Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-178/2020 21.10.2020 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, Ərizəçi və maraqlı şəxs Culfa rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət etmiş, xx xxxx 1983-cü tarixdə doğulmuş qızı X4 xx xxxx 2001-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə etmiş, izahatında bildirmişdir ki, X8 ilə xx xxxx 1982-ci il tarixdə ailə qurmuşdur. Birgə nikahlarından xx xxxx 1983-cü il tarixdə X10 doğulmuşdur. X20 xx xxxx 2001-ci il tarixdə vəfat etmişdir. L.Ağayeva Culfa şəhər qəbiristanlığında dəfn edilmiş, qəbirüstü abadlaşdırılmışdır. X16 xx xxxx 2001-ci il tarixdə ölməsi qeydə alınmamışdır. Belə ki, övladı L.Ağayeva şəkər xəstəliyindən ölmüş, həkimə müraciət edilməmiş, tibbi şəhadətnamə alınmamış, ölümün qeydiyyata alınması barədə Qeydiyyat Şöbəsinə müraciət edilməmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət X12 Culfa Rayon Şöbəsinə təqaüd təyin edilməsi üçün müraciət etmiş, ona müvafiq sənədlərlə birlikdə qızı L.Ağayevanın ölüm haqqında şəhadətnaməsinin surətinin təqdim edilməsi bildirilmişdir. Övladı L.Ağayevanın ölümü qeydiyyata alınmadığından, ölüm haqqında şəhadətnaməni təqdim edə bilmir. Qızı L.Ağayevanın ölümünün qeydiyyata alınması üçün Cufa Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, övladının ölümü barədə tibbi şəhadətnamə və ya müvafiq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadığından ölümün qeydiyyata alınmasından, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak etmiş maraqlı şəxs Culfa rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X5 izahatında bildirmişdir ki, Ərizəçi övladı X4 ölümünün qeydiyyata alınması və ölüm haqqında şəhadətnamə verilməsi üçün Qeydiyyat şöbəsinə müraciət etmişdir. L.Ağayevanın ölməsi ölüm akt qeydləri kitabında qeydə alınmamışdır. Həmçinin mərhum L.Ağayevanın ölümünü təsdiq edən tibbi şəhadətnamə və ya qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadığından, onun xx xxxx 2001-ci il tarixdə ölməsinin qeydiyyata alınması və ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan- 408857 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 və Ərizəçi arasında nikah xx xxxx 1982-ci il tarixdə bağlanmış, bu barədə akt qeydləri kitabında 46 nömrə ilə qeydiyyata alınmışdır. 399245 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxx 1983-cü il tarixdə doğulmuş, X2, anası Ərizəçidır. 495 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli arayışdan müəyyən olunur ki, X4 Culfa rayon qeydiyyat şöbəsində və qeydiyyat şöbəsinin arxivində ölüm akt qeydiyyatı tapılmamışdır. Culfa rayon Mərkəzi Xəstəxanasından verilmiş 1 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli arayışda qeyd edilmişdir ki, “arayış verilir X6 ondan ötəri ki, həqiqətən onun xx xxxx 2001-ci ildə vəfat etməsi barədə Culfa Rayon Mərkəzi Xəstəxanasının qeydiyyat şöbəsində, arxiv şöbəsində heç bir qeydə rast gəlinmədi”. Culfa rayon Qeydiyyat Şöbəsindən verilmiş 110 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8-ci bəndinə əsasən ölümün qeydə alınması üçün tibbi şəhadətnamə və ya ölüm faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi təqim edilməlidir. Yuxarıda qeyd edilənlərdən hər hansı biri qeydiyyat şöbəsinə təqdim edilmədiyindən X6 ölüm haqqında şəhadətnamə verilməsi mövcud qanunvericiliyə ziddir. Məsləhət olunur ki, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edəsiniz”. İşin araşdırılan hallarından müəyyən olunur ki, ölüm faktını təsdiq edən, tibb müəssisəsi tərəfindən verilmiş müvafiq sənəd yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki işin materiallarına əlavə edilmiş sübutlarla X4 xx xxxx 2001-ci il tarixdə Culfa şəhərində ölməsi, Culfa şəhər qəbiristanlığında dəfn edilməsi təsdiq edilir. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə görə şahidlərin ifadələri mülki prosessual icraatda sübutların ayrıca növü kimi təsbit olunmuşdur. Belə ki, şahid ifadələri tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunun və ya olmadığının məhkəmə tərəfindən müəyyən edilərkən əldə edilən məlumatların növü olaraq xüsusi prosessual normalarla tənzimlənir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X9 və X7 ifadələrində X4 xx xxxx 2001-ci il tarixdə Culfa şəhərində ölməsini, Culfa şəhər qəbiristanlığında dəfn edilməsini təsdiq etmiş, yas mərasimində iştirak etdiklərini bildirmişlər. Mülki işin materiallarına əlavə edilmiş Culfa şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş 997 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, X10 xx xxxx 2001-ci ildə vəfat etmiş, Culfa şəhər qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə görə Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki,ərizəçi hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişdir. Ona görə də Məhkəmə Azərbaycan Respublikası Mülk-Prosessual Məcəlləsinin 307-ci maddəsinin göstərişinə əsasən hesab edir ki, X4 xx xxxx 2001-ci il tarixdə Culfa şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-cü maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş 10 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxx 1983-cü ildə doğulmuş X4 xx xxxx 2001-ci il tarixdə Culfa şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Ərizəçi tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə ondan apelyasiya şikayət verilmədiyi halda, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-178/2020
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-178/2020
21.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver