Məhkəmə qərarları › İş №2(089)-23/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-23/2024

17.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-23/2024 17.01.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, Ərizəçi və ərizəçinin vəkili Vəkil iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi qızı ərizə ilə məhkəməyə müraciət etmiş, Culfa Rayon İcra Hakimiyyətinin Culfa şəhər İcra Nümayəndəliyinin 18 avqust 2000-ci il tarixli, 71 saylı sərəncamında 600 kv.m torpaq sahəsi verilən şəxs kimi yazılmış X7 Ərizəçi olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə etmiş, izahatında bildirmişdir ki, Culfa Rayon İcra Hakimiyyətinin Culfa Şəhər Nümayəndəliyinin 18 avqust 2000-ci il tarixli, 71 saylı sərəncamı il ona 600 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Culfa Rayon İcra Hakimiyyətinin Culfa Şəhər Nümayəndəliyinin 18 avqust 2000-ci il tarixli, 71 saylı sərəncamında adı səhvən Cavad yazılmışdır. Ailə üzvləri, yaxınları, dost və tanışları onu Cavad kimi tanısa da, rəsmi sənəddə, yəni doğum haqqında şəhadətnaməsində, şəxsiyyət vəsiqəsində adı Firdovsidir. Bu səbəbdən də Culfa Şəhər Nümayəndəliyinin 18 avqust 2000-ci il tarixli, 71 saylı sərəncamında da adı "Firdovsi” deyil, dost və tanışları arasında bilinən adı, “Cavad„ yazılmışdır. 71 nömrəli sərəncamla ona verilmiş 600 kv.m torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etmiş, həmin fərdi yaşayış evinə "ünvan 1 ünvanda yaşayır. Torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata almasını istəyir, lakin torpaq sahəsinin verilməsi barədə Culfa Şəhər Nümayəndəliyinin 18 avqust 2000-ci il tarixli, 71 saylı sərəncamında adı səhvən "Cavad,, olaraq yazıldığından, müvafiq sənədləşmənin aparılması mümkün olmur. Culfa Şəhər Nümayəndəliyinin 18 avqust 2000ci il tarixli, 71 saylı sərəncamında göstərilən "Cavad,, ad qeydinin "Firdovsi,, ad qeydi kimi yazılaraq düzəliş edilməsi barədə Culfa Rayon İH-nin Culfa şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə ərizə ilə müraciət etmiş, lakin ərizənin icrasından imtina edilmişdir. Culfa Rayon İcra Hakimiyyətinin Culfa Şəhər Nümayəndəliyinin 18 avqust 2000-ci il tarixli, 71 saylı sərəncamında 600 kv.m həyətyanı torpaq sahəsi verilən şəxs kimi yazılan "X11,, Ərizəçi olsa da bu faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmir. Ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Culfa rayon İH-nin Culfa şəhər İƏD üzrə nümayəndəliyinə məlumat verilmiş, nümayəndəliyin əməkdaşı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbi və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan- Azərbaycan Respublikası Maraqlı şəxs Culfa şəhər nümayəndəliyinin 18 avqust 2000-ci il tarixli 71 saylı sərəncamından çıxarışda qeyd edilmişdir ki, “1.Vətəndaşların ərizələri və rayonun baş memarının 17 avqust 2000-ci il tarixli 18 saylı məktubu nəzərə alınaraq adları aşağıda qeyd olunanlara torpaq sahəsi verilsin. X8-600 kv.m həyətyanı sahə. 2. Tikinti aparacaq vətəndaşlara tapşırılır ki, tikintini layihə-smeta sənədləri əsasında aparsınlar”. Culfa rayon Dövlət Arxivinin 277 nömrəli 02 fevral 2023-cü il tarixli arxiv arayışında qeyd edilmişdir ki, “Culfa rayon Dövlət Arxivində mühafizə olunan Culfa rayon İcra hakimiyyətinin sənədlərinə baxdıqda X11 adına 18 avqust 2000-ci ildə 71 nömrəli sərəncamla 600 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. Əsas fond 46, siyahı 01, sax. v. 160” Culfa rayon Qeydiyyat Şöbəsindən verilmiş çıxarışda qeyd edilmişdir ki, Ərizəçi 06 avqust 1966-cı il tarixdə doğulmuş, bu barədə akt qeydləri kitabında 12 avqust 1966-cı il tarixdə 48 nömrə ilə qeyd edilmişdir. Culfa rayon İH-nin Culfa şəhər İƏD üzrə nümayəndəliyinin 47 nömrəli, 12 sentyabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Culfa şəhər nümayəndəliyinin 18 avqust 2000-ci il tarixli 71 saylı sərəncamında 600 kv.m həyətyanı torpaq sahəsi verilən şəxsin ad qeydində göstərilən Cavad ad qeydinin Firdovsi ad qeydi kimi yazılaraq düzəliş edilməsi Culfa şəhər İƏD üzrə nümayəndəliyin səlahiyyəti xaricindədir. 03 fevral 2023-cü il tarixli elektrik enerjisinin alqı-satqısı müqaviləsindən görünür ki, müqavilə X1 və ünvan 2 ünvanda yaşayan Ərizəçi ilə bağlanmışdır. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə görə şahidlərin ifadələri mülki prosessual icraatda sübutların ayrıca növü kimi təsbit olunmuşdur. Belə ki, şahid ifadələri tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunun və ya olmadığının məhkəmə tərəfindən müəyyən edilərkən əldə edilən məlumatların növü olaraq xüsusi prosessual normalarla tənzimlənir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X10 və X6 ifadələrində Ərizəçi ilə birlikdə Culfa Elektrik şəbəkəsində işlədiklərini, Ərizəçi sənədlərdə adının Firdovsi olduğunu, Culfa elektrik şəbəkəsində hər kəsin onu Cavad kimi tanıdığını, Culfa şəhərindən də onun Cavad kimi tanındığını təsdiq etmişlər. Araşdırma zamanı müəyyən edilmişdir ki, həqiqətən də Culfa Rayon İcra Hakimiyyətinin Culfa Şəhər Nümayəndəliyinin 18 avqust 2000-ci il tarixli, 71 saylı sərəncamında Ərizəçi adı səhvən X4 yazılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Culfa Rayon İcra Hakimiyyətinin Culfa Şəhər Nümayəndəliyinin 18 avqust 2000-ci il tarixli, 71 saylı sərəncamında Ərizəçi adının səhvən X4 yazılması sübuta yetmişdir. Ona görə də Məhkəmə Azərbaycan Respublikası Mülk-Prosessual Məcəlləsinin 307-ci maddəsinin göstərişinə əsasən hesab edir ki, Culfa Rayon İcra Hakimiyyətinin Culfa Şəhər Nümayəndəliyinin 18 avqust 2000-ci il tarixli, 71 saylı sərəncamında qeyd edilmiş X7 Ərizəçi olması müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: Ərizə təmin edilsin. Culfa Rayon İcra Hakimiyyətinin Culfa Şəhər Nümayəndəliyinin 18 avqust 2000-ci il tarixli, 71 saylı sərəncamında qeyd edilmiş X7 Ərizəçi olması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə X5 Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə ondan apellyasiya şikayət verilmədiyi halda, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar