Məhkəmə qərarları › İş №2(089)-319/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-319/2023

25.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-319/2023 25.12.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, Ərizəçi nümayəndəsi X11 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət etmiş, 01 iyul 1928-ci il tarixdə doğulmuş, 02 dekabr 2022-ci il tarixdə ölmüş X13 onun dayısı olması faktının, həmçinin X12 miras qalmış əmlakın qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi X19 16 noyabr 2023-cü il tarixdə tələbin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, 01 iyul 1928-ci il tarixdə doğulmuş, 02 dekabr 2022-ci il tarixdə ölmüş X13 Ərizəçi dayısı olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi X11 tələbin dəyişdirilməsi barədə ərizəsi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələbinə uyğun olduğundan qəbul edilmiş, Ərizəçi 01 iyul 1928-ci il tarixdə doğulmuş 02 dekabr 2022-ci il tarixdə ölmüş X13 onun dayısı olması faktının müəyyən olunması barədə tələbinə baxılmışdır. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 1960-cı il tarixdə doğulmuş, atası X14, anası X7r. X24 dayısıdır. X27 1926-cı il tarixdə, dayısı V.Vəliyev isə 01 iyul 1928-ci il tarixdə Culfa rayonunu Dizə kəndində doğulmuş, onların başqa qardaş və bacıları olmamışdır. Dayısı Vəli ailə qurmamış, birinci növbə vərəsələri yoxdur. Anası Mədinə 27 noyabr 1997-ci il tarixdə, dayısı Vəli 02 dekabr 2022-ci il tarixdə ölmüşdür. Dayısı ölənədək dayısı ilə birlikdə dayısına məxsus, ünvan 1 ünvanda olan mənzildə yaşamış, onun qayğısına qalmış, ona qulluq etmiş, kommunal ödənişləri dayısının adından ödəmişdir. Dayısının ölümündən sonra dəfn və yas mərasimlərini təşkil etmiş, dəfn və yas xərclərini özü ödəmişdir. Dayısı ölən günə qədər ünvan 1 ünvanda olan mənzildə yaşamış, heç vaxt qocalar evində, yaxud kimsəsizlər evində yaşamamışdır. Dayısının birinci növbə vərəsələri olmamışdır. Dayısından miras qalmış Culfa rayonunun Dizə kəndində yerləşən torpaq sahəsini və Culfa şəhəri, H.Cavid küçəsi, ev 5 ünvanında yerləşən 8 nömrəli mənzili yeganə ikinci növbə vərəsə olaraq qəbul etmişdir. Həmin əmlaklar bu gün də onun istifadəsindədir. Həmçinin miras əmlaka "xxxx" ASC-də dayısının əmanət hesabındakı pul və sağlığında almadığı pensiya daxildir. Dayısının doğum haqqında şəhadətnaməsi yoxdur. Doğum barədə sənədi aidiyyəti arxivlərdən də tapmaq mümkün olmamışdır. Nəticə etibarı ilə, X24 ilə qohumluğunu təsdiq edə bilməmiş, vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Hesab edir ki, X13 onun dayısı olması faktı müəyyən edilməlidir. X1 X24 ilə bacı-qardaş olması Dizə kəndi İƏD üzrə nümayəndəliyindən verilmiş arayışla, digər sənədlər və şahidlərin ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə Ərizəçi rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında ərizəçinin nümayəndəsi X29 etmişdir. Məhkəmə mülki işə ərizəçinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi X19 izahatında bildirmişdir ki, Ərizəçi onun arvadıdır. Ərizəçi xx xxxxxxxx 1960-cı il tarixdə doğulmuş, atası X14, anası X7r. X24 həqiqətən də ərizəçinin dayısıdır. Yəni ərizəçi V.Talıbovun bacısının qızıdır. Ərizəçinin X27 1926-cı il tarixdə, dayısı V.Vəliyev isə 01 iyul 1928-ci il tarixdə Culfa rayonunu Dizə kəndində doğulmuş, onlar tək bacı və qardaş olmuşlar. Ərizəçinin dayısı Vəli ailə qurmamış, birinci növbə vərəsələri yoxdur. Ərizəçinin anası Mədinə 27 noyabr 1997-ci il tarixdə, dayısı Vəli 02 dekabr 2022-ci il tarixdə ölmüşdür. Ərizəçinin dayısından ünvan 2 ünvanında 8 nömrəli mənzil miras qalmışdır. Ərizəçi V.Vəliyevin ikinci növbə vərəsə olaraq mirası qəbul etmiş, miras əmlak hazırda ərizəçinin istifadəsindədir. V.Vəliyevin doğumu haqqında şəhadətnamə yoxdur, onun doğumunun qeydə alınması barədə akt qeydi tapılmamışdır. Ərizəçinin X13 bacısının qızı olmasını rəsmi sənədlərlə müəyyən etmək mümkün olmadığından, vərəsəlik şəhadətnaməsi ala bilmir. X15 və X13 bacı-qardaş olması Dizə kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayışla, şahidlərin ifadələri ilə təsdiq edilir. Ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Culfa rayon Qeydiyyat Şöbəsinə məlumat verilmiş, Qeydiyyat Şöbəsinin nümayəndəsi Səma Ağayeva məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə müraciət etmiş, işlərin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, iştirakları olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan- Culfa rayon Qeydiyyat şöbəsindən verilmiş 10 iyul 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, X13 doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə Vətəndaşlıq vəziyyəti akları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətədaşlıq vəziyyəti aktları üzrə 10 iyul 2023-cü ilədək yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. Doğum haqqında akt qeydiyyatından çıxarışdan müəyyən olunur ki, X15 1926-cı il tarixdə doğulmuş, atası X8, anası X3r. Culfa rayon Qeydiyyat şöbəsindən verilmiş 23 may 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, vətəndaşlıq vəziyyəti akları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X17 aid 23 may 2023-cü ilədək daxil olmuş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. 871405 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X24 02 dekabr 2022-ci il tarixdə ölmüş, bu barədə akt qeydləri kitabında 12 dekabr 2022-ci il tarixdə 168 nömrə ilə qeydə alınmışdır. 871483 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X16 27 noyabr 1997-ci il tarixdə ölmüş, bu barədə akt qeydləri kitabında 23 may 2023-cü ildə (məhkəmə qətnaməsi il) 01 nömrə ilə qeydə alınmışdır. Doğum haqqında akt qeydindan çıxarışdan müəyyən olunur ki, X5 xx xxxxxxxx 1960cı il tarixdə doğulmuş, atası X14, anası X7r. Culfa rayon İH-nin Dizə kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 54 nömrəli, 25 may 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, X24 və X15 bacı qardaşdır, M.Vəliyevanın yeganə vərəsəsi Ərizəçidır. Nikah akt qeydindan çıxarışdan müəyyən olunur ki, X5 və X19 arasında nikah 03 avqust 1982-ci il tarixdə bağlanmış bu barədə akt qeydləri kitabında 25 nömrə ilə qeyd edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, X13 adına Culfa rayonunun Dizə kəndində 0.0589 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə qeydiyyata (**********) alınmışdır. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə görə şahidlərin ifadələri mülki prosessual icraatda sübutların ayrıca növü kimi təsbit olunmuşdur. Belə ki, şahid ifadələri tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunun və ya olmadığının məhkəmə tərəfindən müəyyən edilərkən əldə edilən məlumatların növü olaraq xüsusi prosessual normalarla tənzimlənir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 və X9 ifadələrində X13 həqiqətən də X6 qardaşı, Ərizəçi X13 bacısının qızı olmasını təsdiq etmişlər. Azərbaycan Respublikası MM-nin 1159.1-ci, 1159.1.1-1159.1.5-ci maddələrinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Azərbaycan Respublikası MM-nin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Azərbaycan Respublikası MM-nin 1160-cı maddəsinə əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Araşdırma zamanı müəyyən edilmişdir ki, X24 ailə qurmamış, arvadı, uşaqları olmamış, valideynləri ölmüşdür. V.Vəliyevin birinci növbə vərəsələri yoxdur. Həmçinin müəyyən edilmişdir ki, X30 Vəliyevin bacısı, Ərizəçi isə V.Vəliyevin bacısının qızıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, X13 X4 qardaşı, Ərizəçi isə dayısı olması sübuta yetmişdir. Ona görə də Məhkəmə Azərbaycan Respublikası Mülk-Prosessual Məcəlləsinin 307-ci maddəsinin göstərişinə əsasən hesab edir ki, xx xxxxxxxx 1960-cı il tarixdə doğulmuş Rüstəmova (Hüseynova) Firəngiz Əyyub qızının 01 iyul 1928-ci il tarixdə doğulmuş X13 bacısının qızı olması faktı müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxxxxxx 1960-cı il tarixdə doğulmuş Rüstəmova (Hüseynova) Firəngiz Əyyub qızının 01 iyul 1928-ci il tarixdə doğulmuş X13 bacısının qızı olması faktı müəyyən edilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə X10 Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə ondan apelyasiya şikayət verilmədiyi halda, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar