Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-104/2021 10.08.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, Həsənov Kəramət Sevindik oğlunun katibliyi, İddiaçı2 və Naxçıvan Muxtar Respublikası DƏTMDX Şahbuz Rayon şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı torpaq sahəsinin və yaşayış evinin ayrılması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 Şahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Şahbuz rayonu, Biçənək kəndində yerləşən X3 məxsus olan 0.12 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən yaşayış evinin sərhədlərinin müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 “28” iyul 2021-ci il tarixli iddia tələbinin azaldılması barədə ərizə ilə müraciət etmiş, ərizə məhkəmə iclasında müzakirə edilmiş, İddiaçı2 iddia tələbinin azaldılması barədə ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbinə uyğun olduğundan qəbul edilmiş, mülki işə iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı Şahbuz rayonu, Biçənək kəndində yerləşən X3 məxsus olan 0.03 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən yaşayış evinin sərhədlərinin müəyyən olunması tələbi çərçivəsində baxılmışdır. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı2 izahatında bildirdi ki, o, 1977-ci ildə Şahbuz rayonu, Biçənək kəndində anadan olubdur, anadan olduğu vaxtdan həmin kənddə yerləşən atası X3 məxsus evdə yaşayıbdır, atası 02 oktyabr 2011-ci il tarixdə, anası X5 isə 12 oktyabr 1998-ci ildə vəfat ediblər, yaşadıqları ev 1980-ci ildə inşa edilibdir, lakin 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən yaşayış evi səhvən Cavabdeh adına daşınmaz əmlak xidmətində qeydə alınıbdır, Şahbuz Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh adına qeydiyyat etibarsız hesab edilmişdir, Şahbuz rayon Dövlət Arxivində olan Biçənək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin təsərrüfatbaşına kitabda mərhum atası X2 ailə başçısı olmaqla 1980-82 illər 1 nömrəli kitabın 114-cü səhifəsində 28.5 kv.m ev və 0.12 ha torpaq sahəsi,1983- 1985-ci illər 1 nömrəli kitabın 122-ci səhifəsində 28.5 kv.m ev və 0.1 ha torpaq sahəsi, 1986-1990-cı illərin 1 nömrəli kitabın 118-ci səhifəsində 78 kv.m ev və 0.12 ha torpaq sahəsi, 1991-1995-ci illərin 1 nömrəli kitabın 60-cı səhifəsində 78 kv.m ev və 0.12 ha torpaq sahəsi, 1996-2000-ci illərin 1 nömrəli kitabın 64-cü səhifəsində 78 kv.m tikili və 0.12 ha torpaq sahəsi olması qeyd edilmişdir. Həmin sənədlərlə mərhum atası H.Salmanovun adına yaşayış evinin və torpaq sahəsinin olması öz əksini tapmışdır. Mərhum atasına məxsus torpaq sahəsi və üzərində inşa edilmiş yaşayış evinin sənədləşdirilməsi barədə Naxçıvan Muxtar Respublikası DƏTMDX Şahbuz Rayon şöbəsinə müraciət olunan zaman məlum olmuşdur ki, Şahbuz Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh adına qeydiyyat etibarsız hesab edilmiş, lakin etibarsızlığın nədən ibarət olunması həmin qətnamədə göstərilmədiyi üçün mərhum atasının adına qeydə alınması mümkün olmamışdır, bu səbəbdən də o məcbur qalıb məhkəmədə hazırki iddianı qaldırıbdır, sonda İddiaçı2 göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran İddiaçı2 bildirdi ki, o və bacısı İddiaçı1 mərhum atası H.Salmanovun övladları olduğu üçün onun vərəsəsi kimi iddia qaldırıblar, atası H.Salmanovun təsərrüfat başına kitabda göstərilən 0.12 ha torpaq sahəsi Cavabdeh torpaq sahəsindən kənarda yerləşir, həmin torpaq sahəsinin cavabdehin torpaq sahəsinə aid olmadığı üçün onlar iddia tələbinin həcmini azaldıblar, hazırki iddia tələbi 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən yaşayış evinin sərhədlərinin müəyyən olunması barədə qaldırıblar. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada İddiaçı1 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən məhkəmə İddiaçı1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə İddiaçı1 nümayəndəsi İddiaçı2 tərəfindən təmsil edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, mərhum X4 onun əmisidir, İddiaçı2 dedikləri həqiqətdir, onun adına Şahbuz rayon, Biçənək kəndində 0.4397 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır, Şahbuz Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli qətnaməsi ilə həmin qeydiyyat etibarsız hesab olunubdur, mərhum H.Salmanova məxsus yaşayış evi ona məxsus torpaq sahəsində yerləşir, 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən yaşayış evinin mərhum H.Salmanovun adına sənədləşdirilməsinə etiraz etmir, bu barədə iddianın etirafı barədə ərizədə məhkəməyə təqdim edibdir, mərhum H.Salmanovun adına kəndin təsərrüfat başına kitabında göstərilən 0.12 ha torpaq sahəsi onun torpaq sahəsinə aidiyyəti yoxdur, sonda Cavabdeh göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin mülki iş üzrə məhkəmə baxışı iclasında cavabdeh iddianın etirafı barədə ərizəsini məhkəməyə təqdim edərək, həmin ərizədə İddiaçı2 və İddiaçı1 ona qarşı Şahbuz Rayon Məhkəməsində Şahbuz rayonu, Biçənək kəndində yerləşən X3 məxsus olan 0.03 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən yaşayış evinin sərhədlərinin müəyyən olunması tələbi barədə iddia qaldırdığını, Şahbuz rayonu, Biçənək kəndində yerləşən 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən yaşayış evinin mərhum H.Salmanova məxsus olmasını etiraf edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasına heç bir etirazının olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırki iş üzrə cavabdeh tərəfindən iddianın etiraf edilməsinin məhkəmə tərəfindən qəbul edilməməsi üçün yuxarıda qeyd edilən hər hansı bir əsas yoxdur. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində isə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 iddiası təmin edilməli, Şahbuz rayonu, Biçənək kəndində yerləşən 041 A nömrəli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən mərhum X3 məxsus yaşayış evinin yerləşdiyi ərazisinin ölçüsü 173.73 m2 olmaqla cəmi 300.10 m2 torpaq sahəsi ayrılmaqla Şimal-şərq istiqamətində olan AK tərəfi 10.49 m, Cənub-şərq istiqamətində olan KJ tərəfi 16.45 m, Şimalşərq istiqamətində olan JX tərəfi 7.90 m, Şimal-şərq istiqamətində olan AK tərəfi 10.49 m, Şərq-cənub istiqamətində olan XH tərəfi 1.70 m, Cənub-şimal istiqamətində olan HG tərəfi 2.91 m, Cənub-şimal istiqamətində olan GF tərəfi 3.30 m, Cənub-şərq istiqamətində olan FƏ tərəfi 6.60 m, Cənub-şərq istiqamətində olan ƏE tərəfi 10.97 m, Cənub-şərq istiqamətində olan KJ tərəfi 16.45 m, ED tərəfi 11.85 m, DC tərəfi 15.62 m, CB tərəfi 2.00m, BA tərəfi isə 13.94 m ölçüdə sərhədləri müəyyən edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şahbuz rayonu, Biçənək kəndində yerləşən 041 A nömrəli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən mərhum X3 məxsus yaşayış evinin yerləşdiyi ərazisinin ölçüsü 173.73 m2 olmaqla, cəmi 300.10 m2 torpaq sahəsi ayrılmaqla Şimal-şərq istiqamətində olan AK tərəfi 10.49 m, Cənub-şərq istiqamətində olan KJ tərəfi 16.45 m, Şimalşərq istiqamətində olan JX tərəfi 7.90 m, Şimal-şərq istiqamətində olan AK tərəfi 10.49 m, Şərq- cənub istiqamətində olan XH tərəfi 1.70 m, Cənub-şimal istiqamətində olan HG tərəfi 2.91 m, Cənub-şimal istiqamətində olan GF tərəfi 3.30 m, Cənub-şərq istiqamətində olan FƏ tərəfi 6.60 m, Cənub-şərq istiqamətində olan ƏE tərəfi 10.97 m, Cənub-şərq istiqamətində olan KJ tərəfi 16.45 m, ED tərəfi 11.85 m, DC tərəfi 15.62 m, CB tərəfi 2.00 m, BA tərəfi isə 13.94 m ölçüdə sərhədləri müəyyən edilsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-104/2021
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-104/2021
10.08.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver