Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-73/2023 30.03.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X13 iclas katibliyi, iddiaçı Ərizəçi, maraqlı şəxslər Culfa rayon Notariat ofisinin notariusu X32, Maraqlı şəxs2, X6 və Maraqlı şəxs4 iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət etmiş, X3 miras qalmış ünvan 2erləşən 16 nömrəli mənzilin ½ hissəsindən ona çatan payın miras olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə etmiş, izahatında bildirmişdir ki, əri mərhum X14 14 iyul 2020-ci il tarixdə ölmüşdür. X7 ölümündən sonra mülkiyyətində olan ünvan 2erləşən 16 nömrəli mənzilin 1/2 hissəsi miras qalmışdır. Mənzil 4 otaqdan ibarətdir. Mərhum əri T.Allahverdiyevdən miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsi üçün Culfa Rayon Notariat ofisinə ərizə ilə müraciət etmiş, Culfa rayon Notariat ofisi xx.xx.2022-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Əri T.Allahverdiyev 14 iyul 2020-ci il tarixdə öldükdən sonra mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət ərzində notariat ofisinə ərizə ilə müraciət etməmişəm. Mərhum əri T.Allahverdiyevin ondan başqa vərəsləri atası Maraqlı şəxs4 Alməmməd oğlu (ölüb), anası X15 (ölüb), qızı Maraqlı şəxs2, X16, X8, X6, X9 və oğlu Maraqlı şəxs4dur. T.Allahverdiyev 14 iyul 2020-ci il tarixdə öldükdən sonra həmin mənzildə özü, oğlu Maraqlı şəxs4 və qızı Maraqlı şəxs2 yaşamışdır. Digər vərəsələr miras açılanadək ailə qurmuş, başqa ünvanlarda yaşamış, mirası qəbul etməmişlər. Miras açıldıqdan sonra miras əmlakda yaşamaqla, mirası idarə etməklə miras əmlaka faktiki sahiblik etmiş və bununla da miras əmlakı faktiki olaraq qəbul etmişdir. Hazırda da həmin əmlaka özü, öğlu və qızı Kəmalə sahiblik edir, su, işıq, qaz və digər kommunal xərclər onun tərəfindən ödənilmişdir. Ərizənin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş maraqlı şəxs Culfa rayon Notariat ofisinin notariusu X32 izahatında bildirmişdir ki, X1 şəhəri, M.Hüseynzadə küçəsi ev 30 ünvanında yerləşən 16 nömrəli mənzilin 1/2 hissəsinə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün notariat ofisinə müraciət etmiş, mirasın qəbul edilməsi üçün Azərbaycan Respublikası MM-nin 1246-cı maddəsinə nəzərdə tutulan müddət ötürüldüyündən, mirasın faktiki qəbul etiməsini təsdiq edən sübutlar notariat ofisinə təqdim edilmədiyindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs2 izahatında bildirmişdir ki, 1968-ci ildə Culfa şəhərində doğulmuş, valideynlərinə məxsus olan ünvan 2erləşən 16 nömrəli mənzildə yaşamış, hazırda da həmin mənzildə qeydiyyatda olmaqla yaşayır. Mənzildə onunla bərabər anası Səkinə, qardaşı Cəfər də yaşayır. Ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs4 izahatında bildirmişdir ki, 1975-ci ildə Culfa şəhərində doğulmuş, valideynlərinə məxsus olan ünvan 2erləşən 16 nömrəli mənzildə yaşamış, hazırda da həmin mənzildə qeydiyyatda olmaqla yaşayır. Mənzildə onunla bərabər anası Səkinə, bacısı Kəmalə də yaşayır. Ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs3 oğlu izahatında bildirmişdir ki, 1974cü ildə Culfa şəhərində doğulmuş, valideynlərinə məxsus olan ünvan 2erləşən 16 nömrəli mənzildə yaşamış, 2002-ci ildə ailə qurmuş və ar evinə köçmüş, hazırda da ər evində, ünvan 1 ünvanında yaşayır. Atasının ölümündən sonra ünvan 2erləşən 16 nömrəli mənzildə yaşamamış, mirası qəbul etməmişdir. Ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxslər Maraqlı şəxs6, X18 və Maraqlı şəxs5 məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbi və ya mümkünsüzlüyü barədə məhkəməyə bildirməmişlər. Məhkəmə mülki işə Azərbaycan respublikası MPM-nin 185.3-ci maddəsinə əsasən maraqlı şəxslər Maraqlı şəxs6, X18 və Maraqlı şəxs5 iştirakı olmadan baxmışdır. İş materiallarında olan- 749113 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X14 14 iyul 2020-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 22 iyul 2020-ci il tarixdə 76 nömrə ilə qeyd edilmişdir. 251 nömrəli, 17 yanvar 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, X7 vərəsələri arvadı Ərizəçi, qızı Maraqlı şəxs2, qızı X16, qızı X8, qızı X6, oğlu Maraqlı şəxs4, qızı X5r. 19 sentyabr 1944-cü il tarixli, 031 nömrəli arayışdan müəyyən olunur ki, Maraqlı şəxs4 Alməmməd oğlu 17 sentyabr 1944-cü il tarixdə, 23 yanvar 2023-cü il tarixdə verilmiş ölüm akt qeydindən çıxarışdan müəyyən olunur ki, X19 25 sentyabr 1986-cı il tarixdə ölmüşdür. 043571 nömrəli evlənmək haqqında həhadətnamənin surətindən görünür ki, X14 və Ərizəçi arasında nikah 21 mart 1967-ci il tarixdə bağlanmışdır. 1770757, 4443444, 043328, 1383642, 316809 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 01 iyul 1970-ci il tarixdə doğulmuş X16, 14 fevral 1979-cu il tarixdə doğulmuş X9, 04 may 1972-ci il tarixdə doğulmuş X11, xx xxxx 1968-ci il tarixdə doğulmuş Maraqlı şəxs2, xx xxxxxx 1975-ci ildə tarixdə doğulmuş Maraqlı şəxs4 anası Ərizəçi, atası X10r. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2erləşən 16 nömrəli mənzilin hüquqi sahibi X14 (payı ½ hissə) və X2r (payə ½ hissə) (reyestr nömrəsi **********29-05101-093015) Culfa şəhər MİS-dən verilmiş 252 nömrəli, 17 yanvar 2023-cü il tarxli arayışda qeyd edilmişdir ki, Ərizəçi yaşadığı mənzil X7 adınadır, kommunal xərclər Ərizəçi tərəfindən ödənilir. 65 nömrəli, 01 mart 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, ünvan 2erləşən 16 nömrəli mənzildə yaşayan Ərizəçi məxsus elektron sayğacın üzərində olan 1375 kvt/saat elektrik enerjisinin dəyəri ödənilmiş, borc yoxdur. 66 nömrəli, 01 mart 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, ünvan 2erləşən 16 nömrəli mənzildə yaşayan Ərizəçi 01 mart 2023-cü il tarixək kanalizasiya və su pulunu ödəmişdir. Maraqlı şəxs6 tərəfindən 16 mart 2022-ci il tarixdə yazılmış və notarius tərəfindən təsdiq edilmiş ərizədə qeyd edilmişdir ki, “14 iyul 2020-ci il tarixdə vəfat edən atam X7 adına açılmış vərəsəlik işi üzrə bildirirəm ki, mərhuma məxsus olan əmlakdan mənə çatan payı faktiki qəbul etməmişəm, mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddəti ötürmüşəm və öz vərəsəlik hüququmu rəsmləşdirmək niyyətim yoxdur. Odur ki, gələcəkdə bu barədə heç bir iddiam olmayacaq” . Maraqlı şəxs5 tərəfindən 10 mart 2022-ci il tarixdə yazılmış və notarius tərəfindən təsdiq edilmiş ərizədə qeyd edilmişdir ki, “14 iyul 2020-ci il tarixdə ölmüş atam X3 irs qalmış mirasın mənə çatan hissəsindən imtina edirəm” . Maraqlı şəxs7 tərəfindən 15 mart 2022-ci il tarixdə yazılmış və notarius tərəfindən təsdiq edilmiş ərizədə qeyd edilmişdir ki, “14 iyul 2020-ci il tarixdə vəfat edən atam X7 ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakından mənə çatan payı qəbul etməmişəm, etmirəm, etmək niyyətində deyiləm....” . Ərizəçi ərizəsinə cavab olaraq Culfa rayon notariat ofisinin notariusu 75 nömrəli, 30 dekabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Mərhum əriniz X3 miras qalmış ünvan 3 ünvanında yerləşən mənzilin 1/2 hissəsinə dair sizə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı tərəfinizdən Culfa rayon Notariat Ofisinə müraciət daxil olmuşdur. Ərizəyə əlavə edilmiş ölüm haqqında şəhadətnaməyə əsasən mərhum xx.xx.2020-ci il tarixdə vəfat etdiyi qeyd edilmişdir. Nəzərinizə çatdırılır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbulu ilə bağlı müəyyən olunmuş müddət buraxıldığından məhkəməyə müraciət edə bilərsiniz..” Məhkəmə ərizəçinin, maraqlı şəxslərin izahatını dinləyib, məhkəmə iclasında iştirak etməyən maraqlı şəxslərin məhkəməyə təqdim etdiyi ərizələri nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X12 14 iyul 2020-ci il tarixdə ölmüş, ölümündən sonra mülkiyyətində olan ünvan 2erləşən 16 nömrəli mənzilin 1/2 hissəsi miras qalmışdır. Miras o zaman vərəsənin mülkiyyəti sayılır ki, miras vərəsə tərəfindən qəbul edilsin. Mirasın qəbulu və mirasdan imtina qanunla müəyyən edilmiş müddətdə həyata keçirilməlidir. Belə ki, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir və vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. T.Allahverdiyev öldükdən sonra sözügedən miras əmlak qanunla müəyyən edilmiş müddətdə qanun üzrə vərəsə Ərizəçi tərəfindən qəbul edilməmiş, lakin miras əmlakdan istifadə etməsi, miras əmlaka sahiblik etməsi isə məhkəmə araşdırması zamanı sübuta yetmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi miras açıldıqdan sonra miras əmlakda yaşamış, əmlakdan istifadə etmişdir ki, bu hallar da maraqlı şəxslərin izahatı və təqdim edilmiş sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 99-cu bəndində miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutun vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil-istismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə sənədi, mirasın vaxtında qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti və miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər olması qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası MM-in 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası MM-in 1145-cı maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası MM-in 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Miras 14 iyul 2020-ci il tarixdə faktiki olaraq açılmışdır. Azərbaycan Respublikası MM-in 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə miras əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də mirasın açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, mirasin açıldığı gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras mirasın açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. İş materiallarından məlum olur ki, mərhum T.Alahverdiyev 2020-ci ildə öldükdən sonra ondan qalmış mirası heç bir vərəsə formal, yəni notarial qaydada, qəbul etməmişdir. Mərhum T.Allahverdiyevdən qalmış mirasın qeyri-formal qaydada, yəni faktiki olaraq vərəsələr tərəfindən qəbul edilməsi məsələsinə gəldikdə isə, məhkəmə bununla əlaqədar qeyd edir ki, həmin miras əmlak mərhumun arvadı S.Allahveriyeva tərəfindən faktiki idarə edilməklə qəbul edilmişdir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MKnın 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında şərh etmişdir ki, “miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan (miras əmlaka daxil olan) daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və s. əşya hüquqları tələb hüquqları) və öhdəliklər MM-in 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir. Mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi, miras açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi) vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. MM-in 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzürlü sayarsa uzada bilər (MM-in 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunla göstərilən müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququnu) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsəlik hüquqlarının həyata keçirilməsini və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübutetməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyana məxsus əmlakı faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə tərəfindən vərəsəlik hüququnun, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin 5-ci hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şəhr edilməlidir. Burda nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəldilmişdir”. Yuxarıda göstərilənlərə əsasən Məhəkəmə belə nəticəyə gəlir ki, Ərizəçi əri X14 2020-ci ildə öldükdən sonra rəsmi olaraq qanunla müəyyən olunmuş müddətdə mirası qəbul etməmiş, lakin həmin mirasa sahiblik və istifadə edərək onu faktiki olaraq qəbul etmişdir. Məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, miras əmlak ünvan 2erləşən 16 nömrəli mənzilin ½ hissəsindən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi X3 miras qalmış ünvan 2erləşən 16 nömrəli mənzilin ½ hissəsindən ona çatan payı miras olaraq qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-73/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-73/2023
30.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver