Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-187/2020 11.11.2020 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət etmiş, xx xxxx 1944-cü il tarixdə Culfa rayonunun Xoşkeşin kəndində doğulması faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamənin ata qrafasında X10, ana qrafasında X11 qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə etmiş, izahatında bildirmişdir ki, xx.xx.1944-cü il tarixdə Culfa rayonunun Xoşkeşin kəndində doğulmuş, Xoşkeşin kəndində yaşayır. X4, anası X9r. Atası H.Quliyev xx xxxx 1975-ci il tarixdə, anası N.Quliyeva xx xxxxxx 1994-cü il tarixdə ölmüşdür. X1 2019-cu ilin avqust ayında ölmüş, bacısından torpaq sahəsi və fərdi yaşayış evi miras qalmışdır. Bacısı Z.Quliyevanın yeganə vərəsəsidir. Bacısından miras qalmış torpaq sahəsini və fərdi yaşayış evini adına sənədləşdirmək istəyir, ondan doğum haqqında şəhadətnamə tələb edilir. Doğum haqqında şəhadətnaməsi yoxdur. Doğum haqqında şəhadətnamə alması üçün Maraqlı şəxsnə müraciət etmiş, doğumu qeydə alınmadığından, ona doğum haqqında şəhadətnamənin verilməsindəın imtina edilmiş, məhkəməyə müraciət etməsi bildirilmişdir. Doğum haqqında şəhadətnamənin başqa qaydada alınması ümümkün deyil. xx.xx.1944cü il tarixdə Culfa rayonunun Xoşkeşin kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs nümayəndəsi X7 izahatında bildirmişdir ki, Ərizəçi təkrar doğum haqqında şəhadətnamə və ya doğum akt qeydindən çıxarış alması üçün Qeydiyyat şöbəsinə müraciət etmişdir. Ərizəçi doğum akt qeydi tapılmadığından, ona doğum akt qeydindən çıxarış və ya təkrar doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamış, məhkəməyə müraciət etməsi izah edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan- 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1944-cü il tarixdə doğulmuş Ərizəçi Culfa rayonunun Xoşkeşin kəndində qeydiyyatdadır. 113 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Maraqlı şəxsndə və qeydiyyat şöbəsinin arxivində doğum akt qeydiyyatı tapılmamışdır. Culfa rayon Mərkəzi Xəstəxanasından verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 187 nömrəli məktubda qeyd edilmişdir ki, “...xəstəxananın qeydiyyat şöbəsi və arxivi araşdırıldı, 1944-cü ildə doğulmuş Culfa rayonunun Xoşkeşin kənd sakini Ərizəçi doğumu haqqında heç bir qeydiyyata rast gəlinmədi”. Maraqlı şəxsndən verilmiş 113 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, “... vətəndaşlara akt qeydlərindən çıxarışlar, təkrar şəhadətnamələr verilərkən yalnız tərtib edilmiş akt qeydləri əsasında verilir. Maraqlı şəxs arxiv sənədləri araşdırımış və sizin doğum akt qeydiniz tapılmamışdır. Sizə ərizənizdə qeyd etdiyiniz kimi 1944-cü ildə doğulmağınıza dair doğum haqqında şəhadətnamə verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli, 145 nömrəli qərarına ziddir. Məsləhət olunur ki, doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edəsiniz”. İşin araşdırılan hallarından müəyyən olunur ki, doğum faktını təsdiq edən, tibb müəssisəsi tərəfindən verilmiş müvafiq sənəd yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5-ci bəndinə görə doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənədlər təqdim edilməlidir. Həmin Qaydanın 2.6-cı maddəsinə görə Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda doğum faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Mülki işin materiallarına əlavə edilmiş sübutlarla Ərizəçi xx xxxx 1944-cü il tarixdə Culfa rayonunun Xoşkeşin kəndində doğulması təsdiq edilir. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə görə şahidlərin ifadələri mülki prosessual icraatda sübutların ayrıca növü kimi təsbit olunmuşdur. Belə ki, şahid ifadələri tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunun və ya olmadığının məhkəmə tərəfindən müəyyən edilərkən əldə edilən məlumatların növü olaraq xüsusi prosessual normalarla tənzimlənir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X12 və X3 ifadələrində Ərizəçi tanıdıqlarını, qonşu olduqlarını, onun atasının X10, anasının X11 olduğunu təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. ... Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx xxxx 1944-cü il tarixdə Culfa rayonunun Xoşkeşin kəndində doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə görə Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki,ərizəçi hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişdir. Ona görə də Məhkəmə Azərbaycan Respublikası Mülk-Prosessual Məcəlləsinin 307ci maddəsinin göstərişinə əsasən hesab edir ki, Ərizəçi xx xxxx 1944-cü il tarixdə Culfa rayonunun Xoşkeşin kəndində doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-cü maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş 10 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1944-cü il tarixdə Culfa rayonunun Xoşkeşin kəndində doğulması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi doğum tarixi xx xxxx 1944-cü il, doğum yeri Culfa rayonunun Xoşkeşin kəndi, ata qrafasında-X10, ana qrafasında X11 qeyd edilməklə Ərizəçi doğumunun qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-187/2020
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-187/2020
11.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver