinə 8000 manat məbləğində kredit vermişdir. Verilmiş kreditin öhdəliyinə zəmanət olaraq İddiaçı adı gedən müqavilə üzrə zaminlik müqaviləsi balamışdır. Cavabdeh tərəflər arasında bağlanmış 22 sentyabr 2020-ci il tarixli, İK1001183 saylı Kredit müqaviləsinə əsasən 18 oktyabr 2023-cü il tarixinə ümumilikdə 3513.58 manat kredit öhdəliyinin olduğunu bildirmişdir.”Naxçıvanbank” ASC-nin kiçik iddialara dair sadələşdirilmiş qaydada məhkəmədə qaldırdığı iddiaya əsasən Cavabdeh və zamin qismində İddiaçı cəmi 3513.58 manat pulun və ödənilmiş 55.13 manat dövlət rüsumunun alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qətnamədə qət olunmuşdur. Culfa Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli qətnaməsinə əsasən qalıq məbləğ olan 2513.58 manat pulu və qətnamə üzrə 7 % icra ödənişi olan 250 manat pulu İddiaçı özü ödədiyini bildirmişdir. Müqavilə şərtlərinə əsasən gecikdirilmiş hər gün üçün 10 manat penya (cərimə) ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğ də cavabdehin borcu hesab olunur. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə şifahi xəbərdarlıq olunmuş, borc pulun ödənilməsi ondan tələb edilmiş, lakin o, borcun ödənilməsindən imtina etmişdir. Cavabdeh hazırkı vaxtadək 22 sentyabr 2020-ci il tarixli, İK 10011183 nömrəli müqavilə üzrə 2513.58 manat əsas borcu, 250 manat icra ödənişi borcu, cəmi 2763.58 manat borcu yaranmışdır. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən görünür ki, Cavabdeh ilə "xxxx" ASC-nin Culfa filialı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, İK1001183 nömrəli 8000 manat məbləğində kredit üzrə zamin durmuş İddiaçı tərəfindən,xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-yə miqrasiya olunduqdan sonra kredit üzrə ümumilikdə 2513.58 manat məbləğ ödəniş edilmiş və xx.xx.2023-cü il tarixə kredit borcu bağlanmışdır. İş materialllarına əlavə olunmuş 25 aprel 2024-cü il tarixli, 3594 nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldıran iddiaçı tərəfindən 250 manat icra ödənişi ödənilmişdir. İş materiallarına əlavə olunmuş 01 may 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 48 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 22 sentyabr 2020-ci il tarixli, İK1001183 saylı kredit müqaviləsinin 1-ci maddəsinə əsasən bank müqaviləyə əsasən 8000 manatı cavabdehə verir, cavabdeh isə bankdan götürdüyü 8000 manatı müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4-cü maddəsinə əsasən alıcı xəbərdarlıq etmədən borcu gecikdirdiyi halda hər keçən gün üçün 10 manat həcmində penya hesablanır. Beləliklə, müəyyən olundu ki, Cavabdeh X3 22 sentyabr 2020-ci il tarixli, İK1001183 saylı müqavilə üzrə ümumilikdə 2763.57 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Azərbaycan Respubikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 48 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi : İddia təmin edilsin. Cavabdeh 2513.58 manat pul, 250 manat icra ödənişi olmaqla, ümumilikdə 2763.57 manat borc və 48 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim əvəzi: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(089)-175/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-175/2024
25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver