Məhkəmə qərarları › İş №2(089)-179/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-179/2024

05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-179/2024 05.07.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi əvəzi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh olundan .886.02 manat əsas borc, 1128.62 manat faiz borcu, 137.57 manat cərimə borcu, 91.52 manat ödənilmiş dövlət rüsumu, 300 manat icra xərci və 93 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 7636.73 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, "xxxx" ASC-i tərəfindən Cavabdeh şəxsi (istehlak) məqsədləri üçün illik 17% dərəcəsi ilə 36 ay müddətinə 7.000 manat məbləğində kredit verilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 26 noyabr 2020-ci il tarixli, İK2611/01 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 26 noyabr 2020-ci il tarixli, ZM2611/01 saylı Zaminlik Müqavilələrinə əsasən o Cavabdeh Bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək cavabdehə zamin durmuşdur. Cavabdeh ilə bir yerdə işlədiklərindən ona yaxınlaşıb torpaq almaq istəyirəm, mənə zamin durarsan demiş, İddiaçıov razı olmuşdur. Cavabdeh Bankdan pulu götürəndən sonra hər ay 250 manat kredit ödəyəcəydi. Məhəmmədəli 250 manat olmaqla 7 ay krediti ödəmişdir. Qalan ayalarada ödəniş etmədiyinə görə iddiaçı "xxxx" ASC-i məhkəmədə iddia qaldımamışıdan əvvəl Cavabdeh dəfələrlə müraciət olunmuş, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. İddiaçı "xxxx" ASC-i məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 26 noyabr 2020-ci il tarixli, İK2611/01 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022ci il tarixə 5.886,02 manat əsas borcu, 1.128,62 manat faiz borcu, 137,57 manat cərimə borcu olmaqla, ümumilikdə 7.152,21 manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 91,52 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Culfa Rayon Məhkəməsi Cavabdeh və X3 26 noyabr 2020-ci il tarixli, İK 2611/01 saylı kredit müqaviləsi üzrə 5.886,02 manat əsas borc, 1.128,62 manat faiz borcu, 137,57 manat cərimə borcu olmaqla, ümumilikdə 7.152,21 (yeddi min bir yüz əlli iki manat 21 qəpik) manat borc və 91,52 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb "xxxx" ASC-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarmışdır. Qətnamə çıxarılandan sonra Cavabdeh heç bir ödəniş etmədiyinə görə onun əmək haqımdan hər ay 354,355,355,322,327,379,354,354.342,419 394, 187 və 788 manat onun kart hesabımdan pul tutulubdur. Yerdə qalan kredit borcunun 19 mart 2024 cü il tarixdə 2616 manat nağdı pul ödəmiş, ödədiyi 2616 manat, 354,355,355,322,327,379,354,354.342, 187 və 788 manat pulun qəbizlərini ərizəsinə daxil etmiş, qalan onun kartından tutulan 419 və 394 manat pulun qəbzini Kapital banka müraciət etsə də Bank bu barədə arayış verməyərək məhkəmə onunla bağlı rəsmi məktub göndərərsə verəcəklərini bildirmişlər. Onun kartından tutulan kredit borcunun Cavabdeh 27 noyabr 2023-cü il tarixdə ərzəsi ilə 7000 manat pulun götürülməsini və 7 ay hər ay 250 manat kredit ödədiyini, işdəndən çıxandan sonra qalan kredit borcunu İddiaçı kart hesabımda tutulduğunu etraf etmiş, yazıdığı ərizəni öz imzaları ilə təsdiq etmişdir. İddiaçıov kartından pul tutulduğu bardə dəfələrlə Cavabdeh bildirmiş, cavabdehə 23 aprel 2024-cü il tarixdə xəbərdarlıq məktub göndərmişdir. Cavabdeh İddiaçıov dəfələrlə zəng etdikdə hər dəfəsində başqa bəhanələrlə ödəməkdən yayınmışdır. Göründüyü kimi cavabdeh üzərinə götürdüyü öhdəliyi pozmuş və həmin ödədiyim kredit borcunun əvəzini ona ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən də Cavabdeh əvəzindən ödədiyi 5.886,02 manat əsas borc, 1.128,62 manat faiz borcu, 137,57 manat cərimə borcu, 91,52 manat ödənilmiş dövlət rüsumu, 300 manat icra xərci və iddia ərizəsinin verilməsi üçün ödədiyim 93 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 7.636,73 (yeddi min altı yüz otuz 2 altı manat 73 qəpik) manat borc Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət etmiş, İddiaçı 7636.73 manat borcunun olmasını, iddianı etiraf etdiyini, imkanı olmadığından iddiaçıya ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, cavabdeh məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək iddianı etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddianın cavabdehin tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə MPM-in 52.5-ci maddəsinin göstərişinə əsaslanaraq iddianın etiraf edilməsini qəbul edir və iddianın mübahisəsiz tələb kimi təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunanlara əsasən məhkəmə iddianın etiraf edilməsini qəbul edir.Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbi təmin edilməlidir. Məhkəmə 93 manat məbləğində dövlət rüsumunun, Cavabdeh iddiaçının xeyrinə tutulması ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən dövlət büdəcəsinə ödənilmiş 93 manat məbləğində dövlət rüsümunun əvəzi Cavabdeh alınıb İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5.886.02 manat əsas borc, 1128.62 manat faiz borcu, 137.57 manat cərimə borcu, 91.52 manat ödənilmiş dövlət rüsumu, 300 manat icra xərci və 93 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 7636.73 manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar