Məhkəmə qərarları › İş №2(089)-95/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №2(089)-95/2022

24.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 2(089)-95/2022 24.05.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdehlər Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət xidmətinin Culfa rayon idarəsinin nümayəndəsi X3 və Culfa rayon İH-nin memarlıq və tikinti şöbəsinin müdiri X2 iştirakı ilə, İddiaçı Novru qızının cavabdehlər Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət xidmətinin Culfa rayon idarəsi və Culfa rayon İH-nin memarlıqplanlaşdırma şöbəsinə qarşı özbaşına tikiliyə mülkiyyət hüququnun verilməsi tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət xidmətinin Culfa Rayon idarəsi və Culfa rayon İH-nin memarlıqplanlaşdırma şöbəsinə qarşı özbaşına tikiliyə mülkiyyət hüququnun verilməsi barədə iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, mülkiyyətində olan torpaq sahəsində tikinti aparılmışdır. Həmin tikiliyə mülkiyyət hüququnun qeydiyyata alınması üçün Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etmiş, ona Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8.0.10.2-ci maddəsinə əsasən 01 yanvar 2013-cü il tarixdən sonra inşa olunan fərdi yaşayış evinin qeydiyyatı üçün qeydiyyat orqanına təqdim olunan ərizəyə torpaq üzərində icarə, istifadə və ya mülkiyyət hüququnu təsdiq edən sənədlə yanaşı tikilinin müvafiq icra hakimiyyətinin memarlıq-planlaşdırma şöbəsi tərəfindən təsdiq olunmuş lahiyəsinin təqdim olunması bildirmişdir. Lahiyə üçün Cavabdeh2 memarlıqplanlaşdırma şöbəsinə müraciət etmiş, ona tikiliyə başlamadan öncə məlumatlandırma icraatının tətbiq edilməli olması və ya müvafiq tikintiyə icazənin alınmalı olması, tikintinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən özbaşına tikinti olması, özbaşına tikintiyə mülkiyyət hüququnun məhkəmə tərəfindən tanınması bildirilmişdir. 24 may 2022-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş İddiaçı Novru qızının nümayəndəsi Nümayəndə izahatında Culfa şəhərində anası İddiaçı mülkiyyətində olan 600.44 kv.m torpaq sahəsində fərdi yaşayış evi inşa edildiyini, tikilinin aparılması üçün icazə tələb edilmədiyini, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilmədiyini, tikilinin özbaşına tikili olmadığını bildirmiş, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq icıasında iştirak etmiş cavabdehlər Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət xidmətinin Culfa rayon idarəsinin nümayəndəsi X3 və Culfa rayon İH-nin memarlıq və tikinti şöbəsinin müdiri X5 ərizənin geri qaytarılmasına etirazlarının olmadığını bildirmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehlərin nümayəndəsinin izahatını dinləyib, iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, İddiaçı Novru qızının cavabdehlər Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət xidmətinin Culfa rayon idarəsi və Culfa rayon İH-nin memarlıq-planlaşdırma şöbəsinə qarşı özbaşına tikiliyə mülkiyyət hüququnun verilməsi barədə iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1, 170.2 və 170.3-cü maddələrinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. İddia ərizəsi geri qaytarıldığından, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət xidmətinin Culfa Rayon idarəsi və Culfa rayon İH-nin memarlıqplanlaşdırma şöbəsinə qarşı özbaşına tikiliyə mülkiyyət hüququnun verilməsinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən 21 aprel 2022-ci il tarxdə 11869 nömrəli qəbzlə Culfa rayon Maliyyə şöbəsinin hesabına ödənilmiş 100 manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar