Məhkəmə qərarları › İş №2(089)-24/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-24/2022

11.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-24/2022 11.01.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X14 iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehlər Cavabdeh1 Rafiq oğlu, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Rafiq oğlu, Cavabdeh3 və Cavabdeh2 Rafiq oğluna qarşı mirasın faktiki qəbulu tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Rafiq oğlu, Cavabdeh3 və Cavabdeh2 Rafiq oğluna qarşı mirasın faktiki qəbulu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, X7 miras qalmış Naxçıvan şəhəri, B.ünvan 1 ünvanında yerləşən 606 kv.m torpaq sahəsi üzərində ümumi sahəsi 179.7 kv.m fərdi yaşayış evindən ibarət miras əmlakın yalnız onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, 1984-cü ildə Naxçıvan şəhərində doğulmuşdur. X6, X4dır. Ana X3ndan Naxçıvan şəhəri, B.ünvan 1 ünvanında 606 kv.m torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 179.7 kv.m olan fərdi yaşayış evi miras qalmışdır. X15 15 dekabr 2015-ci ildə vəfat etmişdir. X8 vərəsələri X4 və xalası X11r. X4 04.02.2013-cü il tarixdə, xalası X17 isə 04.04.2021-ci il tarixdə vəfat etmişdir. Babası H.Qurbanovun sağlığında X4 ailəsi ilə birlikdə hazırki miras əmlakda yaşamış və anası vəfat edəndən sonra da o, miras qoyan mərhum babası ilə birlikdə həmin evdə yaşamışdır. X3 15.12.2015-ci ildə vəfat etdikdən sonra da həmin evdə yaşamaqla miras əmlaka faktiki sahiblik etmiş və bununla da miras əmlakı faktiki olaraq qəbul etmişdir. Hazırda da həmin əmlaka özü sahiblik edir. Miras əmlak olan fərdi yaşayış evinin bərpa olunması, təmir bərpa işlərinin aparılması da onun tərəfindən həyata keçirilmişdir. Babası vəfat etdikdən sonra həyətdə bir sıra abadlıq-tikinti işləri aparmış, bunun üçün 1400 manat pul xərcləmişdir. Həyətə su xəttinin çəkilməsi, qaz və işıq xətlərinin yenidən qurulması da onun tərəfindən həyata keçirilmişdir. Babasının sağlığında və vəfatından sonra su, işıq, qaz və digər kommunal xərclər mərhum valideynləri və onun tərəfindən ödənilmişdir. Həmçinin miras əmlak babası tərəfindən 29 may 2013-cü il tarixdə ona vəsiyyət edilmişdir. Lakin vəsiyyətnamənin mövcud olmasından təxminən 2021-ci ilin may ayında məlumatı olmuşdur. Mirasa sahiblik etdiyindən, vərəsəlik şəhadətnaməsinin alınması üçün notariusa müraciət etmiş, müddəti buraxdığından ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmiş, məhkəməyə müraciət etməsi bildirilmişdir. İddiaçı izahatında onu da bildirmişdir ki, miras əmlaka babası H.Qurbanovun mülkiyyət hüququnu təsdiq edən sənədlər cavabdehlərədə olduğundan, sənədlərin verilməsini xahiş etmiş, lakin onlar sənədləri verməmişlər. Mirasa sahiblik etməsini, mirası faktiki qəbul etməsini təsdiq edən müqavilələri, qaz, elektrik və su xidmək haqlarının onun tərəfindən ödənilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilmişdir. İddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçınınn vəkili Vəkil iddianı müdafiə etmiş, iddianın əsaslı olduğunu, İddiaçı tərəfindən mirasın qəbul edildiyini, miras əmlakın İddiaçı tərəfindən idarə edildiyini bildirmiş, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 Rafiq oğluna məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət etmiş, işi ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, mülki işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə Cavabdeh2 iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 Rafiq oğlu iddianı qəbul etmiş, izahatında bildirmişdir ki, xx xxxx 1988-ci il tarixdə Culfa rayonunun Əlincə kəndində doğulmuşdur. X12, anası X11r. Doğulduğu vaxtdan Culfa rayon Əlincə kəndində yaşamışdır. X39 vəfat etdikdən sonra babası onlarla yaşamış, babasına X43 baxmışdır. X3 2015-ci ildə Culfa rayon Əlincə kəndində vəfat etmişdir. X43 04 aprel 2021-ci il tarxidə vəfat etmişdir. X43 miras qoyan Hüseynalı Qurbanov vəfat etdikdən sonra ondan miras qalmış əmlakı qəbul etməmişdir. Qanuni qərar qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 iddianı qəbul etmiş, izahatında bildirmişdir ki, 1979-cu ildə Culfa rayonunun Əlincə kəndində doğulmuşdur. Ailə qurduqdan sonra da Culfa rayon Əlincə kəndində yaşamışdır. Anası Sayimə babası vəfat etdikdən sonra babasına məxsus evdə yaşamamışdır. Qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının təklifi əsasında şahid qismində dindirilmiş X37 və X22 ifadələrində bildirmişlər ki, mərhum X15 ilə qonşu olmuşlar. Hüseynalı Qurbanov təxmindən 4-5 il əvvəl vəfat etmişdir. X25 nəvələrindən yalnız Bəhruzu tanıyırlar. Hüseynalı Qurbanovun ölümündən sonra Naxçıvan şəhəri, B.Kəngərli küçəsində yerləçən 21 nömrəli evdə mərhumun nəvəsi Bəhruz yaşamışdır. Digər nəvələrinin həmin ünvanda yaşamalarını görməmişlər. İş materiallarında olan- 700222 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X15 15 dekabr 2015-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 29 dekabr 2015-ci il tarixdə 440 nömrə ilə qeyd edilmişdir. 01/5762 nömrəli, 31 avqust 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X8 vərəsələri X36 (ölüb), X16 (ölüb), X11r (ölüb). 164858 nömrəli ölüm haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, X23 20 yanvar 2007-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 05 fevral 2007-ci il tarixdə 30 nömrə ilə qeyd edilmişdir. 801057 nömrəli ölüm haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, X17 04 aprel 2021-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 20 aprel 2021-ci il tarixdə 90 nömrə ilə qeyd edilmişdir. 493838 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 04 fevral 2013-vü il tarixdə ölmüş, bu barədə akt qeydləri kitabında 41 nömrə ilə qeyd edilmişdir. 298948 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X16 24 noyabr 1951-ci ildə doğulmuş, atası X15, anası X19r. 347233 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxx 1984-cü ildə doğulmuş, X6, anası X5r. 081015 nömrəli doğum haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, 01 sentyabr 1954-cü il tarixdə doğulmuş X9 atası X15, anası X19r. 365029, 301951, 348627 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 05 noyabr 1979-cu il tarixdə doğulmuş X31, xx xxxx 1988-ci il tarixdə doğulmuş Cavabdeh1 Rafiq oğlu, xx xxxxxx 1981-ci il tarixdə doğulmuş Cavabdeh2 Rafiq oğlunun anası X17, X12dur. 0031506 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Naxçıvan şəhəri, B.Kəngərli küçəsində mülkiyyətində olan 606 kv.m torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 59.50 kv.m yaşayış, 120.20 kv.m köməkçi sahədən ibarət olan 21 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 18/15 nömrəli kitabın 2846 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi **********26-10301) 29 may 2013-cü il tarixli vəsiyyətnamədən görünür ki, X2 şəhəri, B.ünvan 1 ünvanında yerləşən yaşayış evini, əlavə tikililəri ilə birlikdə, yerləşdiyi torpaq sahəsi də daxil olmaqla nəvəsi İddiaçı vəsiyyət etmişdir. 01/4605 nömrəli, 15 dekabr 2015-ci il tarixli arayışdan görünür ki, İddiaçı Naxçıvan şəhəri, B.ünvan 1 ünvanında yaşayır, həmin evin abadlığı və təmiri ilə məşğul olur. 543 nömrəli, 10 dekabr 2021ci il tarixli arayışdan müəyyən olunur ki, Naxçıvan şəhəri, B.Kəngərli küçəsi 21 nömrəli evdə yaşayan İddiaçı Naxçıvan Bələdiyyəsinə 2021ci ilin vəziyyətinə görə vergi borcu yoxdur. 044504 nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən görünür ki, Naxçıvan şəhəri, B.ünvan 1 ünvanında yerləşən ev İddiaçı tərəfindən sığortalanmış, sığorta müqaviləsinin qüvvədə olma müddəti 11 dekabr 2021-ci il tarixdən 10 dekabr 2022-ci il tarixədəkdir. Naxçıvan MR Qaz İstismar Xidməti tərəfindən verilmiş 05 yanvar 2022-ci il tarixli arayışdan görünür ki, Naxçıvan şəhəri, B.Kəngərli küçəsində yerləşən 21 nömrəli evə 11.10.2007-ci il tarixdə qaz xətti çəkilərkən müqavilə X8 adına bağlanmış, 15.01.2019-cu ildən 05.01.2022-ci ilədək təbii qazın ödəyicisi İddiaçı olmuşdur. 21 oktyabr 2020-ci il tarixli Energetika xidməti ilə məişət abonenti arasınada elektrik enerjisinin alqı-satqısının birtipli müqqaviləsindən görünür ki, müqavilə B.Kəngərli küçəsində yerləşən 21 nömrəli evin sahibi İddiaçı (hesbalaşma sayğac nömrəsi ********) arasında bağlanmışdır. 08 iyul 2021-ci il tarixli, 243 nömrəli arayışda qeyd edilmişdir ki, 70307069 nömrəli hesbalaşma sayğacı üzrə enerji borcu yoxdur. İddiaçı 29.09.2021-ci il tarixli ərizəsinə cavab olaraq Naxçıvan şəhər 1 saylı notariat ofisinin 184 nömrəli, 30 sentyabr 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “vərəsə mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şərtsiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil-istismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə sənəd, mirasın vaxtında qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti və miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər olmadıqda mirasın faktiki qəbulu məhkəmə tərəfindən təyin olunur. Aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərsiniz.” Məhkəmə iddiaçının, iddiaçının vəkilinin, cavabdehlərin izahatlarını, iddiaçı tərəfindən təqdim olunmuş şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X15 15 dekabr 2015ci il tarixdə ölmüş, X7 Naxçıvan şəhəri, B.ünvan 1 ünvanında 606 kv.m torpaq sahəsi, həmin torpaq sahəsi üzərində ümumi sahəsi 179.7 kv.m olan fərdi yaşayış evi miras qalmışdır. Miras o zaman vərəsənin mülkiyyəti sayılır ki, miras vərəsə tərəfindən qəbul edilsin. Mirasın qəbulu və mirasdan imtina qanunla müəyyən edilmiş müddətdə həyata keçirilməlidir. Belə ki, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir və vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Hüseynalı Qurbanov öldükdən sonra sözügedən miras əmlak qanunla müəyyən edilmiş müddətdə vəsiyyət üzrə vərəsə İddiaçı tərəfindən qəbul edilmişdir. İddiaçı miras əmlakdan istifadə etməsi, miras əmlaka sahiblik etməsi isə məhkəmə araşdırması zamanı sübuta yetmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı miras açıldıqdan sonra miras əmlakda yaşamış, əmlakdan istifadə etmişdir ki, bu hallar da şahid ifadələri və təqdim edilmiş sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 99-cu bəndində miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutun vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil-istismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə sənədi, mirasın vaxtında qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti və miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər olması qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası MM-in 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Azərbaycan Respublikası MM-in 1145-cı maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası MM-in 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Miras 15 dekabr 2015-ci il tarixdə faktiki olaraq açılmışdır. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası MM-in 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə miras əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də mirasın açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, mirasin açıldığı gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras mirasın açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. İş materiallarından məlum olur ki, mərhum X15 2015-ci ildə öldükdən sonra ondan qalmış mirası heç bir vərəsə formal, yəni notarial qaydada, qəbul etməmişdir. X1 qalmış mirasın qeyri-formal qaydada, yəni faktiki olaraq vərəsələr tərəfindən qəbul edilməsi məsələsinə gəldikdə isə, məhkəmə bununla əlaqədar qeyd edir ki, həmin miras əmlak mərhum X8 nəvəsi İddiaçı tərəfindən faktiki idarə edilməklə qəbul edilmişdir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MKnın 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında şərh etmişdir ki, “miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan (miras əmlaka daxil olan) daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və s. əşya hüquqları tələb hüquqları) və öhdəliklər MM-in 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir. Mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi, miras açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi) vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. MM-in 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzürlü sayarsa uzada bilər (MM-in 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunla göstərilən müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququnu) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsəlik hüquqlarının həyata keçirilməsini və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübutetməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyana məxsus əmlakı faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə tərəfindən vərəsəlik hüququnun, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin 5-ci hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şəhr edilməlidir. Burda nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəldilmişdir”. Yuxarıda göstərilənlərə əsasən Məhəkəmə belə nəticəyə gəlir ki, İddiaçı X3 2015-ci ildə vəfat etdikdən sonra rəsmi olaraq qanunla müəyyən olunmuş qaydada mirası qəbul etməmiş, lakin həmin mirasa sahiblik və istifadə edərək onu faktiki olaraq qəbul etmişdir. Məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, miras əmlak Naxçıvan şəhərində B.Kəngərli küçəsində yerləşən 0.0606 ha torpaq sahəsi, həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli, 3 otaqlı, 59.50 kv.m yaşayış, 120.20 kv.m köməkçi sahədən ibarət olan 21 nömrəli fərdi yaşayış evindən ibarətdir. İddiaçı iddia ərizəsində mirasın “yalnız” onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı tələbinə gəldikdə, məhkəmə belə nəticəyə gəlir ki, həmin hissədə iddia təmin edilə bilməz. Ona görə ki, mirasın vəsiyyət üzrə vərəsə tərəfindən qəbul edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019 tarixli, 03 saylı qərının 10.2-ci bəndində qeyd edilmişdir ki, “mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh1 Rafiq oğlu, Cavabdeh3 və Cavabdeh2 Rafiq oğluna qarşı Naxçıvan şəhəri, B.Kəngərli küçəsində yerləşən 0.0606 ha torpaq sahəsi, həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli, 3 otaqlı, 59.50 kv.m yaşayış, 120.20 kv.m köməkçi sahədən ibarət olan 21 nömrəli fərdi yaşayış evindən ibarət mirasın yalnız onun tərəfindən qəbul etməsi faktının müəyyən edilməsi barədə tələbi qismən təmin edilsin. İddiaçı X7 qalmış Naxçıvan şəhəri, B.Kəngərli küçəsində yerləşən 0.0606 ha torpaq sahəsi, həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli, 3 otaqlı, 59.50 kv.m yaşayış, 120.20 kv.m köməkçi sahədən ibarət olan 21 nömrəli fərdi yaşayış evini miras olaraq qəbul etməsi faktı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar