Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-3/2021 29.04.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X5 iclas katibliyi, Ərizəçi və vəkil Nümayəndə iştirakı ilə, Ərizəçi şəxsin ölmüş elan edilməsi barədə ərizəsinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət etmiş, 01 yanvar 1936-cı il tarixdə Ordubad rayonunun Bist kəndində doğulmuş X3 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə etmiş, izahatında bildirmişdir ki, X6 ilə 27 iyun 1960-cı il tarixdə ailə qurmuşlar. Birgə nikahlarından səkkiz uşaqları doğulmuşdur. 1882-ci ilə qədər A.Vəliyevlə Culfa şəhərində yaşamışlar. A.Vəliyev əvvəllər Culfa şəhərində yerləşən hərbi hissənin yeməkxanasında işləmiş, sonralar isə fəhləliklə məşğul olmuşdur. A.Vəliyev 1982-ci ildə işləmək üçün Rusiya Federasiyasına getmişdir. Təxminən 1984-cü ilə kimi A.Vəliyev onunla əlaqə saxlamışdır. Yəni məktub yazmış, Rusiya Federasiyasından gələn şəxslər onun işlədiyini, vəziyyətinin yaxşı olduğunu bildirmişlər. 1984-cü ildən sonra A.Vəliyevlə əlaqə kəsilmiş, məktub yazmamış, hətta Rusiya Federasiyasından gələn şəxslərdən onu soruşmuş, “görmədiklərini” bildirmişlər. A.Vəliyevdən 1984-cü ildən bu günədək heç bir məlumat yoxdur. Təxminən 1984-cü ilin sonlarında Culfa rayon Polis Şöbəsinə müraciət etmiş, araşdırılacağını, məlumat veriləcəyini bildirmişlər. Lakin ona heç bir məlumat verilməmişdir. ünvan 1 ünvanında yerləşən mənzili ilə bağlı sərəncam vermək istəyir, əri A.Vəliyevin razılıq ərizəsi və ya ölüm haqqında şəhadətnaməsinin təqdim edilməsi tələb edilir. Mülkiyyətində olan mənzillə bağlı sərəncam verə bilmir. Ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin vəkili Nümayəndə ərizənin əsaslı olduğunu bildirmiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirmişdr ki, 10 noyabr 1962-ci il tarixdə Culfa şəhərində doğulmuşdur. Ərizəçi anası, X6 isə atasıdır. 15 aprel 1981-ci il tarixədək Culfa şəhərində valideynləri ilə birlikdə yaşamışdır. 15 aprel 1981-ci ildə hərbi xidmətə çağırılmış, 2 il Almaniya Respublikasında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdə olduğu müddətdə valideynlərinə məktub yazmış, cavab almış, hər şeyin yaxşı olması bildirilmişdir. Tarixini dəqiq xatırlamış, 1982-ci ildə cavab məktublarının birində atası A.Vəliyevin işləmək üçün Rusiya Federasiyasına getməsi yazılmışdır. Hərbi xidmətdən sonra Culfa şəhərinə qayıtmış, atasının Rusiya Federasiyasından qayıtmadığı bildirilmişdir. Hərbi xidmətdən sonra atası ilə hər hansı bir formada əlaqəsi olmamış, bu günədək atasının harada yaşaması, ölməsi barədə məlumatı yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin, vəkilin, şahidin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan- 27 aprel 2021-ci il tarixdə verilmiş doğum akt qeydindən çıxarışdan görünür ki, X6 01 yanvar 1936-cı il tarixdə Ordubad rayonunun Bist kəndində doğulmuş, bu barədə doğum akt qeydləri kitabında 19 yanvar 1936-cı il tarixdə 01 nömrə ilə qeyd edilmişdir. Culfa rayon Qeydiyyat Şöbəsindən verilmiş 05/Q-340/69 nömrəli, 27 aprel 2021-ci il tarixli arayışda qeyd edilmişdir ki, Culfa rayon qeydiyyat şöbəsində və qeydiyyat şöbəsinin arxivində X3 ölüm akt qeydiyyatı tapılmamışdır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti “Naxçıvan” X8 02 iyun 2020-ci il tarixli, 7/487 nömrəli məktubunda qeyd edilmişdir ki, 01 yanvar 1936-cı il tarixdə doğulmuş X3 ölkə ərazisindən giriş-çıxışı barədə məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər nazirliyi baş əməliyyat və statistik informasiya idarəsinin 30 iyul 2020-ci il tarixli, ***-*******20 nömrəli məktubunda qeyd edilmişdir ki, 1936-cı ildə Ordubad rayonunda doğulmuş X2 rayon Xalq Məhkəməsinin 23 oktyabr 1969cu il tarixli hökmünə əsasən Azərbaycan SSR Cinayət Məcəlləsinin 86-cı maddəsinin 1-ci hissəsi ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Oktyabr rayon Xalq Məhkəməsinin 22 aprel 1970-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 1 il 6 ay hissəsindən şərti olaraq azad edilmişdir. A.Q.Vəliyev Culfa rayon Xalq Məhkəməsinin 05 iyul 1979-cu il tarixli hökmünə əsasən Azərbaycan SSR Cinayət Məcəlləsinin 123-cü maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 13 dekabr 1980-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baş Pasport Qeydiyyat və Miqrasiya idarəsindən daxil olmuş 07 avqust 2020-ci il tarixli, 018-7431-1220 nömrəli məktubda qeyd edilmişdir ki, 01.01.1936-cı il təvəllüdlü X1 Muxtar Respublikası Culfa rayon Daxili işlər Şöbəsi tərəfindən 24 mart 1981-ci il tarixdə aldığı XİV-JQ seriyalı, 510619 nömrəli keçmiş SSRİ pasportu ilə 28.07.1983-cü il tarixdən hal-hazıradək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. A.Vəliyev Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməmişdir. 14 aprel 20201-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyindən daxil olmuş 27 iyul 2020-ci il tarixli, 2(089)-115/2020 nömrəli qərardadla Rusiya Federasiyasına göndərilmiş məhkəmə tapşırığana cavabda qeyd edilmişdir ki, 01 yanvar 1936-cı il tarixdə doğulmuş X3 barəsində Rusiya Federasiyasının Daxili işlər Nazirliyinin Baş məlumatanalitik mərkəzinin Federal Dövlət idarəsinin məlumatına əsasən 25 noyabr 2020-ci il vəziyyətinə görə Rusiya DİN məlumat sistemlərinin miqrasiya sahəsində göstərilən istiqamətverici məlumatlar yoxdur. Culfa rayon Polis Şöbəsindən daxil olmuş 1/631 nömrəli, 20 aprel 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olan X3 barəsində Culfa rayon Polis Şöbəsində hər hansı bir məlumat yoxdur. İşin araşdırılan hallarından müəyyən olunur ki, X6 1982-ci ildə Rusiya Federasiyasına getdiyini bildirərək yaşadığı mənzili tərk etmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, A.Vəliyev sonuncu dəfə 1982-ci ildə Rusiya Federasiyasına getmiş, geri qayıtmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. İstinad edilən maddi hüquq normasından göründüyü kimi, hazırkı iddiaya münasibətdə şəxsin ölmüş elan edilməsinin müəyyən edilməsi üçün şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumatın olmaması tələb olunur. Hazırkı halda isə ərizəçi, ərizəçinin oğlu tərəfindən açıq aydın şəkildə şəxsin Rusiya Federasiyasına getdiyi bildirilir. Eyni zamanda iş materiallarında olan sənədlərlə onun barəsində hər hansı bir məlumatın olmaması, hətta Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməməsi müəyyən olunur. Culfa Rayon Məhkəməsinin 27 iyul 2020-ci il tarixli, 2(089)-115/2020 nömrəli qərardadı ilə Rusiya Federasiyasına göndərilmiş məhkəmə tapşırığana cavabda isə 01 yanvar 1936-cı il tarixdə doğulmuş X3 barəsində 25 noyabr 2020-ci il tarixə Rusiya Federasiyasının Daxili işlər Nazirliyinin məlumat sistemlərinin miqrasiya sahəsində göstərilən istiqamətverici məlumatların olmaması qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsini 305.1 və 305.1.2-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, 01 yanvar 1936-cı il tarixdə doğulmuş X3 harada olması barədə beş ildən çox, 39 il ərzində məlumatın olmaması, onun ölmüş elan edilməsinə əsas verir. Ona görə də Məhkəmə Azərbaycan Respublikası Mülk-Prosessual Məcəlləsinin 305-ci maddəsinin göstərişinə əsasən hesab edir ki, 01 yanvar 1936-cı il tarixdə doğulmuş X6 ölmüş elan edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş 10 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01 yanvar 1936-cı il tarixdə Ordubad rayonunun Bist kəndində doğulmuş X6 ölmüş elan edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün 01 yanvar 1936-cı il tarixdə doğulmuş X3 ölüm günü sayılsın. Ərizəçi tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə ondan apelyasiya şikayət verilmədiyi halda, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-3/2021
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-3/2021
29.04.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver