Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-106/2023 03.05.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, Ərizəçi və maraqlı şəxs Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi həyətyanı torpaq sahəsinin qanuni sahiblik və onun istifadəsində olması faktının müəyyən edilməsinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 739 kv.metr həyətyanı torpaq sahəsinin onun sahiblik və istifadəsində olması faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında bildirmişdir ki, ona 08 oktyabr 1990-cı il tarixli akt əsasında Naxçıvan Muxtar Respublikası Şahbuz qəsəbə XDS İcraiyyə Komitəsinin 10 sentyabr 1990-cı il tarixli, 91 nömrəli sərəncamı ilə təsdiq edilmiş komissiya üzvlərinin iştirakı ilə Şahbuz qəsəbə XDS İcraiyyə Komitəsinin 25 sentyabr 1990-cı il tarixli, 9/2 nömrəli qərarı ilə qəsəbədə yaşayan fəhlə və qulluqçulara ayrılmış həyətyanı torpaq fondundan 800 kv.metr torpaq sahəsinin ölçülüb ona verildiyini, 1990-cı il tarixdən başlayaraq həmin torpaq sahəsini dəmir məftillə hasarlayıb bir neçə il əkib becərdiyini, lakin maddi vəziyyəti ilə əlaqədar olaraq bu günə kimi həmin torpaq sahəsində ev inşa edə bilmədiyini, hal-hazırda da həmin torpaq sahəsinin onun istifadəsində olduğunu, bələdiyyə orqanları yaranmamışdan qabaq və yaranandan sonra da həmin torpaq sahəsinin vergisini ödədiyini, torpaqla bağlı heç bir dövlət təşkilatına borcunun olmadığını, hazırda həmin torpaq sahəsində tikinti aparmaq məqsədilə müqavif dövlət qurumlarına, həmçinin Şahbuz rayon Dövlət Arxivinə müraciət etdiyini, müraciətinə əsasən Şahbuz rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 79 nömrəli arayışında mühafizə olunan Şahbuz rayon XDS İcraiyyə Komitəsinin (Şahbuz rayon İcra Hakimiyyətinin) əmr-sərəncam və protokollarına baxıldığını, lakin ona torpaq sahəsinin verilməsi haqqında heç bir sənədə rast gəlinmədiyi, Şahbuz qəsəbə İN-nin təsərrüfatbaşına kitablarının Şahbuz rayon Dövlət Arxiv İdarəsinə təhvil verilmədiyi, bu səbəbdən də Naxçıvan MR Arxiv İdarəsinə müraciət etdiyini, lakin Naxçıvan MR Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 13/94 nömrəli arxiv arayışında Şahbuz şəhərində vətəndaşlara torpaq sahələri ayrılması haqqında sənədlərin Naxçıvan MR Dövlət Arxiv İdarəsinə təhvil verilməməsinin qeyd olunduğunu, lakin onun adına verilmiş torpaq aktından başqa ondan torpaqla bağlı hər hansı müvafiq sənədin olmadığını, torpaq sahəsinin onun tərəfindən əkilib-becərilərək istifadə olunmasını şahidlərin təsdiq edə biləcəyini bildirdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 izahatında hazırki iş ilə əlaqədar Şahbuz Rayon İcra Hakimiyyətində qeyd edilən torpaq sahəsi ilə əlaqədar araşdırma aparıldığını, torpaq sahəsi ilə bağlı Şahbuz rayon İcra Hakimiyyətinin arxivində heç bir məlumatın olmadığını, ona görə də Ərizəçi torpaq sahəsinin sənədləşdirilməsi üçün heç bir sənəd verə bilmədiklərini, bu səbəbdən də ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxslər Şahbuz Rayon Şahbuz Bələdiyyəsi və Maraqlı şəxs3nə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, cavabdeh təşkilatın nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə maraqlı şəxslər Şahbuz Rayon Şahbuz Bələdiyyəsinin və Maraqlı şəxs3 nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi tərəfindən şahid qismində ifadə verən Şahid1 izahatında bildirdi ki, Ərizəçi ilə 1988-ci ildən qonşudur, o, 1988-ci ildə ünvan 2 ünvanında torpaq sahəsi alıb və orada ev tikərək yaşayır, hardasa 1990-cı ildə sovxoz torpaqları əhali arasında püşkatma vasitəsi ilə bölünən zaman, hazırki Ərizəçi istifadəsində olan ünvan 1 ünvanında olan torpaq sahəsi Ərizəçi verilibdir, Ərizəçi da həmin vaxtdan həmin torpaq sahəsini “setkalayaraq” əkib-becəribdir, hal-hazırda da ünvan 1 ünvanında yerləşən torpaq sahəsi Ərizəçi sahibliyi və istifadəsindədir. Məhkəmə iclasında ərizəçi tərəfindən şahid qismində ifadə verən Şahid2 izahatında bildirdi ki, Ərizəçi ilə qonşudur, hardasa 2009-cu ildə əlilliyinə görə ona dövlət tərəfindən ünvan 3 ünvanında ev tikilib verilibdir, həmin vaxtdan da Ərizəçi da tanıyır, Ərizəçi ünvan 1 ünvanında olan torpaq sahəsində ağaclar əkib becəribdir, lakin susuzluq səbəbindən bəzi ağaclar quruyubdur, halhazırda Ərizəçi ünvan 4 ünvanında yerləşən torpaq sahəsindən istifadə edir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Şahbuz rayon şöbəsinin 13 yanvar 2023-cü il tarixli, 02/08 nömrəli məktubu ilə Şahbuz şəhəri, Bakı küçəsi 26 ünvanında Ərizəçi faktiki istifadəsində 739 kv.m torpaq sahəsinin mövcud olduğu, lakin onun mülkiyyətində olması barədə şöbələrində heç bir məlumatın olmadığı müəyyən olunur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 16 yanvar 2023-cü il tarixli, 13/94 nömrəli arxiv arayışından görünür ki, Şahbuz şəhərində Ərizəçi adına torpaq sahəsi verilməsi haqqında Naxçıvan MR Dövlət Arxivində hər hansı bir məlumat mövcud deyildir. İş materiallarında olan Şahbuz Rayon Dövlət Arxivinin 06 sentyabr 2022ci il tarixli, 79 nömrəli arayışı ilə Şahbuz Rayon Dövlət Arxivində mühafizə olunan Şahbuz Rayon XDS İcrayyə Komitəsinin (Şahbuz rayon İcra Hakimiyyəti) əmr-sərəncam və iclas protokollarına baxış zamanı Ərizəçi aid torpaq sahəsinin verilməsi haqqında heç bir məlumatın olmadığı müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan MR Şahbuz Rayon Şahbuz Bələdiyyəsinin 13 yanvar 2023-cü il tarixli, 10 nömrəli məktubunda uzun müddət Ərizəçi mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsi haqqında Şahbuz bələdiyyəsində heç bir sənədin olmadığı göstərilmişdir. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti Şahbuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 11 yanvar 2023-cü il tarixli, 3/62 nömrəli məktubu ilə Ərizəçi adına Şahbuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində heç bir torpaq sənədinin qeydə alınmadığı müəyyən olunur. İş materiallarında olan 08 oktyabr 1990-cı il tarixli aktdan müəyyən olunur ki, Şahbuz qəsəbə XDS İcrayyə Komitəsinin 25 sentyabr 1990-cı il tarixli, 9/2 nömrəli qərarı ilə Şahbuz qəsəbsində yaşayan fəhlə və qulluqçulara ayrılmış həyətyanı torpaq fondundan torpaq sahəsinin ölçülüb Ərizəçi verilməsi müəyyən olunur. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən iş üzrə iddiaçı Ərizəçi ünvan 6 ünvanında qeydiyyatdadır. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatına, şahidlərin ifadəsinə və iş üzrə toplanmış digər sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, Ərizəçi 1990-cı il tarixdən ona ayrılmış 739 kv.m torpaq sahəsi üzərində mülkiyyətçi kimi hüquqlarını həyata keçirmişdir. Ona görə də Ərizəçi həmin torpaq sahəsinə onun qanuni sahibliyi və istifadəsində olması faktı məhkəmə tərəfindən müəyyən (təsdiq) edilməlidir. Belə ki, torpaq sahəsinə aid Şahbuz qəsəbə XDS İcrayyə Komitəsinin 08 oktyabr 1990-cı il tarixli aktda Ərizəçi Şahbuz qəsəbəsində torpaq sahəsinin ölçülüb verilməsi və bu “Şahbuz rayon İcra hakimiyyəti başçısının Qəsəbə nümayəndəliyinin” möhürü və müvafiq imzalarla təsdiq olunsa da, eyni zamanda Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Şahbuz rayon şöbəsinin 13 yanvar 2023-cü il tarixli, 02/08 nömrəli məktubu ilə Şahbuz şəhəri, Bakı küçəsi 26 ünvanında Ərizəçi faktiki istifadəsində 739 kv.m torpaq sahəsinin olması müəyyən olsa da, haliyədə həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilmir və ərizəçinin müəyyən edilməsini tələb etdiyi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı şahidlər Şahid1 və Şahid2 ifadələrindən, eyni zamanda iş materiallarında olan sənədlərdən ünvan 1 ünvanında yerləşən 739 kv.m həyətyanı torpaq sahəsinin Ərizəçi sahibliyi və istifadəsində olması öz təsdiqini tapmışdır. Eyni zamanda müəyyən olunmuşdur ki, ərizəçiyə bu faktın təsdiq edilməsi, onun müəyyən sənədləşmə işlərinin aparılmasında maneələrin aradan qaldırılması üçün lazımdır və ərizəçinin müəyyən edilməsini tələb etdiyi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Həmçinin maraqlı şəxslərin hər hansı mübahisəsi və tələbi olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə hesab edir ki, ərizə təmin olunmalı, ünvan 1 ünvanında yerləşən 739 kv.m həyətyanı torpaq sahəsinin Ərizəçi sahibliyi və istifadəsində olması faktı təsdiq olunmalıdır. Məhkəmə bu nəticəyə gələrkən həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 iyun 2022-ci il tarixli qərarına istinad etmişdir. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. ünvan 1 ünvanında yerləşən 739 kv.m həyətyanı torpaq sahəsinin Ərizəçi sahibliyi və istifadəsində olması faktı müəyyən (təsdiq) edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-106/2023
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-106/2023
03.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver